Xəbər verdiyimiz kimi, türk ordusunun Suriayda anti-terror əməliyyatları davam edir. Türkiyə terrorçuların təmizlənən bölgələrə həm də böyük miqdarda humanitar yardımlar göndərir ki, bu da oradakı əhalinin yaşamı baxımından həyati önəm kəsb edir.
Bir əlində silah tutan türk əsgərinin digər əli ilə köməksiz insnalara humanitar yardımlar paylamasını Türkiyənin bütün dünyaya verdiyi insanlıq dərsi kimi qiymətləndirilə bilərmi? Suriyanın neft və torpağından pay qoparmağa çalışan, bu torpaqlara ancaq ölüm gətirən dünya gücləri Türkiyənin bu insani davranışından nümunə götürməlidirlərmi?
Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli türkün hər zaman öz ədaləti ilə bəşəriyyətə nümunə olduğunu vurğuladı:
“Tarixə baxanda görərik ki, Fatih Sultan Mehmet İstanbulu fəth etdikdən sonra Qalada yaşayan əhaliyə toxunmayıb. Dilinizi, dininizi, mədəniyyətinizi yaşadın deyib. Yerli əhali şok olub. Deyiblər ki, bizə demişdilər ki, türklər hamını vəhşicə qətl edəcək. İndi siz Suriyada Amerika, Rusiya və türk ordusunun antiterror əməliyatı apardıqları bölgələrə baxın. Hara ki, türk ordusu girir, oraya hüzur, çörək, nizam gətirir. Digərləri isə girdiyi yerləri xaraba qoyur. Türk ordusu şəfqət gətirir, digərləri isə dəhşət! Bu, türk millətinin xarakterindən qaynaqlanır: Biz yaradılanı sevərik-yaradandan ötrü! Ədalət, mərhəmət, insanlıq türk millətinin fitrətindədir! Tanrı bu milləti özəl yaratmışdır”.
Seymur ƏLİYEV