Xəbər lenti
15/08/2020 [00:16]:
General Həşimovu vuran kapitan Milli Qəhrəman adına təqdim olundu...
14/08/2020 [23:23]:
Bakıda 68 yaşlı piyadanı motosiklet vurdu
14/08/2020 [22:49]:
Bəhram Bağırzadə xəstəxanada yatdığı dönəmdən danışdı: “Rəngli filmlər görürdüm”
14/08/2020 [22:48]:
Ər kişininin işidir...
14/08/2020 [22:48]:
Ermənilərin təxribatı bir günün işi deyildi - Adil Əliyev
14/08/2020 [22:11]:
Böyük Britaniyaya ABŞ-dan koronavirus dərmanı gətiriləcək
14/08/2020 [21:52]:
Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO
14/08/2020 [21:49]:
Ərdoğan Maduro ilə telefonla danışıb
14/08/2020 [21:14]:
Trampın qardaşı xəstəxanaya yerləşdirilib
14/08/2020 [20:52]:
Putinin illik gəliri açıqlandı
14/08/2020 [20:49]:
Şahin Mustafayev Aİ-nin Azərbaycandakı nümayəndəsi ilə görüşüb
14/08/2020 [20:33]:
Belarusda güc sturukturları etirazçılarla həmrəy oldu - YENİLƏNİB + VİDEO
14/08/2020 [20:30]:
Koronavirus haqqında bildiyiniz hər şeyi unudacaqsınız - 2 metr sosial məsafə virusdan qorumur...
14/08/2020 [20:30]:
Vilayət Eyvazovdan yeni TƏYİNAT
14/08/2020 [20:04]:
Paşinyanın arvadı Kəlbəcərdən növbəti görüntülərini paylaşdı... – FOTO
14/08/2020 [19:56]:
Azərbaycan İnvestisiya Holdinqi Müşahidə Şurasının ilk iclası keçirilib
14/08/2020 [19:55]:
Son 6 ayda doğulan körpələrin sayı açıqlanıb
14/08/2020 [19:52]:
Etiraz aksiyası zamanı həbs olunan belaruslu futbolçu azadlığa buraxıldı
14/08/2020 [19:40]:
Çin şirkətləri Hindistanda 5G şəbəkəsinin qurulmasında iştirak etməyəcək
14/08/2020 [19:39]:
"Mənə heç nə olmaz" deyənlər oxusun - 20 yaşlı gənc koronavirusun qurbanı oldu...
14/08/2020 [19:36]:
Cari il doğulan əkiz və üçəmlərin sayı məlum olub
14/08/2020 [19:29]:
"Vəkilin qanunları düzgün izah etmək əvəzinə, məhkəmələr haqqında yolverilməz ifadələrdən istifadə etməsi təəssüf doğurur"
14/08/2020 [19:07]:
Ceyhun Bayramov Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
14/08/2020 [19:03]:
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
14/08/2020 [18:58]:
“O, səsini qoruduğu kimi, sağlamlığını da qorumaq üçün əziyyət çəkir...”
14/08/2020 [18:56]:
Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib - FOTO
14/08/2020 [18:47]:
MTRŞ bu dəfə “Xəzər”lə ARB-ni cəzalandırdı
14/08/2020 [18:42]:
“İstədilər barışaq, Oqtay razı olmadı” - Aysel Şükür
14/08/2020 [18:35]:
Asiya qitəsinin ən təhlükəli ilanı tapıldı - Bir dəfə dişləməklə öldürür...
14/08/2020 [18:35]:
Bugün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür
14/08/2020 [18:27]:
“Müdafiə haqqında qanunda Baş Qərargah rəisinin vəzifə və səlahiyyətləri göstərilməyib”
14/08/2020 [18:18]:
Azərbaycanda qızıl və gümüş hasilatının həcmi açıqlanıb
14/08/2020 [18:15]:
“Qalatasaray” klubunun futbolçuları COVID-19-a yoluxub
14/08/2020 [18:10]:
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
14/08/2020 [18:04]:
Ermənilərin Gəncəni vuracağı hədələri ilə bağlı nazirlikdən SƏRT REAKSİYA
14/08/2020 [17:47]:
Gənc qadına gizli kamera şoku - Rəfiqəsinin əri tərəfindən aylarla izləndi...
14/08/2020 [17:35]:
Nazir generalı işdən çıxardı
14/08/2020 [17:31]:
Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 103 nəfər yoluxub, 4 nəfər vəfat edib
14/08/2020 [17:25]:
Vahid Əhmədov növbəti qəbulunu onlayn şəkildə keçirdi -FOTOLAR
14/08/2020 [17:18]:
Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI
14/08/2020 [17:14]:
“Ümumi ictimai rəyin öyrənilməsinin təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik..."
14/08/2020 [17:08]:
Rusiya 400 ton silah çatdırdı, ermənilər isə yenə Moskvadan narazıdır - FOTO
14/08/2020 [17:02]:
“Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir” - Mikayıl Cabbarov
14/08/2020 [16:56]:
“Bu hadisə zorlama kimi qəbul olunmalıdır” – Azərbaycanı silkələyən olay…
14/08/2020 [16:53]:
Uşaqpulu qərarı gəlir: məbləği nə qədər olacaq?
14/08/2020 [16:48]:
Belarusda saxlanılan iki min etirazçı azad edildi
14/08/2020 [16:37]:
DİN 15 kq-dan artıq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTO
14/08/2020 [16:35]:
Azərbaycanla Aİ arasında təhsil sahəsində əlaqələrin vəziyyəti müzakirə edilib
14/08/2020 [16:05]:
13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ
14/08/2020 [16:03]:
Tələbələrin bir ali məktəbdən digərinə köçürülmə qaydası açıqlanıb
14/08/2020 [15:59]:
Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul edilir - Operativ Qərargah
14/08/2020 [15:56]:
“BƏƏ-dəki səfirimiz geri çağırıla bilər” - Ərdoğan
14/08/2020 [15:54]:
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
14/08/2020 [15:52]:
"Bu cür həssas məqamlara aydınlıq gətirilməsinə təşəbbüs göstərmək Azərbaycanın haqqı, hüququdur"
14/08/2020 [15:49]:
"Xalqın rəyini nəzərə almayan liderin nə ilə üzləşəcəyini hər kəs görür"
14/08/2020 [15:21]:
“Qondarma rejimin bəzi “strukturları”nın Xankəndindən Şuşaya köçürülməsi ermənilərin növbəti təxribatıdır”
14/08/2020 [15:21]:
Böyük Britaniya 90 milyon doza həcmində COVID-19 peyvəndi sifariş etdi
14/08/2020 [15:20]:
Elmar Məmmədyarovdan ölkədən çıxışı ilə bağlı açıqlama -"Getməyə yerim yoxdur"
14/08/2020 [15:18]:
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor...
14/08/2020 [15:12]:
Koronavirusun qeyri-standart simptomları açıqlandı
14/08/2020 [15:11]:
11 yaşında zorla ərə verildi, 18 yaşında quldur dəstəsinin başçısı, 31 yaşında isə deputat oldu...
14/08/2020 [15:10]:
Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub?
14/08/2020 [14:35]:
"Hazırkı Türkiyənin “Kızıl ordunu karşıma alamam” deyən Dəmirəl Türkiyəsindən fərqi budur"
14/08/2020 [14:24]:
Putin Livandakı səfiri dəyişdirdi
14/08/2020 [14:22]:
1 nəfərin hərarəti yüksək olduğuna görə imtahana buraxılmayıb - DİM
14/08/2020 [14:21]:
"Ermənilərə bu günə qədər himayədarlıq edən dövlətlər görürlər ki, bu xına o xınadan deyil”
14/08/2020 [14:19]:
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı
14/08/2020 [14:16]:
“Azərbaycanın etirazı Rusiyanın Ermənistanla bağlı siyasətini çətin ki, dəyişsin, amma...”
14/08/2020 [14:06]:
Vasitəçi işğalçını silahlandırmalıdırmı?
14/08/2020 [14:04]:
"Azərbaycan artıq Rusiya ilə münasibətlərdə yaranmış problemləri gizlətmək istəmir"
14/08/2020 [14:02]:
Nikol Paşinyan Tovuz döyüşləri və Xocalı soyqırımı barədə danışdı
14/08/2020 [13:51]:
"Bandotdel"dən əməliyyat: Silahlar ələ keçirildi
14/08/2020 [13:49]:
Vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı videoqəbulu keçirilib
14/08/2020 [13:48]:
Azərbaycanda təhsil haqqı artırıldı - SİYAHI
14/08/2020 [13:33]:
Alimlər aqressiyanın öhdəsindən gəlməyin yollarını müəyyənləşdiriblər
14/08/2020 [13:32]:
"Neftçi"nin legioneri: "Meydanda can qoymağa hazıram"
14/08/2020 [13:32]:
Belarus hərbi təyyarəsi Moskva və Novosibirskə uçub geri döndü...- MÜƏMMA
14/08/2020 [13:31]:
"Bu gün dünyanın ən xoşbəxt insanı mənəm" - Naqelsmann
14/08/2020 [13:29]:
Biletsiz sərnişini təyyarədən yerə atdılar - VİDEO
14/08/2020 [13:25]:
Fransa sərt karantinə qayıdır: Paris “qırmızı zona” elan edildi
Bütün arxiv bir sırada
15/11/2019 [12:55] - Cəmiyyət - ( 1011 dəfə baxılıb)

Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar



Dünyanın dini liderləri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə çağırıblar.  

Bu barədə Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsində bildirilib. 

Bəyannamədə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin II Bakı Sammitinin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarları, habelə II Bakı Sammitində iştirakı və dərin məzmunlu çıxışı yüksək dəyərləndirilib.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin əhəmiyyəti, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələri qeyd edilib.

Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq bildirilib.

Zati-müqəddəsləri Moskva və Bütün Rusiya Patriarxı Kirillin sivilizasiyalararası və dinlərarası əməkdaşlığa töhfələri, bölgədə və beynəlxalq miqyasda sülhün və əmin-amanlığın qorunmasında, eləcə də qarşılıqlı etimad mühitinin yaradılmasında önəmli rolu qeyd olunub.

Zati-müqəddəsləri Roma Papası Fransiskin 2016-cı il noyabrın 2-də Azərbaycana apostol səfəri zamanı Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi dəyər yüksək qiymətləndirilib. Habelə Papa Fransisk və Əl-Əzhərin baş imamı Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 2019-cu il fevralın 4-də Əbu-Dabidə imzalanmış “İnsani qardaşlıq, dünyada sülh və birgəyaşayış” Birgə Sənədi alqışlanıb.

Zati-müqəddəsləri bütün Gürcüstan katalikos-patriarxı II İliyanın Qafqaz regionunun ənənəvi tolerantlıq mühitinin qorunmasında, bölgədə sülhə və əmin-amanlığa nail olunmasında və dinlərarası anlaşmanın bu məqsədlər naminə dərinləşməsində müstəsna xidmətləri vurğulanıb.

Qafqaz və ona qonşu olan bölgələrin, Mərkəzi Asiya ölkələrinin dini liderlərinin dinlərarası və məzhəblərarası əməkdaşlığın inkişafına və mənəvi dəyərlərin qorunmasına verdikləri töhfələr qeyd edilib.

Dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini birliklərin rəhbərləri və dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqeyinin bildirilməsi, o cümlədən dinlərarası və sivilizasiyalararası həmrəyliyin vacibliyinin bütün dünyaya nümayiş etdirilməsi məqsədilə belə tədbirlərin davamlı əsaslarda təşkil olunmasının əhəmiyyəti vurğulanıb.

Dünya dini liderlərinin II Bakı Sammitində irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsü alqışlanıb.

Dünya dini liderlərinin sülh, əmin-amanlıq və humanizm ideyalarına xidmət edən dövlət və ictimaiyyət institutları, habelə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının vacibliyi qeyd edilib.

2018-ci ilin 25 iyun tarixində BMT-nin Cenevrədəki Ofisində “Dinlər, inanclar və dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqları” mövzusunda keçirilmiş ümumdünya konfransında qəbul olunmuş və BMT Baş katibi tərəfindən təsdiq edilmiş Bəyannamə alqışlanıb.

Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinin sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğu vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Dünyada terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

Silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə nəticələndiyindən və bu xüsusda dünya mədəni və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından dərin narahatlıq ifadə olunub.

Özündə bəşəri dəyərləri ehtiva edən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verdikləri, humanizmin təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etdikləri xüsusi vurğulanıb.

Dayanıqlı tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrin həllinə, eləcə də aqressiv təbliğatlara, etnik və dini zəmində yaranan münaqişələrin təhrik olunmasına qarşı mübarizə sahəsində beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinə olan zərurət bildirilib.

Bəyannamədə dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional və ictimai təşkilatlar, dini liderlər sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviq edilməsini və gücləndirilməsini davam etdirməyə, terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə, terrorçuların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinin qarşısının alınmasına çağırılır.

Həmçinin dini dəyərlər rəhbər tutulmaqla yanaşı, dini ayinlərin aidiyyəti dini məkanların yerləşdiyi ölkələrin dövlət siyasəti və milli qanunvericiliyinə tam riayət etməklə yerinə yetirilməsinin təmin olunmasına, media, rabitə və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çağırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə maarifləndirilməsinin təşviq edilməsinə, BMT-nin mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş təhdid və təhlükələrin qarşısının alınması üçün birgə səylərin artırılmasına və qlobal dialoqun gücləndirilməsinə, silahlı münaqişə, təqib və zorakılıq nəticəsində əziyyət çəkmiş qaçqınlar, məcburi köçkünlər və miqrantların problemlərinin həllinə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə də bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran amillərin aradan qaldırılmasına səy göstərilməsinə çağırış öz əksini tapıb.

Bundan başqa, bəyannamədə bütün dinlərin müqəddəs ibadətgahlarında, o cümlədən səmavi dinlərin müqəddəs məkanı olan Qüdsdə təxribatların və zorakılıq hallarının qarşısının alınmasında əməli səy göstərməyə, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq ictimaiyyət və yerli cəmiyyət daxilində təşviq edilməsinə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə, UNESKO-nun Nizamnaməsinə istinadən, dini, mədəni və etnik müxtəlifliyin qəbul olunması və buna hörmətlə yanaşılmasının təşviq edilməsinə, habelə dini və mədəni irsin qorunmasına, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə və BMT-nin Uşaq Hüquqları Konvensiyasına riayət etməyə, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırış yer alıb.

loading...
Koronavirus haqqında bildiyiniz hər şeyi unudacaqsınız - 2 metr sosial məsafə virusdan qorumur...
"Mənə heç nə olmaz" deyənlər oxusun - 20 yaşlı gənc koronavirusun qurbanı oldu...
Asiya qitəsinin ən təhlükəli ilanı tapıldı - Bir dəfə dişləməklə öldürür...
Gənc qadına gizli kamera şoku - Rəfiqəsinin əri tərəfindən aylarla izləndi...
Nazir generalı işdən çıxardı
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Qondarma rejimin bəzi “strukturları”nın Xankəndindən Şuşaya köçürülməsi ermənilərin növbəti təxribatıdır”
Cəmiyyət
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor...
Maraqlı
11 yaşında zorla ərə verildi, 18 yaşında quldur dəstəsinin başçısı, 31 yaşında isə deputat oldu...
Cəmiyyət
"Ermənilərə bu günə qədər himayədarlıq edən dövlətlər görürlər ki, bu xına o xınadan deyil”
Gündəm
“Rusiyanı Minsk qrupundan uzaqlaşdırmağa gücümüz çatmaz, odur ki...”

Yazar
Seymur Verdizadə
Toyuq oğurlayana 4 il, uşaq zorlayana 1 il...
Seymur Əliyev
Siyasi cəsarət nümunəsi, Heydər Əliyev gedişi və beynəlxalq ifşa!
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
11 yaşında zorla ərə verildi, 18 yaşında quldur dəstəsinin başçısı, 31 yaşında isə deputat oldu...
İrəvan Qarabağı qaytarmalıdır, yoxsa... - Daniyelyan
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247