Qonşu Türkiyə, Rusiya və eləcə də Aropanın bir çox dövlətlərində uşalqların milli ruhda tərbiyə olunması, milli tarixin erkən yaşlarından təbliğ edilməsi məqəsdi ilə tarixi olay və qəhrəmanlardan bəhs edən cizgi filmlərinin çəkilməsinə xüsusi diqqət yetirilir.
Maraqlıdır, Azərbaycanda necə, tarixi süjetdə cizgi filmlərinin çəkilməsinə diqqət yetirilməlidirmi? Bu cür cizgi filmləri azyaşlıların tariximizə, milli məfkurəyə bağlı şəkildə yetişdirilməsi baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlaam verən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bu cür cizgi filmlərinə böyük ehtiyac duyulduğunu vurğuladı:
“Əlbəttə ki, buna ciddi ehtiyac var. Milli tarixi yaddaş insanlara körpə yaşlarından aşılanmalıdır. Bunun üçün uşaqların şüuruna, beyninə millilik, vətənpərvərlik məsələləri onların yaşına, qavrama imkanına uyğun şəkildə təlqin edilməlidir. Bu vasitələrədn biri də cizgi filmləridir.
Uşaqlar cizgi filmlərini çox böyük məmnuniyyətlə izləyirlər. Bu baxımdan cizgi filmlərimizdə tərbiyəvi əhəmiyyətli süjetlərlə yanaşı, tariximizi, mənəviyyatımızı təbliğ edən səhnələr olmalıdır. Hesab edirəm ki, Azərbaycan tarixinin cizgi filmləri vasitəsi ilə uşaqlara təbliğ edilməsi faydalı olar. Lakin bu, o qədər məharətlə çəkilməlidir ki, həqiqətən də uşaqların diqqətini cəlb edə bilsin. Vacib deyil ki, həmin cizgi filmləri ağır məzmunla yüklənsin. Çox ibrətamiz və gözəl şəkildə cizgi filmləri çəkmək olar ki, burada tarixi yer adlarımız, qəhrəmanlarımızla bağlı məlumatlar yer alsın.
Insanın vətəndaş kimi formalaşmasında, milli ruhda, mili məfkurəyə sahib şəxsiyyət kimi yetişməsində çox kiçik yaşlarından izlədikləri və mütaliə etdikləri mühüm rol oynayır. Biz uşaqlarımızın milli ruhda tərbiyəsi üçün onlara lap kiçik vaxtlarından bu cür filmlər təqdim etməliyik”.
Seymur ƏLİYEV