Korrupsiya və ona qarşı mübarizə bütün cəmiyyət və dövlətlərin qarşısında duran başlıca problemlərdən biridir. Bəs korrupsiyaya qarşı mübarizədə medianın hər hansı rolu varmı? Əgər varsa, o zaman medianı möhkəmləndirmək, həm də korrupsiyaya qarşı mübarizəni gücləndirmək kimi qiymətlıəndirilə bilərmi?
Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı medianın bu məsələdə mühüm rola malik olduğunu qeyd etdi:
“Medianı təbii ki, gücləndirmək lazımdır. Medianın doğrudan da dördüncü hakimiyyət olduğunu anlamaq lazımdır. Bunu anlamayana qədər biz medianın nəyə qarşı mübarizə aparacağını söyləyə bilmərik. Bu, məsələnin birinci tərəfi. Ikincisi, media mübarizə aparmamalıdır. Media məlumatlandırmalı, maarifləndirməlidir. Faktları doğru-düzgün təqdim etməlidir. Yəni öz işini görməlidir.
Bu baxımdan təbii ki, medianın gücləndirilməsinin tərəfdarıyam. Amma elə olmalıdır ki, medianın sərbəst və heç kimdən asılı olmayaraq fəaliyyət göstərməsi üçün şərait və mühit olsun. Bu mühiti də təkcə medianın özü yarada bilməz. Bunun yaradılması üçün aşağıdan-yuxarıya qədər gərək bütün cəmiyyətin istəyi olsun. Bu olmasa, heç nə alınmayacaq”.
Seymur ƏLİYEV