Xəbər lenti
01/06/2020 [16:17]:
Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi
01/06/2020 [16:15]:
Azərbaycanda saxta pul nişanlarının aşkarlanması halları azalıb
01/06/2020 [16:15]:
Təhsil Nazirliyi NİDA üzvlərinin quruma qəfil ziyarəti ilə bağlı açıqlama yaydı
01/06/2020 [16:14]:
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
01/06/2020 [16:11]:
Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər - RƏSMİ
01/06/2020 [16:09]:
Gürcüstan BTQ-nin tam istismara verilməsinin vaxtını açıqladı
01/06/2020 [16:07]:
Uşaqlar günü münasibətilə beş yaşlı uşağı olan yüz ailəyə süd paylanıldı- İBRƏTAMİZ...
01/06/2020 [15:58]:
“Mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur, isinmədik istisinə...”
01/06/2020 [15:53]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:48]:
Avstriyaya aparılan 281 kq heroin Azərbaycanda tutuldu - FOTO/VİDEO
01/06/2020 [15:46]:
Kamran Əliyev onlara yeni vəzifə verdi
01/06/2020 [15:45]:
Məhərrəm ayı avqustun 21-də başlayacaq
01/06/2020 [15:41]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:38]:
Prezident Milli Məclisin iclaslarına gələndə Dövlət himni ifa ediləcək
01/06/2020 [15:25]:
“Maska cəriməsi 25 manata endirilsin”
01/06/2020 [15:21]:
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
01/06/2020 [15:16]:
“Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin”
01/06/2020 [15:13]:
“Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq” - Peskov
01/06/2020 [15:11]:
“Bu cür fikirlərlə əhalinin evini yıxırıq” - Deputat
01/06/2020 [15:09]:
Azərbaycan Hərbi Hava Qüvvələri döyüş atışlı taktiki-uçuş təlimləri keçirib - VİDEO
01/06/2020 [15:06]:
İyunda temperatur 37 dərəcəyə qədər qalxacaq
01/06/2020 [15:06]:
Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq etdi
01/06/2020 [14:59]:
Baş prokurordan YENİ TƏYİNATLAR
01/06/2020 [14:43]:
Azərbaycanda koronavirusla bağlı WhatsApp botu istifadəyə verildi
01/06/2020 [14:40]:
“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin detalları açıqlandı
01/06/2020 [14:39]:
“Kimin qalib, ya məğlub olması önəmli deyil” - Elnarə söz atdı
01/06/2020 [14:33]:
Brejnev etiraz etsə də, Xruşov yetkinlik yaşına çatmayan canini edam etdirib
01/06/2020 [14:27]:
“Söyüş və təhqirlərə məruz qalanlardan biri mənəm”
01/06/2020 [14:27]:
Rusiyada inqilab havası...
01/06/2020 [14:26]:
“Qarabağ məsələsi nə iqtidarın, nə də müxalifətin inhisarındadır”
01/06/2020 [14:26]:
“Keçən dəfə də sizə dedim, 30 ildə təkliflərinizi niyə vermirdiniz?!”
01/06/2020 [14:09]:
“Bu şəxslərin sərvət aclığı bitmək bilmir” – “Onlar əsl yırtıcıdırlar!”
01/06/2020 [13:59]:
Gürcüstanda 100-dən çox uşaq və yeniyetmə koronavirusa yoluxub
01/06/2020 [13:56]:
Azərbaycanda olma müddəti bitən əcnəbilərin NƏZƏRİNƏ
01/06/2020 [13:54]:
Fransalı nazir “Twitter”i ABŞ-ı tərk etməyə səslədi
01/06/2020 [13:54]:
Azərbaycanda koronavirusla bağlı WhatsApp botu istifadəyə verildi
01/06/2020 [13:48]:
Xalq artisti səhhətindən danışdı: “20 gün əvvəl əməliyyat olunmuşam” - AÇIQLAMA
01/06/2020 [13:46]:
“Ermənilər Şuşada yeyib-içib ehtiyaclarını dədə-babamızın məzarları üzərinə ödəyirlər”
01/06/2020 [13:37]:
Britaniya kraliçası karantin dövründən bəri ilk dəfə görüntüləndi - FOTO
01/06/2020 [13:30]:
Deputat cərimə məbləğinin azaldılmasını təklif etdi
01/06/2020 [13:30]:
ABŞ "Antifa"nı terrorçu təşkilat kimi tanıyacaq
01/06/2020 [13:27]:
“Kişi fikirləşir ki, xanımın iqtisadi müstəqilliyi olarsa, o, bunun müqabilində hüquqlarını da müdafiə edəcək...”
01/06/2020 [13:25]:
Deputat söz atdı: “Vaqif Hüseynovun və Vəzirovun qapısı ağzında “yatanlar” üzə çıxarılacaq”
01/06/2020 [13:18]:
Prokurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydı
01/06/2020 [13:16]:
Adil Əliyevdən deputat həmkarlarına: “Yadınızda saxlayın, burada bir nəfər təhqir olunursa...”
01/06/2020 [13:14]:
Manaf Buzovnadakı dəbdəbəli villasını və lüks avtomobillərini nümayiş etdirdi - FOTO
01/06/2020 [13:12]:
"Əgər belə bir resurs yaradılarsa..."
01/06/2020 [13:09]:
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlandı
01/06/2020 [13:06]:
Əli Hüseynli: “Məqsəd vətəndaşları cərimələmək deyil, onları qorumaqdır”
01/06/2020 [13:05]:
Azərbaycanda 15 ağır koronavirus xəstəsinə plazma köçürüldü - RƏSMİ
01/06/2020 [12:55]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Əhməd bəy Ağaoğlu
01/06/2020 [12:51]:
İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans keçirdi - FOTO
01/06/2020 [12:49]:
Beynəlxalq axtarışda olan vəzifəli şəxsin işi məhkəməyə göndərilib
01/06/2020 [12:46]:
Adil Əliyev bəzi deputatları susqunluqda ittiham etdi
01/06/2020 [12:35]:
Birlikdə yaşamadığı şəxslə cinsi əlaqədə olanlar cərimələnəcəklər - Koronavirusa görə
01/06/2020 [12:31]:
“Bizi sevən, ucaldan bu xalqa hər zaman borcluyam, qarşılarında baş əyirəm...”
01/06/2020 [12:14]:
Aqil Abbas: "Qavalı sevir, kitaba nifrət edirik"
01/06/2020 [12:13]:
Sahibə Qafarova: “30 ildir niyə bu məsələni qaldırmırdınız?”
01/06/2020 [12:12]:
Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı
01/06/2020 [12:09]:
Kimlərin qəbul imtahanlarında iştirakına icazə verilməyəcəyi açıqlandı - RƏSMİ
01/06/2020 [12:06]:
“Etibarnamə avtomobilin istifadəsində məcburi olmamalıdır” – Millət vəkilinin təklifinə dəstək
01/06/2020 [12:02]:
"Yaşar Nuri Firəngizi sevirdi" - Xanımından etiraf
01/06/2020 [12:00]:
"Niyam Salami çörəyimi əlimdən aldı" - Nadir
01/06/2020 [11:58]:
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı
01/06/2020 [11:51]:
“Nazpəri ilə telefonda adlarımızı “sevgilim” kimi qeyd etmişdik” - VİDEO
01/06/2020 [11:48]:
Maşın sürmək üçün verilən etibarnamə ləğv olunsun - Deputatdan TƏKLİF
01/06/2020 [11:46]:
Qəbul imtahanlarında keçid balı azaldılır? - RƏSMİ
01/06/2020 [11:45]:
Hər bir məzun təhsil aldığı rayonda imtahan verəcək
01/06/2020 [11:44]:
TƏBİB yeni xidmət istifadəyə verdi
01/06/2020 [11:39]:
Rusiyada pandemiya qurbanlarının sayı 4 855-ə çatdı
01/06/2020 [11:36]:
Dillər Universitetində Çin dili üzrə seminar
01/06/2020 [11:33]:
Məleykə Abbaszadə: “Az məzunu olan məktəblərdə imtahan keçirə bilmirik”
01/06/2020 [11:33]:
Şəhid övladlarından maraqlı VİDEOÇARX
01/06/2020 [11:33]:
Magistraturaya ixtisas seçiminin başlanacağı tarix açıqlandı
01/06/2020 [11:32]:
Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik?
01/06/2020 [11:32]:
Kamran Əliyev: “Ekologiya postu”nun sökülməsi bir həftəyə yekunlaşacaq
01/06/2020 [11:30]:
Jurnalistlər maskasız Milli Məclisə buraxılmır
01/06/2020 [11:29]:
Ermənilərin qətlə yetirdiyi günahsız azərbaycanlı uşaqlar...
01/06/2020 [11:26]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [11:25]:
Məleykə Abbaszadə abituriyentlərə və valideynlərə xəbərdarlıq etdi
Bütün arxiv bir sırada
09/11/2019 [16:07] - Gündəm - ( 3281 dəfə baxılıb)

SSRİ dönəmində  Xocavənddə üçrəngli bayrağımıza 12 metrlik  abidə necə ucaldıldı?..-FOTO

Bu işdə rayonun hazırkı İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov da fəal iştirak edib... 


Bu gün – 9 Noyabr Azərbaycanın Milli, Dövlət Bayrağı günüdür. Lakin artıq 28-ci ildir ki, Vətənimizin mənzərəli,  məhsuldar torpaqlara malik bölgələrindən biri olan Xocavənd rayonu erməni işğalı altındadır...


Düşmən qüvvələrin məkrli hiylə və təxribatları sayəsində ermənilərin nəzarətinə verilən günədək Xocavənddəki Azərbaycan oğul-qizları torpaqları var-gücləri ilə qorumağa çalışıblar. 1988-ci ildən başlayaraq nəinki Xocavənd gəncləri, eyni zamanda həmin dövrdə  bu rayonu himayəyə götürmüş Lənkəran rayonundan gələn vətənpərvər  oğullar da erməni təcavüzünə qarşı mübarizəyə atılıblar.  Hətta rayon ərazisində Azərbaycanın hələ o zaman çoxlarına bəlli olmayan üçrəngli bayrağına heç bir digər bölgədə görünməmiş, üzərinə Azərbaycanın müstəqil demokratik dövlətçiliyinin banisi M.Ə. Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" kəlamı yazılmış  abidə qurulub. Həmin abidə ermənilər tərəfindən partladılsa da, onun əvəzinə daha uca bir abidə ucaldılıb...
Moderator.az əməkdaşi sözügedən bayraq abidə haqqında məlumatı Miq.az saytının rəhbəri Aqil Alışovun "Səngər” "Facebook” səhifəsindən əldə edib və abidənin qurulmasında fəal iştirak etmiş Qarabağ qazisi Aslan Quliyevlə əlaqə yaradıb. Həmsöhbətimiz Xocavənd rayonunun Muğanlı kəndində həm ermənilər, həm də sovet-rus hərbçiləri üçün gözdağına çevrilmiş bu abidənin qurulması barədə danışıb.  

Aslan Quliyev işğaldan öncə Xocavənd rayonu ərazisində ilk könüllü özünümüdafiə dəstələrindən birinin əsas yaradıcılarından olub. Hələ 1988-ci ildən sovet imperiyasına qarşı azadlıq mübarizəsində və erməni separatçılarına qarşı müqavimət hərəkatında fəal iştirak edib.  

A.Quliyev  qeyd etdiyimiz kimi, həmin dövrdə Xocavənd rayonunun himayəçisi olan Lənkəran rayonundan gələn milli azadlıq hərəkatı, o cümlədən yenicə formalaşan Azərbaycan Xalq Cəbhəsi  fəallarının bəhs edilən bayraq abidəsinin qurulmasının təşəbbüskarı olduqlarını bildirib. O vaxtlar, hələ sovet dövlətinin, kommunist partiyasının, DTK-nın, eləcə də ölkəmizdə və xüsusən Qarabağ və ətraf bölgələrdə dislokasiya olunmuş sovet qoşunlarının kifayət qədər gücə malik olduqları  günlərdə  Azərbaycanın müstəqilliyini, yəni SSRİ-dən ayrılmasını ifadə edən  bir bayrağa abidə qoyulması kifayət qədər riskli bir addım idi.  Buna rəğmən, Xocavənd və Lənkəranın say-seçmə oğul-qızlarının, o cümlədən hazırda  Xocavənd rayonunun İcra Hakimiyyəti başçısı olan Eyvaz Hüseynovun da iştirakıyla Muğanlı kəndində belə biir abidə ərsəyə gəlib.   
Aslan Quliyevin sözlərinə görə, bir müddət sonra bayraq abidəsi qonşu kəndlərdəki erməni terrorçuları tərəfindən partladılıb. Buna baxmayaraq yenə də   Lənkəran fəallarının ciddi dəstəyi nəticəsində abidə daha uca formada – 12 metr hündürlüyündə  bərpa edilib. Tikinti materialları böyük çətinliklə müxtəlif rayonlardan, eləcə də Lənkərandan gətirilib...
 
“Xocavəndin erməni kəndlərinin əhatəsində olan Muğanlı kəndindəki bu üçrəngli Azərbaycan bayrağı abidəsi həm sovet imperiyasının ordusu, həm də erməni separatçıları və terrorçuları üçün bir göz dağına çevrilmişdi. Bu abidə Azərbaycanın milli azadlıq hərəkatında digər bölgələrimiz üçün də bir nümunə idi. Təəssüf ki, bizim mümkün vasitələrlə müqavimət göstərməyimizə rəğmən ermənilər Rusiya və digər xarici güclərin fəal dəstəyi sayəsində torpaqlarımızı, eləcə də Xocavənd rayon mərkəzini və Muğanlı kəndini  də işğal etdilər... İnanaq ki, tezliklə xalqımızın, dövlətimizin, ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad ediləcək və  hazırda Nərgiztəpədə dalğalanan Azərbaycan bayrağı Xocavənddə də, Muğanlıda da, digər rayon və kəndlərimizdə də dalğalanacaq...”- deyə Aslan Quliyev ümidsiz olmadığını ifadə edib.

“Çox gözəl xatirədir. Aslan Quliyev də öz xatirələrində bu haqda qeyd edib. Gördüyünüz bu abidə gözəl xatirədir. Diqqətlə baxın, bu abidə Xocavənd rayonunun Muganlı kəndindən 2-3 kilometr məsafədə, Ağdam-Füzuli magistral yolunun üzərində inşa edilmişdi. Bu abidəni o zamanlar bu yoldan keçən hər kəs yəqin ki, yaxşı xatırlayır. Abidənin üzərində ÜÇRƏNGLİ BAYRAĞIMIZ var idi və ordan keçən ermənilərin də, rusların da gözlərinə ox kimi batırdı..." 

“Facebook” sosial şəbəkəsindəki "Səngər" səhifəsi xəbər verir ki, bu ifadə Babək Hüseynl adlı sosial istifadəçinin  səhifəsində yayılan abidə fotosuna Əli Əsgərov adlı bir nəfərin yazdığı rəydə  qeyd olunub:

"Həmin dövr Sovet hakimiyyətinin asıb-kəsən vaxtları idi və  üçrəngli bayrağı Dağlıq Qarabağda ucaltmaq, belə bir abidə hazırlamaq o qədər də asan məsələ deyildi. Çünki buralar Azərbaycan ərazisi olsa da, erməni-sovet hakimiyyəti daha güclü hiss olunurdu. Abidənin əhəmiyyətini anladığımız üçün hər axşam ora post qoyulurdu. Qorunmasına baxmayaraq 1989-cu ildə yayın ortalarında abidə ermənilər və ruslar tərəfindən partladıldı. 
Elə həmin gün Lənkərandan böyük bir könüllülər KARVANI gəlmişdi.  Partlayış baş verən gecənin səhərisi kəndin bütün kişiləri və lənkəranlı könüllürlə birlikdə Ağdam-Füzuli yolunu bağladıq. Yoldan keçən erməni maşınları canlarını qurtarmağa şalışırdılar. Eyvaz Hüseynov komendaturaya məlumat vermək üçün Rəhmanın “QAZ-53” maşını ilə Xocavəndə getdi.  Elə bu zaman yolla gələn, içərisində üç erməni olan traktor aradan çıxmağa çalışdı və yoldan çıxaraq dağa dırmaşmağa başladı. Təbii ki, traktorda olan üç dığa qaça bilmədi. Onlar tutularaq Lənkərandan gələn tentli “KAMaz”-ın yük yerinə qoyuldu və girovlarımızla dəyişdirilmək  üçün Ağdama aparıldı... 

Həqiqətən də partladılmış abidənin yerində qısa müddət ərzində daha möhtəşəm abidə ucaldıldı. Dostlarımıza can sağlığı, ölənlərə Allahdan rəhmət diləyirəm..."

Allah Haqq, Vətən, Bayraq uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət eləsin!..

Üçrəngli bayrağımızın bir gün Xocavənddə, Muğanlıda, Xankəndidə, Şuşada, işğal altındakı bütün torpaqlarımızda dalğalanacağına, bu bayrağa yeni abidələr ucaldılacağına ümidimizi qətiyyən itirməyək!..

Sultan Laçın

“Mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur, isinmədik istisinə...”
Rusiyada inqilab havası...
“Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO
Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən yeni açıqlama gəldi...
"Ramil Səfərova dil uzadanlar ermənilərin əlinə dəstəvuz verirlər..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
ABŞ "Antifa"nı terrorçu təşkilat kimi tanıyacaq
Cəmiyyət
“Kişi fikirləşir ki, xanımın iqtisadi müstəqilliyi olarsa, o, bunun müqabilində hüquqlarını da müdafiə edəcək...”
Dünya
“Tramp mənə danışmağa imkan vermədi, sözümü kəsdi...” - Öldürülən qaradərilinin qardaşı...
Gündəm
ABŞ-dakı etirazçılardan türk dünyasına töhfə: Fərqində olmadan elə bir şey etdilər ki...
Dünya
İran İsrailin içməli su sistemində xlorun miqdarını artırmağa çalışdı…-KİBER-HÜCUM
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Ermənistan Rusiyanın tərkibinə qatılır, Qarabağ isə...
Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir – RƏSMİ AÇIQLAMA
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
“Əri ölən qadına 800 manat təklif etdilər ki, koronavirusdan öldüyü ilə razılaşsın”
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247