Xəbər lenti
12/08/2020 [16:11]:
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
12/08/2020 [16:08]:
Kürdəmirə yeni DYP rəisi təyin edilib
12/08/2020 [16:05]:
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Rusiya peyvəndi ilə bağlı açıqlama
12/08/2020 [16:03]:
“Vətənpərvər mahnılar oxuyuruq ki, balalarımız bu ruh da böyüsün və bilsinlər ki, Polad Həşimov kimdir...”
12/08/2020 [16:02]:
İlham Zəkiyev və Hacı Əliyevə yeni vəzifə verildi
12/08/2020 [16:01]:
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
12/08/2020 [15:35]:
Azərbaycanda nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO
12/08/2020 [15:25]:
Baş Prokurorluqdan 16 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı AÇIQLAMA
12/08/2020 [15:23]:
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub
12/08/2020 [15:15]:
"Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir"
12/08/2020 [15:00]:
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərilib
12/08/2020 [14:58]:
Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi
12/08/2020 [14:46]:
“Qarabağ Gündəliyi”nin növbəti sayı çapdan çıxdı
12/08/2020 [14:44]:
Ekspert: "Peyvənd 2021-ci ilə qədər geniş istifadə edilə bilməz"
12/08/2020 [14:44]:
“WhatsApp”da yeni funksiya tətbiq olunacaq
12/08/2020 [14:43]:
BDU yeni ERASMUS+ KA2 layihəsinin icrasına başlayacaq
12/08/2020 [14:41]:
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? - TƏBİB-dən açıqlama
12/08/2020 [14:28]:
İran Prezidenti ABŞ-a xəbərdarlıq edib
12/08/2020 [14:25]:
Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını saxta tarix dərsliyi adlandırıb
12/08/2020 [14:22]:
“İşğal edilmiş torpaqlarımızdakı istənilən yeni məskunlaşma hədəfə alınmalıdır”
12/08/2020 [14:16]:
“Ziya Məmmədov bu xəyalla yaşayır ki, Ramiz Mehdiyevin adamı hakimiyyətə gələcək” - VİDEO
12/08/2020 [14:12]:
Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
12/08/2020 [14:12]:
“Tanrının hər bir azərbaycanlını, xüsusilə də gənclərimizi qorumasını arzu edirəm”
12/08/2020 [14:09]:
Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov
12/08/2020 [14:07]:
Yeni dərs iliylə bağlı vacib qərar - Təlimat verildi
12/08/2020 [13:59]:
“Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir”
12/08/2020 [13:55]:
Xəzərdə “Qarabağ”ın qüdrəti...
12/08/2020 [13:49]:
Mədəniyyət nazirinə müşavir təyin edilib
12/08/2020 [13:46]:
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
12/08/2020 [13:45]:
Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI
12/08/2020 [13:37]:
Rusiya 14 günə korona vaksininin tətbiqinə başlayır
12/08/2020 [13:32]:
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər
12/08/2020 [13:31]:
Türkiyə İraq və PKK iclasını vurdu: Akarın səfəri ləğv edildi
12/08/2020 [13:31]:
Bu il 3 milyard manatdan çox sosial yardım ödənilib
12/08/2020 [13:27]:
Aralıq dənizində sular niyə isindi? –Yarımçıq kəsilən Türk-Yunan danışıqlarının gizlinləri
12/08/2020 [13:19]:
Erməni rejimi Əsgəranda mərkəzi küçənin təmirinə başladı...-FOTO
12/08/2020 [13:16]:
Lukaşenkonun iki yolu var: Getmək və ya ölkəni qan içində boğmaq...
12/08/2020 [13:07]:
Bu səhvlərə qətiyyən yol verməyin - Yanlış ixtisas seçimi edən tələbələrdən VACİB məsləhətlər
12/08/2020 [13:04]:
Alimlər dəniz məhsullarında mikroplastik zərrəcikləri tədqiq etdilər
12/08/2020 [13:03]:
Oqtay ilk dəfə Aysellə boşanmalarından danışdı
12/08/2020 [13:01]:
Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - Açıqlama
12/08/2020 [13:01]:
Təhsil naziri Türkiyə səfiri ilə görüşdü
12/08/2020 [13:00]:
Riyaziyyatın 99 sirrindən biri - Kvadrat kök necə hesablanır?-Sadə metod
12/08/2020 [12:59]:
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı
12/08/2020 [12:55]:
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
12/08/2020 [12:52]:
“Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək” - DİM
12/08/2020 [12:39]:
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
12/08/2020 [12:35]:
Prezident “Azərsu”ya vəsait ayırdı
12/08/2020 [12:06]:
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
12/08/2020 [12:05]:
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
12/08/2020 [12:03]:
“Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar “5-ci kalon” tərəfindən idarə olunur“
12/08/2020 [12:02]:
Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI
12/08/2020 [11:59]:
Belarusda aksiyalara görə pirotexniki məhsulların satışı qadağan edildi
12/08/2020 [11:56]:
“Əli Nağıyev təcrübəli və milli adamdır” - “O, “beşinci kolon”la bağlı öz işlərini görür...”
12/08/2020 [11:56]:
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
12/08/2020 [11:48]:
Əməkdar jurnalist vəfat etdi
12/08/2020 [11:47]:
Türkiyədə dövlət məmuru torpaq üstündə ailə üzvlərini öldürdü
12/08/2020 [11:45]:
Emin Ağalarov “avtoşluq” etdi - VİDEO
12/08/2020 [11:43]:
Trampdan seçki həmləsi - 100 milyon dozalıq vaksin
12/08/2020 [11:40]:
Ermənilər Türkiyə ordusunun Gürcüstandan keçməklə Qarabağa girəcəyindən qorxuya düşdü...
12/08/2020 [11:19]:
Nazilə gənclərin boşanmasından danışdı: “Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız”
12/08/2020 [11:17]:
Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı
12/08/2020 [11:15]:
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
12/08/2020 [11:14]:
Bərdədə kütləvi dava: ölən və yaralananlar var - ADLAR
12/08/2020 [11:11]:
“Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət oldu” - Tofiq Zülfüqarov
12/08/2020 [11:09]:
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
12/08/2020 [11:07]:
Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı
12/08/2020 [10:53]:
İsrail qırıcıları HƏMAS-ı yenə vurdu
12/08/2020 [10:45]:
Tramp dünyanın ən böyük problemini açıqladı
12/08/2020 [10:42]:
Kafe karantinə rəğmən fəaliyyət göstərirmiş - FOTO
12/08/2020 [10:42]:
"Rusiya bunu edərsə, o zaman Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaq..."
12/08/2020 [10:17]:
İmişlidə qohumlara hücum: 1 ölü, 1 yaralı
12/08/2020 [10:15]:
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
12/08/2020 [10:12]:
"Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə..." - Professor
12/08/2020 [10:09]:
Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib
12/08/2020 [10:09]:
“Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə...”
12/08/2020 [10:07]:
Yüzdən çox erməni Livandan Ermənistana gətirilib
12/08/2020 [09:44]:
Türkiyədə güclü zəlzələ oldu
12/08/2020 [09:39]:
Ermənilər atəşkəs rejimini 35 dəfə pozub
12/08/2020 [09:37]:
Koronavirusla bağlı son STATİSTİKA
Bütün arxiv bir sırada
16/11/2019 [14:30] - Müsahibə - ( 3454 dəfə baxılıb)

“Babamın 3 evi var, amma bir muzeyi yoxdu...” - Məmməd Əmin Rəsulzadənin nəvəsi...



“O illərdə mən zirzəmidə yaşayırdım, amma necə də xoşbəxt idim. İndi ilə o vaxtın tələbləri tam fərqlidir”.

Bu sözləri Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rais Rəsulzadə BakuPost.az-a müsahibəsində deyib.
Deyirlər, incəsənət adamlarının fərqli dünyası olur. Bunu emalatxanaya daxil olduğum ilk andan etibarən hiss etmək mümkün olurdu. İncəsənət ruhuna hopmuş bu adamın daxili dünyasının fırçayla can verdiyi əsərlərinə heyranlıqla baxırdım. Bakını təsvir etdiyi əsərlərinə diqqətlə baxdığımı görüb gülümsədi: “Bakının öz koloriti var. Abşeron sərtdir, amma bu sərtlikdə gözəllik var” – deyə, əlavə etdi. Rəsmlərə baxdıqdan sonra daxili aləmi zəngin olan rəssamla söhbətimin də maraqlı olacağına inanırdım. Keşməkeşli həyatının müəyyən hissələrindən söz açandakövrəlsə də, incəsənətdən danışarkən nəyinki gözləri gülürdü...

- Vətəndən uzaqda - Qazaxıstanda doğulmusunuz. Uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Uşaqlıq illəri hamının gözəl, qayğısız dövrüdür. Mənim uşaqlığım isə sürgündə keçib. O illərdə mən ailəmizin və digər sürgünə göndərilənlərin necə əzab çəkdiklərinin şahidi olmuşam. Orada bizə münasibət fərqli idi. Bizim həyat tərzimiz, yaşam şərtlərimiz çox ağır olduğundan nənəmgil dəhşətli əziyyətlər çəkirdi. Lakin çalışırdılar ki, birtəhər bütün çətinlikləri dəf edib, ayaqda qalsınlar.

Sürgün həyatı ailəmiz üçün Gəncə türməsindən başlayıb. Əvvəlcə 1937-ci ilin noyabrında atam və anamın ailəsini oradakı türmədə həbs ediblər. Bir ay bizimkilər orda qalıb. Anamgilin ailəsini Naxçıvandan, atamgilin ailəsini isə Bakıdan həbs edib aparmışdılar. Bir aydan sonra isə hamısını bir vaqona yığıb dəmir yolu vasitəsilə Qazaxıstana sürgünə yollayıblar. Atam danışırdı ki, sürgün yolu 30 gündən çox çəkib. Yol boyu onlar xeyli çətinliklərlə qarşılaşıb.

Babamın analığı Maral xanım bu uzun yolda ən çox çətinlik çəkənlərdən olub. O mömin bir xanım olduğundan hər yerdə çörək yeyə bilmirdi. Yol boyu o, yalnız qəndi suya batırıb yeyər, su içərək ayaqda qalarmış. Həmçinin ağır yol çətinliyə dözməyib ölənlər də olurdu. Onları elə yolda basdırırdılar. Sonra artıq gəlib çıxırlar Aral gölü yaxınlığında Çolaq-Kurkan adlı ucqar bir yerə. Əvvəlcə ailəmizi orada bir məktəbdə yerləşdiriblər. Maral xanım uzun müddət yemək yemədiyinə görə burada artıq xəstəlik tapır. Həmin vaxt nənəm üzüyünü sataraq çörək, yemək alıb bişirib ki, ailə üzvləri yeyib ac qalmasın. Maral xanım da yemək yeyərkən artıq mədəsi qəbul etməyib. Atam danışırdı ki, orada sürgündə olan almaniyalı həkim vardı. O Maral xanımı müayinə etdikdən sonra artıq nə isə etmək üçün gec olduğunu bildirib. Rəsulzadənin analığı elə orda vəfat edib.

“Bütün hallarda heç bir yer sənə vətən kimi olmur. Bizim ailə sürgünün bütün əzablarını çəkib...”

Amma Maral xanım çox savadlı qadın idi. Həm də bilirsiniz ki, Stalin gənclik vaxtı M.Ə.Rəsulzadənin Bakıdakı evinə gəlib gedərdi. Ona görə də vəfatından əvvəl onun adına məktub yazıb, sürgündə qaldıqları yeri dəyişmək istədiklərini bildirib. Atamgilə demişdilər ki, Cənubi Qazaxıstanın indiki Almata vilayətində şərait bura nisbətən daha yaxşıdır. Orada insanlar çuğundur becərən savxozlarda, şəkər zavodu, alma bağı, tarla və s. kimi yerlərdə işləyirdilər. Böyüklərlə yanaşı biz də ağır işlərdə iştirak edirdik. Atam sürgünə gedərkən rəssamlıq məktəbini yeni bitirmişdi, yaxşı da idmançı idi. Ona görə məktəbdə həm idman, həm də rəsmxət dərsindən müəllimlik edirdi. Amma rəssamlığını da davam edirdi. Yaşadığımız yerdə ondan qəşəng portret çəkən yox idi. Biz uşaq olsaqda müəyyən məhdudiyyətlər olduğunu hiss edirdik. Qaldığımız ərazi təbiətcə gözəl yer idi. Çin də çox uzaqda deyildi. İri çayları olan, gözəl yerlər idi. Qazaxlar köç edəndə maraqlı görüntü yaranardı. Uzun bir köç saatlarla keçib gedərdi.

- Nə zamandan şəkil çəkməyə başladınız? Sizi rəssam olmağa cəlb edən nə idi?

- Şəkil çəkməyə uşaqlıqdan başlamışam. Doğrudur, adam uşaq olanda çox şey olmaq istəyir. Amma mən heç vaxt şəkil çəkdiyim albomu yerə qoymamışam. Mənə elə gəlirdi ki, bundan başqa nə ilə məşğul olmaq olar? Mənə asan gəlirdi. Məktəbə təzə gedirdim, yeni il şənliklərində bütün məktəbin rəsmlərini mənə çəkdirərdilər. Ümumilikdə götürəndə isə, ən çox atamın əsərlərindən öyrənmişəm sənəti. Mənzərə çəkməyə bir yerdə gedərdik. Atam Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə ilə bir yerdə oxumuşdu. Çox istedadlı rəssam idi. Əvvəllər mənim şəkil çəkməyimə yuxarıdan aşağı baxırdı, sonra artıq biz həmkar olduq. Elə anlar olurdu ki, rəsmləri barədə məndən fikir alırdı. Qazaxıstanda olanda SSRİ Xalq Universitetində rəssamlıq fakultəsinə qəbul oldum. 9-1-ci sinifləri həm məktəbdə, həm də orda təhsil alırdım. O mənə çox böyük təkan verdi. Eyni zamanda atamda rəssam idi deyə, həvəsim vardı.

- Necə oldu ki, Bakıya gəlmək qərarına gəldiniz?

- Atam deyərdi ki, "mən 17 yaşımda uçmaq istəyəndə, qanadlarımı kəsdilər". O burdan sürgün olunanada, bütün rəssam dostlarından uzaq düşdü. Amma çox geri qalmasın deyə o vaxtlar SSRİ miqyasinda çıxan jurnalları oxuyurdu, izləyir, həm də sərgilərdə iştirak edərdi. Mənim də arzum idi ki, gəlim Bakıya. Çünki Azərbaycan, nəslimiz və babam haqqında tarixçəni blirdim. Öz-özümə söz vermişdim ki, Bakıya gəlib hər şeyi öz yerinə qoyacam. Ədalati bərpa etmək lazımdır. Necə olur axı mənim atam vətəndə yaşamır? Həm də, axı vətəndə evimiz, hər şəraitimiz vardı. İndi bizi təcrid ediblər və heç nəyimiz yoxdur. Gənclik illərimdə bu fikri qəbul edə bilmirdim. Düzdür, arabir atamla Bakıya gəlib-gedirdik. Amma mən vətənimdə yaşamaq istəyirdim!

“Atam mənim Bakıya gəlməyimi istəmirdi”

O vaxtlar mən Ə.Əzimzadə adına rəssamlıq məktəbinə girmək istəyirdim. Atam mənə dedi ki, mən imtahan vaxtını öyrənib səni yollayacam. Ancaq atam məsələni bir qədər uzatdı. O, mənə Qazaxıstanda və ya Moskvada oxumağı təklif etdi. Mənsə təkidlə Bakıya gedəcəyimi dedim. O çox çalışdı ki, məni fikrimdən daşındırsın. Deyirdi axı hara gedirsən, harada qalacaqsan? Ev yox, qalacaq yer yox... Daha sonra etiraf etdi ki, bu haqda bir az da məni sınayırmış. Atamı razı saldım və gəlməyi planlaşdırdım. Özümü imtahanlara çatdırmaq üçün 3 günüm vardı. Bu müddət ərzində 4 min km yol gəlib Bakıda yerləşməli, işləri təhvil verib imtahana girməli idim. Gəldim Bakıya... Təsəvvür edin, cavan bir oğlan iyun ayı, balaca bir çamadan, qoltuğunda 5-10 dənə iş, böyük bir şəhərdədir. İmtahandan öncə Azərbaycanın əməkdar rəssamı Eyyub Məmmədov mənim işlərimə baxdı. O vaxt qiymətlərim yaxşı olduğu üçün məni rəssam olmaq fikrimdən daşındırmaq istədi. Lakin alınmadı.

- Ən sevdiyiniz rəsm əsəriniz hansıdır? Sizin üçün xüsusi belə bir rəsm varmı?

- Hamısı mənə doğmadır. Onların yaranma tarixi ayrı-ayrıdır. Elə əsər var ki, uzun müddət daxilində gəzdirirsən sonra büruzə verir və sən onu çəkirsən. Amma ondan ayrılmaq istəmirsən və s. Rəssamlıq da daxili dünyanın təcəssümüdür. Bir söz var, deyir əgər “quş bilsəydi ki, nə üçün oxuyur və onun içində oxuyan nədir? Bəlkə də o heç oxumazdı. ” Hansı rəsmin yaxşı, hansının pis olduğunu müəllif üçün demək çətindir. Elə əsər olur ki, acından ölsən də onu satmaq istəmirsən. Amma gənclik illərimdə bir dəfə pulum qutarmışdı. Düşünürdüm ki, necə vəziyyətdən çıxım. Fikirli-fikirli gedib İçərişəhərdə əyləşib bir rəsm çəkdim ki, düşüncələrdən azad olum. Geri dönəndə mənə zəng gəldi və sərgiyə qoyduğum bir mənzərə rəsmi vardı onu almaq istədiklərini bildirdilər. O an rəsmim sanki məni xilas etmişdi.

- Qeyd etdiniz ki, Bakıda ev-eşik yox idi. Bəs o cavan oğlan Bakıda kimin qapısına sığındı?

- Bakıya gələrkən gedəcəyimiz tək ev Seyid Hüseyn Sadıqzadənin evi di. Babam M.Ə.Rəsulzadə ilə Seyid Hüseyn bacanaq idilər. S.Hüseyni 1931-ci ildə bir dəfə həbs edib, sonra azad etmişdilər. Daha sonra 1937-ci ildə yenidən həbs etdilər və güllələdilər. Onun ölümündən sonra bacısı qızı Səyyarə xanım onun evində yaşayaraq uşaqlarına himayəlik etdi. Mən də Bakıya gələndə ilk olaraq o qapıya sığındım. Daha sonra öz bibim qızı Firuzə ilə onlara getdim. Universitetin ilk aylarında yataqxana ilə təmin olunmamışdım deyə, Lökbatanda Firuzəgildə qalırdım. Yadımdadı saat 9-dan sonra Lökbatana avtobus getmirdi. Hətta bir dəfə gecikmişdim deyə şəhərdə pilləkənlərdə gecələdim.

- Babanızın şəklini sizə ilk dəfə araşdırmaçı Mövsüm Əliyevin göstərdiyini demisiniz. O vaxta qədər heç vaxt görməmişdiniz şəkli?

- Şəkilləri var idi, amma bu şəkil mənə qəribə gəldi. Hansısa bir yad adamda babamın şəklinin olması qeyri-adi hislər yaşatdı mənə. O vaxtı Rəsulzadənin adını çəkmək belə yasaq idi. Çox adam onun haqqında bilmirdi. Mən və ailəmiz bilirdik, bir də ziyalılar. Bir dəfə Elçin Əfəndiyev danışırdı ki, atası İlyas Əfəndiyev gəlib evdə xanımına deyib ki, "Kişi rəhmətə getdi..." O sonradan anlayıb ki, söhbət babamın vəfatından gedir. Ziyalılar onun burda gizlində olsa yasını tutublar. Ona görə, haqqında az adamın bildiyi babamın şəklini bizə yad olan birində görmək çox qəribə idi. O şəkil qaldı məndə. Mövsüm müəllimin verdiyi foto ilə maraqlananda məlum oldu ki, fotonu tarixçi Ziya Bünyadov arxivdən çıxarıb. Özü Rəsulzadə haqqında yaza bilməsə də, materialları Mövsüm müəllimə ötürürdü ki, o yazsın. Çox vətənpərvər şəxslər idi hər ikisi. Hətta Mövsüm müəllim hər il 28 mayda səliqəli geyinib keçinir, çalışırdı ki, Cümhuriyyət günündə dəbdəbəli görünsün.
Bundan başqa fransız jurnalı üçün çəkdikləri şəklini xalq rəssamı Oqtay Sadıqzadə mənə vermişdi. Məhəmməd Əminin bu şəkli jurnalda Avropanın görkəmli siyasətçiləri və tarixi şəxsiyyətləri sırasında yer almışdı. Sonra bu fotolar yayıldı, onun əsasında plakatlar buraxıldı və s.

- M.Ə.Rəsulzadənin nəvəsi oduğunuzu biləndə hansı reaksiyalarla qarşılaşırdınız?

- Reaksiyalar müxtəlif olurdu. Adətən ilk eşidənlər inana bilmirdi. Bununla bağlı bir olmuş hadisəni danışım sizə. Mənim bir rəssam dostum vardı, həmişə yanıma gəlib gedirdi. Onun da qardaşı o vaxtlar Mərkəzi Komitədə siyasi məsələlərə baxırdı. Bir dəfə ikisi birlikdə mənim emalatxanama gəlmişdi, söhbət edirdik. Dostum qardaşına sual verdi ki, M.Ə.Rəsulzadə kimdir sən bilirsən? O dərhal qaşlarını çatıb sərt reaksiya verdi ki, siz hardan tanıyırsız onu? Rəsulzadə Sovet hökumətinin 1 nömrəli düşmənidir. Dostum dedi ki, Raisin babasıdır Məhəmməd Əmin Rəsulzadə. Təsəvvür edin, mənim emalatxanamda babama düşmən dedi... (gülür)

Bundan başqa, Əsədov adında professor vardı, mərkəzi komitənin xüsusi məktəbində birinci katiblərə tarix dərsi deyirdi. Eyni zamanda bizə də universitetdə saat hesabı dərs deyirdi. Qrup yoldaşlarım müəllimə Rəsulzadənin nəvəsi olduğumu demişdilər. Bir dəfə tənəffüsdə yaxınlaşıb əlini çiynimə qoydu, məni dəhlizin sonuna apardı və başladı mənə babam haqqında danışmağa. Deyirdi sən fəxr etməlisən babanla. İndi biz bunları açıq deyə bilməsək də, o bizim üçün, millət üçün çox iş görüb. Təbii ki, belə reaksiyalar görmək mənim üçün fəxr idi.

“Rəsulzadənin Bakıda 3 evi ola-ola, bir muzeyi yoxdur...”

- Bakıya qayıdarkən babanızın mülklərindən heç birini əldə edə bilməmisiniz. İndi bu haqda nə söyləyə bilərsiz?

- Doğrudur, baba mülkərim əldə edə bilməmişik. İndi düşünürəm ki, mülklərdən biri Rəsulzadənin ev muzeyi olmalıdır. Bu onun mənəvi haqqıdır. Bu barədə danışıqlar gedir, görək nəticəsi nə olacaq. Bir dəfə Türkiyədən mötəbər dairələrdən nümayəndələr gəlmişdi Bakıya. Onlar Rəsulzadənin ev muzeyini ziyarət etməyi istəmişdi. Lakin bir şey tapmadığı üçün gedib Novxanıda atasının qəbrini ziyarət etmişdilər.

- Rais müəllim, doğrudur siz incəsənət adamısınız. Bəs nə zamansa siyasətə qoşulmaq kimi fikriniz olubmu? Nəzərə alsaq ki, Rəsulzadə kimi dahi şəxsiyyətin irsindənsiniz. Nə üçün babanızın yolundan getmədiniz?

- Loru desək, mən başımı rəssamlığa qatmışam. Əlbəttə ki, babamda olan milli ruhdan atamda da, məndə də olub. Mən hələ uşaq vaxtdan hansı mühitə düşürdümsə həmişə lider olurdum. Amma mövcud şəraiti danmaq olmazdı. Gənc olarkən müəyyən hadisələrə sərt reaksiyalarım olurdu. Hələ orta məktəbdə tarix müəllimi nəyisə düz vurğulamayanda mən həmişə etiraz edib düzəlişlər edirdim. Hətta məktəbi bitirəndə direktor mənə təhsilimi tarix üzrə davam etdirməyi təklif etmişdi. İndi deyirəm bəlkə də reaksiyalarım o zaman yersiz idi. Bir tərəfdən də fikirləşirdim ki, bu hislər məndə genetik bağdan yaranırdı. Mən coşanda baxmıram qabağımdakı kimdir.

Siyasət belədir ki, getdin, gərək axıra qədər gedəsən. Çiyninə kəfən geyinib gedəsən bu yolu. Çünki bu ciddi və böyük məsuliyyətdir. Bu məsuliyyəti çiyninə götürürsənsə, onun gərək arxasında dura biləsən. Elə belə camaatla oynamaq, onları aldatmaq olmaz. O yolu əvvəldən seçəsən gərək. Hətta belə bir söz var, siyasətlə məşğul olmasan, o səninlə məşğul olacaq...

loading...
“Tanrının hər bir azərbaycanlını, xüsusilə də gənclərimizi qorumasını arzu edirəm”
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
"Diplomatik manevrlər etmək lazımdır, lakin..."
"Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..."
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir"
Gündəm
“Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir”
Cəmiyyət
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
Gündəm
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
Şou-biznes
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”

Yazar
Seymur Verdizadə
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247