Xəbər lenti
01/04/2020 [11:06]:
101 yaşlı qadın koronavirusa qalib gəldi...
01/04/2020 [10:59]:
Epidemioloq COVID-19-dan daha təhlükəli infeksiyanın yaranma riski barədə xəbərdar edib
01/04/2020 [10:58]:
Paytaxtın ictimai iaşə dövriyyəsi 9%-dən çox artıb
01/04/2020 [10:56]:
UNEC onlayn idarəetməyə keçdi
01/04/2020 [10:55]:
BNA : İstehsalat bazasındakı bütün avtobuslar xəttə buraxılıb
01/04/2020 [10:52]:
Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır
01/04/2020 [10:50]:
"Böyük pullar qazanıb kiminləsə bölüşməklə işlərini bitmiş sayırlar"
01/04/2020 [10:47]:
Milli Məclisin Sədrinə yeni köməkçi təyin edildi
01/04/2020 [10:40]:
Çində komendant saatı elan edildiyi dövrdə boşanmaların sayı artdı - STATİSTİKA...
01/04/2020 [10:40]:
BMT inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını açıqladı
01/04/2020 [10:37]:
"Tezliklə haqq-ədalət yerini tutacaq..." -Mübariz Mənsimov
01/04/2020 [10:26]:
Koronavirusun yaratdığı təxliyyə problemləri
01/04/2020 [10:23]:
ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
01/04/2020 [10:01]:
Saxta sənədlər əsasında subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açılıb
01/04/2020 [09:58]:
26 illik özünüaldatma günlərinin nəticəsi –  Şuşada yenə erməni “prezident” seçildi...-VİDEO
01/04/2020 [09:56]:
Pandemiya II Dünya Müharibəsindən sonra ən böyük böhrandır - BMT
01/04/2020 [09:53]:
Qondarma rejimin "prezident"i bəlli oldu...
01/04/2020 [09:52]:
Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
01/04/2020 [09:51]:
Avtomobilin sükanı arxasında oturan it sürət həddini aşdı
01/04/2020 [09:50]:
Milli Məclis dövlət büdcəsinə yenidən baxacaq
01/04/2020 [09:48]:
Xəbərdarlıq: Koronavirus haqqında 1 Aprel zarafatı həbslə bitə bilər...
01/04/2020 [09:16]:
Braziliyada gün ərzində 42 nəfər koronavirusun qurbanı olub
01/04/2020 [09:15]:
Gəncədə gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
01/04/2020 [09:13]:
Koronavirusla bağlı SON STATİSTİKA
01/04/2020 [08:10]:
Yüzlərlə müsəlman əmək miqrantı Moskva aeroportundan bayıra atıldı- RƏZALƏT!..-VİDEO
01/04/2020 [07:35]:
"Əgər günah etmişiksə, tövbə etməyi bacaraq və Allahdan bağışlanma istəyək..."
31/03/2020 [23:58]:
Cenevrədə BMT əməkdaşları koronavirusa yoluxdular
31/03/2020 [23:52]:
"Yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik"
31/03/2020 [23:49]:
“Gündə 4 dənə araq içirəm, virus mənə nə edəcək?” - VİDEO
31/03/2020 [23:47]:
Bu ölkədə "koronavirus" sözünü işlətmək və maska taxmaq qadağan edildi
31/03/2020 [23:44]:
Milli Məclisin vitse-spikeri vətəndaşlara müraciət etdi
31/03/2020 [23:43]:
Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
31/03/2020 [23:30]:
Məşhur aktyor koronavirusdan öldü
31/03/2020 [23:21]:
"Dağlıq Qarabağdakı "ümumi seçkilər"in nəticələri onun hüquqi statusuna təsir kimi qəbul edilmir"
31/03/2020 [23:13]:
Bakı sakini evdə tibbi maska hazırlayır - VİDEO
31/03/2020 [23:07]:
Koronavirus gənclərdə hansı əlamətlə ortaya çıxır? - MARAQLI
31/03/2020 [22:56]:
Koronovirusdan da ağır, sağalmaz xəstəlik siz zavallılarındır - Cəhalət xəstəliyi...
31/03/2020 [22:53]:
Fransada koronavirusa yoluxanların sayı 52,1 min nəfəri ötdü
31/03/2020 [22:30]:
Koronavirusun Çində labaratoriyadan ətrafa sızdığı təsdiqlənir - FOTOLAR
31/03/2020 [22:25]:
Türkiyədə koronavirusdan ölüm sayı 214-ə çatıb
31/03/2020 [21:58]:
Teymur Rəcəbov və Rauf Məmmədov Levon Aronyana başsağlığı veriblər
31/03/2020 [21:30]:
Türkiyədə yüksək vəzifəli şəxs koronavirusa yoluxdu
31/03/2020 [21:24]:
Hicran Hüseynova deputatları onlayn iclasa topladı
31/03/2020 [21:22]:
Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir
31/03/2020 [21:21]:
Bu şəxslər 100 manat məbləğində cərimələnə bilər
31/03/2020 [21:03]:
Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi
31/03/2020 [20:58]:
Yapon elm adamlarından qorxuducu iddia: "Virus havada qala bilər"
31/03/2020 [20:58]:
İtaliyada koronavirusdan ölənlərin sayı 12 428 nəfərə çatıb
31/03/2020 [20:47]:
"Dünyada yeni bir düzənin qurulması üçün ya böyük bir müharibə olmalıdır, ya da..."
31/03/2020 [19:55]:
Qusardakı “RUS AZERİ SPİRİTS” zavodu tibbi spirt istehsalına başlayıb - FOTOLAR
31/03/2020 [19:47]:
QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçiriləcək
31/03/2020 [19:42]:
Türkiyədə Prezidentin təşəbbüsü ilə milli həmrəylik kampaniyası başladı - “Biz bizə yetərik Türkiyəm...”
31/03/2020 [19:39]:
Türkiyədə qorxulu koronovirus proqnozu...
31/03/2020 [19:22]:
Sevdiyi qıza dronla nömrə göndərib görüşə şarın içində getdi- MARAQLI...
31/03/2020 [19:10]:
Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı
31/03/2020 [19:08]:
Prezident xəbərdarlıq etdi: “Vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır”
31/03/2020 [19:04]:
Azərbaycanda kapital və əmlak amnistiyası elan edilə bilər - Nazirdən AÇIQLAMA
31/03/2020 [19:01]:
Ermənilər Azərbaycan ordusu ilə Qarabağdakı təmas xəttinə yeni silahlar yerləşdirəcək... 
31/03/2020 [18:43]:
“Beynəlxalq təşkilatlar Qarabağdakı qondarma "seçkilərə" münasibət bildirməlidir...”
31/03/2020 [18:34]:
BAXCP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 000 manat köçürdü...
31/03/2020 [18:21]:
Prezident: "Bu gündən etibarən qüvvəyə minmiş qaydalar, əminəm ki, müsbət dinamikanı gücləndirəcək"
31/03/2020 [18:17]:
Ekspertlər: “Hərbi çağırış müddətinin uzadılması orduda problem yaratmayacaq”
31/03/2020 [18:07]:
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib
31/03/2020 [18:04]:
Neftçala bələdiyyəsinin sədrinə cinayət işi açılıb
31/03/2020 [18:02]:
Azərbaycanla Rusiya arasında sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırıldı
31/03/2020 [18:01]:
"Məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik"
31/03/2020 [18:01]:
Koronavirusa görə dəstək proqramlarının məqsədi iş yerlərinin azaldılmamasına yönəlib
31/03/2020 [17:53]:
Koronavirusdan qorxan gənc qadın intihar etdi - DƏHŞƏT...
31/03/2020 [17:33]:
Mikayıl Cabbarov: "Proqnozdan 200 milyon manat çox vergi toplanılıb"
31/03/2020 [17:31]:
"Mənə müxtəlif dövlət qurumları fərqli rəqəmlər təqdim edib"
31/03/2020 [17:24]:
“Koronavirusa yoluxanlar özlərini təcrid etməlidir” - Ruhani
31/03/2020 [17:18]:
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 24 yeni yoluxma - RƏSMİ
31/03/2020 [17:15]:
Bakı metrosu bu gün bağlanır
31/03/2020 [17:01]:
Koronaviris təhlükəsi nə vaxt bitəcək? – Mübarizə iki aydan iki ilə qədər uzana bilər...
31/03/2020 [16:57]:
İlham Əliyev: “Bir daha büdcə xərclərinə baxmaq lazımdır”
31/03/2020 [16:17]:
Sobçak da koronavirusa yoluxdu...
31/03/2020 [16:07]:
İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - FOTO
31/03/2020 [16:05]:
Amerikalı həkimlər koronavirusa görə diz çöküb ağladılar - VİDEO
31/03/2020 [16:01]:
Bu tarixə qədər maaşlardan icbari tibbi sığorta haqqı tutulmayacaq
31/03/2020 [15:58]:
Karantinin beşinci günündə 45 illik arvadını öldürdü
Bütün arxiv bir sırada
08/11/2019 [15:14] - Cəmiyyət - ( 3376 dəfə baxılıb)

"Azərbaycan dilinin anasını ağladan onlarlardır, dilimiz reanimasiyadadır" - Diaqnoz...



Tanınmış teletənqidçi, professor Qulu Məhərrəmlinin “3D” verilişində qonaq olarkən bəzi televiziya rəhbərlərinin dil qüsuru olmasını deməsi müzakirələrə səbəb olub. Məsələylə bağlı eskpertlərin də fikirini öyrənməyə çalışdıq. 

Tanınmış televiziya aparıcısı, Əməkdar artist Nailə İslamzadə Moderator.az-a açıqlamasında bildirdi ki, teleradio dilində əsas narahatçılıq adi məişət dilinin şifahi dillə eyniləşdirilməsidir:
“Ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Təəssüf ki, biz tez-tez elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Teleradio dilində əsas narahatlıq doğuran məsələ bir sıra hallarda məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsidir. Özəl televiziya məkanında ədəbi dil normalarının pozulması hallarına daha çox rast gəlinir. Azərbaycan dilində əcnəbi söz və ifadələrin yersiz daxil edilməsi, diktor və aparıcıların fonetik normalara məhəl qoymaması, reklam mətnlərinin deyilişində səhvlərin olması kimi çatışmazlıqlar bəzən yer alır. Təbii ki, bu məsələlər hörmətli professor Qulu müəllimi də narahat etməyə bilməz. Amma televiziya rəhbərlərindən kim ana dilini yaxşı bilir, onu deyə bilmərəm, çünki məlumatım yoxdur. Bu yaxınlarda İctimai Televiziyanın rəhbəri Balakişi müəllimlə danışırdım, onu rus dilli kimi tanıyırlar, amma səlis Azərbaycan dilində danışması və söhbəti zamanı bir kəlmə də rus sözü işlətməməsi məni heyran qoydu. AzTV-nin rəhbəri isə özü aparıcıdır və səlis danışır. Televiziyada ştatda dilçi mütəxəssis olmalıdır. Çünki aparıcı və jurnalisti işə rəhbər qəbul edir, doğrudur, bu zaman mütləq onun dil qabiliyyətləri yoxlanmalıdır, amma mütəmadi olaraq efirdə nəzarəti həmin mütəxəssis həyata keçirməli, aparıcılarla məşğul olmalı, səhvləri varsa, deməlidir. Əgər televiziya sədri yaxşı rəhbərdirsə və ana dilinin incəliklərini bilmirsə, belə halda da dilçi mütəxəssis nəzarət etməlidir. Həm də rəhbərin buna vaxtı çatmaya bilər. Sovet dövründə mən Moskvada, Ostankinoda kursda olanda, diktorlar otağının qarşısında asılmış lövhədə müəyyən sözlərin deyiliş qaydaları və vurğular göstərilirdi”.  

Yazıçı Seyran Səxavət isə saytımıza açıqlamasında bu gün bir nömrəli problemimizin Qarabağ deyil, dilimizdəki problem olduğunu dedi: 
“Qulu müəllim çox düz deyir. Adi bir məclisdə toyda, xeyirdə-şərdə bunların şahidi oluram. O vaxt belə təbəqə formalaşmışdı, onlar rusca düşünüb, azərbaycanca danışırdılar. Onda bu, biz ziyalılar tərəfindən qəbul edilmirdi. Amma indi vəziyyət elədir ki, indikilərin danışığı nə elmə, nə də cəmiyyətə məlumdur. Bunlar Azərbaycan dilində danışırlar, amma fikirləşirsən ki, bunlar hansı dildə düşünüb bizim dildə danışırlar. Əvvəlkilərin danışığını başa düşmək olurdu, amma bunları başa düşmək olmur. Əvvəllər dilimizlə bağlı “Cümlə qurmaq, dövlət qurmaq qədər çətindi” başlıqlı yazı yazmışdım. O yazı uzun müddət müzakirə olundu. Bu gün mən Qulu müəllimin fikirlərinə şərikəm. Nəinki televiziya rəhbərlərinin, onların əməkdaşlarının 99,9 faizi dilimizdə danışa bilmir. Qoy buna görə məni məhkəməyə versinlər, onlara cavab verməyə hazıram. Onlar hər saniyədə Azərbaycan dilini “güllələyə-güllələyə” gedirlər. Bu mənim yaralı yerimdir. Azərbaycan dilinin anasını ağladan televiziya məkanıdır. Dilimiz reanimasiya vəziyyətindədir. Təsəvvür edin ki, sanki mənim yaxınım xəstədi və hər gün də həkimə zəng vururam və onlar mənə deyirlər ki, vəziyyəti stabil, ağırdır. Bütün bunları nəzərə alaraq demək istəyirəm ki, ziyalıların doxsan faizi və xalqımız elə bilir ki, bizim bir nömrəli problemimiz Qarabağdır. Amma mən 74 yaşlı Azərbaycan yazıçısı olaraq deyirəm ki, Qarabağ problemi çox təəssüflər olsun ki, ikinci plana keçib. Mənim üçün Azərbaycan dilinin “ölməsi”, “can verməyi” Qarabağ problemini ikinci plana keçirdi. Hamıdan soruşuram ki, sabah Qarabağı alanda əcəba biz orda hansı Azərbaycan dildə danışacağıq? Azərbaycan televiziya məkanının dilində? Əgər belə olacaqsa, gəlin biz bu hadisəni qabaqlayaq, referendum keçirək ki, konstitusiyada dəyişiklik edərək “Azərbaycan Respublikasının dövlət dili, Azərbaycan dilidir” cümləsini çıxaraq yazaq ki, “Azərbaycan Respublikasının dövlət dili, televiziya məkanının dilidir”. 

“Yeni nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev Moderator.az-a açıqlamasında Qulu müəllimin fikirləriylə razılaşdığını bildirdi:
“Doğrusu, mən bu barədə televiziyada müşahidə aparmamışam, amma bu haqda Qulu müəllim deyirsə, deməli o, faktlara söykənir. Yadımdadır, əvvəllər Qulu müəllim Azərbaycan diliylə bağlı bir monitorinq də keçirmişdi. Qulu müəllim bu sahədə peşəkardır və onun fikirlərinə şərikəm. Qaldı ki, telekanallarımızda avtomobil və digər şou verilişlərində ədəbi dilin normalarına riayət olunmur. Mən hətta bilirəm ki, Sovet dönəmində telekanallarda dil kursları olub, amma indi bunu kimdi keçirən”. 

Yazıçı Nəriman Əbdülrəhmanlı isə saytımıza açıqlamasında son doqquz ildə televiziyalarımıza baxmadığını bildirib:
“Qulu Məhərrəmlinin fikirlərində həqiqət var, çünki o, bu prosesləri izləyən adamdır. Bilmək istəyirsinizsə, onu deyim ki, artıq doqquz ildir ki, Azərbaycan televiziyasına baxmıram. Televizorumuzda Azərbaycan kanallarını bağlatmışam. Ona görə də o rəhbərlərin şəxsən tanımıram. Təkcə Vaqif Mustafayevlə tanışam. Yəni ki, prosesləri izləmədiyim üçün konkret olaraq nəsə deməyim düzgün olmaz”.

Vasif Əlihüseyn

Koronavirus gənclərdə hansı əlamətlə ortaya çıxır? - MARAQLI
Yapon elm adamlarından qorxuducu iddia: "Virus havada qala bilər"
Qusardakı “RUS AZERİ SPİRİTS” zavodu tibbi spirt istehsalına başlayıb - FOTOLAR
Koronavirusdan qorxan gənc qadın intihar etdi - DƏHŞƏT...
Qisası qiyamətə saxlamaq olmaz...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Maraqlı
101 yaşlı qadın koronavirusa qalib gəldi...
Şou-biznes
"Tezliklə haqq-ədalət yerini tutacaq..." -Mübariz Mənsimov
Maraqlı
Xəbərdarlıq: Koronavirus haqqında 1 Aprel zarafatı həbslə bitə bilər...
Gündəm
“Nəvələrimlə eyvana çıxıb  həkimlərimizə, polislərimizə “alqış” deyirəm...”
Dünya
Tramp: “Koronavirusla mübarizədə qarşıda çətin otuz günümüz var...”
Yazar
İlham İsmayıl
Sabah qarabağlılar qalib gələcək, yoxsa irəvanlılar?
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası...
Şahin Quliyev
Qaz və işıq limitinin ləğvinə ehtiyac var
Sultan Laçın
“Pulunu al – evdə qal!."
Həftənin ən çox oxunanları
Rus yazıçıdan sensasion iddia - virus yoxdur, bu, xüsusi əməliyyatdır, məqsəd…
"Elə insanlar var ki, 1-2 gün işləməyəndə evlərinə ərzaq ala bilmirlər, ona görə də..."
Azərbaycanda şok hadisə: yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - VİDEO
Koronavirusdan ölən Diləyin sosial media paylaşımı təhlükəni gözlər önünə sərdi - FOTOLAR
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
Orqazm koronavirusun qarşısını alan bir vasitə adlandırıldı - "SEKSİN ANTİVİRUS EFFEKTİ..."
"Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
Türk professor: “Virusa hamı yoluxacaq”
"Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
“Pulunu al – evdə qal!."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247