Xəbər lenti
05/06/2020 [09:30]:
Bakıda lüks avtomobil divara çırpıldı
05/06/2020 [09:24]:
Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
05/06/2020 [09:21]:
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR
05/06/2020 [09:15]:
İsrail paytaxtında da iğtişaşlar başladı?..-FOTO
05/06/2020 [09:11]:
Bakıda yük avtomobili yandı
05/06/2020 [08:52]:
Jurnalistlərin 3-cü binasında mənzillərin verilmə ŞƏRTLƏRİ
05/06/2020 [08:48]:
45 ildir Rusiyanı oradan uzaq tutmağa çalışırıq - ABŞ
05/06/2020 [08:47]:
Britaniyanın Biznes nazirinin koronavirus testi neqativ olub
05/06/2020 [08:44]:
“Moskvadakı paradda iştirak etmək məsləhət deyil”
05/06/2020 [08:41]:
Vaşinqton meri Milli Qvardiyanın geri çəkilməsini tələb edib
05/06/2020 [08:39]:
"Məmur aldığı maaşla özünün ləyaqətli həyatını təmin edə bilmirsə, oğurlayacaq..."
05/06/2020 [08:33]:
Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmadı
05/06/2020 [07:44]:
İş adamı məscidlərdə pulsuz maska  paylamağa başladı…-İBRƏTAMİZ
05/06/2020 [07:41]:
Qorxunc görüntülər: Torpaq sürüşməsi səkkiz evi dənizə saldı - VİDEO
05/06/2020 [07:21]:
"Dinimiz insanın evdə oturub əlini-əlinin üzərinə qoymasını sevmir..."
05/06/2020 [07:17]:
BMT Baş katibindən çağırış: “COVID-19 peyvəndi hər kəs üçün olmalıdır”
05/06/2020 [07:15]:
Minneapolisdə Corc Floydla vida mərasimi keçirilib - VİDEO
05/06/2020 [07:12]:
Koronavirus təhlükəsinin sirri aşkara çıxarıldı:
05/06/2020 [00:48]:
Bu ölkədə qatillərin şərəfinə salınan meşə genişləndiriləcək...
05/06/2020 [00:31]:
Vilyam Hacıyevin bağlamaları kimə çatacaqmış? - 2 başçını bitirən bir "əməliyyat"...
05/06/2020 [00:03]:
Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən işləyəcək
04/06/2020 [23:56]:
“Bugünkü könüllülər sabahın rəhbərləridir” - İlham Əliyev
04/06/2020 [23:34]:
Fransada koronavirus qurbanlarının sayı 29 mini ötdü
04/06/2020 [23:30]:
Azərbaycan və Serbiyanın XİN başçıları bir sıra məsələləri müzakirə ediblər
04/06/2020 [23:29]:
Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü
04/06/2020 [23:29]:
ÜST: Dünyada koronavirus qurbanlarının sayı 383 minə çatır
04/06/2020 [23:28]:
“Ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur” - Prezident
04/06/2020 [23:27]:
“Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq, ancaq...”
04/06/2020 [23:27]:
Maska taxmayanlara qarşı reyd: Cərimələnənlər var - VİDEO
04/06/2020 [23:27]:
Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ
04/06/2020 [23:26]:
“AZE NAKHCHIVAN-KÖLN” Futbol Klubuna stadion tikilir
04/06/2020 [22:13]:
"Belarus müxalifətini Rusiya oliqarxları maliyyələşdirir" – Lukaşenko
04/06/2020 [22:10]:
"Moskvadakı paradda iştirak etmək bizim üçün iki səbəbdən zəruridir" - Politoloq
04/06/2020 [22:01]:
Məşhur Ticarət Mərkəzinin qarşısında ağır qəza: Yaralılar var - FOTO
04/06/2020 [21:41]:
“Koronavirusa yoluxmaların artması həftə sonları sərt karantin rejiminin tətbiqini zərurətə çevirir”
04/06/2020 [21:39]:
Yaşlıların köməyinə çatan tennisçi könülləri fəth etdi - MARAQLI...+ FOTOLAR
04/06/2020 [21:35]:
“İrəvan məsələsi təbliğat maşınımızın, hücum diplomatiyamızın tərkib hissəsi olmalıdır”
04/06/2020 [21:29]:
"Bir nazirin 2 aydan bir gedib rayonda 20-30 adamı qəbul etməsi ilə iş alınmaz..."
04/06/2020 [21:12]:
Bələdiyyə sədrinin köməkçisi mətbuat konfransında ayaq əzələlərini göstərdi - FOTO
04/06/2020 [21:07]:
Həftəsonu məhdudlaşdırma qərarından sonra əhali mağazalara axın edir - VİDEO
04/06/2020 [20:51]:
Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb - YENİLƏNİB
04/06/2020 [20:49]:
Prezident Ağcabədidə taxıl biçinini izlədi - YENİLƏNİB
04/06/2020 [20:33]:
Ziyalılar Prezidentin çağırışına qoşuldu
04/06/2020 [20:30]:
Ermənistanda 60-a yaxın pasiyentin vəziyyəti ağırdır
04/06/2020 [20:28]:
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
04/06/2020 [20:25]:
Qarabağ haqqında erməni filmi “Kann-2020”-nin siyahısına daxil edildi?..-FOTO
04/06/2020 [20:23]:
Tədris kursları güzəştlərlə bağlı hökumətə müraciət etdi
04/06/2020 [20:23]:
Sevgilisinin evlənmək istəmədiyi aparıcı intihar etdi - FOTOLAR + VİDEO
04/06/2020 [20:22]:
Sahibkarlara güzəştli kreditlərin verilməsi qaydası dəyişdi
04/06/2020 [20:11]:
“LUKoil” şirkəti neftin qiymətinə dair proqnozunu açıqladı
04/06/2020 [20:08]:
DİN-dən dəfn icazəsi ilə bağlı açıqlama
04/06/2020 [20:03]:
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
04/06/2020 [20:01]:
Spiker əhaliyə müraciət etdi: “Bir ana olaraq...”
04/06/2020 [19:55]:
"Qaçqınkom" cinayət işi ilə bağlı məsələyə aydınlıq gətirdi
04/06/2020 [19:53]:
Millət vəkilləri Atatürkün imzası olan maskaları zibil qutusuna atdılar - FOTO + VİDEO
04/06/2020 [19:53]:
Qonşu dövlətdə COVID-19-a qarşı peyvəndin sınaqları başlayır – VİDEO
04/06/2020 [19:45]:
Necdet Ünüvar “Dostluq” ordeni ilə təltif edildi
04/06/2020 [19:41]:
Hamilə fili bu şəkildə öldürdülər - İnsanlığın bitdiyi an...
04/06/2020 [19:34]:
Metropoliten də həftəsonu qadağası ilə bağlı açıqlama yaydı
04/06/2020 [19:24]:
Prezident bu qanuna dəyişiklik etdi
04/06/2020 [19:23]:
“Abituriyentlər və valideynlərinin testdən keçməsi haqda tələb yoxdur”
04/06/2020 [19:19]:
BDU-da 2 gün davam edən Respublika virtual elmi konfrans öz işini yekunlaşdırıb
04/06/2020 [19:17]:
DSX Keşikçidağdakı vəziyyətlə bağlı məlumat yaydı
04/06/2020 [19:16]:
Şeyxulislam nə üçün hədəfə alınıb? 
04/06/2020 [19:14]:
Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? - RƏSMİ
04/06/2020 [19:12]:
Naxçıvana uçuşlarla bağlı TƏBİB sədrindən - Açıqlama
04/06/2020 [19:10]:
“Guya başqa xəstəlikdən ölənə “COVİD-19” arayışı verilir”
04/06/2020 [18:37]:
Masallıdan avtomobilin yük yerində Bakıya gələn şəxs həbs edildi
04/06/2020 [18:19]:
"Azərbaycan mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb" -Vüqar Rəhimzadə
04/06/2020 [18:16]:
Azərbaycanda vergi güzəştlərinin tətbiqi infoqrafikada təqdim olunub - VİDEO
04/06/2020 [18:14]:
1918-ci ildə İrəvanı Ermənistana verməmək olardımı? - Əliyev tarix müzakirəsi başlatdı, alimlər nə deyir…
04/06/2020 [18:09]:
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
04/06/2020 [18:08]:
"Dünya çox yaxşı bilir ki, İlham Əliyev Qarabağı ermənilərə heç zaman güzəşt etməyəcək" 
04/06/2020 [18:01]:
Hesablama Palatası: Azərbaycan vətəndaşları adambaşına 1 000 dollar borcludur
04/06/2020 [17:59]:
Paşinyanın komandasından daha bir məmur istefa verdi
04/06/2020 [17:56]:
ÜST ikinci dalğanın tarixini açıqladı
04/06/2020 [17:54]:
Jurnalistlərin iş rejimi necə olacaq?
04/06/2020 [17:53]:
Azərbaycanda uçuşlar bu ay bərpa edilməyəcək
04/06/2020 [17:52]:
“Vəzirov utanmadan qaçdı və ardında qalaq-qalaq cəsəd qoydu”
04/06/2020 [17:52]:
TƏBİB-dən abituriyentlərdən koronavirus testi istənilməsi məsələsi ilə bağlı AÇIQLAMA
Bütün arxiv bir sırada
09/11/2019 [13:15] - Cəmiyyət - ( 1137 dəfə baxılıb)

AXC-nin ilk bayrağından niyə imtina edildi?



Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur. Bu bayram prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis edilib. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib. Nəticədə Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr tarixi Azərbaycanda qeyri-iş günü sayılıb.

Ölkə başçısı bu qərarı qəbul edərkən Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alıb, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin edib.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət bayrağını bərpa edilib.

Amma bu gün hamımızın tanıdığı üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli bayrağı olmayıb. Cümhuriyyətin ilk bayrağı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq olub.

Modern.az-ın məlumatına görə, 1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi.

O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan antiAzərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olub...

Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər. Sonrakı tarixi hadisələr, xüsusən həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilmiş və qaldırılmışdır.

Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır.

Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi...

Üçrəngli bayraq bir də 70 il sonra yüksəklərə qaldırıldı.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.

Bayrağımızın yaşıl, qırmızı, mavi rənglərdən ibarət üç bərabər zolağı var, üzərində isə ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir olunub..

Bayrağın üzərindəki hər rəng və simvol bir məna daşıyır.

Milli bayrağımızdakı mavi rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng - islamçılığı ifadə edir.

Bayrağın üzərindəki aypara türk xalqlarının simvolu, səkkizgüşəli ulduz isə 8 oğuz-türk tayfasının adı ilə bağlıdır.

Yaşlıların köməyinə çatan tennisçi könülləri fəth etdi - MARAQLI...+ FOTOLAR
Bələdiyyə sədrinin köməkçisi mətbuat konfransında ayaq əzələlərini göstərdi - FOTO
Sevgilisinin evlənmək istəmədiyi aparıcı intihar etdi - FOTOLAR + VİDEO
Millət vəkilləri Atatürkün imzası olan maskaları zibil qutusuna atdılar - FOTO + VİDEO
Hamilə fili bu şəkildə öldürdülər - İnsanlığın bitdiyi an...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Gündəm
“İrəvan məsələsi təbliğat maşınımızın, hücum diplomatiyamızın tərkib hissəsi olmalıdır”
Dünya
Pandemiyaya görə işsiz qalan fahişələr üçün pul toplandı...
Cəmiyyət
“İndiki halda ümidlərin nə qədər doğru olacağını söyləməyə çətinlik çəkirəm...”
Dünya
Qapın döyülür, açıb görürsən ki, qapında iki timsah didişir - VİDEO
Cəmiyyət
Rus icması Nyu-Yorkda patrul dəstələri yaradıb -FOTOLAR
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
Həftənin ən çox oxunanları
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
Rusiyaya səs salan azərbaycanlı müğənni: “Gəncədə dörd manata ofisiant işləyirdim” - VİDEO
“İyunun 2-də Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”
"Qarayevin qonağı olan Jerar Depardye gördüklərindən o qədər heyrətə gəlmişdi ki..."
"Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki..."
“Qarabağ probleminin həlli sazişi imzalanmışdı, lakin Gəncə qiyamını eşidən ermənilər dedilər ki...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247