Türkiyənin paytaxtı Ankarada sahəsi 1,5 hektarlıq ərazini əhatə edən Xocalı parkının salınması prosesi həyata keçirilir. Parkda şəhdilərin xatirəsinə abidənin ucaldılması da nəzərdə tutulur.
Xocalı soyqırımını beynəlxalq aləmdə təbliğ etmək, dünya ictimaiyyətinin diqqqətini bütün əsrlərin ən dəhşətli soyqımına cəlb etmək baxımından digər dövlətlərdə də Xocalı adını daşıyan parkların salınması nə dərəcədə məqsədəuyğun olar?
Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu sahədə sistemli fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyini söylədi:
“Bu məsələyə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə böyük ehtiyac var. Dünyanın bir sıra ölkələrinin parlamaentləri Xocalı ilə bağlı müvafiq qətnamələr qəbul edib. ABŞ-ın bir sıra ştatlarında bu cür qətnamlər mövcuddur. Meksikann paytaxtında Xocalı ilə bağlı abidə ucaldılıb.
Bu addımların hamısını zəruri hesab edirəm. Bu işlər davam etdirilməlidir.
Biz insanlığa qarşı olan bu cinayətlərdə iştirak edənləri beynəlxalq tribunallara cəlb etməliyik. Bu cür cinayətlərin gələcəkdə təkrarlanmaması üçün bu cinayətdə əli olan şəxslərin beynəlxalq tribunal tərəfindən cəzalandırılmasına ehtiyac var”.
Seymur ƏLİYEV