Xəbər lenti
31/03/2020 [11:00]:
Vüsal Qasımlı: “Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq”
31/03/2020 [10:55]:
Hindistanda qeyri-adi karantin -On dörd gün ağacda qalacaqlar-MARAQLI...
31/03/2020 [10:51]:
Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı
31/03/2020 [10:49]:
Qubaya qar yağdı - FOTO
31/03/2020 [10:47]:
İlham Əliyev soyqırımı qurbanlarını andı - FOTO
31/03/2020 [10:44]:
“Koronavirus təhlükəsindən yaxa qurtara biləcək insanların əksəriyyəti məhz bu adamlar olacaq”
31/03/2020 [10:42]:
BMT həyəcan təbili çalır: “Dünyada qida ehtiyatı tükənə bilər”
31/03/2020 [10:38]:
Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edildi
31/03/2020 [10:36]:
Nyu-Yorkda xəstəxana morqu dörd qat artırıldı -SƏBƏB...
31/03/2020 [10:35]:
Neft bahalaşdı
31/03/2020 [10:24]:
Fransada ölənlərin sayı üç min iyirmi dördə çatdı...
31/03/2020 [08:58]:
ABŞ ordusunda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
31/03/2020 [08:58]:
Taxta “Toyota Land Cruiser” modeli  internet istifadəçilərini heyran qoydu… - VİDEO
31/03/2020 [08:51]:
Polşada ailəsini koronavirusa yoluxdurmaqdan qorxan kişi üç gün maşında yaşadı
31/03/2020 [08:42]:
Yeni karantin qaydaları bu gecədən qüvvəyə mindi – FOTO/VİDEO
31/03/2020 [08:39]:
Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır - DSX
31/03/2020 [08:11]:
Mehriban Əliyeva soyqırımı qurbanlarını andı - FOTO
31/03/2020 [08:08]:
Karantindən yayınmaq üçün özünü kola bənzətdi - VİDEO
31/03/2020 [08:07]:
Dünyada ümumilikdə 33106 nəfər koronavirusdan ölüb
31/03/2020 [08:04]:
ABŞ-da bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb
31/03/2020 [08:03]:
Azərbaycanlıların soyqırımından 102 il ötür
31/03/2020 [08:01]:
Hindistanda müsəlmanlar koronavirus şübhəsi ilə ölmüş hinduistə qarşı  görünməmiş insanlıq nümayiş etdirdi…-FOTO 
31/03/2020 [07:25]:
"Allahın mərhəmətindən ümidinizi kəsməyin..."- "Allah bu ayə ilə mənim belimi sındırdı...".
31/03/2020 [00:17]:
"Düşmənlərimin çörəyinə yağ çəkməmək üçün aclıq və ölüm orucunu dayandırıram..."
31/03/2020 [00:02]:
QHT rəhbəri bir milyon insana koronavirsa qarşı maariflənmə işini təşkil edəcək
30/03/2020 [23:57]:
""5-ci kolon"-la mübarizə hər kəsin vətəndaşlıq borcudur, müxalifətin də əksəriyyəti..."
30/03/2020 [23:50]:
"Dağlıq Qarabağda “seçiləcək“ adamların Nemezis terrorçularından heç bir fərqi yoxdur"
30/03/2020 [23:43]:
Toysuz qalan müğənnilər karantin dövrünü necə keçirir? – “Korona bizə od qoydu”
30/03/2020 [23:27]:
İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı
30/03/2020 [23:19]:
"Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır"
30/03/2020 [23:14]:
Sabah qarabağlılar qalib gələcək, yoxsa irəvanlılar?
30/03/2020 [23:11]:
Ərdoğan koronavirusla mübarizə kampaniyasına başladı: 7 aylıq maaşını bağışladı
30/03/2020 [22:49]:
“Çağrılmamış qonaq” bütün bəşəriyyətin qapısını döydüyü kimi, Azərbaycana da təşrif buyurub”
30/03/2020 [22:35]:
“Biz hər şeyi dövlətdən gözləməməliyik” - VİDEO
30/03/2020 [22:10]:
İtaliyada koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanadan dəhşətli görüntülər - VİDEO
30/03/2020 [22:03]:
Ərini dəlicəsinə sevən Valentina çəkinə-çəkinə doktor Ədilənin qulağına pıçıldamışdı...
30/03/2020 [22:00]:
Nazirdən kreditlərlə bağlı mühüm açıqlama - VİDEO
30/03/2020 [21:58]:
Azərbaycan tütün və tütün məmulatlarının idxalını xeyli azaldıb
30/03/2020 [21:56]:
Habil Əliyevin qızı koronavirusa yoluxdu - AÇIQLAMA
30/03/2020 [21:55]:
Maskasız evdən çıxanlar cərimələnəcək? - AÇIQLAMA
30/03/2020 [21:53]:
Türkiyədə bir sutkada 1610 nəfər koronavirusa yoluxdu
30/03/2020 [21:51]:
Düşmən təxribatının qarşısı alınıb - DSX
30/03/2020 [21:26]:
Koronavirusa görə birbaşa maliyyə yardımı necə veriləcək? - Mikayıl Cabbarov açıqladı
30/03/2020 [21:22]:
Evdə bərbərlik etmək qadağan olundu
30/03/2020 [21:20]:
Evlərdə ad günü, toy, nişan keçirmək qadağan edildi
30/03/2020 [21:18]:
İtaliyada koronavirusdan ölənlərin sayı 11 mini keçib
30/03/2020 [21:13]:
Millət vəkili həmin fədakar insanları alqışlamağa çağırdı... - VİDEO
30/03/2020 [21:01]:
"Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir"
30/03/2020 [20:59]:
İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər - Nazirlər Kabineti
30/03/2020 [20:57]:
Nazirlər Kabinetindən evdən çıxması yasaqlanan aşağı təminatlı vətəndaşlara bağlı AÇIQLAMA
30/03/2020 [20:54]:
Azərbaycan XİN Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pisləyib
30/03/2020 [20:52]:
Yasamalda yaşayan 8 km. bazarına gedə bilməz - Nazirlər Kabineti
30/03/2020 [20:48]:
Daxili Qoşunlar Sumqayıtda karantin rejiminə belə nəzarət edir - FOTO/VİDEO
30/03/2020 [20:37]:
Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər
30/03/2020 [20:35]:
Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
30/03/2020 [20:20]:
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
30/03/2020 [20:18]:
Azərbaycan və türkiyəli tarzəndən “evdə qal” çağırışına “musiqili dəstək” - FOTO+VIDEO
30/03/2020 [20:18]:
Netanyahu karantinə alınıb
30/03/2020 [20:16]:
UEFA prezidentindən bioloji bomba açıqlaması
30/03/2020 [19:49]:
Evdə qalan valideynlər “dəhşətli” görüntülər paylaşırlar - FOTOLAR
30/03/2020 [19:33]:
Moskvada özünütəcrid rejimi aprelin 14-ə kimi davam edəcək
30/03/2020 [19:24]:
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
30/03/2020 [19:17]:
Koronovirusu dərmansız sağaldan Azərbaycanlı həkim ortaya rəsmi sənəd qoydu
30/03/2020 [19:14]:
Azərbaycanda ərazilərin dezinfeksiya edilməsi üçün dron hazırlandı
30/03/2020 [18:59]:
Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik - Səhiyyə Nazirliyi
30/03/2020 [18:49]:
Tailand kralı karantində: 20 qadından ibarət hərəmxanası ilə Alp dağlarında
30/03/2020 [18:47]:
Rusiya neftinin 1 bareli 16 dollara satılır
30/03/2020 [18:38]:
Ermənistan deputatları Azərbaycanda  “seçki” keçirməyə gəldi...
30/03/2020 [18:23]:
Brent bu axşam, ya sabah 20 dollar də ola bilər, ondan ucuz da...
30/03/2020 [18:23]:
Daxili Qoşunların hərbçiləri Bakı küçələrindədir - VİDEO
30/03/2020 [18:19]:
"Bir çox ölkələrdə Azərbaycanın atdığı addımlar hələ təzəlikcə atılır" - Tofiq Zülfüqarov
30/03/2020 [18:08]:
Fatih Terim koronavirusdan sağaldı – Evə buraxıldı
30/03/2020 [18:06]:
Koronavirusla bağlı regionlarda son durum... - Gəncə, Şəki, Şirvan, Qəbələ...
30/03/2020 [18:05]:
“İşğal edilmiş ərazilərdə keçirilən qondarma “seçkilər” siyasi tamaşadır” - BMTM
30/03/2020 [18:02]:
"Ermənilər insanları iyrəndirəcək dərəcədə addımlar atırlar" - POLİTOLOQ: Türk birliyinin yaranmasına ehtiyac var
30/03/2020 [18:02]:
Ukraynadakı soydaşlarımızın zəruri ehtiyacları təmin olunub - FOTO
30/03/2020 [17:59]:
Azərbaycan Prezidenti “Fövqəladə vəziyyət haqqında” Fərmanda dəyişiklik edib
30/03/2020 [17:45]:
"Millətimizin yaşadığı bu acı tarixi ona görə dövlət səviyyəsində qeyd etməliyik ki..."
30/03/2020 [17:36]:
Nədənsə deputatlar köçkünlərin üzləşdiyi aqibətdən narahat görünmürlər...
30/03/2020 [17:35]:
Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...
Bütün arxiv bir sırada
09/11/2019 [09:51] - Hadisə - ( 2638 dəfə baxılıb)

Üçrəngli Bayrağımızı yaşadanlar...



Nəsiman Yaqublu

İLK  MİLLİ  BAYRAĞI  HAZIRLAYANLAR:
       
Bəxtiyar  Tuncayın anası - Şahverdiyeva Sura Səfər qızı.
1939-cu ilin oktyabrın 1-də Bakı şəhərində anadan olub. 2012-ci  ilin fevralın 16-da rəhmətə  gedib. Bakıda Neft-Kimya Proseslər İnstitutunun zavodunda “operator” vəzifəsində  işləyib. İlk milli Bayrağımızın rəngli çap formasını oğlu Bəxtiyar Tuncay evə gətirib onlara vermiş və mitinqə aparmaq üçün hazırlamağı tapşırıb. Sura  xanım  həmin bayrağı üç rəngli parçadan (göy, qırmızı, yaşıl) hazırlamış, ağ ayparanı isə qızı Arzu parçanın üzərinə toxumuşdur.
Şahverdiyeva Arzu  Adil qızı - Sura xanının qızı, Bəxtiyar Tuncayın bacısıdır.  1970-ci ilin fevralın 2-də Bakıda anadan olub. 1992-ci ildən 2015-ci ilə qədər DIN QBI-də Dayaq Rabitə Qovşağında “Rabitə Anbar” rəisi vəzifəsində işləyib. Hazırda təqaüdçüdür.
Bəxtiyar Tuncay söhbətində bildirdi ki, Üç rəngli bayrağımızın şəklini ilk dəfə Ankarada nəşr edilən Azərbaycan Kültür Dərnəyinin nəşr orqanı olan “Azərbaycan” jurnalında gördük  və onun əsasında evdə anamla bacım bayrağı tikib hazırladılar. 


(SOVET  REJİMİNƏ  QARŞI  FƏALLAR)

BƏXTİYAR  TUNCAY
(Ona üçrəngli bayrağımıza görə cinayət işi açılıb)
1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Dövlət İncəsənət İnstitutunu bitirib. Almaniyada Sovet Ordusunda xidmətdə olub. Orduda apardığı millətçi  söhbətlərinə görə təqib edilib. 1987-ci ildən siyasi fəaliyyətlə məşğuldur. “Çənlibel”, “Oğuz abidələrini qorumaq”, “Yeni Müsavat” təşkilatlarının yaradıcılarından və fəallarından olub. 1988-ci ildə Meydan hadisələrinin fəallarındandır. Bu fəaliyyətinə görə bir neçə dəfə həbs edilib.
Sovetlər dövründə Y. Qaqarin adına  Pionerlər Sarayında, 1990-cı illərdə “Meydan”  qəzetində çalışıb. Hazırda Milli Elmlər Akademiyasının Folklor İnstitutunda işləyir.
B.Tuncay qeyd edir ki, meydanda - 1988-ci ildə ilk bayrağı Lerikdən Tofiq adlı birisi (“Ulduz”da fəhlə işləyirdi) qaldırsa da, lakin bayraqda aypara düz verilməmişdi, tərsinə  təsvir olunmuşdu.
B.Tuncayın məlumatlarından aydın olur ki,ilk dəfə olaraq Tofiq  Rəsulov, Fuad Ağayevlə birlikdə “Qızıl Qoç”  adlı təşkilat yaradıblar. “Çənlibel” adını isə şair Məmməd Elli verib. 1988-ci ilə qədər Hatəmi Hərəkatın əsas lideri  sayılırdı. Sonra Nemət məşhurlaşdı. Onlar tez-tez “Nu Poqodi”  çayxanasında yığışırdılar. “Çənlibel”in ilk  sədri Vurğun Əyyubov, sonrakı sədri isə aktyor  Ədalət Ziyadxanlı oldu(onun sədrliyi çox qısa müddət çəkmişdi). Mənsur Əlisoyun da bu proseslərdə böyük xidmətləri var idi. O, Akademiyada Şərqşünaslıq Institutunda işləyirdi.
O zaman “Xətai” adlı bir təşkilat da var idi. Bu təşkilatın əsas yaradıcısı Babək Ədaləti idi. O, Semaşko xəstəxanasında işləyirdi( Hazırda həbsdədir).  DTK-da işləyən Eldəniz Əliyev isə Meydan hərəkatına  nəzarət edirdi.
Onlar əsasən Təzəpir məscidində yığışırdılar - Hatəmi və digər dostlarla. Əvvəl Xudu Məmmədovun, sonradan isə şair Şəhriyarın yas mərasimlərində, cümə axşamlarında  hökumət əleyhinə təbliğat aparırdılar.
Onların  yaratdığı  “Oğuz abidələri”  təşkilatında  Fuad Ağayev, Tofiq Rəsulov, Nemət Pənahov da  var idi. Məramı - “Azərbaycan dilinin dövlət dili səviyyəsində işlədilməsi idi”. Təşkilatın 17 maddəlik proqramı  da yazılmışdı.”Qızıl Qoç”un  ilk toplantısına 17-yə qədər tələbə gəlmişdi. Toplantılar Dəmiryolu Vağzalında- “Dəmiryolçular”  klubunda keçirilirdi. Sonra hökumət bundan xəbər tutdu, DTK-ya çağırıb istintaq etdilər və fəaliyyəti  dayandırıldı.
B.Tuncayın institutda tələbə yoldaşı olan Isabala “Azərnəşr”dəki zalın direktoru idi. İsabala onların xahişi ilə tədbirlərin orada keçirilməsinə icazə  verirdi.O dövrdə Şamil Saleh (rəhmətə gedib), Sabir Yanardağ da  çox fəal idilər. Onlar “Bilik”  Cəmiyyəti xətti ilə rayonlarda  olur və özlərinin hökumət əleyhinə fikirlərini, çıxışlarını yayırdılar. Elşən birisi( o hazırda S.Rüstəmxanlının Vətəndaş Həmrəyliyi partiyasındadır)  vərəqələri yaymaqda çox fəallıq göstərirdi.  
Qeyd edək ki, Nemət pənahlı o zaman Şmidt adına zavodda fəhlə  işləyirdi. N.Pənahlı zavodda çox  tanınır və  fəhlələrin  hüquqları uğrunda mübarizə aparırdı. Ancaq onun  məşhurlaşmasında Xəlil Rzanın rolu  oldu.Belə ki, Nemət  mitinqə gələndə onu tutub aparmış, dostlarına polislər mane olmuş və qarşılarını kəsmişdilər. Xəlil Rza orada elan etmişdi: “Azərbaycan fəhlələrinin qəhrəmanı Nemət Pənahlı!” . Bundan sonra o, daha da məşhurlaşmışdı.
Sonradan Rizvan Hüseynovun evində “Birlik”  Cəmiyyətini yaradıldı. Cəmiyyətin əsas fəallarından biri  Əhməd Rza idi.B.Tuncay isə  artıq Türkiyədəki “Azərbaycan kültür Dərnəyi” ilə əlaqə yaratmışdı. Yenə fəallardan olan Tofiq Türkel o zaman M. Ə. Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı”  kitabını çap etdirmişdi.
O dövrdə yaradılan təşkilatlardan biri də “Qızılbaşlar” idi. Çox radikal idi. Sonradan Eldar İbrahim təşkilata  başçılıq etdi. Daha sonra isə partiya olaraq fəaliyyət göstərdilər. 
Həmin dövrdə Azər Qasımov(Qasımzadə)Azərbaycan xalq hərəkatının başlanğında ilk siyasi partiyanı- “Dirçəliş”i   yaratmışdı (o Akademiyanın Geologiya  İnstitutunda çalışırdı və rəhmətə gedib).
B.Tuncay yazır  üçrəngli bayrağımızın şəklini Türkiyədən gətirdikləri  “Azərbaycan” jurnalından  götürmüşdülər.Onun əsasında B.Tuncayın  Anası parçaları tikmiş, bacısı isə  ayparanı hazırlamışdı. Sonra həmin bayrağı  aparmışdılar  mitinqə.
Qeyd edək ki, Bəxtiyar Tuncaya üçrəngli bayrağı meydana gətirdiyinə görə sovet dövründə cinayət açılmışdı.

MİLLİ  AZADLIQ  HƏRƏKATININ  BAYRAQDARI

YAŞAR  TÜRKAZƏR
1988-ci ildən başlayan Milli Azadlıq Hərəkatı tarixində Yaşar Türkazərin ayrıca xidmətləri vardır. Üçrəngli Azərbaycan Bayrağını  o, mitinqlərdə dəfələrlə dalğalandırmış və bu fəallığına görə döyülmüş, həbs edilmişdir.
Yaşar Cəlil oğlu Məmməd Türkazər 1956-cı ilin aprelin 17-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Peşə Texniki məktəbini bitirmiş, müxtəlif zavodlarda fəhlə işləmişdir.
1987-ci ilin dekabrın 27-dən “Çənlibel” Elmi-Ədəbi Birliyinin toplantılarında iştirak edib. 1988-ci il mayın 16-dan 1991-ci ilin dekabrına qədər bütün yürüş və mitinqlərdə fəallıq göstərib. 1988-ci ilin sentyabrında işlədiyi Elektron-Hesablama Maşınları zavodunda yaradılan “Şah İsmayıl Xətai” adlı Elmi-Ədəbi Birliyin İdarə Heyətinə seçilib. Həmin ilin Oktyabrın 29-da isə Məhəmməd Hatəmi Tantəkinin yaratdığı Azərbaycan Xalq Hərəkatı Cəbhəsinin Müvəqqəti Məsləhət Şurasının üzvü seçilir. 1989-cu ilin mayın 21-də Birlik Cəmiyyətinin təsis yığıncağında Idarə Heyətinin üzvü olur və bu vəzifəni həmin ilin noyabrın 19-na qədər icra edir.
1989-cu ilin Mayın 28-də Həsən Meracın və Azər adlı bir şəxsin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 71-ci ildönümü ilə bağlı “Parapet” bağında (indiki “Fəvvarələr” meydanı - red.) nümayiş başladı. 50-60 adamın iştirakı ilə başlanan bu nümayiş  Fəxri Xiyabanda Şıxəli Qurbanovun məzarı üstündə yekunlaşdı. Sonda nümayişə toplaşanların sayı 10 minə yaxın idi. Bu nümayişdə Üçrəngli Bayrağı daşımaq şərəfi məhz Yaşar Türkazərə qismət oldu.
Yaşar Türkazərin “Azadlıq” meydanında 17 noyabr - 5 dekabrda keçirilən mitinqlərdə, 28 May nümayişlərində, 4-11 iyun yürüş-mitinqlərində Üçrəngli Bayrağımızı daşıdığını nəzərə alan AXC lideri Əbülfəz Elçibəy 1989-cu ilin iyunun ortalarında Məhəmməd Hatəmi Tantəkinin, Ənvər Əliyevin və Nemət Pənahlının dustaqxanadan çıxması ilə bağlı Səttarxan adına zavodun yataqxanasında keçirilən qonaqlıqdakı çıxışında demişdi: “Yaşar - Hərəkatımızın Bayraqdarıdır!”
1989-cu ilin oktyabrında “Birlik”, noyabrın 10-da isə “Yeni Müsavat” adlı qəzetlər nəşr edilməyə başladı. Həmin vaxt Yaşar sovet dövründə ləğv edilmiş, mətbuatın küçə yayımını bərpa edərək 1992-ci ilin martın 4-nə qədər Bakıdan Naxçıvana kimi 25 şəhər və rayonda qəzet yaymışdı.
1989-cu ilin noyabrın 26-da Azərbaycan Milli Demokrat Partiyası - Yeni Müsavata daxil olub və həyatını bu təşkilatla bağlayıb.
Yaşar 1992-ci ilin martın 21-dən sentyabrın 12-nə qədər Eldar Bağırov adına 845 saylı Ağdam taburunun sıralarında döyüşüb.
1992-ci ilin oktyabrından 1993-cü ilin aprelinə qədər AXC Mərkəzi Qərargahında təlimatçı vəzifəsində çalışıb.
Bu mücadilə həyatında o, dəfələrlə döyülüb, həbs edilib, xəsarətlər alıb, bir gözünün görmə qabiliyyətini itirib. 
Yaşar Türkazər bu gün də azad, demokratik Azərbaycan cəmiyyətinin qurulması uğrunda mücadilə aparır.


BEŞ  GÜN  ERMƏNİLƏRLƏ  TƏK  DÖYÜŞƏN, ÜÇRƏNGLİ  BAYRAĞI ONLARA  VERMƏYƏN  NATİQ  QASIMOV:

“BAYRAĞI  VƏ  POSTU  QOYUB  GEDƏ  BİLMƏRƏM”
Moskvada nəşr edilən “Oqonyok”  jurnalının 1992-ci il aprel ayında (№14-15) müxbir Konstantin Smirnovun “Qorxu” məqaləsi çap olunub. Həmin məqalədə italiyalı fotomüxbir Enriko Sarrininin  çəkdiyi bir görüntü verilib. Bu fotoda azərbaycanlı döyüşçü Natiq Qasımov ermənilərin əhatəsində olmasına baxmayaraq üçrəngli Bayrağı vermir.
Bu, savaşlar tarixində baş verən çox heyrətamiz bir hadisədir.
Natiq Qasımov 1971-ci ildə yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Sonradan ailəsi ilə Mingəçevir şəhərinə köçüb. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, “Kosmos” kinoteatrında kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmətdə olub. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra könüllü olaraq Vətənin müdafiəsinə gedir, Ağdamda Yaqub Rzayevin (“Ala Yaqub”) başçılıq etdiyi “Qarabağ şahinləri” batalyonunda vuruşur. Döyüş bölgəsindən evə qayıtdıqdan az sonra “Xocalı” soyqırımı baş verir. O, yenidən döyüş bölgəsinə gedir.
1992-ci ilin martında “Qarabağ şahinləri” batalyonundan olan 31 nəfərlik dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı əhəmiyyətli bir yüksəkliyi ələ keçirir. Döyüşdə həlak olanlar da olur, digərləri isə geri qayıdır. Həmin yüksəklikdəki qədim alban kilsəsində Natiqlə birlikdə altı nəfər dostu qalır. Onlara kömək göndərilmir. Bütün dostları həlak olan Natiq beş gün təkbaşına ermənilərlə döyüşür və mövqeyi tərk etmir. Sonda ermənilər əsir götürdükləri iyirmi nəfər Xocalı sakinini o təslim olmayacağı halda qətlə yetirəcəklərini bildirirlər. Bu xəbəri Natiqə əsir götürülmüş, Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərov çatdırır. 
C.Cəfərovun dedikləri: “...Yuxarı baxdım. Gecədən islanmış üçrəngli Bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa çörəyi yedi. Dedi ki, komandirim məni altı nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdur. Beş gündür ki, tək qalmışam. 
Natiqdən niyə postu tərk etmədiyini soruşdum. Dedi ki, komandirə söz vermişəm, Bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, gəlmədi.
Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy heç olmasa özümüzünkünün gülləsindən ölüm. Bir anlığa xəyala daldı: tutaq ki, Sizi vurdum, bəs mənə görə iyirmi nəfər əsirin güllələnməsinə necə razı olum? Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf qışqırıb onları yanına çağırırdı. Ermənilər əvvəlcə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. 
Natiq əlində üçrəngli Bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər.”.
Natiqin sonrakı taleyindən isə məlumat olmadı. 

GÜLMİRZƏ  BAĞIROV 1974-CÜ  İLDƏ  SOVETİN BAYRAĞININ YERİNƏ  ÜÇRƏNGLİ  BAYRAĞI ASMIŞDI
Bakının Maştağa kəndinin sakini Gülmirzə Bağır (təxəllüsü “Ovçu” idi) Böyük Vətən müharibəsi illərində Kerç döyüşlərində yaralı vəziyyətdə almanlara əsir düşüb. Sonra legioner həyatı yaşayıb. 1970-ci ildə Almaniyadan bir aylıq müddətinə Bakıya gəlməyə icazə alır. 1976-cı ildə isə həmişəlik olaraq Almaniyadan köçüb Bakıya qayıdır və Maştağada yaşayır.
1974-cü ilinMayın 28-də özü ilə Almaniyadan belinə bağlayıb gətirdiyi üçrəngli Bayrağı Maştağa  Sovetinin üstündə dalğalanan sovet bayrağı ilə əvəz edib oradan asır. 2-3 saat üçrəngli Bayraq sovetin binası üzərində qalırdı. Sonra hökumət təmsilçiləri gəlib bayrağı çıxarmışdılar.
Gülmirzə kişi hər ilin Mayın 28-də yaşadığı evin üzərində üçrəngli Bayrağı asıb dalğalandırırdı. Qeyd edirdi ki, həmin Bayrağı həyat yoldaşı Möhtərəm xanımla (həyat yoldaşı türk qızı olub) ilə birgə hazırlayıb.
Gülmirzə kişi sonradan o Bayrağı Müsavat partiyasına, Müsavat Partiyası da  Azərbaycan Tarixi Muzeyinə bağışladı.

GÜLTƏKİN  SƏFƏRLİ
Üçrəngli bayraqlarımızı hazırlayan qadın

Gültəkin Həsən qızı Səfərli 1928-ci ilin aprelin 22-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi və musiqi məktəbini fortepiano sinfi üzrə bitirdikdən sonra Naxçıvan şəhəri ikillik Pedaqoji İnstituta daxil olur. Sonra isə təhsilini Bakıda APİ-nin dil-ədəbiyyat fakultəsində davam etdirir. Hələ 14 yaşında özünün yaratdığı ansamblla hərbi hospitallara konsert verməyə gedərdi. Qırx iki il müəllimə işləmişdir. 1989-cu ildə öz ərizəsi ilə işdən çıxaraq   yun əlcəklər və corablar toxuyub Qarabağa göndərir. Hər bağlamaya bayraq və məktub da qoyurdu. Xəstəxanada yatan yaralılara baş çəkir, meydan hərəkatı zamanı qutab  bişirib oraya aparardı. İrandakı zəlzələ zamanı öz pulu ilə iki top ağ parça və xeyli ərzaq alıb yardım yığılan məntəqəyə aparmışdı. O başqalarına yardım etməkdən zövq alırdı. Amma vaxtının çoxunu bayraq tikməyə həsr edirdi. Bayraqları xüsusi sevgi və həvəslə tikərdi. Kənarlarına saçaqlar toxuyardı (onu da qeyd edim ki, muncuq və saplarla gözəl əl işləri yaradardı. Bu, onun xobbisi idi). Lakin özünün  də dəfələrlə qeyd etdiyi kimi, Meydana ilk gətirilən  Bayrağı başqa qadın tikmişdi (Bəxtiyar Tuncayın anası və bacısı). Ertəsi gün meydanda ikinci daha böyük Bayraq göründü. Bu, Gültəkin ananın tikdiyi ilk Bayraq idi. Qısa müddətdə bütün meydanı bayraqlar bürüdü, onların sayı-hesabı yox idi. Kim istəsə verərdi. Xarici ölkələrə də göndərirdi. O, tikdiyi bayraqlarla fəxr edirdi. Təəssüf ki, 20 Yanvar gecəsi tikdiyi əlvan bayraqların üstünə öz əli ilə qara bağlamalı oldu. Bu hadisəyə heç dözə bilmirdi. Gecə hətta qara paltarlarını kəsib ağlaya-ağlaya xeyli bayraq düzəltmişdi... Fəxr etdiyi, qürur duyduğu bir də altı övladı var idi. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra onları tək böyüdüb hamısına ali təhsil verdi. Ona görə də iki oğul itirməsi ona çox pis təsir etmişdi. Uşaqlıqdan şeir həvəskarı idi, özü də yazardı. Həyat yoldaşına və oğlanlarına həsr etdiyi çoxlu şeirləri var idi. 
Xəstə yatağında hər övladına ayrı-ayrılıqda vəsiyyətini bir dəftərə yazmışdı. Siyasətçi olmasa da müxalifət liderlərinin bir araya gəlməməsi onun ən böyük dərdi idi.
Gültəkin Ana 2014-cü ilin  20 may gecəsi dünyasını dəyişdi.

ÜÇRƏNGLİ  BAYRAĞIMIZI  MEYDANA  İLK  GƏTİRƏNLƏR: SALMAN, ELŞAD

MİTİNQLƏRDƏ ÜÇRƏNGLİ  BAYRAĞIMIZIN İLK DƏFƏ  DALĞALANDIRILMASI

1988-ci ilin 17 noyabr mitinqlərində ilk günlər  Sovet Azərbaycanının bayrağı dalğalanırdı. Həmin bayrağı tribunada bir neçə gün dayanıb dalğalandıran Sakit Həsənov olub.
Üçrəngli Bayrağı ilk dəfə meydana 1988-ci ilin 19 noyabrında Bədən Tərbiyəsi İnstitutunun tələbələri –Salman Hüseynov, Elşad Ziyadov gətirmişdilər. Mitinqdəki komsomolçular onların əlindən bayrağı alıb cırmaq istəyirdilər. Odur ki, Salmanla Elşadı qovur, onları tutmaq istəyirdilər. Onlar isə müxtəlif istiqamətlərə qaçır, Bayrağı vermirdilər. Belə məqamda M.Hatəmi onları yanına çağırıb, başçılıq etdiyi “qızılbaşlar” dəstəsinin əhatəsinə aldırdı. Komsomolçular buraya yaxınlaşmağa cəsarət etmədilər.
Sonralar üçrəngli Bayrağımızı meydana gətirənlərin sayı çoxaldı.
Qeyd: 1989-cu ilin noyabrın 17-də Meydan hərəkatının bir illik yubileyi ilə bağlı keçirilən mitinqdə isə üçrəngli Bayrağın dalğalandırılması Sakit Həsənova tapşırıldı. S.Həsənov 1988-ci ilin noyabrın 17-də Azərbaycan sovet bayrağını ilk dəfə tribunada dayanıb dalğalandırmış

BAYRAĞI  MEYDANA  İLK  GƏTİRƏN  SALMAN  HÜSEYNOV

1988-ci ilin noyabr mitinqlərinə üçrəngli Bayrağımızı ilk hazırlayıb gətirən Salman Hüseynov olub. O, əvvəlcə kağız parça üzərində bayrağın təsvirini çəkib və 19 noyabrda meydana gətirib. Sadəcə mavi rəngi daha çox tünd olaraq çəkib. Onu Bayrağa görə təqib ediblər. 20 noyabrda isə Salman bəy Bayrağı parça üzərində hazırlayıb.
S.Hüseynov bildirir ki, Bayraq haqqında ilk məlumatı M.Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından öyrənib. Ona əsasən də Bayrağı hazırlayıb meydana gətirib. Meydana çatanda Elşad bəy də ona köməklik göstərib. 
Qeyd: Salman Hüseynov 1970-ci ildə Bakıda anadan olub. 1987-1991-ci illərdə Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1992-ci ildə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib – Şuşada, Ağdamda, Ağdərədə olub. Sonra bir müddət ixtisası üzrə çalışıb, müəllimlik edib. Mühafizə sistemində çalışıb.

1988-Cİ  İLDƏ  MEYDANA  AZƏRBAYCAN SOVET BAYRAĞINI GƏTİRƏN  SAKİT  HƏSƏNLİ

1988-ci ilin noyabr mitinqlərində  iki gün – 17, 18 noyabrda − sovet Azərbaycanının bayrağını kürsüdə dalğalandıran Bakı Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi, “Yurd” birliyinin üzvü Sakit Həsənli oldu.
1988-ci ilin noyabrın 19-da isə S.Həsənli əvvəlcədən dostu Nəsimi Məmmədli ilə yataqxanadakı otaqlarında ağ mələfənin üstünə üçrəngli Bayrağımızın təsvirini çəkib birlikdə mitinqə gətirdilər (sadəcə ayparanı bir az böyük çəkmişdilər). 
1989-cu ilin noyabr ayının 17-də meydan hərəkatının bir illik yubileyində bayrağın kürsüyə gətirilməsi S.Həsənliyə həvalə edildi.
Qeyd: Sakit Həsənli 1970-ci ildə Tovuz rayonunda anadan olub. 1986-1990-cı illərdə Bakı Dövlət Universitetinin fizika fakultəsində təhsil alıb. 1987-ci ildən “Yurd” birliyinə qoşulub, tədbirlərdə fəallıq göstərib. 1990-cı ilin noyabr-dekabr aylarında “Azərbaycan” qəzetində orduya getməklə bağlı müraciəti çap olunub. 1990-cı ildə könüllü olaraq tələbə dostları ilə Qarabağın döyüş bölgələrinə gedib. Döyüşlərdə on bir ermənini əsir götürüb. S.Həsənli sonradan orta məktəbdə müəllimlik edib.

ELMAN  BAYRAQDAR

Elman Türkoğlu Bayraqdar (Elman Həsənbəyli) 1957-ci ildə Masallıda anadan olub. Bir müddət Türkmənistanın Aşqabad şəhərində yaşayıb. Aşqabadda yaşadığı dövrdə imkan tapıb Bakıya gəlib və Azərbaycanda keçirilən mitinqlərdə iştirak edib.
Üçrəngli Azərbaycan Bayrağının sonrakı illərdə də Xalq hərəkatının tədbirlərində dalğalandırılmasında Elman Türkoğlunun böyük xidmətləri olub.

Ərini dəlicəsinə sevən Valentina çəkinə-çəkinə doktor Ədilənin qulağına pıçıldamışdı...
Koronovirusu dərmansız sağaldan Azərbaycanlı həkim ortaya rəsmi sənəd qoydu
Brent bu axşam, ya sabah 20 dollar də ola bilər, ondan ucuz da...
Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...
Koronavirus səbəbi ilə nəhəng xəstəxana erkən xidmətə başladı - MARAQLI... + VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Hindistanda qeyri-adi karantin -On dörd gün ağacda qalacaqlar-MARAQLI...
Cəmiyyət
Nədənsə deputatlar köçkünlərin üzləşdiyi aqibətdən narahat görünmürlər...
Dünya
Üç günlük körpədə koronavirus aşkar edildi -İranda...
Şou-biznes
Minlərlə tələbəni oxudan, yüzlərlə imkansıza ev alan, yanına gələn hər kəsi işlə təmin edən...
Gündəm
Koronavirus dərmanı 7 ölkədə sınanmağa başlandı -300 xəstə üzərində testlər həyata keçirilir...
Yazar
İlham İsmayıl
Sabah qarabağlılar qalib gələcək, yoxsa irəvanlılar?
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası...
Şahin Quliyev
Qaz və işıq limitinin ləğvinə ehtiyac var
Sultan Laçın
“Pulunu al – evdə qal!."
Həftənin ən çox oxunanları
Rus yazıçıdan sensasion iddia - virus yoxdur, bu, xüsusi əməliyyatdır, məqsəd…
"Elə insanlar var ki, 1-2 gün işləməyəndə evlərinə ərzaq ala bilmirlər, ona görə də..."
Azərbaycanda şok hadisə: yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - VİDEO
Koronavirusdan ölən Diləyin sosial media paylaşımı təhlükəni gözlər önünə sərdi - FOTOLAR
Orqazm koronavirusun qarşısını alan bir vasitə adlandırıldı - "SEKSİN ANTİVİRUS EFFEKTİ..."
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
"Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
Türk professor: “Virusa hamı yoluxacaq”
Cazibədar aparıcı: "Bəzi məmurlar mənə seks hədəfi kimi baxır"
"Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247