"Yalnız bu halda Türkiyə  Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilər...”
Oxunub: 9987
07 Nov 2019 | 13:28
Qardaş Türkiyənin  son dövrlərdə Azərbaycanın işğal altındakı torpaqlarının azadlığı  uğrunda mübarizədə  mümkün dəstəyi verəcəyi barədə mütəmadi fikirlər səslənir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı da “Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik” -söyləyib.   Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da saytımıza son açıqlamasında Türkiyə liderinin vədinə bir daha dəstək verərək daim Azərbaycanın yanında olduqlarını ifadə etdi.

Bəs konkret situasiya yaranarsa, qardaş ölkənin dəstəyi özünü hansı şəkildə biruzə verə bilər?  Tutaq ki, bu saat Azərbaycan Qarabağı azad etmək üçün geniş antiterror əməliyyatı başlatdı. O halda Türkiyə dövləti bizə real, gerçək olaraq nə ilə, hansı yollarla dəstək vermək gücündədir? Ortada Rusiya ilə münasibətlər məsələsi də var...

“Azərbaycana hərbi yardım etmək məsələsində rəsmi Ankaranın siyasi gücü hələki zəifdir...”
 
İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı Teymur Qasımlı Moderator.az-a geniş açıqlamasında bəhs edilən mövzuda maraqlı fikirlər səsləndirib:

“Beynəlxalq münasibətlərdə realizm nəzəriyyəssi var. Qisaca mənası budur ki, özün özünü qoru. Mən bu nəzəriyyənin tərəfdarıyam. Bizlər bu teoriden nəticə çıxarmalıyıq. Azərbaycandan ötrü heç kim ermənilərə qarşı vuruşmayacaq, hər bir dövlətin öz mənafeyi var. Buna görə də biz hər hansı bir dövlətdən inciməməliyik. Necə ki, Azərbaycan 1920-ci il və  1990-ci ilərdə meydanda tək qaldı, kimsə də bizə kömək etmədi. Ancaq Azərbaycan dövləti və xalqı təkbaşına, bacardığı qədər ermənilərə qarşı şərəflə vuruşdu. İyirmi mindən çox şəhid verdik, on minlərlə qazimiz var. Azərbaycan xalqı bü gün də vuruşmağa hazırdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə cansağlığı versin...” 

İstanbul Universitetinin doktorantı Mustafa Kamal Atatürkün Rusiya ilə bağlı vəsiyyətinə də toxunub:

“Atatürkün xarici siyasətlə bağlı 5 vəsiyyəti var. Onlardan birinin məzmunu belədir: Türkiyə hər zaman çalışmalıdır ki, o vaxt Sovet Rusiyası deyilən indiki Rusiya ilə yaxşı münasibətlər qursun, dostluq etsin. Rusiyaya qarşı olan hər hansı planda, birlikdə iştirak etməsin. Atatürk qurtuluş savaşı verəndə ağıllı, uzaqgörən siyasi gediş elədi. Sovet Rusiyasına yaxınlaşdı və yüksək əlaqələr qurdu. Lenindən maddi, silah yardımı aldı və nəticədə qurtuluş savaşında qalib gəldi. Yardım edənlərin  arasında Azərbaycan xalqı da var... 

Türkiyə dövləti qurulandan sonra, Atatürk zamanında Türkiyə-Sovetlər münasibətləri yüksək səviyyədə olub. Ancaq 1946-ci ildən sonra Türkiyə-SSRİ münasibətləri gərginləşib. Bununla belə,  Türkiyə hər zaman Rusiya tərəfə dönməyə can atıb. Süleyman Dəmirəl zamanında da yaxşı münasibətlər qurulub. O dönəmdə Türkiyə Rusiyadan maddi və texnıki yardımlar alıb. Hətta SSRİ dağıldıqdan sonra  yaranan müstəqil dövlətlərin tanınmasında Türkiyə bir müddət tərəddüd etdi. O zaman da səbəb Rusiya idi...”

T. Qasımlı Türkiyənin Azərbaycanın Qarabağda qəti hərbi əməliyyatlara başlayacağı təqdirdə rəsmi Bakıya hansı formada dəstək verə bilməsi haqda bunları dilə gətirib:

“Bu günə gəldikdə,  əgər Azərbaycan Qarabağda antierror əməliyyatı başlatsa, Türkiyə yalnız Azərbaycana ərazi bütövlüyünün bərpasının zəruriliyi və  antiterror əməliyyatının doğru qərar olduğunun təbliği  məsələsində beynəlxalq arenada siyasi-diplomatik dəstək verə bilər. Təəssüf ki, Qarabağla bağlı Azərbaycana hərbi yardım etmək məsələsində rəsmi Ankaranın siyasi gücü hələki zəifdir. Bunun da məlum səbəbləri var. Birincisi Rusiya məsələsi... İkincisi də qardaş ölkə NATO-nun üzvüdür. Ancaq əgər ABŞ, Avropa dövlətləri Azərbaycana dəstək verərlərsə, yalnız o halda Türkiyə bizə hərbi dəstək də verə bilər...” 

“Tarixdən bir misal çəkmək olar. 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində İrana məxsus hərbi təyyarələr Azərbaycanın hava məkanını mütəmadi olaraq pozurdu. Türkiyə  hərbi təyyarələri, Türk şahinləri Bakiya gəlib nümayişkaranə uçuşlar etdi, xalq üçün hava şouları göstərdi. O zaman İsrail və ABŞ da Türkiyəyə bu məsələdə dəstək verdi. Bundan sonra İran geri çəkildi. Türkiyənin  onuncu cümhurbaşqanı Əhməd Necdet Sezer Azərbaycan rəhbərliyi ilə görüşəndə demişdi ki, Türkiyə NATO üzvü olduğundan sizə hərbi yardım edə bilmərik, müharibə etməyi düşünməyin, çalışın, Qarabağ məsələsini diplomatik yollarla həll edin. O halda Türkiyə də əlindən gələn köməyi etməyə hazırdır...”- deyə siyasətşünas Türkiyənin ötən onlliklərdəki bəzi ekstremal situasiyalarda  konkret addımlarla Azərbaycanın yanında olduğunu da xatırladıb. 

“Azərbaycanın Qarabağdakı separatçı və işğalçı qüvvələrə qarşı  qəti hücuma başlayacağı təqdirdə İranın mövqeyi necə olar, sizcə?” sualını isə mütəxəssis belə cavablandırıb:

“ Hazırda İranla Ermənistanın çox yüksək səviyyədə münasibətləri var. İran birinci Qarabağ müharibəsində Ermənistana açıq-aşkar yardim elədi. Yalnız Sonradan Əbülfəz Elçibəy və Heydər Əliyev iqtidarlarına silah yardımı göstərdi. İran hal-hazırda da Ermənistana nəfəs verir. İranın Ermənistana münasibətlərinin yaxşı olmasının əsas  səbəbi iki dövlətdir: Azərbaycan və İsrail. Xatırlatmaq istəyirəm ki, Azərbaycan-İsrail  münasibətləri Əbülfəz Elçibəy zamanında qurulub. İsrail Qarabağ müharibəsi zamanı Azərbaycana silah satılmasına dəstək verib. Ancaq son zamanlar Ermənistan İsraillə münasibətlər qurur. Hətta irəli gedib də. Artıq Təl-Əvivdə səfirlik açmağa da hazırlaşır. Düşünürəm ki, Azərbaycan dövləti də Təl-Əvivdə səfirlik açmalıdır. Azərbaycan çalışmalıdır ki, İran-Ermənistan münasibətlərində gərginlik yaradacaq işlər görülsün. Bundan başqa, Ermənistanın anti-İran  siyasi gedişlərini təbliğ etməliyik. Hesab edirəm ki, bu gün müharibə olsa, İran açıq-aşkar Ermənistana yardım etməyəcək. Çalışacaq ki, neytral olsun. Buna əsas səbəb Güney Azərbaycan amilidir. Tam olmasa da, oradakı soydaşlarımızda milli şüur, milli oyanış  formalaşıb və İran dövlətinə az da olsa, təsir edə bilirlər...” 

“Bir sözlə, bizlər İran –Ermənistan münasibətlərini yaxından izləməliyik hər zaman. Buna baxmayaraq İranın hazırda Azərbaycana hər hansı təzyiq etmək gücü yoxdur. Yalnız Azərbaycan-İran sərhədində təxribatlar edə bilər. Eyni zamanda unutmayaq ki, hal-hazırda Rusiya-İran-Türkiyə üçbucağı var. Və bu üçbuçaq Yaxın şərqdə, Qafqazda yaxından əməkdaşlıq edir...” –deyə Teymur Qasımlı fikrini tamamlayıb.

Sultan Laçın



Oxşar xəbərlər
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
18 Mar 2024 | 20:44
Möminə Xatun türbəsi ətrafında tikinti APARILMASI xəbərinə AYDINLIQ GƏTİRİLDİ – RƏSMİ
18 Mar 2024 | 20:43
“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu  tarixdə İMZALANACAQ
18 Mar 2024 | 20:39
Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq
18 Mar 2024 | 20:34
BDU-da Novruz şənliyi - FOTOLAR
18 Mar 2024 | 20:32
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı
18 Mar 2024 | 20:30
Bu bürclər üçün "ağ zolaq” başlayır - xoşbəxtlik yaxındadır
18 Mar 2024 | 20:26
Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var
18 Mar 2024 | 20:22
Balaəli estetik əməliyyat etdirəcək – Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
18 Mar 2024 | 20:20
Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - YENİLƏNİB
18 Mar 2024 | 20:16
Rəqsanə canlı efirdə "OD PÜSKÜRDÜ": "Kimsə çaşarsa..." - VİDEO
18 Mar 2024 | 20:09
Qəhvə yuxusuzluğa necə təsir edir? - AÇIQLAMA
18 Mar 2024 | 20:08
Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 12:03
Xocalıda kütləvi məzarlıq: daha 1 nəfərin şəxsiyyəti bilindi
18 Mar 2024 | 11:58
Tokayev Azərbaycana gəlməzdən öncə İtaliyaya niyə getmişdi?- Analitik izah edir...
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
16 Mar 2024 | 16:52
Zaqatalada partlayış nəticəsində 18 yaşlı gənc öldü - YENİLƏNİB
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 12:03
Xocalıda kütləvi məzarlıq: daha 1 nəfərin şəxsiyyəti bilindi
18 Mar 2024 | 11:58
Tokayev Azərbaycana gəlməzdən öncə İtaliyaya niyə getmişdi?- Analitik izah edir...
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO