Xəbər lenti
04/08/2020 [14:36]:
İsmayıllıda karantin qaydalarını pozaraq, bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər cərimələnib
04/08/2020 [14:27]:
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
04/08/2020 [14:26]:
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
04/08/2020 [14:22]:
İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - FOTO
04/08/2020 [14:19]:
Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilər
04/08/2020 [14:18]:
Masazır qəsəbəsində qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb
04/08/2020 [14:16]:
Tanınmış ilahiyyatçının qızı dünyanın nüfuzlu universitetinə qəbul olundu...
04/08/2020 [13:51]:
Ağsaqqalların yeri dolmur...
04/08/2020 [13:49]:
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti...
04/08/2020 [13:48]:
“Biz niyə bu gündəyik və nədən gözləmə mövqeyində qalmalıyıq?..”
04/08/2020 [13:46]:
RUSİYANIN VARŞAVA KABUSU - Polşa niyə rus qazına qənim kəsilib?
04/08/2020 [13:30]:
Azərbaycanda Vətənpərvər Yazıçı var, Sərdar Cəlaloğlu...
04/08/2020 [13:24]:
“Bəzi məmur və deputatlar orta-ağır vəziyyətdə reanimasiyadadırlar..."
04/08/2020 [13:10]:
Tramp: “Yaxın Şərqə girmək qərarı ABŞ tarixində ən böyük səhvdir”
04/08/2020 [13:06]:
Mehriban Əliyevanın köməkçisi Fransa KİV-də: Səbrimiz tükənib...
04/08/2020 [13:05]:
Sumqayıt və Abşeronda məişət tullantılarının qalaqlanması faktları aşkar olunub
04/08/2020 [13:03]:
İqor Korotçenko: “Ermənistanı inandırmaq yox, məcbur etmək lazımdır”
04/08/2020 [12:57]:
Xəzər rayonunda oğurluq edən şəxslər saxlanıldı
04/08/2020 [12:56]:
Qərbi Kaspi Universiteti ikinci (təkrar) ali təhsil üzrə qəbul elan edir
04/08/2020 [12:56]:
Səfir Hoqland: “BMT Qarabağ məsələsində daha fəal mövqe tutmalıdır”
04/08/2020 [12:54]:
Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb
04/08/2020 [12:52]:
İnəkləri Göyçayda oğurlayıb Bərdədə satanlar tutuldu
04/08/2020 [12:52]:
Azyaşlı azərbaycanlı bloger Ermənistanın faşist siyasətinə etirazını bildirib - VİDEO
04/08/2020 [12:51]:
Prezidentin köməkçisi: “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
04/08/2020 [12:45]:
Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi
04/08/2020 [12:44]:
Hafiz Hacıyev Fəttah Heydərovun vəfatı ilə əlaqədər başsağlığı verib
04/08/2020 [12:43]:
ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlanıb
04/08/2020 [12:35]:
Fəttah Heydərovun I Fəxri xiyabanda dəfn olundu - Yenilənib
04/08/2020 [12:32]:
“Oğlanlarımın toyunda Məmməd Araz yox idi, Fəttah dayı onu əvəz etdi...”
04/08/2020 [12:26]:
“Bu, Polad Həşimovdan bəhs edən ən mükəmməl kitab deyil, amma...”
04/08/2020 [12:19]:
1 525 namizəd rezidentura imtahanında iştirak üçün ərizə verib
04/08/2020 [12:16]:
Azərbaycana tibbi maska istehsal edən yeni avadanlıq gətirilib
04/08/2020 [12:12]:
“Facebook”un 7,6 mindən çox istifadəçisinin hesabı oğurlanıb
04/08/2020 [11:52]:
MM-in Komitə sədri: “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta haqqı vermək imkanı yaranacaq”
04/08/2020 [11:52]:
Düşmən Kəlbəcərdə molibden konsentratı zavodu tikməyə başladı...- FOTO/VİDEO
04/08/2020 [11:50]:
“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir
04/08/2020 [11:48]:
Azərbaycanda boş deputat yerlərinin sayı 5-ə çatıb
04/08/2020 [11:47]:
Muharrəm İncə CHP-dən ayrılıb yeni partiya quracaq
04/08/2020 [11:42]:
Biləsuvarda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən kafe aşkarlandı
04/08/2020 [11:23]:
"Bu olmalıydı, bunu peyğəmbərlərimiz çoxdan deyiblər, əlamətlər də göz qabağındadır"
04/08/2020 [11:18]:
Azərbaycanda İİV-dən ölənlərin sayı açıqlandı - RƏSMİ
04/08/2020 [11:05]:
Qazaxda kişinin arvadını öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
04/08/2020 [11:03]:
Bu ilin 6 ayında 273 nəfərdə İİV aşkarlanıb
04/08/2020 [11:02]:
Azərbaycan nefti yenidən 45 dollardan baha satılmağa başlayıb
04/08/2020 [10:57]:
“Deyəndə ki, iki kəndi almışıq, dedim ki, ay vətən oğlu, halaldı sənə...”
04/08/2020 [10:42]:
Bu il Azərbaycanda 2600 saxta əlillik aşkar olunub
04/08/2020 [10:35]:
GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb
04/08/2020 [10:34]:
Millət vəkilləri şəhid əsgər Xəyyam Məmmədovun ata ocağını ziyarət ediblər
04/08/2020 [10:32]:
“Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”
04/08/2020 [10:29]:
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
04/08/2020 [10:06]:
Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq
04/08/2020 [10:03]:
Parlamentdə dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi başlayıb
04/08/2020 [09:36]:
Kəmaləddin Heydərovun atası vəfat etdi
04/08/2020 [09:35]:
Polis xüsusi karantin rejimi elan edilən rayonlarda reydlər keçirib - FOTO
04/08/2020 [09:32]:
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 30 dəfə pozub
04/08/2020 [09:31]:
“Tanınmış ailədən olmaq mənim üçün böyük məsuliyyətdir” - Nazir müşaviri
04/08/2020 [09:23]:
“ABŞ TikTok gəlirlərindən pay almalıdır” - Tramp
04/08/2020 [09:21]:
"190 manatı işsizlərə və aztəminatlara çox görən hökümət nə etdiyinin fərqində deyil..."
04/08/2020 [09:20]:
Koronavirusla bağlı son STATİSTİKA
04/08/2020 [09:18]:
Türkiyə hərbçiləri “Əshabi-Kəhf”də – FOTOLAR
04/08/2020 [09:12]:
Abşeronda 35 yaşlı kişi qonşusu tərəfindən bıçaqlandı
04/08/2020 [09:11]:
Ermənistanda kütləvi əsgər ölümləri yenidən araşdırılacaq
04/08/2020 [08:59]:
“Nikah aktı planlayanlar və gənc ailələr üçün” layihə icra olunacaq
04/08/2020 [08:49]:
“İsrailə qarşı hər hansı bir hücuma cavab veriləcək” - Netanyahu
04/08/2020 [08:47]:
Qatil 50-yə yaxın insanı timsahlara yem edib
04/08/2020 [08:46]:
Azərbaycanda zəlzələ oldu
04/08/2020 [08:45]:
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
04/08/2020 [08:39]:
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
04/08/2020 [07:48]:
Separatçı erməni yenidən Sərsənglə bağlı sərsəmlədi...
04/08/2020 [06:28]:
Ictimai rabitələri xarab edən 10 virus...
04/08/2020 [00:41]:
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başa çatıb
04/08/2020 [00:38]:
Azərbaycanda stilist intihar etdi - FOTO
04/08/2020 [00:36]:
Zəncirvari qəzada ağır xəsarət alan sürücü Respublika Cüzəm Xəstəxanasının baş həkimidir
04/08/2020 [00:24]:
“Yox bir, Şuşanı da, Berlini də Paşinyan alıb...”
03/08/2020 [23:57]:
Bakıda yol polisini söyən sürücü həbs edildi - FOTO
03/08/2020 [23:51]:
Almaniyada uçan taksi sınaqdan keçirildi
03/08/2020 [23:00]:
2021-ci ildə Bakıda Premyer Liqa yarışı olacaq - RƏSMİ
03/08/2020 [22:54]:
Ağsu-Kürdəmir-İmişli yolunda qəza olub, xəsarət alanlar var
03/08/2020 [22:23]:
Qarabağ üzrə sabiq həmsədr: “Minsk qrupu bu problemi həll etmək iqtidarında deyil”
03/08/2020 [22:17]:
Tramp “TikTok” rəhbərliyinə ultimatum verdi
Bütün arxiv bir sırada
12/11/2019 [15:00] - Müsahibə - ( 1586 dəfə baxılıb)

"Milli Məclis rəhbərliyi səviyyəsində ona deyilməlidir ki, iclaslarda iştirak etməsin..."



“Parlamentdə ən ciddi anlarda – istər dövlətçiliklə, istər siyasi proseslərlə, istərsə də qanunvericiliklə bağlı məsələlərdə fəallıq arzuedilən səviyyədə olmur”

Moderator.az Azərbaycan Milli Məclisinin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının Pravda.az-a müsahibəsini təqdim edir:

- Azərbaycanda aparılan kadr dəyişikliklərinə münasibətiniz necədir?

- Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin aprelin 11-də  keçirilən növbədənkənar prezident seçkilərindən sonra həyata keçirdiyi islahatlar geniş miqyas almaqda və dövlətin, cəmiyyətin bütün tələblərini özünə ehtiva etməkdədir. Bu islahatlarına məntiqinə və mahiyyətinə uyğun olaraq Prezindentin həyata keçirdiyi kadr islahatları cəmiyyət tərəfindən yüksək dəyərləndirilir, qiymətləndirilir. Əgər icra strukturlarında çalışanlar müasir çağırışlara adekvat addımlar ata biləcəklərsə, intellektləri, dünya görüşləri, idarə etmə qabiliyyətləri buna imkan verəcəksə, idarəçilik sistemində çalışacaqları gözləniləndir. O şəxslərin ki potensialı tükənib, dövlətçiliyə və qarşıya qoyulan vəzifələrin mahiyyətinə uyğun olaraq töhvə vermək imkanları məhdudlaşıb və ya yox dərəcəsindədir, onlar idarəçilik idarəçilik sistemindən uzaqlaşdırılacaq, həmin vəzifələrə müasir, dünya görüşü zəngin, idarəçilik qabiliyyəti olanlar təyin ediləcəklər. Prezidentin həyata keçirdiyi islahatlar sistemli və ardıcıl xarakter daşımaqdadır, bundan sonra da islahatların yeni tələblərinin şahidi olacağıq.

- İşinin öhdəsindən gələ bilməyən kadrlar varmı?

- Əlbəttə, var. Belə kadrlar həm icra strukturlarında, həm Milli Məclisdə - özümüzü də deməliyəm, həm də məhkəmə - hüquq sistemində fəaliyyət göstərirlər. Yeni çağırışlar dövlətçiliyin güclənməsinə, möhkəmlənməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilibsə, harada işləməyimizdən asılı olmayaraq anlayışlı yanaşmalıyıq. Prezidentin siyasətini cəmiyyətdə təbliğ etməklə yanaşı, öz əməllərimizlə də cavab verməliyik. Düşünürəm ki, kadr isahatları ilə bağlı yeni sərəncamların şahidi olacağıq.

- Fəzail müəllim, bu cür fikirlər də səsləndirilir ki, yaşlı insanlar idarəetmədən uzaqlaşdırılsınlar, həmin vəzifələrə gənc kadrlar təyin edilsin. Bu, düzgün yanaşmadır?

- Bu, yanlış yanaşmadır. Xatırlayırsınızsa, Prezident İlham Əliyev  Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən dedi ki, Azərbaycanda gəncləşmə siyasəti aparılır, bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir: “Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır”. Dövlət başçısı bunu doğru qeyd etdi. Ümumiyyətlə, yaşlı kadrlara qarşı kampaniya aparmaq qəbulolunmazdır. Yaşlıları idarəçilikdən tamamilə uzaqlaşdıraraq həmin vəzifələrə gənclərin gətirilməsi doğru olmaz. Bu siyasət mərhələli şəkildə aparılır. Biz demirik ki, universiteti yeni bitirəni vəzifəyə qoysunlar. Onlar müəyyən idarəetmə mərhələlərindən keçməlidirlər, təcrübə qazanmalıdırlar. Bilik, savad, yüksək mənəvi keyfiyyətlərlə yanaşı təcrübə də əsasdır. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin 38, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin isə 39 yaşı var. Bu şəxslər ayrı-ayrı icra strukturlarında xeyli müddət çalışıb, özlərinə təcrübə toplayıblar. Belə insanlar ciddi şəkildə önə çəkilməlidirlər. Prezident İlham Əliyev dəfələrlə söyləyib ki, həyata keçirilən siyasətin əsasında Azərbaycanı daha üstün mövqeyə çıxarmaq, inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır, bunun üçün nöqsanlar, problemlər aradan qaldırılmalıdır. Dövlət başçısı deyir ki, korrupsiya və rüşvətxorluq cəmiyyətin bəlasıdır, bunun üçün mübarizə aparırıq.

- Niyə Azərbaycanda vəzifədən vaxtında imtina etmək ənənəsi yoxdur?

- Təəssüf ki, belədir... Hər kəs özünə hörmət etməyi bacarmalıdır. Vəzifədə olanlardan kimlərsə fiziki məhdudiyyətli ola bilər, amma zehni, düşüncə cəhətdən qüsurlu olanlar özləri başa düşməlidirlər və kənara çəkilməlidirlər. Amerika Birləşmiş Ştatlarının 32-ci Prezidenti Franklin Delano Ruzvelt fiziki məhdudiyyətli idi. Onun prezidentliyi dövrü ən çətin dövrə - II Dünya müharibəsinə təsadüf edib. ABŞ-ın hazırkı Prezidenti Donald Trampın 73 yaşı var. Tramp enerjilidir, savadlıdır. Tramp 73 yaşı var deyə Prezident seçilə bilməzmi? İnsanın potensialı, enerjisi tükənməyibsə, müasir çağırışları öyrənərək tətbiqində ciddi rol oynaya bilirsə, vəzifədə qala bilər.

- Bir dəfə müsahibənizdə demişdiniz ki, növbəti parlament seçkiləri ilə bağlı tam qərara gəlməmisiniz. Sizin də 72 yaşınız var, düzdür, Milli Məclis seçkili orqandır, yaş məhdudiyyəti tətbiq etmək düzgün deyil. Qərara gəldinizmi, seçkidə iştirak edəcəksinizmi?

- Sağlamlığım imkan verərsə, növbəti parlament seçkilərində iştirak edəcəyəm. Bu, birbaşa sağlamlıq amili ilə bağlıdır.

- Hansı idman növü ilə məşğulsunuz?

- Heç bir idman növü ilə məşğul olmuram. Gəzməklə məşğulam. İmkan daxilində üzməyə diqqət edirəm.

- Üzməyi, qaçmağı bacarmaq deputat olmaq üçün göstəricidirmi?

- (Gülür) Bayaq gəzmək məsələsini yarızarafat - yarıciddi dedim. Yəni, hər kəs yeriyir, uçmuruq ki?! 70 – 80 yaşında da üzgüçülüklə məşğul olmaq olar, bir şey deyil... Məncə, bunu deyənlər göstərmək istəyirlər ki, fiziki durumları normaldır, problemləri yoxdur. Onların fikirlərini qeyri-ciddi qəbul etmək də lazım deyil. Bu fikri səsləndirənlərin fiziki sağlamlıqları ilə yanaşı, düşüncəsində, psixologiyasında probemlər yoxdursa, fəaliyyətini davam etdirə bilər.

- Ümumiyyətlə, Milli Məclislə bağlı nə təklif edirsiniz?

- Milli Məclis mütləq yenilənməlidir. Həmkarlarıma dərin hörmətim var. Onlar xalq tərəfindən seçilən, dəyərləndirilən insanlardır. Lakin reallıq bundan ibarətdir ki, ən ciddi anlarda – istər dövlətçiliklə, istər siyasi proseslərlə, istərsə də qanunvericiliklə bağlı məsələlərdə fəallıq arzuolunan səviyyədə olmur. Fəallıq artırılmalıdır. Deputat Milli Məclisin iclaslarında iştirak etməklə kifayətlənməli deyil. Onlar ölkəmizlə bağlı siyasi proseslərin içində olmalıdırlar, Azərbaycana qarşı olan təhdidlərlə mübarizə aparmalı, iradəsini ortaya qoymalıdır, nədənsə çəkinməli deyil. Biz 10 milyon azərbaycanlının içindən seçilmişik, bu şansı bizə Allah verib, xalq da tanıyıb. Növbəti parlament seçkilərində bu kriteriyalar əsas götürülməlidir.

- Arzuman Abdulkərimov Ana Vətən Partiyası sədrinin müavini təyin edilib. Bu, parlament seçkilərinə hesablanmış addımdır?

- Arzuman Abdulkərimovu sentyabrın 11-də Bakıda keçirilən “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa"da kəşf etdim. Həmin müddətə onunla bağlı məlumatım yox idi. Arzuman Abdulkərimovun çıxışı diqqətimi cəlb etdi, onunla bağlı məlumat aldım. Aldığım məlumatlardan aydın oldu ki, o, həmişə mövqeyində sabitdir, dövlətçilik prinsiplərini hər zaman önə çəkir, ulu öndər Heydər Əliyevin siyasi kursuna, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sadiqdir. Arzuman bəyə Ana Vətən Partiyasının qoşulmağı təklif etdim, düşünmək üçün vaxt istədi. Bir müddət keçdikdən sonra partiya sıralarına qoşulmağa razılıq verdi. O, partiyaya üzv qəbul olunduqdan sonra Siyasi məsələlər üzrə müavini təyin etdim. Niyyətim partiyanın fəaliyyətini genişləndirmək, aktivliyi artırmaqdır. Arzuman Abdulkərimov kifayət qədər fəaldır, enerjilidir, yetərincə potensialı var. İstədim ki, Abdulkərimovun potensialından Ana Vətən Partiyası bəhrələnsin. Bu proses açıq və ardıcıl şəkildə özünü göstərərsə, xalqın diqqətini cəlb edərsə, imkanlarını parlament seçkilərində sınaya bilər. Ana Vətən Partiyası da, təbii ki, Arzuman bəyə belə bir şansı verəcək.

- Arzuman Abdulkərimov Müsavat Partiyasında da təmsil olunub...

- Nə olsun ki? Nə dəxli var? Arzuman bəy Müsavat Partiyasında fəaliyyət göstərib, sonradan onların atdığı addımları qəbul etməyib, istefa verib, “Hilal” İctimai Birliyini yaradıb. Bir partiyadan digərinə keçmək Azərbaycanda aqressiv qarşılanır. İnkişaf etmiş ölkələrdə bir partiyadan digərinə keçmək normal qarşılanır. Türkiyəyə baxın, Ədalət və İnkişaf Partiyasının (AKP) yaradıcılarından Abdulla Gül sonradan partiyadan ayrıldı. Əhməd Davudoğlu, Əli Babacan da AKP-dən ayrılıb. Onlar özünə yeni partiya yaradıblar. Mənim üçün başlıca kriteriya Azərbaycanın istiqlalına, müstəqilliyinə, dövlətçiliyinə sədaqətli olmaq, xalq xidmət etməyi şərəf bilməkdir. Azərbaycan dövlətçiliyi ulu öndər Heydər Əliyevin irsi üzərində qurulub, hazırda da davam edir. Ulu öndərin siyasi xəttindən çıxmaq fəlakətdir, dövlətçiliyin məhvi deməkdir. Ona görə də ulu öndərin siyasi kursuna sadiq, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibəti müsbət olan insanlarla hər zaman əməkdaşlığa hazırıq. Əks mövqedə olanlarla əməkdaşlığımız mümkün deyil. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli anarxist mövqedə olduğuna, dövlətçilik xəttinə qarşı getdiyinə görə sentyabrın 11-də keçirilən “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa"ya dəvət etmədik. Xaricdən ssenari hazırlanıb, bu ssenarinin də Azərbaycanda reallaşmasında başlıca funksiyanı Əli Kərimli yerinə yetirir. Biz onunla necə əməkdaşlıq edə bilərik? Biz bu cür anarxistlərə qarşı mübarizənin önündəyik, bundan sonra da belə olacaq.

- Deputat Xanhüseyn Kazımlı ilə münasibətiniz necədir? Onunla bağlı səsləndirilən fikirləri necə qarşılanıdınız?

- Xanhüseyn Kazımlı xəstəlikdən əziyyət çəkir. Çox istərdim ki, hər kəs bu məsələyə anlayışlı yanaşsın. Heç birimiz bu və ya digər xəstəlikdən sığortalanmamışıq. İnsan ömrünün müəyyən mərhələsində, hətta haqqında eşitmədiyi xəstəliyə yoluxa bilər. İnsan hər hansı xəstəliyə yoluxubsa, ona lağ etmək düzgün deyil. Ola bilər, Xanhüseyn Kazımlı xəstə olduğunu anlamır. Bəlkə də anlasa ki, onun danışığı həm özünə, həm də digərlərinə problemlər yaradır, bunu etməz. Görünür, bu, elə xəstəlikdir ki, o, bu vəziyyəti dərk edə bilmir. Milli Məclis rəhbərliyi səviyyəsində deyilməlidir ki, iclaslarda iştirak etməsin. Soydaşlarımızdan da xahiş edirəm, anlayışlı olsunlar, bu xəstəlik hamımızda ola bilər. Burada mərhəmət önə çəkilməlidir, alçaltmaq, aşağılamaq yolverilməzdir. Deyirlər, Xanhüseyn Kazımlı Milli Məclisin iclaslarına içkili gəlir. Dəqiq bilirəm ki, o insan içən deyil. Xanhüseyn Kazımlı alkoqol qəbul etmir, 20 ilə yaxındır ki, tanıyıram... Onun başa düşülməyən çıxışı xəstəliyi ilə əlaqədardır.

- Sizi İctimai Televiziyada yayımlanan “3D” (Dadaşlinski Dadaş Dadaş oğlu) verilişində iştirak etmədiyinizə görə tənqid etdilər. Niyə imtina etdiniz?

- Doğrusu, İctimai Televiziyada yayımlanan Dadaş Dadaşlinskinin verilişinə baxmamışdım. Məni verilişə dəvət etdilər, dedilər, çaşdırıcı suallar da ola bilər, dedim, çəkinmirəm, gələcəyəm. Təyin olunan vaxtda getdim, verilişin formatı mənə uyğun deyildi, ona görə imtina etdim. Verilişlə bağlı fikirlərimi düzgün başa düşmədilər. Etiraf etmək lazımdır ki, Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçiləndən sonra bir sıra uğurlara imza atılıb, televiziya daha baxımlı olub. Əminəm ki, yeniliklər bundan sonra da davam edəcək. Balakişi Qasımov istedadlı insandır. O, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub. Balakişi Qasımov bu istedadını İctimai Televiziyanın irəli getməsinə sərf edir. Bunlar öz yerində... Amma “3D” verilişinin formatı mənlik deyil. Həmin verilişdə özümü ifadə edə bilmərəm. Özlərinə də dedim, məni başa düşmələrini xahiş edirəm. Hər kəsin seçiminə hörmətlə yanaşmaq lazımdır.

- Həmkarınız Araz Əlizadə deyir ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa pul müqabilində Bakıya köməyə gəlib. Siz necə düşünürsünüz?

- Araz Əlizadə ilə baxışlar sistemimizdə, əxlaqi dəyərlərimizdə çox ciddi fərqlər var. Dəfələrlə müxtəlif məsələlərə baxışlarımızda çox ciddi fərqlər ortaya çıxıb. Onu tanıyan insan kimi deyirəm ki, Araz Əlizadə türkləri, türk soyunu sevmir. O, fars kökənli, xarakterli etnosun nümayəndəsidir. Araz Əlizadənin türklərlə bağlı fikirləri genetik kodlarından gəlir. O, hər zaman milli məsələlərlə, xüsusilə də türkçülüklə bağlı aqressiv mövqe sərgiləyir. Onun genetik kodları imkan vermir ki, dəyişsin. Mən türk olaraq etnik Araz Əlizadəyə münasibətim mənfi deyil. Milli Məclisdə təmsil olunanların əksəriyyəti türk kökənlidir. Onların Araz Əlizadəyə münasibəti mənfi deyil. Belə olan halda, Araz Əlizadənin bizə münasibəti niyə mənfi olmalıdır? Türk adı eşidəndə Araz Əlizadədə ciddi psixi pozuntular əmələ gəlir, ağzına gələni deyə bilər. Bu da onun türk soyuna nifrətindən irəli gəlir. Bunun başqa adı yoxdur. Təəssüflər olsun ki, belədir...

- Bir müddət öncə də, Bakı Slavyan Universitetində Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovşağında beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib. Bununla bağlı fikirləriniz maraqlı olardı...

- Münasibətim çox mənfidir. Yevgeni Primakov Mixail Qarboçov qədər Azərbaycan xalqının qatilidir. 1990-cı il 20 yanvar faciəsinin təşkilatçılarından biri Primakov idi. Araz Əlizadə və digər onun kimi adamlar müdafiə mövqeyindən çıxış edirdilər. Guya Primakov 20 yanvar faciəsindən əvvəl xəbərdarlıq etmişdi ki. Nə xəbərdarlıq etmişdi? O qazanı qaynatmışdı, altına da körük vurmuşdu. O qazan Azərbaycanda qaynayırdı. Bu qazanı qaynadanların başında Qorbaçov dayanırdı, Primakov da onun ətrafında idi. Bu qazanın qaynamaması üçün Dağlıq Qarabağdakı separatçıların qarşısını almaq lazım idi. Separatçıların qarşısını almaq əvəzinə Azərbaycan xalqının haqlı etirazlarını qan içində boğmaq qatillikdir, faşizmdir. Kimin nə deməsindən asılı olmayaraq, bu proseslərin içərisində Primakov da yer alıb. Həmin dövr hadisələrinin şahidi olmuşam. Onlara maraqlı idi ki, Azərbaycan xalqı coşqu göstərsin, nəticədə ölkəyə qoşun yeridilsin, Azərbaycan xalqını qırsınlar və Ermənistanın Azərbaycana qarşı yönələn ərazi iddiaları reallaşsın. Niyyət bu idi... Primakova həsr edilən esse müsabiqəsinin Bakıda keçirilməsi yolverilməzdir. Bunu kimin təşkil etdiyini bilmirəm. Kim edibsə, çox böyük səhvə yol verib. Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva cavan deyil ki, düşünəm ki, hadisələri görməyin. Onun 73 yaşı var. O, doğrudanmı bu hadisələri yaddan çıxarıb. Nəyə görə bunu edib? Düşünürəm, o tədbir anti-milli tədbir idi.

- Müsavat Partiyasının təşkil etdiyi müxalifət partiyalarının rəhbərlərindən ibarət “dəyirmi masa”da sabiq Səhiyyə naziri Əli İnsanov da iştirak edib. Onun müxalifətlə müzakirələrə qatılması birmənalı qarşılanmayıb. Sizin Əli İnsanovun siyasi proseslərdə iştirak etməsinə münasibətiniz necədir?

- O “dəyirmi masa”da ciddi xarakter daşıyan müzakirələr aparılmayıb. “Ölkədəki mövcud ictimai-siyasi vəziyyəti dəyişmək lazımdır, bu vəziyyət xalqın maraqlarına uyğun deyil” tipli cəfəng və qeybət xarakteri daşıyan məsələlərdən başqa fikir eşitmədim. Onların təşkil etdiyi “dəyirmi masa”nı ciddi nəticə verəcəyini gözləmirəm. Çünki Prezident İlham Əliyev cəmiyyətdə olan bütün problemlərin fövqündədir, nöqsanların aradan qaldırılması üçün ciddi və konkret addımlar atmaqdadır. Bu varsa, müxalifətin hərəkət və fəaliyyəti xeyli dərəcə məhdudlaşır, onların iqtidarın üzərinə gedəcək arqumentləri olmur. Belə “dəyirmi masa”lar cəmiyyət tərəfindən ciddi qəbul edilmir. Əli İnsanovun müzakirələrə qatılması yumoristik hadisə oldu. Çünki o, özünü siyasətdə təsdiq edə bilməyib, heç bir siyasi partiyanın qurucusu deyil, fikirlərinin siyasi proseslərə təsir etmək imkanı yoxdur. Əli İnsanov orada toplaşanlardan daha çox radikaldır, qisasçıdır, hikkəlidir, barışmazdır. Müxalifət də ondan buna görə istifadə edir. Yəqin düşünürlər ki, maliyyə imkanlarından da istifadə etsinlər. Müxalifətdə belə hallar hər zaman olub. Bu cür fikirlər var ki, Əli İnsanovun arxasında Qərbi azərbaycanlılar var. Tam məsuliyyətlə deyirəm ki, Qərbi azərbaycanlılar Əli İnsanovu dəstəkləmirlər. Qərbi Azərbaycandan xeyli tanınmış alim, siyasətçilər var, biri də Əli İnsanovun yanında deyil. Partiya yaratmaq istəyir, yaratsın, görək necə olacaq? Əli İnsanovun 73 yaşı var, partiya quruculuğu başa çatana qədər onun yaşı 80-ni keçəcək. Bəhrəsini görəcəkmi? Alternativ fikirlərimizin olmasına baxmayaraq ona can sağlığı arzu edirəm. Partiyanı yaratmaq, formalaşdırmaq üçün 10 illər lazımdır, belə olan halda, Əli İnsanovun təxminən 95 yaşı olacaq. O yaş imkan verəcək ki, siyasi proseslərdə fəal iştirak etsin. Düşünürəm ki, yox. Bu da təbii bir şeydir. Əli İnsanov bu addımı atmamışdan əvvəl düşünməli, ölçüb-biçməli idi. Seçim onundur... Əli İnsanovun siyasi proseslərdə ciddi deyil, sadəcə, elementar uğur qazanacağı mümkünsüzdür.

loading...
"190 manatı işsizlərə və aztəminatlara çox görən hökümət nə etdiyinin fərqində deyil..."
DYP pərdəyə görə 150 manat cərimə yazdı - Sürücü şikayət etdi...
50 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası tətbiq edilə bilər...
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı...
Aşan kran 9 nəfərin həyatına son qoydu - VİDEO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Tanınmış ilahiyyatçının qızı dünyanın nüfuzlu universitetinə qəbul olundu...
Cəmiyyət
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti...
Cəmiyyət
“Oğlanlarımın toyunda Məmməd Araz yox idi, Fəttah dayı onu əvəz etdi...”
Gündəm
“Dünyada elə bir müqəddəs şey qalmayıb ki, ermənilər onu özləri ilə əlaqələndirməsin”
Gündəm
“Milli mətbuat tariximizin öyrənilməsi və təbliği vacibdir”
Yazar
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
İlham İsmayıl
Moskva Paşinyanın yerinə adamını tapdı...
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Moskva Paşinyanın yerinə adamını tapdı...
Erməni generaldan hiyləgər etiraf: “Deyəsən, indi Ermənistan tək qalıb...”
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
"Biz həmişə Ermənistanın yanındayıq..."
Cavid Qurbanov Qüdrət Həsənquliyevə üzləşdiyi faciəyə görə başsağlığı verdi...
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
“Azərbaycan Qarabağdakı qanunsuz obyektlərə DƏQİQ ZƏRBƏLƏR ENDİRSƏ..."
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247