"ABŞ-da 6 il işləyəndən sonra əldə etdiyim uğura görə oranın vətəndaşlığını almaq imkanım vardı"
Oxunub: 1362
06 Nov 2019 | 10:34
Moderator.az finans.az-a istinadən Heydər Əliyev adına Neft Emalı Zavodunun energetika şöbəsinin rəis müavini, Xəzər, ADA, Bakı Mühəndislik Universitetlərinin və Bakı Ali Neft Məktəbinin müəllimi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadənin müsahibəsini təqdim edir.

- Bakalavr təhsilinizi hansı ixtisas üzrə almısınız?

- Ondan başlayım ki, Zaqatalanın rayonun yuxarı Tala kəndində doğulub boya-başa çatmışam. Çoxları kimi biz də televizor vasitəsilə futbol matçlarını izləyirdik və tez-tez bu zaman işıqlar sönürdü. Ona görə hələ uşaqlıq vaxtlarından özümə söz vermişdim kimi bu sahədə elə bir mühəndis olacam ki, heç kəsin işıqları sönməsin. Bu vəsilə ilə də orta məktəbi 2004-cü ildə bitirdikdən sonra Azərbaycan Texniki Universitetin Elektroenegetika fakültəsinə qəbul oldum. Ödənişsiz əsaslarla oxusam da ailəmə yük olmayım deyə elə birinci kursdan dərslərdən sonra kompüter klubda administrator kimi çalışırdım. İkinci kursdan isə tikinti sektorundan "Evim Inşaat" şirkətində əmək fəaliiyətinə başladım. Burada işlədiyim dövr ərzində satış menecerindən departament müdiri vəzifəsinə kimi yüksələ bildim. Lakin xaricdə təhsil almağı gərarlaşdırdığım üçün həmin işdən ayrılmalı oldum.

- Xaricdə təhsil fikri hansı zərurətdən yarandı?

- Bu gün mühəndis kifayət qədər böyük maaş alsa da o zaman BP-də çalışanlarla dövlət sektorunda işləyən mühəndislərin məvacibi arasındakı fərq 10-15 dəfəyə çatırdı. Bu, məndə bir tərəfdən dil öyrənməyə digər tərəfdən xaricdə təhsil almağa stimul yaratdı. Tələbəlik vaxtı aldığım 50 manat təqaüdün böyük hissəsini ingilis dili kursuna verirdim. Digər tərəfdən isə işdən gələn gəlirimin bir hissəsini xaricdə təhsil üçün yığırdım. Beləlikə, bakalavrı bitirib ABŞ-ın Hyuston şəhərində yerləşən "Rice University”ə qəbul oldum. Müqaviləyə əsasən ilk atı ayı öz hesabıma oxumalı idim. Qiymətlərmin əla olacağı təqdirdə ABŞ hökümətinin təqaüdü hesabına təhsilimi davam etdirə biləcəydim. Lakin hamısından A qiyməti aldığım halda bir erməni professor mənə C qiyməti yazdı. Üzürlü səbəblərdən qayıblarım olsa da qiymətlərim yüksək səviyyədə idi lakin buna baxmayaraq həmin erməni qərəzli bir qiymət çıxardı. ABŞ-da demokratiya çox yüksək səviyyədə olduğundan mən apelyasiya mexanizmindən yararlanaraq qərarın qərəzli olduğunu sübut edib, həmin erməninin universitetdən xaric olunmağına nail oldum.



- Təqaüdünüzü bərpa edə bildinizmi?

- Bunu etmək mümkün olmadı və təhsilimi dondurmaq məcburiyyətində qaldım. Bu zaman müəlimlərimdən biri mənə analıq məzuniyyətində olan bir müəlliməni robotexnika üzrə iki aylığına əvəz etməyi və məktəblilərdən ibarət komandaya məşqçilik etdərək onları yarışa hazırlamağı təklif etdi. Artıq tələbə kampusdakı yerimi itirdiyimdən kirayədə qalmaq məcburiyyətində idim, evdən heç bir maddi dəstəyim də yox idi, topladığım pullar tükənmək üzrə idi. Ona görə çox da düşünmədən razılıq verdim. İki aylıq sınaq müddətinin sonunda qatıldığımız yarışda 50 komanda arasında 39-cu yer tutduq. Bu nəticə özüm də daxil bütün komandanı məyus etdi. Buna görə də bu iş mənə görə deyil deyib istefa ərizəmi yazdım. Məktəbin direktoru isə məni şoka salan bir təkliflə qarşıma çıxdı. O, məndə olan entuziazmı, qazanma ruhunu gördüyünü və bunu hansısa yarışda qalib gəlməkdən daha əhəmiyyətli olduğunu deyərək mənə tam saatlıq 3 illik iş müqaviləsi təklif etdi.

İşə başlayanda ingilis dilində aksentlə danışmağım uşaqlarla ünsiyyətdə müəyyən çətinliklər yaradırdı. Lakin buna baxmayaraq, valideynlər onların övladları üçün can yandırdığımı görüb bizə çox kömək edirdilər. Aralarında zavod müdiri, stomatoloq olan bir neçə valideyin köməkçi məşqçi kimi yarışa hazırlıq prosesinə qoşuldu. Uşaqları öyrətmək üçün onlardan daha artığını bilməli idim ona görə müxtəlif kurslarda, forumlarda iştirak edərək öz üzərimdə intensiv çalışırdım. Kirayədə qaldığım evin birinci mərtəbəsini robotexnika mərkəzinə çevirmişdim və dərsdən kənar da orada uşaqlarla robotexnika ilə məşğul olurdum. Beləliklə, qatıldığımız növbəti çempionatda 380 komanda arasında mənim apardığım komandalar ilk üç yeri qazandı. Həmin şəhərin tarixində bu ilk belə bir uğur idi. Mənim 3-cü, 4-cü, 7-ci sinifdə dərs dediyim uşaqların bəziləri "Harvard”da oxuyur və digər top universitetlərin məzunlarıdır. Onlar hər bir uğurları ilə bağlı ayda bir dəfə mənə yazırlar, öz fikirlərini paylaşırlar. Beləliklə, üç ilin sonunda məktəb müqaviləmi daha üçillik uzatdı və altı ilin tamamında müəyyən bir yol ayrıcına çatmış oldum.

- Yolayrıcı dedikdə nəyi nəzərdə tutursunuz?

- Müqaviləmi daha üç illiyinə uzadım yoxsa Azərbaycana qayıdım? Mənə təklif olunan iş paketi o dərəcə geniş idi ki, ABŞ vətəndaşının təhsil haqqı ilə bağlı aldığı imtiyazlardan da yararlana bilirdim. Bundan istifadə edib başqa bir universitetdə magistratura təhsili davam etdirdim və sonuncu semestrdə məktəblə müqaviləmi davam etdirmədiyim üçün bu imtiyazlar quvvədən düşdü. Son semestrin haqqını imtiyazsız tariflə ödəmək üçün pulum yox idi, borc da ala bilmirdim. O zaman yeganə güman yerim bizim Təhsil Nazirliyi və SOCAR-ın Xarici Təqaüd Proqramı idi. Təhsil nazirliyindən fərqli olaraq SOCAR müraciətimə çox operativ reaksiya verdi. Onun daxili qaydalarına əsasən təhsilimi həmin universitetin başqa kampusunda oxumalı olduğumdan əvvəlki təhsilimi sonuncu semestrdə dondurmalı oldum. Lakin zamanla dondurulmuş təhsilimi bitirmək imkanım da yarandı. Belə ki, professorla razılaşıb son semestrin dərslərini bir günə saldım. Həftədə bir dəfə 7 saat maşınla başqa şəhərə gedib həmin dərsləri alırdım. Nəticədə ABŞ-da olduğum dövrdə robotexnika və avtomatika və elektirik sahələri üzrə iki magistr diplomu aldım.



- Azərbaycana niyə qayıtmaq istəyirdiniz?

- ABŞ-da 6 il işləyəndən sonra əldə etdiyim uğur və nailiyyətlərə görə oranın vətəndaşlığını belə almaq imkanım vardı. Hələ Amerika birincisi olduğumuz zaman həmin şəhərin meri yaxınlaşıb qulağıma dedi ki, Azərbaycandan gəlib burada bizim uşaqlarımıza belə can yandırırsan, bu qədər iş görürsən, uğurlar əldə edirsən mən bir hakimiyyət nümayəndəsi kimi sənə nə köməklik edə bilərəm. Mənim üçün elmi kimə öyrətməyimin bir fərqi olmasa da o zaman düşündüm ki, zamanı yetişəndə bilik və bacarıqlarımı doğulub, boya-başa çatdığım yerlə paylaşacam.

- Bunu necə reallşdırdınız?

- 2014-cü ildə Azərbaycana qayıdanda SOCAR-da işimə davam etməklə bərabər həftədə 1-2 dəfə olmaqla Xəzər və Bakı Mühəndislik Universtitetlərində bakalavrlara "Robotexnikaya giriş”, Bakı Ali Neft Məktəbində (BANM) "Proseslərin avtomatlaşdırılması”, ADA Universitetində "Mobile Robotics" fənnlərini tədris etməyə başladım. Həddindən artıq yüklənməmək üçün hər semestr bu universitetlərin birində dərs deyirəm. Tədris prosesində kifayət qədər bacarıqlı, güclü tələbələr gördüm. Təkcə onu demək yetərlidir ki, BANM-ın "Proseslərin avtomatlaşdırılması” fakultəsində təhsil alan 21 tələbənin 14-ü prezident təqaüdçüsü idi. Zamanla onların ideyalarını, bilik və bacarıqlarını istifadə edərək piramidal şəkildə məktəblilərə ötürmək kimi bir zərurətin yarandığını gördüm.

- Orta məktəblə universitet arasında belə bir inteqrasiyanı hansı formada görürdünüz və necə realaşdırdınız?

- 2016-cı ildə SOCAR-ın xətti ilə təcrübə mübadiləsi üçün 6 aylıq Yaponiyaya getmişdim. Həftənin 5 gününü oradakı şirkətlərdən birində işləyib, istirahət günlərində isə robotexnika sahəsində məktəblərdə olurdum. Bu minvalla 3-4 aya Yaponiyada olmadığım çox az sayda robotexnika məktəbi qaldı. Elə o zaman yapon bir alimlə dostluq əlaqələri qurdum və onunla oturub bir neçə ay ərzində proqram hazırladıq. Qayıdanadan sonra həmin alimin həmtəssiçiliyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasını (AREA) yaratdım. Tələbələrin işə, karyera qurmağa, pula ehtiyacının olduğunu görərək dərs dediyim universtitetlərdə seçilmiş tələbələrlə oturub sıfırdan kurikulum hazırladıq və həmin tələbələr müəllim olaraq məvacib müqabilində tədris prosesinə cəlb edildi.



Tədris prosesi start götürəndən bir müddət sonra AREA-nın infrastrukturunun inkişaf etdirilməsi işlərini aktivləşdirdik. Bu zaman dövlətdən böyük dəstək aldıq. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onlara etdiyimiz sponsorluq müraciətə müsbət cavab verdi. Şamaxı və Pirallahıda olan filialların, Sumqayıtdakı iki filalımızın bütün xərclərini nazirlik qarşıladı. Hətta uşaqlardan ödəniş alınmasın deyə müəllimlərin məvacibini də dövlət öz üzərinə götürüb. Bu gün artıq Bakı və regionlarda 17 filialımız var. Ölkə üzrə robotexnika ilə məşğul olan məktəblərin sayı isə iki il əvvəl ilə müqayisədə 3 dəfə artaraq 64-ə çatıb.

- Hədəfləriniz nədir?

- Əsas hədəfimiz robotexnika sahəsində milli brendimizi formalaşdırmaqdır. Bu məqsədlə hələ 2016-cı ildə "JAPAZ” adlı şirkət təsis etdik. Çindən və Yaponyadan ayrı-ayrı hissələri gətirərək Dərnəgüldəki mərkəzimizdə həmin avadanlıqları yığırıq. Bu zaman istehsal yüz faiz tələbələr tərəfindən həyata keçirilir. Plastik, dəmir hissələr və mikrosxemlər yerli istehsaldı, digərləri isə yan sənaye olmadığı üçün idxal olunur. Artıq "Made in Azerbaijan” brendi altında ixrac mərhələsinə gəlmişik. Belə ki, gələn ilin yanvarında Panama, Bəhreyn və BƏƏ-yə kurrikulum, yarışma və istehsal edilən məhsul ixracını həyata keçirəcəyik. Qarşıdakı illərdə digər hədəf təsis ediyimiz olimpiadaların beynəlxalq miqyas almasını təmin etmək olacaq.
Oxşar xəbərlər
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
GÜNLÜK
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 10:51
Yaşıl dünya naminə həmrəy Azərbaycan
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb