Xəbər lenti
13/08/2020 [18:13]:
Müəllimlərin əksəriyyəti pandemiyaya görə yüksək risk daşıyıcısıdır - Təhsil İnstitutu
13/08/2020 [18:07]:
İranın xarici işlər naziri Livana səfər edəcək
13/08/2020 [17:53]:
DTX səfir Eldar Həsənovun saxlanılması barədə rəsmi məlumat yaydı
13/08/2020 [17:35]:
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub, 3 nəfər vəfat edib
13/08/2020 [17:30]:
Rusiyanın peyvəndi koronavirusdan ən azı 2 il qoruyacaq
13/08/2020 [17:24]:
“Müğənni maşınını satıb maddi sıxıntıdan canını qurtara bilər...” - Namiq Qaraçuxurlu
13/08/2020 [17:21]:
"Hər bir azərbaycanlı bu müharibəyə hazır olmalıdır..."
13/08/2020 [17:08]:
“Prezident Rusiyaya etiraz edir, bu məmurlar, deputatlar isə hələ də susurlar”
13/08/2020 [17:05]:
Uşaq bağçalarının bu ərazilərdə açılması təklif olundu
13/08/2020 [17:01]:
Ərdoğan ilə Merkel arasında telefon danışığı olub
13/08/2020 [17:00]:
Azərbaycanın ən çox mal satdığı və mal aldığı ölkələr - SİYAHI
13/08/2020 [16:56]:
“Paşinyan azərbaycanlıları Vediyə, Masisə, Vardenisə qaytaracaq” - Prezidentin eks-köməkçisi
13/08/2020 [16:56]:
ADP növbəti qurultayının vaxtını elan etdi
13/08/2020 [16:51]:
"Bu sınaqlarının ilkin nəticələri açılandan sonra həyatımız əvvəlki dönəminə qayıdacaq"
13/08/2020 [16:46]:
İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTOLAR
13/08/2020 [16:44]:
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
13/08/2020 [16:44]:
BDU-nun Elmi Kitabxanası xüsusi karantin dövründə oxuculara onlayn xidməti davam etdirir
13/08/2020 [16:43]:
“Atama demişdilər ki, Yusifə "görüm-baxım" edək, ata-anamızı o klipdən çıxarsın”
13/08/2020 [16:42]:
Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin distant təşkili təklif olunub
13/08/2020 [16:40]:
Azərbaycanda general-leytenantın qardaşı oğlu külli miqdarda heroinlə tutuldu
13/08/2020 [16:39]:
İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları aparılıb
13/08/2020 [16:35]:
Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı
13/08/2020 [16:30]:
“Azərbaycan və Türkiyə bundan sonra da hər cür təhdid və təhlükəyə qarşı hər zaman bir yerdə olacaq”
13/08/2020 [16:23]:
“Mənə təsir edən başqa şeylərdir” - VİDEO
13/08/2020 [16:21]:
“İnşallah, Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə öz vəzifəsini yerinə yetirəcək”
13/08/2020 [16:19]:
“Sonadək Azərbaycanın yanındayıq” - Hulusi Akar
13/08/2020 [15:36]:
“Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
13/08/2020 [15:34]:
II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
13/08/2020 [15:32]:
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb
13/08/2020 [15:30]:
Nadir şah Əfşarın nəvələrinin izi ilə...
13/08/2020 [15:19]:
Avqustun ortalarında hava sərin olacaq
13/08/2020 [15:14]:
Kişmişin içərisində narkotik keçirmək istədi, tutuldu - FOTO
13/08/2020 [15:07]:
“Mənə elə gəlir ki, bu ən əsas, vacib olan şeydir...”
13/08/2020 [14:49]:
Qərbi Kaspi Universiteti İsveçrə Universitetinə qəbul aparır
13/08/2020 [14:39]:
“Ailələrin dağılmağına səbəb qısqanclıq yox, niyə və kiminlə evləndiklərini bilməməkdir...”
13/08/2020 [14:37]:
Azərbaycanda 1000-dən çox şəxs sürücülük hüququndan məhrum edildi
13/08/2020 [14:33]:
XİN strukturunda diplomatlarla pullar oğurlanıb - istintaqla bağlı yeni sensasion xəbərlər
13/08/2020 [14:26]:
Türkiyə-Azərbaycan münasibətləri FOTOLARDA
13/08/2020 [14:19]:
Baş nazir tapşırıq verdi - bu şəxslərin işləməyi qadağan edilsin!
13/08/2020 [14:17]:
Hadı Rəcəblinin qardaşına yüksək vəzifə verildi
13/08/2020 [14:14]:
Baş Nazir 48 dövlət orqanında işçilərin işə cəlb edilməsi qaydasına dair tapşırıq verib
13/08/2020 [13:54]:
Siyasi cəsarət nümunəsi, Heydər Əliyev gedişi və beynəlxalq ifşa!
13/08/2020 [13:49]:
Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil etdi
13/08/2020 [13:43]:
Leyla Quliyeva efirə qayıdır - FOTOLAR
13/08/2020 [13:36]:
Belarusa yox, Rusiyaya sanksiya tətbiq edin - Volski
13/08/2020 [13:36]:
Türk professorlar dünyada analoqu olmayan COVID -19 serumu hazırladı: 6 həftə sonra...
13/08/2020 [13:33]:
Tənbəllik ciddi xəstəliyin əlaməti ola bilər ARAŞDIMA
13/08/2020 [13:30]:
Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı - FOTO
13/08/2020 [13:28]:
Xərçənglə mübarizə üsulu tapıldı - Yeni kəşf
13/08/2020 [13:27]:
Ukraynada azərbaycanlı kriminal avtoritet öldürülüb
13/08/2020 [13:26]:
Koronavirusu aşkar edən ağıllı saat hazırlandı - Testdən daha effektlidir
13/08/2020 [13:24]:
Nikolas Maduronun məsləhətçisi koronavirusa yoluxub
13/08/2020 [13:09]:
Abituriyentlərə imtahanqabağı qidalanma ilə bağlı vacib tövsiyə - Bunu mütləq edin
13/08/2020 [12:44]:
Putin Lukaşenko ilə görüşməyə tələsmir
13/08/2020 [12:35]:
“Rusiyanın bu addımının bir adı var – XƏYANƏT!”
13/08/2020 [12:33]:
“Qarabağsız elə bilirəm ki, hər birimiz yarımçıq yaşayırıq...”
13/08/2020 [12:27]:
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başlayır: Kimlər kənarda qalacaq?
13/08/2020 [12:25]:
Karantində istirahətə gedənlərə “utanmaz“ dedi - Özü də dincəlməyə getdi - FOTO
13/08/2020 [12:21]:
Toyuq oğurlayana 4 il, uşaq zorlayana 1 il...
13/08/2020 [12:13]:
"Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib parçasıdır"
13/08/2020 [12:10]:
Koronavirus xəstəsi karantin postunda YAXALANDI
13/08/2020 [12:06]:
Erməni Fondu elan etdi: Beyrutdan Qarabağa köç...
13/08/2020 [12:04]:
"Əlbəttə, həmin şəxs təqaüdə getməlidir ki, gənc nəsil üçün yol açılsın" - Birinci vitse-spiker
13/08/2020 [11:55]:
“İran beynəlxalq sularda üzən tankeri ələ keçirib” - Pentaqon
13/08/2020 [11:49]:
“Heç kimin işinə qarışmıram, kimsə sərt danışıbsa, özü bilər...”
13/08/2020 [11:35]:
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olunub
13/08/2020 [11:28]:
Polşada Qarabağ münaqişəsinin həllinə mane olan əsas səbəbi tapdılar...
13/08/2020 [11:22]:
“Sumqayıtda 6 azərbaycanlı gənc PDM-in altında qalaraq həlak olmuşdu...” - Rus prokuror
13/08/2020 [11:20]:
Ermənistanda koronavirusa yoluxanların sayı 41 mini ötüb
13/08/2020 [11:16]:
Altı özəl telekanalın hər birinə 500 min manat maliyyə yardımı ayrılıb - MTRŞ
13/08/2020 [11:03]:
Azərbaycan və Türkiyə Müdafiə nazirləri Fəxri xiyabanı ziyarət ediblər - FOTOLAR
13/08/2020 [10:58]:
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
13/08/2020 [10:56]:
Qohum olan şəhid ailələri yeni doğulan körpəyə şəhid əmisinin adını verdilər...
13/08/2020 [10:50]:
Rusiya Ali İqtisadiyyat Məktəbi UNEC müəllimləri üçün ixtisasartırma təlimləri təşkil edib
13/08/2020 [10:50]:
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı - FOTO
13/08/2020 [10:47]:
Tenderin qalibi Kəmaləddin Heydərovun həyat yoldaşı oldu
13/08/2020 [10:43]:
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
13/08/2020 [10:28]:
“Məni döyüb uşaqların gözü qarşısında alt paltarlarımı balkondan həyətə atırdı”
13/08/2020 [10:26]:
Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır? - FOTO
13/08/2020 [10:19]:
TAP kəmərinin tikintisi 97% yekunlaşıb
Bütün arxiv bir sırada
12/11/2019 [16:52] - Cəmiyyət - ( 1165 dəfə baxılıb)

Allahşükür Paşazadənin qızı: “Atamın tövsiyəsi ilə həkim oldum”



Ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi Vəfa Paşazadə e-tibb.az-a müsahibə verib. 

Moderator.az müsahibəni təqdim edir:

- Hər kəsin uşaqlıq arzusu olur, uşaqlıqda heç ağlınıza gəlirdimi ki, bu peşəyə yiyələnəcək, həkim olacaqsınız?

- Uşaqlıqdan rəssamlığa istedadım və meylim olsa da, həkim olmaq istəyi daha güclü idi. Bu peşəyə yiyələnmək arzusunun əsas səbəbkarı atam olub.

Atam deyirdi “qızım, həkimlik peşəsi gözəldir, şərəflidir. Belə şəfqətli xasiyyətinlə səndən gözəl həkim olar. Həkim hərtərəfli biliklərə malik olmalıdır. Bunun üçün insan daim mütaliə edib, yeni biliklərə can atmalıdır. Bununla belə insanları müalicə edərkən yiyələndiyi biliklər, qazandığı təcrübə və humanizmi onların dərdlərinə əlac etməlidir”.

Atamın bu hikmətli tövsiyələrinə əməl etməklə həkim oldum. Hətta İslamda alim, həkim və müəllim müqəddəslərə bərabər şəxslərdən sayılır. Ona görə də xəstələrin müalicəsində İslami etik qaydaları bir meyar kimi tuturam.

Mən yenicə ailə qurmağıma baxmayaraq, Azərbaycan Tibb Universitetinə daxil oldum və onu müvəffəqiyyətlə bitirdim. Bakıdakı 5 saylı Şəhər Xəstəxanasında ümumi cərrah kimi fəaliyyətə başladım, orada çalışdım. Sonradan fəaliyyətimi Mərkəzi Gömrük Xəstəxanasında davam etdirdim. Hazırda Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ümumi cərrah və şəxsi klinikamda sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq kimi fəaliyyətimi davam etdirirəm, orada ixtisasa uyğun müxtəlif təlim və seminarlar keçirirəm. Bununla yanaşı elmi fəaliyyətimi də davam etdirirəm, psixologiya sahəsində növbəti doktorluq dissertasiyam üzərində də çalışmağa başlamışam. Çünki “Sağlam bədəndə - sağlam ruh olar” ifadəsi boş kəlam deyil. Pasiyentin psixoloji vəziyyəti kafi olmadıqca, ondan sağlamlıq gözləmək olmaz.

- Tibb sahəsində xeyli nailiyyət əldə etmisiniz. Sizcə, bir insanın, həkimin nailiyyət qazanması, hədəfə çatması üçün əsas şərt nə olmalıdır?

 - Hər bir insanın arzusu olduğu kimi həyatda müəyyən məqsədlərə çatmaq üçün də hədəfləri olur. Bu hədəflər onun üçün məşhur olmaq deyil, yeni bir zirvəni fəth etməkdir. Böyük mütəfəkkir həkimlər - akademik Mirəsədulla Mirqasımov və Mirməmməd Cavadzadənin təbirincə desək, həkim hər bir xəstəni ən yaxın adamı hesab etməli, xəstəni sevməlidir. Biz də xəstələrimizi yaxınımız hesab etməklə, onları sevirik. Bu əsas məsələdir və biz bundan zövq, ilham alır, mənəvi rahatlıq tapırıq. Mənim ən böyük amalım insanlara xidmət etmək, daha  doğrusu, insanlığa xidmət etməkdir.

- Qeyd etdiniz ki, ümumi cərrah olaraq fəaliyyətə başlayıb, bu yöndə ixtisaslaşmısınız. Sonradan tibbin digər sahələrinə üz tutmağınız nədən irəli gəldi?

- Cərrah olmağıma baxmayaraq, həm də sağlam qidalanma üzrə mütəxəssis və klinik psixoloq olmağımın bir tarixçəsi var. Uşaqlıqdan artıq çəkidən əziyyət çəkmişəm, böyüdükcə kilom da artırdı. Artıq səhhətimə də zərər gətirirdi. Bir çox dəbdə olan dietləri sınadım, səhhətimə ziyandan başqa heç birinin köməyi olmadı. Artıq çəkim sağlamlığım üçün ciddi bir problemə çevriləndə özümü tamamən dəyişməyə qərar verdim. Sağlam qidalanma mövzusunu dərindən araşdırmağa başladım, fiziki fəaliyyətimi artırdım və bu əsnada anladım ki, hər şeyin arxasında insanın psixoloji dünyası durur...

- Yeri gəlmişkən, bu gün çoxlu sayda insan artıq çəkidən əziyyət çəkir. Sizcə, burada daha çox hansı amillərin rolu var?

- Biz həkimlər insanların düzgün qidalanmasını onlara təlqin edirik. Bugünkü dövrdə xarici ölkələrdən bizə keçmiş “Fast food” yeməklər insanların səhhətinə ciddi təhlükə yaradır. Tələsik, yolüstü yemək insanlarda kütləvi şəkildə kökəlməyə, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Biz ilk növbədə insanların-xəstələrimizin düzgün qidalanmasına çalışırıq. İnsan heç vaxt qədərindən artıq yeməməlidir. Amma bunların da hər bir pasiyent üçün müəyyən səbəbi olur.

- Vəfa xanım, bir qədər əvvəl Azərbaycanın mütəfəkkir həkimlərinin fikrilərini xatırladaraq dediniz ki, həkim hər xəstəni ən yaxın adamı hesab etməli, xəstəni sevməlidir. Ümumiyyətlə, həkim, psixoterapevt xəstə üçün nə deməkdir? Xəstənin şəfa tapması üçün ilk növbədə nələrə əməl olunmalıdır?

- Həkim bir mütəxəssis olmaqdan öncə humanist olmalıdır. Həkim professionalizmi vacib olduğu kimi, onun mənəviyyatı və milli dəyərlərə ehtiramı ən ümdə şərtdir. O, bu meyarlara etinasız yanaşırsa, etdiyi müalicənin də effekti olmur. Bəzən bir xoş söz bəs edər ki, hətta ağır bir xəstə özünü daha rahat hiss etsin. Xoş söz məlhəmdir, yəni yenə də psixologiyaya qayıdırıq. Mərhəmətin, şəfqətin gücü tibb elminin nailiyyətləri ilə bir simbiozda bəzən gözlənilməz pozitiv nəticələr verir. Çünki şəfqət şəfa sözündəndir.  Ona görə də həkimin bir şəxsiyyət kimi şəfqətli biri olmağı vacib şərtdir. Bunun mən nəinki bir klinik psixoloq kimi, ələlxüsus bir ümumi cərrah kimi fəaliyyətim əsnasında dəfələrlə şahidi olmuşam. Çünki hər əməliyyat pasient üçün bir sarsıntıdır. Maraqlı bir faktdır ki, Qərbdə əməliyyatdan sonra xəstələrə tez-tez psixoloqlar, psixoterapevtlər baş çəkir, onlarda ruh yüksəkliyi yaratmağa çalışırlar, bu da onların tez bir zamanda sağalmasının səbəblərindən biri olur.

- Doktor, demək istəyirsiniz ki, psixoloqla ünsiyyət insanı xoşbəxt və qayğısız edir?

- Əsla! Həyat dialektik bir möhvumdur. Hər şey onda ikili mövcuddur, yəni ziddiyyətlərdən ibarətdir. İnsan heç vaxt əbədi xoşbəxt ola bilməz, əks halda bu xoşbəxtlik onun üçün mənasızlaşar. O, heç vaxt əbədi harmoniyada yaşaya bilməz, əks halda harmoniyanı hiss edə bilməz. Harmoniyanı disharmoniya, xoşbəxtliyi  bədbəxtlik əvəz edir. Yəni həyatda hər şey nisbidir və növbələşəndir.  Ona görə də, psixoloq pasienti xoşbəxt etmir, həyatında, fikirlərində düzən yaradır, həyatda başqa imkanların və çözümlərin olduğunu göstərir.

Bundan əlavə terapevt olmaq - ali təhsilin nəticəsi olan bir peşə sahibi olmaq demək deyildir. Pasientin öz qorxularını, dərdlərini aydınlaşdırmaqda yardımçı olmaq istəyən bir terapevt bu aydınlaşdırma prosesini, bu daxili aləmə səyahəti ilk öncə özündə başlamalıdır… Yalnız onda o, müsbət nəticələr qazana bilər.

- Dediniz ki, atanızın tövsiyələrinə əməl edərək həkim olmağa qərar verdiniz. Atanızın - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam, görkəmli ilahiyyatçı Hacı Allahşükür Paşazadənin dinlə  bağlı verdiyi məsləhətləri necə dəyərləndirirsiniz? Xüsusilə İslamın tibbə münasibəti haqqında fikirləriniz necədir? 

- Atam sadə, zəhmətkeş bir ailədə dünyada göz açıb. Uşaqlıqdan dini biliklərə yiyələnib, sonra ali dini təhsil alıb. Ömrünü dinə sərf edib. Bu gün onun bütün dini və dünyəvi liderlər tərəfindən ehtiramla qarşılanması və tanınması da onun xalqına qeyd-şərtsiz xidməti, şəxsiyyəti və müdrikliyinin bəhrəsidir. Noyabrın 14-15-də keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”, 10 milyona yaxın əhalisi olan ölkəyə 500-dən çox beynəlxalq liderin Azərbaycana toplanması da buna bariz bir nümunədir. Bu sammit ölkə Prezidenti İlham Əliyevin yürütdüyü multikulturalizm siyasətinin dünyaya bir daha bəyan olunması baxımından çox əhəmiyyətlidir. Qafqaz Müsəlmanları İdarəsinin bu mötəbər tədbirin idarəedici statusunda çıxış etməsi, atam Şeyxülislam Allahşükür Paşazadənin 70 illik və Şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin qeyd olunması barədə Prezidentin sərəncamı böyük tarixi hadisədir.

Biz, ailəmiz adından Cənab Prezidentə dərin təşəkkürlərimizi bildiririk, çünki  bu sərəncamın imzalanması Şeyx Həzrətlərinə göstərilən ali diqqət və qayğının əyani ifadəsidir.

Atamdan dinlə bağlı öyrəndiklərim də budur: Hər bir insan Vətənini, xalqını, elini-obasını sevməli, dövlət qanunlarına  əməl etməli, valideynlərinə ehtiram göstərməlidir. Mənim üçün bir din rəhbərinin, tarixi şəxsiyyətin qızı olmaq böyük bir şərəf, ilk növbədə isə böyük bir məsuliyyətdir.

Tibb sahəsində müsəlman, daha doğrusu şərq alimləri böyük nailiyyətlər əldə etmiş, bu elmə böyük töhfələr vermişlər. Tibb elmi bugünkü inkişafı üçün əksərən şərq aləminə borcludur. Bunu Avropada tapılmış tarixi sənədlər, bir çox şərq dillərindən latın dilinə tərcümə olunmuş tibbi kitablar da təsdiq edir.

- Son olaraq, mütəxəssis kimi insanlara, oxucularımıza nə tövsiyə edərdiniz?

- Ən əsası sağlamlığınıza etinasız yanaşmayın! Sağlam qidalanmaq  ruhumuza və bədənimizə verə biləcəyimiz ən gözəl şəfqət və nemətdir. Dəyişiklikləri özünüzdən başlayın, özünüzə inamınızı sarsıtmağa yol verməyin.

loading...
DTX səfir Eldar Həsənovun saxlanılması barədə rəsmi məlumat yaydı
"Türkiyəli generalların Azərbaycana səfər etməsi müəyyən məsələlərə işarədir...”
Hulusi Akarla Zakir Həsənovun "qol güləşi" şəklində salamlaşması gündəm oldu - FOTO/VİDEO
Velosipedli uşağın üzərinə ağac aşdı - VİDEO
ABŞ polisinin bu işgəncəsi ortalığı qarışdırdı - FOTO + VİDEO
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
"Hər bir azərbaycanlı bu müharibəyə hazır olmalıdır..."
Cəmiyyət
“Ailələrin dağılmağına səbəb qısqanclıq yox, niyə və kiminlə evləndiklərini bilməməkdir...”
Cəmiyyət
“Qarabağsız elə bilirəm ki, hər birimiz yarımçıq yaşayırıq...”
Şou-biznes
“Heç kimin işinə qarışmıram, kimsə sərt danışıbsa, özü bilər...”
Araşdırma
MKİ-nin adamqaçırma əməliyyatlarını UNO-lar uydurmasıyla əsaslandırdığı iddia olundu...

Yazar
Seymur Verdizadə
Toyuq oğurlayana 4 il, uşaq zorlayana 1 il...
Seymur Əliyev
Siyasi cəsarət nümunəsi, Heydər Əliyev gedişi və beynəlxalq ifşa!
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247