Xəbər lenti
23/09/2020 [19:51]:
91 yaşlı müəllimin dərs sevgisi maraqla qarşılandı - Yarım əsr əvvəlki tələbələri belə izlədi...+ VİDEO
23/09/2020 [19:21]:
"Mafiyalaşmaqda Ramiz Mehdiyevin böyük rolu var" - VİDEO
23/09/2020 [18:56]:
"Nə yaxşı ki, o rolu Fəxrəddin oynayıb, o, həqiqətən də bir Zaurdur...”
23/09/2020 [18:44]:
İlham Əliyev: “Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir”
23/09/2020 [18:43]:
QDİƏT XİN başçılarının qeyri-formal görüşü keçiriləcək
23/09/2020 [18:40]:
“AzGold” MMC-nin rəhbəri həbs edilib
23/09/2020 [18:38]:
"Əgər Lavrov beynəlxalq hüquqa hörmət edirsə, bilməlidir ki..."
23/09/2020 [18:30]:
3 şəhərimiz UNESKO-nun şəbəkəsinə üzv seçildi
23/09/2020 [18:26]:
Prezident İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda aparılan abadlıq işləri ilə tanış olublar - YENİLƏNİB-1
23/09/2020 [18:15]:
Pərvin Abiyevanın müəllimi ondan danışdı: “Bilmirəm indi nə edir, nə işlə məşğuldur”
23/09/2020 [18:03]:
İranın Hərbi Dəniz Qüvvələrinə 188 ədəd PUA verildi
23/09/2020 [18:00]:
Daha 7 şagirddə koronavirus aşkarlanıb
23/09/2020 [17:26]:
BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
23/09/2020 [17:21]:
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb
23/09/2020 [17:17]:
Fəzail Ağamalı yüksək bal toplayan tələbələrlə görüş keçirdi - FOTO
23/09/2020 [17:12]:
"Bu günədək 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub"
23/09/2020 [17:03]:
“Ordumuz üçün fərqi yoxdur ki, Qarabağdakı kimdir–Livan ermənisi, Paşinyanın arvadı, yoxsa digər biri”
23/09/2020 [17:00]:
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
23/09/2020 [16:56]:
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
23/09/2020 [16:45]:
Kartofu da, kokaini də xaricdən alırıq...
23/09/2020 [16:40]:
“Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
23/09/2020 [16:39]:
Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
23/09/2020 [16:33]:
TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb
23/09/2020 [16:32]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [16:31]:
İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
23/09/2020 [16:28]:
Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
23/09/2020 [16:26]:
“Vaksinlərin Azərbaycanda istehsalı mümkün görünmür” - TƏBİB rəsmisi
23/09/2020 [16:19]:
“Savaşda qələbəni təmin edən ən mühüm faktor gözlənilməzlikdir, biz buna diqqət yetirməliyik...”
23/09/2020 [16:00]:
"Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir"
23/09/2020 [15:50]:
Quzanlıda ilk yardım təlimləri başladı - FOTOLAR
23/09/2020 [15:49]:
Şəbnəm Tovuzlunun erotik dərdi...
23/09/2020 [15:42]:
"Məmmədi Kəlbəcər həsrəti dərdə saldı, sonra da iki televiziyadan uzaqlaşdırmaqla onu çərlətdilər"
23/09/2020 [15:38]:
Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?
23/09/2020 [15:34]:
Erməni siyasətçilər və ekspertlər Azərbaycan prezidentinin tarixi çıxışını necə şərh edib?
23/09/2020 [15:28]:
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” 
23/09/2020 [15:26]:
“Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!” 
23/09/2020 [15:14]:
Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"
23/09/2020 [15:12]:
“WhatsApp”da yeni funksiya
23/09/2020 [15:11]:
Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb
23/09/2020 [15:07]:
İranda son sutkada koronavirusdan 184 nəfər ölüb
23/09/2020 [15:06]:
Hikmət Hacıyev: "Terrorçuların Qarabağa gətirilməsi kanalları üzərində iş aparılır"
23/09/2020 [15:05]:
Sergey Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”
23/09/2020 [15:04]:
Naxçıvana yeni ambulanslar verildi
23/09/2020 [15:02]:
"Əgər müharibə başlasa, çox tezliklə Azərbaycanın xeyrinə bitəcək, çünki..."
23/09/2020 [14:57]:
Millət vəkili Adil Əliyevə AMEA-nın hücumlarının gizli tərəfi
23/09/2020 [14:52]:
“Döyüşdə düşməni ya öldürməlisən, ya da əsir götürməlisən”
23/09/2020 [14:36]:
Xatirə İslam İstanbulda xəstəxanaya yerləşdirildi - VİDEO
23/09/2020 [14:31]:
“Münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir”
23/09/2020 [14:29]:
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb
23/09/2020 [14:27]:
"Paşinyanın Qarabağla bağlı fikirləri münaqişənin nizamlanmasına maneə törədir" - Lavrov
23/09/2020 [14:25]:
Azərbaycan İdman Akademiyasında güləş zalı istifadəyə verilib - FOTO
23/09/2020 [13:56]:
"Azərbaycanın tarixi, mədəni, dini abidələrinin Ermənistan tərəfindən işğal olunan bölgələrdə yox edilməsi..."
23/09/2020 [13:52]:
Qarabağın separatçı rəhbərinin “məşhur”  türkofob müşaviri koronavirusa yoluxdu...
23/09/2020 [13:43]:
"Azərbaycan Ordusunun yalnız bir məqsədi var - işğal olunmuş ərazilərimizi azad etmək"
23/09/2020 [13:37]:
Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları fermerlərə xidmətə başlayır - FOTO
23/09/2020 [13:29]:
"Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır"
23/09/2020 [13:28]:
İlham Əliyev və Mehriban Əliyeva Balaxanıya getdi
23/09/2020 [13:26]:
Əli Məsimli: “Neftə ümid etmək hər dəfə 2015-ci ildəki böhrana qayıtmaq riski deməkdir”
23/09/2020 [13:24]:
“Sadəcə prezident seçmirdik, dəyərlərimzi qoruyurduq” - Lukaşenko
23/09/2020 [13:15]:
“Şərait yaranıb və torpaqlarımızı o murdarlardan təmizləmək lazımdır...”
23/09/2020 [13:04]:
“Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir”
23/09/2020 [12:49]:
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi...
23/09/2020 [12:38]:
"Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki?"
23/09/2020 [12:32]:
"Çoxsaylı adam oğurluqlarının və qətllərin başında əlimin olduğunu siz demişdiniz..."
23/09/2020 [12:32]:
Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
23/09/2020 [12:30]:
BMT-nin 4.0 versiyasına keçməsi üçün çağırış edilib
23/09/2020 [12:29]:
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
23/09/2020 [12:23]:
AMEA-nın saytının baş redaktoru işdən çıxdı
23/09/2020 [12:22]:
Dövlət qulluğuna qəbul üzrə növbəti mərhələnin keçirilmə qrafiki müəyyən edilib
23/09/2020 [12:14]:
Sahibə Qafarovanın Lavrovla görüşü başladı - FOTO
23/09/2020 [12:13]:
DTX-nin tutduğu rəis həbsdən buraxıldı
23/09/2020 [12:12]:
Navalnı xəstəxanadan evə buraxıldı
23/09/2020 [12:11]:
Polis Tbilisidə azərbaycanlıların yaşadığı kənddə əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO
23/09/2020 [12:10]:
Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur - FOTO
23/09/2020 [12:02]:
“Torpaqlarımızın azad ediləcəyi günə çox qalmayıb”
23/09/2020 [11:58]:
“Kino sahəsində Qarabağ ağrımızı dünyaya çatdırmaq üçün o mexanizmi öyrənmək lazımdır..."
23/09/2020 [11:54]:
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı bilindi - RƏSMİ
23/09/2020 [11:51]:
Bakıda işini icra edən məmurlara atəş açıldı
23/09/2020 [11:46]:
Övladlığagötürmə ilə bağlı YENİLİK: 480 manat ödəniləcək
23/09/2020 [11:45]:
Baş nazirdən “Mediasiya haqqında” Qanunla bağlı QƏRAR
Bütün arxiv bir sırada
13/11/2019 [23:14] - Araşdırma - ( 4239 dəfə baxılıb)

Ermənilərin bioloji silah təhdidi: "Müəyyən etnoslara təsir göstərən viruslar hazırlanır..."



“Nə qədər qəribə olsa da, Ermənistanda olduğu qədər biolaboratoriyaya heç harda rast gəlmək mümkün deyil. Mənim məlumatıma görə onların sayı praktik olaraq 10-a yaxındır”.

Bunu rusiyalı politoloq Yevgeni Mixaylov “Moskva-Baku”ya açıqlamasında deyib.

Lavrovun Ermənistana son səfərinin əsas səbəbinin də bu ola biləcəyini düşünən politoloq həmin biolaboratoriyaların ABŞ tərəfindən tikildiyini və müəmmalı məqsədlər üzərində çalışdığını etiraf edib: 

“Deyə bilərəm ki, onların təyinatı ilə bağlı çox böyük şübhələrim yaranıb. Ermənilərin bütün izahatları, o cümlədən bu biolaboratoriyaların guya xəstəliklərin qarşısını almaq üçün fəaliyyət göstərdiyi fikri az inandırıcıdır... Rusiya ilə Ermənistan arasında memorandumun imzalanmaması, eyni zamanda Ermənistan xarici işlər nazirinin İrəvanın ABŞ-a belə bir laboratoriya yaratdığına görə minnətdar olması barədə açıqlaması bir çox suallar doğurur. Ermənistan ABŞ-a təşəkkür edir. Sual: Nəyə görə? Çünki bəzən viruslar bu laboratoriyalardan çıxır və biz eşidirik ki, həmin Ermənistanda gözlənilmədən Sibir xorası və digər xəstəliklər baş qaldırır və sair. Bunun üçün ABŞ-a təşəkkür edirlər?”

  

Y.Mixaylov açıqlamasında xüsusilə bizim üçün olduqca təhlükəli bir ehtimaldan da bəhs edib: 

“Məndə olan məlumata görə, müəyyən konkret etnoslara təsir göstərən viruslar hazırlanır. Bu zaman Türkiyə, Şimali Qafqaz və Azərbaycan ərazisi nəzərdə tutulur. Mənim məlumatıma görə, bu ərazilər mümkün epidemioloji hücumların hədəfidir”.

Göründüyü ki, rus politoloq Ermənistanda ona qədər biolaboratoriyda Türkiyə, Azərbaycan və Şimali Qafqaz xalqları üçün təhlükəli olan virusların hazırlanmasından danışır. O halda sual yaranır: Doğrudanmı tibbdə yalnız müəyəyn etnosları hədəfə alan virus növləri mövcuddur?

Suala keçməmişdən əvvəl epidemioloji silahlar barədə qısa  məlumat vermək istərdim.

Hərb tarixinə nəzər salanda həqiqətən də bir sıra xəstəlik viruslarından silah kimi istifadə edildiyini görə bilərik. Bu virusların düşmənə kütləvi qırğın silahlarından belə daha ağır zərbə vurduğu da tarixən bəllidir. Miladdan öncə 300-cü illərdə düşmənin su qaynaqlarına ölü heyvan və insan cəsətləri atan romalıların bu mübarizə metodları ilə ilk bioloji silahların əsasını qoyduqları güman edilir. Daha sonra digər xalqlar da eyni metoddan istifadə edərək düşmənlərini dizə gətirməyi bacarmışlar.

 

Etiraf edək ki, türk xalqı olaraq biz də bu sahədə “az aşın duzu” olmamışıq. Hətta dünya tarixində düşmənə ən ağır bioloji zərbəni vuranlardan biri də elə türklər olmuşdur. Məlumata görə, 1346-cı ildə tatarlar Krımdakı Kaffa qalasını almaq üçün çox əlləşmiş, amma Avropanın müştərək ordusunun ciddi müqaviməti ilə qarşılaşmışlar. Mühasirə sırasında əsgərlərindən bəzilərinin vəbaya tutulduğunu görən tatar sərgərdəsi xəstəlikdən ölənlərdən birini mancanağa qoyub qalaya atılmasını əmr edir. Beləcə, qarşı tərəfi vəfa xəstəliyinə yoluxduraraq, qısa zaman ərzində düşməni təslim olmağa vadar edir.

Məsələ burasındadır ki, vəba xəstəliyi barədə məlumatlı olan tatar ordusu özünü ondan mümkün qədər mühafizə etməyi də bilirdi. Avropanın əsgərləri isə yoluxduqları vəbadan qorunmağın yolunu bilmədiklərindən xəzəl yarpağı kimi tökülməyə başlayırlar. Bir çox əsgərlər bu amansız xəstəliyə yoluxduqdan sonra başlarını götürüb məmləkətlərinə qaçır, dolayısıyla virusu bütün Avropaya yayırlar. Həmin dövrlərdə Avropada 25 milyon insanın vəfadan öldüyü bildirilir. Bu isə o dövrdə qitənin böyük əksəriyyəti demək idi.

 

Avropanı o dövrdə tamamilə tatar işğalına düşməkdən bir amil xilas edir – tatarların özlərinin bu virusa yoluxmaları və fəthi dayandıraraq, ana vətənlərinə geri qayıtmaları. Daha sonrakı illərdə yenidən Avropanın fəthinə çıxan tatarlar qitənin mərkəzinə qədər ciddi müqavimətlə üzləşmədən irəliləyə bilirlər.

18-ci əsrə qədər bioloji silahın yalnız cəsədlərlə yayılması metodu bilindiyi halda, 1763-cü ildə bu sahədə yeni mərhələyə qədəm qoyulur. Bu mərhələ virusun hər hansı cəsədə ehtiyac duyulmadan birbaşa yayılmasıdır. İlk dəfə fransızlar 18-ci əsrdə bu metoddan Amerikada istifadə etmişlər. Çiçək virusu bulaşdırılmış paltarları qırmızıdərili yerlilərə “hədiyyə” edən fransızlar yüzminlərlə insanın ölümünə səbəb olurlar. Eyni metodun digər işğalçılar tərəfindən istifadə olunması ABŞ-da bir irqin hardasa kökünün kəsilməsi ilə nəticələnir.

 

Göründüyü kimi, bioloji silahlar olduqca təhlükəlidir və soyqırıma belə yola aça bilər.

Rus politoloqa inansaq, ABŞ-ın Ermənistanda qurduğu laboratoriyalarda bioloji silahların 3-cü nəsli üzərində araşdırmalar aparılır. Budəfəki silahların hədəfi bütünlüklə hər kəsi deyil, müəyyən etnik qruplar olacaq. Xüsusilə Azərbaycanın, Türkiyənin və Şimali Qafqazın hədəf olaraq seçilməsi yaxın gələcəkdə türklərin hədəf taxtasına çıxarılacağından xəbər verir.

İndisə keçək sualın əsas hissəsinə: Müasir bioloji silahlar ayrıca seçilmiş millətləri necə tanıya bilər? Bütün insanlar bioloji varlıq olaraq eynidirlərsə, yalnız bir etnosu seçmək nə dərəcədə mümkündür?

 

İlk baxışdan həqiqətən absurd kimi görünən bu iddia əslində əsassız deyil. Zira bütün insanlar eyni bioloji xarakter daşısalar da, bəzi etnik genlərin bir sıra xəstəliklərə daha yatqın olduqları kəşf edilib. Məsələn, bunlardan biri erməni xəstəliyidir. Adına bəzən Aralıq dənizi ailəvi qızdırması da deyilən bu xəstəlik ilk dəfə 1954-cü ildə Beyrut universitetinin tibb fakültəsində amerikalı alim Rimen tərəfindən kəşf edilib. Xəstəlik ən çox ermənilərdə və yəhudilərdə özünü büruzə verir. Türklərdə, kürdlərdə və Qara dəniz sahillərində yaşayan bəzi xalqlarda da bu xəstəliyə yaxalananlar olur. Amma onların sayı az olduğu kimi, xəstəlikləri də ağır keçmir. Ermənilərin isə demək olar ki, əskəriyyəti bu xəstəliyə ya yoluxurlar, ya da yoluxma riski daşıyırlar. Qasıq, sinə, qarın və əzələ qızdırmasıyla müşahidə olunan xəstəlik xüsusilə uşaqlarda və yeniyetmələrdə ciddi xəsarətlərə yol aça bilir.

Ən çox Afrikada və ABŞ-da yaşayan qaradərililərdə müşahidə olunan bir başqa etnik xəstəlik - oraq hüceyrəli anemiyadır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il ən azı 275 min uşaq bu xəstəliklə doğulur. Qırmızı qan hüceyrələrin (eritrositlərin) irsi xəstəliyi sayılan oraq hüceyrəli anemiya hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir. Xəstəlik erkən uşaqlıqda özünü büruzə verir. İlk 6 aylarında südəmər körpələr hemoqlobin F ilə qorunur, bundan sonra isə xəstəlik aşkar şəkildə özünü göstərir. Bu anemiyanın ən sıx rastlanan əlamətləri vazo-okklyuziv krizlərdir (damar tıxanma krizləri, tutmaları). Bu zaman kiçik qan damarların oraqvarı eritrositlərlə tıxanır və qan təchizatının pozulması işemik zədələnməyə və ağrılara gətirib çıxarır.

 

Daha çox yəhudilərdə və kanadalı fransızlarda görünən digər etnik xəstəlik - tey-saksdır. İlk dəfə 1881 və 1887-ci illərdə bir-birindən xəbərsiz ingilis oftalmoloqu Uorren Tey və amerikan nevroloqu Bernard Saks tərəfindən kəşf edildiyindən belə adlandırılmışdır. Uşaqlarda tey-saks xəstəliyi doğuşdan 6 ay sonra müşahidə olunur. Əqli və fiziki inkişafdan saxlayır. Karlıq, korluq və udma qabiliyyəti itmiş olur. Əzələlərin atrofiyası nəticəsində iflic baş verir. 3-4 yaşlarında ölümlə nəticələnir.

Yetkin formalı tey-saksın ilk simptomları isə adətən gənc yaşlarda görünür. İrəliləməsi çox ləng gedir. Udma çətinliyi, yerişin pisləşməsi, psixi xəstəliklərlə( xüsusilə şizofreniya) ilə xarakterizə olunur.

Buradan da aydın olduğu kimi, bir çox xəstəliklər irsi və etniksəldir. Amma bu o demək deyil ki, həmin xəstəliklər başqa xalqın nümayəndələrinə bulaşmır. İnsanların ortaq ataları eyni olduğundan və tarix boyu bir-birinə qarışdığından hər xalqın nümayəndəsinin bu xəstəliklərə yoluxma ehtimalları var. Sadəcə bir çox millətlərin həmin mərəzə yoluxma potensialı daha yüksəkdir. Tibb mütəxəssisləri bunun gen mutasiyasından irəli gəldiyini düşünürlər.

 

Belə görünür ki, ABŞ Ermənistanda erməni mütəxəssislərinin iştirakı ilə türklərin gen mutasiyasını öyrənir və buna uyğun xəstəlik axtarır. Halbuki, beynəlxalq hərb hüququna görə, bu cür çalışmalar qadağandır və böyük ehtimalla, bunu İraqda, Suriyada bioloji və kimyəvi silah axtaran ABŞ da bilməmiş deyil. Azərbaycan XİN bu məsələni BMT və əlaqədar qurumlar qarşısında qaldırmalı, müharibə səbəbi olacaq bu araşdırmaların qarşını almağa çalışmalıdır.

Təbii ki, bununla da yetinmək olmaz. Bu məsələdə ən böyük vəzifə Türkiyə və Azərbaycan tibb xadimlərinə və hərbçilərə düşür. Nədən ki, ermənilərin bizim xəstəliyimizi tapıb-tapmayacağı bəlli deyil. Amma dünya tibbi tərəfindən belə tanınan erməni xəstəliyi mövcuddur və virusunun tərkibi də tibb mütəxəssislərinə sirr deyil. Deməli, bircə qalır...

Nə deyirsiniz, cənablar, bəlkə ermənilərə və onların hamilərinə 1346-cı ildəki tatarların genetik xüsusiyyətlərinin bizə yad olmadığını sübut etməyin vaxtı çatıb? (ovqat.com)

loading...
91 yaşlı müəllimin dərs sevgisi maraqla qarşılandı - Yarım əsr əvvəlki tələbələri belə izlədi...+ VİDEO
"Bu günədək 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub"
Sergey Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladılar - FOTO + VİDEO
"Bu yüksəkliklər Ordumuza Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Maraqlı
"Nə yaxşı ki, o rolu Fəxrəddin oynayıb, o, həqiqətən də bir Zaurdur...”
Cəmiyyət
Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
Siyasət
“Şərait yaranıb və torpaqlarımızı o murdarlardan təmizləmək lazımdır...”
Cəmiyyət
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi...
Cəmiyyət
“Kino sahəsində Qarabağ ağrımızı dünyaya çatdırmaq üçün o mexanizmi öyrənmək lazımdır..."

Yazar
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
Zərurət yaransa, bu maşınları sizdən ala bilərlər: Bilməli olduğumuz müharibə qanunları...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247