“Azneft”in baş direktor müavini: “Neft Daşları” bir məktəbdir” - VİDEO
Oxunub: 1281
07 Nov 2019 | 18:11
“Azneft”in baş direktor müavini:  “Neft Daşları” bir məktəbdir” - VİDEO
Bu gün dünya neft tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulmuş "Möcüzələr adası" - "Neft Daşları"nın 70 illik yubileyi qeyd olunur.

"Report"un həmsöhbəti “Neft Daşları”nda əməyi keçənlərdən biri, 20 il burada çalışan Əlimusa Quliyevdir. O, “Neft Daşları”ında keçirdiyi günlərlə bağlı xatirələrini bölüşüb.

Əlimusa Quliyev 1989-cu ildən 2008-ci ilə qədər “Neft Daşları”nda işləyib. 2008-ci ildə “Azneft” İstehsalat Birliyində Tikinti və layihələrin ekspertizası şöbəsinə rəis təyin olunub. 2011-ci ildən İB-nin baş direktorunun tikinti işləri, indi isə tikinti və nəqliyyat üzrə müavini vəzifəsində çalışır.

O, İnşaat Mühəndisləri İnstitutunun Sənaye-mülki tikinti fakültəsini bitirdikdən sonra təyinatla “Neft Daşları”na gedib. “Neft Daşları”na tələbə yoldaşı ilə getsə də, sonradan tələbə yoldaşı geri qayıdır, o isə “Neft Daşları”nda əmək fəaliyyətinə başlayır. O, qısa müddətdən sonra orada fəaliyyət göstərən Neft texnikumunda işdən sonra gecə növbəsində dərs deyir.

“Neft Daşları” bir məktəbdir

Müsahibim “Neft Daşları”nı böyük bir məktəb hesab edir. “Orada ilk gündən insanlardan böyük qayğı görürsən. Elə bil hamı bir ailə idi. Hamı bir-birinə dəstək olur, kömək olurdu”.

Dənizdə çalışmaq həm də güclü küləklə, tufanla da üz-üzə gəlmək deməkdir. Müsahibim deyir ki, “Neft Daşları”nın elə ağır günləri olurdu ki, orada tək nəsə etmək mümkün deyil. O bildirib ki, ən ağır günlərdən biri 1992-ci ilin noyabr ayının 26-da olub. Həmin vaxt dənizdə küləyin sürəti 40 metrdən artıq olub.

“Neft Daşları”nda çətin günlər

Ə.Quliyev həmin hadisəni belə xatırlayır: “Gecə yanğın hissəsindən mənə zəng olundu ki, 203 istiqamətində böyük yanğın var. Mən baş mühəndisə zəng etdim. Yataqxanada işıqlar sönüb, hər yer qaranlıqdır, böyük kompressor təsərrüfatı, qaz-turbin elektrik stansiyası dayanıb, həyəti su basıb. Təsəvvür edin, gecəyarı oyanmışıq dəniz qalxıb. Sözün həqiqi mənasında böyük vahimə idi. Maşın pilləkənə yaxınlaşdı, biz maşına mindik. Biz, üç nəfər - baş mühəndis, mən və şöbə rəisinin müavini estakadaya qalxdıq. Yanğına müəyyən qədər yaxınlaşdıq. Gördük ki, artıq estakada uçub. Estakada uçan vaxtı qaz xətti qırılıb, xətt düşəndə qığılcımdan alov yaranıb, dənizin üzü yanır. Təsəvvür edin, estakada ilə hərəkət etmək mümkün deyil. Bir neçə dəqiqəyə “Neft Daşları”ndakı bütün işçilər oyandı. İlk olaraq mənbədən qaz bağlandı, quyular dayandırıldı. Bir müddətdən sonra alov söndü və gecə ilə qərargah yarandı. Öncə həyati vacib işlərlə bağlı tədbirlər görüldü. Səhər açılanda “Neft Daşları”nın böyük hissəsi uçmuşdu. Belə çətin günlərimiz olurdu. Təsəvvür edin, o vaxt gündəlik 2400 ton olan neft hasilatı tamamilə dayandı, sonra 1000, 1200 -1800 ton səviyyəsinə qədər qaldırıldı. Bu gün “Neft Daşları” gündəlik 3 min ton neft hasil edir”.

“Neft Daşları”nda şərait çox dəyişib

Ə.Quliyev “Neft Daşları” ilə bağlı xatirələrinin çox olduğunu, yaxşı günlərin də sayının çoxluğunu qeyd edir.

O, bu gün “Neft Daşları”nda şəraitin çox dəyişdiyini bildirib.

“Bəzən deyirlər “Neft Daşları” ikinci ömrünü yaşayır. Əslində mən deyərdim “Neft Daşları” üçüncü ömrünü yaşayır.

Bəzi yerlərdə məlumatlar yayılır ki, “Neft Daşları”nda 120 km estakada çəkilib. Əslində çəkilmiş estakadanın uzunluğu daha çoxdur. Bəzi yerlərdə üçüncü dəfədir ki, yollar yenilənir”.

O, son 15 ildə, 2006-2007-ci ildən başlayaraq artıq “Neft Daşları”nda şəraitinin yaxşılaşdığını vurğulayıb. “Məsələn, biz o vaxt “Neft Daşları”nda qalanda təmir yüksək səviyyədə deyildi. Hansısa otaqda televizor olurdusa, hamı o otağa yığılırdı. Əvvəllər bir otaqda 3-4 nəfər qalırdı, indi hər otaqda iki nəfər qalır. Hər otaqda bütün işçilər üçün şərait yaradılıb. Fəhləsinə də, rəisinə də eyni şərait yaradılıb. Bu gün “Neft Daşları”na gələn qonaqlar deyir ki, bura mehmanxanaya bənzəyir”.

“Azneft”-in baş direktor müavini indi böyük abadlıq işlərinin aparıldığını qeyd edib: “Bizim vaxtımızda beşmərtəbəli yataqxana korpusunun birinci mərtəbəsində idman zalı var idi. Amma orada nəfəs almaq mümkün olmurdu, şərait yaxşı deyildi. Bir tennis stolu, bir bilyard var idi, amma növbə çox olurdu. Bu gün isə bütün şəraitləri olan böyük qapalı idman zalımız, süni örtüklü futbol stadionumuz var, vaxtaşırı onlar yenilənir. Bu gün “Neft Daşları”nda şərait bizim gəldiyimiz dövrlə müqayisəolunmazdır”.

O, “Neft Daşları”nın tarixi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dünyada dənizdə neftçıxarmanın əsasının Azərbaycanda başlaması fəxr olunmalı hadisədir: “İndi dünyanın hər yerində dənizdə neft çıxarılır. Amma başlanğıc həmişə çətin olur. Təsəvvür edin ki, heç bir təcrübə, elmi ədəbiyyat olmadan dənizdə neft hasilatına başlanılır. Bu, doğrudan da böyük çətinlikdir”. 
Oxşar xəbərlər
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
GÜNLÜK
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 13:51
Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 12:05
Putinin hazırladığı dəhşətli “Stalin zərbəsi” planı - Bu ölkələri fəlakət gözləyir
17 Apr 2024 | 12:40
Aytənin həyat yoldaşı: “Qabırğaları qırılıb”
17 Apr 2024 | 11:35
İlham Əliyevdən yerli və əcnəbi tənqidçilərə siyasi mat...
17 Apr 2024 | 11:26
Valideynlərə xəbərdarlıq, bu cizgi filmləri uşaqlarda sayrışan nevroz, panik-atak yaradır-ARAŞDIRMA
17 Apr 2024 | 10:39
Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 13:51
Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı  partlatdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 12:05
Putinin hazırladığı dəhşətli “Stalin zərbəsi” planı - Bu ölkələri fəlakət gözləyir
17 Apr 2024 | 12:40
Aytənin həyat yoldaşı: “Qabırğaları qırılıb”
17 Apr 2024 | 11:35
İlham Əliyevdən yerli və əcnəbi tənqidçilərə siyasi mat...
17 Apr 2024 | 11:26
Valideynlərə xəbərdarlıq, bu cizgi filmləri uşaqlarda sayrışan nevroz, panik-atak yaradır-ARAŞDIRMA
17 Apr 2024 | 10:39
Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO