Xəbər lenti
06/08/2020 [10:42]:
Bakı sakinini başından bıçaqlayan şəxs tutulub
06/08/2020 [10:39]:
Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 135-ə çatıb - VİDEO
06/08/2020 [10:35]:
Tacikistanda prezident seçkilərinin vaxtı məlum olub
06/08/2020 [10:32]:
"Hamının masaüstü kitabı olmağa layiq lüğət" - Qənirə Paşayeva
06/08/2020 [10:21]:
“Onun sənətiylə bağlı öz arzuları var...”
06/08/2020 [10:16]:
Azərbaycan səfiri: "Ermənistanın son əməlləri danışıqlara zərbə vurur"
06/08/2020 [10:14]:
Beyrutdakı partlayışda ölən  ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...
06/08/2020 [10:13]:
Sahil Babayevlə Məhəmməd Şəriətmədari arasında videokonfrans formatında görüş olub
06/08/2020 [10:08]:
Biləsuvarda gizli nişan mərasimi keçirənlər cərimələnib
06/08/2020 [10:07]:
Xaricdəki azərbaycanlı professorlar: "Qarabağ məsələsi qeyrət, namus, milli şərəf məsələsidir"
06/08/2020 [10:02]:
Goranboy sakinini odlu silahla qətlə yetirən şəxs tutulub
06/08/2020 [09:59]:
Şahdağ Milli Parkında üçüncü zubr balası dünyaya gəlib
06/08/2020 [09:59]:
Koronavirusla bağlı son STATİSTİKA
06/08/2020 [09:56]:
96 yaşında universiteti bitirdi: Magistraturanı oxumaq istəyir - VİDEO
06/08/2020 [09:44]:
Polad Həşimovun adı Həzi Aslanov küçəsinə verilməyib - Rəsmi açıqlama
06/08/2020 [09:41]:
Ermənilər atəşkəs rejimini 35 dəfə pozublar
06/08/2020 [09:36]:
Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT
06/08/2020 [09:28]:
"Təəssüf ki, bu barədə nə hökümət nümayəndələri, nə də Milli Məclis üzvləri danışmadı"
06/08/2020 [09:22]:
Rəşad Sadıqova ağır itki üz verib
06/08/2020 [09:11]:
“Bir çoxları Beyrutdakı partlayışın qəza səbəbindən baş verdiyinə inanır”
06/08/2020 [09:09]:
Qarabağ BMT-yə yox, Azərbaycana veriləcək və... nida işarəsi! - möhtəşəm təlimlərdə əsas hədəf
06/08/2020 [09:06]:
Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”
06/08/2020 [09:03]:
Milli Məclisin bu gün müzakirə edəcəyi məsələlər - SİYAHI
06/08/2020 [09:02]:
Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib
06/08/2020 [09:01]:
“Çinlə ticarət sazişi iflasa uğrayır” - Bayden
06/08/2020 [08:37]:
“Beyrutdan 100-150 erməni ailəsini  Qarabağa gətirdə bilərik...” 
06/08/2020 [07:42]:
Namaz carçısı Ayasofya məscidində  Allah dərgahına qovuşdu...-VİDEO
06/08/2020 [07:03]:
"Ümidsizlik – öz sahibinin qatilidir: müsəlmanda qorxu və ümid yanaşı olmalıdır..."
06/08/2020 [00:22]:
"Türk ordusu Qafqazda separatizmin kökünü kəsmək, bölgədə barışı təmin etmək üçün Azərbaycanda qalmalıdır"
05/08/2020 [23:42]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ...
05/08/2020 [23:13]:
“Orient Queen” Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı + Video
05/08/2020 [23:09]:
Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO
05/08/2020 [23:01]:
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı
05/08/2020 [22:59]:
Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub
05/08/2020 [22:57]:
ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb
05/08/2020 [22:43]:
Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi” - VİDEO
05/08/2020 [22:37]:
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası təsdiqlənib
05/08/2020 [22:32]:
Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi
05/08/2020 [22:31]:
Süleyman Kərimovun ailəsi “Forbes Russia”nın ilk pilləsində qərarlaşdı
05/08/2020 [22:28]:
Qənirə Paşayeva aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasına çağırdı...
05/08/2020 [22:17]:
“MDB-nin bizim üçün o qədər də böyük əhəmiyyəti yoxdur, çünki...”
05/08/2020 [22:14]:
Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı - FOTO
05/08/2020 [21:51]:
Rüsvayçılıq ömürdən uzun olur, Nikol Paşinyan! - VİDEO
05/08/2020 [21:51]:
"Rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq..." - VİDEO
05/08/2020 [21:49]:
"Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir...”
05/08/2020 [21:42]:
Gürcüstan XİN: “Hərbi yüklərlə bağlı bütün beynəlxalq normalara ciddi riayət edirik”
05/08/2020 [21:40]:
Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək - VİDEO
05/08/2020 [20:58]:
"Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq..."
05/08/2020 [20:54]:
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...
05/08/2020 [20:47]:
Azərbaycan Livana 1 milyon ABŞ dolları maliyyə yardımı göstərəcək
05/08/2020 [20:44]:
Azərbaycanda hüquqi şəxslərə və fərdi sahibkarlara icarə haqqı ilə bağlı güzəşt edildi - QƏRAR
05/08/2020 [20:25]:
Dəhşətli partlayış toy gününə təsadüf etdi: Bəylə gəlinin qaçma görüntüləri - VİDEO
05/08/2020 [20:24]:
Haaqada Xocalı abidəsi daha münasib yerə köçürülüb
05/08/2020 [20:19]:
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub
05/08/2020 [20:14]:
“Nə tez məni xalq düşməni etdiniz?”- Elnarə Xəlilova
05/08/2020 [20:12]:
Şəbnəm dəbdəbəli villasını Könül Kərimovaya satıb?
05/08/2020 [20:10]:
QHT Şurası 7 qrant müsabiqəsinin nəticələrini elan etdi
05/08/2020 [20:08]:
Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb - FOTO
05/08/2020 [20:06]:
Ədalət Vəliyev Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu ilə görüşüb
05/08/2020 [20:05]:
«Atılan addımlar ölkə iqtisadiyyatının möhkəm təmələ söykəndiyini əminliklə söyləməyə əsas verir"
05/08/2020 [20:02]:
Ermənistan xarici telekanalların yayımını məhdudlaşdırır
05/08/2020 [19:59]:
Beynəlxalq Qarabağ Forumu müharibə çağrışı ilə Prezidentə müraciət etdi
05/08/2020 [19:54]:
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb
05/08/2020 [19:52]:
Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi
05/08/2020 [19:50]:
Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb
05/08/2020 [19:48]:
Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO
05/08/2020 [19:47]:
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilib
05/08/2020 [19:44]:
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib
05/08/2020 [19:43]:
Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi
05/08/2020 [19:29]:
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
05/08/2020 [19:01]:
Azərbaycanda benzin bahalaşdı - FOTO
05/08/2020 [18:37]:
Baş nazirin iqamətgahı BƏRBAD HALA DÜŞDÜ...- FOTO
05/08/2020 [18:35]:
“Ədəbiyyat da, incəsənət də qəhrəmanlarımızla bağlı öz sözünü deməlidir”
05/08/2020 [18:30]:
Arda Turan "Qalatasaray"a qayıtdı
05/08/2020 [18:24]:
“Amerika vətəndaşıyam, orada evim var” – Yaqub Zurufçu
05/08/2020 [18:22]:
Azərbaycanda karantin rejiminin pozulmasına görə 45 nəfər həbs olunub
05/08/2020 [17:55]:
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb
05/08/2020 [17:52]:
Baş Prokurorluğun idarəsində struktur dəyişiklikləri aparılıb, yeni şöbələr yaradılıb
05/08/2020 [17:51]:
Maskotlar vətəndaşları məlumatlandıracaq - FOTO
05/08/2020 [17:47]:
İranda müxalifət nümayəndəsi edam olunub
Bütün arxiv bir sırada
12/11/2019 [14:56] - Dünya - ( 987 dəfə baxılıb)

Xruşovun Hollivudda “Kankan” rəqsinə etirazı – O, pencəyini qaldırıb, arxasını amerikalılara göstərib



11 illik hakimiyyəti dövründə Nikita Xruşov xarici ölkələrin siyasi liderlərini bir çox hadisələrlə təəccübləndirib. O, təkcə siyasi gedişləri, rəsmi görüşlərdəki çıxışları ilə deyil, həm də qeyri-rəsmi tədbirlərdə özünü “məşhurlaşdırmağı” bacarıb…

Nikita Xruşov adətən çılğınlığı, səsinin tonunun tez-tez qaldırmağı ilə fərqlənib. Araşdırmaçıların qənaətinə görə, Xruşovun bu jestləri “hücum” məqsədini daşıyıb. Bəziləri isə baş katibin yaratdığı səs-küyün qorxudan irəli gəldiyini vurğulayıblar.

Qorxan adamların tez-tez qışqırmalarını nəzərə alsaq, söylənilən fikirlərin həqiqətə uyğun olduğuna şübhə qalmır. Hər halda dünyanın ən güclü siyasətçilərinin fəaliyyətinə nəzər yetirsək, çox asanlıqla anlamaq olar ki, çılğınlıq, yüksək səs tonu siyasətçi üçün məqbul hal deyil.

Amma Nikita Xruşov təkcə səs tonunu qaldırmayıb. O, Amerikada ətəyini bədəninin intim yerinə qədər qaldıran aktrisanı gördükdən sonra, arxasını publikaya çevirərək pencəyini yuxarı qaldırıb və öz arxasını tədbirdə iştirak edən 2500-dən artıq jurnalistə, yüzlərlə amerikalıya nümayiş etdirib.

Məlum olduğu kimi, 1959-cu ilin sentyabr ayında Nikita Xruşov 13 gün Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olub və bu, sovet liderinin ABŞ-a ilk səfəri kimi tarixı düşüb.

İlk dəfə olaraq sovet istehsalı olan Tu-114 markalı təyyarə uzun bir məsafə qət edib, SSRİ-dən birbaşa ABŞ-a uçub. Maraqlı məqamlardan biri də odur ki, uçuşun təhlükəsizliyinə əmin olmaq üçün təyyarənin konstruktoru Andrey Tupolev də nümayəndə heyəti ilə birgə Amerikaya uçub.

Rəsmi səfər zamanı sovet lideri ilə ABŞ prezidenti tərksilah problemlərini açıq müzakirə ediblər. Xruşovla Eyzenhauer arasındakı şəxsi əlaqə və birbaşa ünsiyyət beynəlxalq gərginliyin zəifləməsinə kömək edib. Tərəflər arasında razılaşma əldə olunub ki, SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın dövlət başçıları 1960-cı ilin mayında görüşsünlər. Lakin SSRİ səmasında ABŞ təyyarəsinin nəzərdə tutulan görüşdən bir neçə gün əvvəl vurulması SSRİ-nin həmin görüşdə iştirakdan imtina etməsinə səbəb oldu.
Bununla yanaşı, səfər zamanı SSRİ və ABŞ arasında müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb, rəsmi işgüzar görüşlər keçirilib.

Səfər zamanı ABŞ rəhbərliyi Xruşovu zəngin Amerika həyatı ilə tanış etməyi də qərarlaşdırıblar. Daha doğrusu, sovet liderini sosialist ölkəsindən əks qütbdə olan bir cəmiyyətdəki həyat tərzi ilə təəccübləndirmək istəyiblər. Onlar Xruşovu ən böyük supermarketlərdən birinə aparıblar. SSRİ qastronomlarından fərqli olan supermarketdəki çeşidli məhsullar Xruşovu təəccübləndirsə də, o, özünü itirməyib:

- Yox, bu sadəcə sizin dildə desək, reklamdır, sözsüz ki, adi vətəndaşın bu qədər malı almağa imkanı çatmaz. Bizdə isə hər şey tam fərqlidir, satılan hər bir məhsul vətəndaşlarımız üçün əlçatandır.



Daha sonra Xruşov Hollivuda səfər edib. Ali qonaq yüksək səviyyədə qarşılanıb. Burada Xruşov üçün xüsusi konsert proqramı da hazırlanıb. Bir neçə nömrədən sonra səhnədə “Kankan” rəqsi nümayiş edilib.

Qeyd edək “Kankan” qədim fransız rəqsidir. 19-cu əsrin əvvəllərində bu rəqs Fransada gecə klublarında daha çox populyar olub. “Kankan” rəqsində daha çox ifaçının yarıçılpaq bədəni, enerjili rəqs elementləri, ehtiraslı ifa diqqəti cəlb edib. Ümumiyyətlə, bu rəqs haqqında illər boyu müxtəlif fikirlər səsləndirilib. Bu rəqs əxlaq normalarına sığmayan hərəkətlər toplusu kimi də qiymətləndirilib. Hollivudda “Kankan” rəqsi ilə bağlı eyniadlı film də çəkilib. Filmin əsas süjeti gənc məhkəmə hakiminin “Cənnət” kafesinin sahibəsini ittiham etməkdir. Hakim məhz kafedə ədəbsiz bir rəqsin, “Kankan”ın nümayiş olunmasına görə kafe sahibəsini ittiham edir.



Xruşovun qarşısında bu rəqsi tanınmış aktrisa Şirli Makleyn nümayiş etdirib. Çılğın rəqsi seyr edən Nikita Xruşov mədəniyyət xatirinə aktrisanın üzünə gülüb, hətta sonra onunla birgə şəkil də çəkdirib.

Amma konsert proqramından sonra jurnalistlərin qarşısına çıxan Xruşov təmkinini və mədəniyyətini saxlaya bilməyib:

- Bu əxlaqsızlığın son həddidir. Ətəyini qaldırıb yumşaq yerini tamaşaçılara göstərmək ədəbsizlikdir, tərbiyəsizlikdir. Bizdə insanlar konsertə, teatra gedəndə aktrisanın üzünə baxıb zövq alırlar, arxalarına yox...



Bu kiçik açıqlamadan sonra Xruşov arxasını jurnalistlərə və onu müşayiət edən amerikalılara çevirib, pencəyini qaldırıb, əyilərək arxasını onlara göstərib:

- Baxın, necədir, bu sizin xoşunuza gələr???

Xruşovu təəccübləndirmək fikrində olanlar onun bu hərəkətindən sonra özləri təəccübdən şoka düşüblər.

Tanınmış tərcüməçi Viktor Suxodrev öz xatirələr kitabında həmin anı belə xatırlayıb:

“Nikita Xruşov “Kankan” rəqsini səbrlə seyr etdi. Şirli Makleyn ətəyini lap yuxarı qaldıranda Xruşov hətta onu alqışladı. Amma bu başqa alqışlamaq idi. Xeyli müddət Xruşovla işlədiyimdən onun xarakterinə bələd idim. Bilirdim ki, açılacaq və böyük səs-küy yaranacaq. Yanılmamışdım, jurnalistlərin qarşısında Xruşovun dedikləri və göstərdiyi hamını heyrətləndirdi.

Sonda o, konsertin təşkilatçısını yanına çağırdı və fikirlərini ona da bildirdi:

- Baxın, bu tamaşaları göstərənlər ağıllı və gözəl qızlardır. Amma siz onları düzgün yoldan çəkindirirsiniz, məcbur edirsiniz ki, əxlaqsız və ədəbsiz hərəkətləri ilə şou göstərsinlər.

Heç kim Xruşovun cavabını vermədi və o, Hollivudu qalib siyasi ulduz kimi tərk etdi...”

Görüşdə iştirak edən Andrey Qromıko da öz xatirələrində “Kankan” rəqsi haqqında yazıb:

“Anlaşılmaz bir mənzərə idi. Səhnədəki yarıçılpaq məxluqların rəqsini anlamaq çətin idi. Yəqin ki, Xruşov da həmin anda bu çətinlikdən “əziyyət” çəkirmiş...”(musavat.com)

loading...
"Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq..."
“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”
"Biz 600 min şəxsə 190 manatın verilməsini nəzərdə tutmuşuq, ancaq imkansız vətəndaş sayı daha çoxdur"
Ailə qurmağa hazırlaşırdılar, yan yana dəfn olundular - DƏHŞƏT...
Dəhşətli partlayış yeni evlənən cütlükdən də yan keçmədi - VİDEO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
“Onun sənətiylə bağlı öz arzuları var...”
Cəmiyyət
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...
Araşdırma
Nuran Abdullayevin 4 ay əvvəl koronavirusla bağlı dediyi elmi tədqiqatlar təsdiqlənir...
Cəmiyyət
"Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün bir o qədər yaxşı olar"
İqtisadiyyat
“Kənd təsərrüfatı məhsullarının qiyməti fantastik dərəcədə artıb” – “Görün qışda nə olacaq”
Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Moskva Paşinyanın yerinə adamını tapdı...
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
"Biz həmişə Ermənistanın yanındayıq..."
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
"Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247