Xəbər lenti
23/09/2020 [21:27]:
"Belə bir “qonşu”ya 30 ilə yaxın dözən Azərbaycan daha nə etməldir?"
23/09/2020 [21:25]:
Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...
23/09/2020 [21:16]:
Azərbaycanda nazir erməni gözəlçəsinin gecə təklifini rədd edib kabinetindən qovdu...
23/09/2020 [21:01]:
QHT Şurası haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək
23/09/2020 [20:56]:
Ehtiyatda olanların təlim toplanışı ruh yüksəkliyilə qarşılanıb
23/09/2020 [20:52]:
Bu gün şəhid şairin doğum günüdür...
23/09/2020 [20:43]:
Moderator.az ermənilərin azərbaycan və rus dillərində saxta xəbərlərini ifşa edir...
23/09/2020 [20:43]:
Silahlı hücuma məruz qalan ata uşaqlarını qorumaq üçün canını heçə saydı - VİDEO
23/09/2020 [20:30]:
Arvadının yuxuda gördüyü bütün heyvanları satın aldı - MARAQLI
23/09/2020 [19:51]:
91 yaşlı müəllimin dərs sevgisi maraqla qarşılandı - Yarım əsr əvvəlki tələbələri belə izlədi...+ VİDEO
23/09/2020 [19:21]:
"Mafiyalaşmaqda Ramiz Mehdiyevin böyük rolu var" - VİDEO
23/09/2020 [18:56]:
"Nə yaxşı ki, o rolu Fəxrəddin oynayıb, o, həqiqətən də bir Zaurdur...”
23/09/2020 [18:44]:
İlham Əliyev: “Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir”
23/09/2020 [18:43]:
QDİƏT XİN başçılarının qeyri-formal görüşü keçiriləcək
23/09/2020 [18:40]:
“AzGold” MMC-nin rəhbəri həbs edilib
23/09/2020 [18:38]:
"Əgər Lavrov beynəlxalq hüquqa hörmət edirsə, bilməlidir ki..."
23/09/2020 [18:30]:
3 şəhərimiz UNESKO-nun şəbəkəsinə üzv seçildi
23/09/2020 [18:26]:
Prezident İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda aparılan abadlıq işləri ilə tanış olublar - YENİLƏNİB-1
23/09/2020 [18:15]:
Pərvin Abiyevanın müəllimi ondan danışdı: “Bilmirəm indi nə edir, nə işlə məşğuldur”
23/09/2020 [18:03]:
İranın Hərbi Dəniz Qüvvələrinə 188 ədəd PUA verildi
23/09/2020 [18:00]:
Daha 7 şagirddə koronavirus aşkarlanıb
23/09/2020 [17:26]:
BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
23/09/2020 [17:21]:
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb
23/09/2020 [17:17]:
Fəzail Ağamalı yüksək bal toplayan tələbələrlə görüş keçirdi - FOTO
23/09/2020 [17:12]:
"Bu günədək 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub"
23/09/2020 [17:03]:
“Ordumuz üçün fərqi yoxdur ki, Qarabağdakı kimdir–Livan ermənisi, Paşinyanın arvadı, yoxsa digər biri”
23/09/2020 [17:00]:
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
23/09/2020 [16:56]:
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
23/09/2020 [16:45]:
Kartofu da, kokaini də xaricdən alırıq...
23/09/2020 [16:40]:
“Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
23/09/2020 [16:39]:
Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
23/09/2020 [16:33]:
TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb
23/09/2020 [16:32]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [16:31]:
İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
23/09/2020 [16:28]:
Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
23/09/2020 [16:26]:
“Vaksinlərin Azərbaycanda istehsalı mümkün görünmür” - TƏBİB rəsmisi
23/09/2020 [16:19]:
“Savaşda qələbəni təmin edən əsas faktor gözlənilməzlikdir, buna diqqət yetirməliyik”
23/09/2020 [16:00]:
"Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir"
23/09/2020 [15:50]:
Quzanlıda ilk yardım təlimləri başladı - FOTOLAR
23/09/2020 [15:49]:
Şəbnəm Tovuzlunun erotik dərdi...
23/09/2020 [15:42]:
"Məmmədi Kəlbəcər həsrəti dərdə saldı, sonra da iki televiziyadan uzaqlaşdırmaqla onu çərlətdilər"
23/09/2020 [15:38]:
Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?
23/09/2020 [15:34]:
Erməni siyasətçilər və ekspertlər Azərbaycan prezidentinin tarixi çıxışını necə şərh edib?
23/09/2020 [15:28]:
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” 
23/09/2020 [15:26]:
“Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!” 
23/09/2020 [15:14]:
Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"
23/09/2020 [15:12]:
“WhatsApp”da yeni funksiya
23/09/2020 [15:11]:
Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb
23/09/2020 [15:07]:
İranda son sutkada koronavirusdan 184 nəfər ölüb
23/09/2020 [15:06]:
Hikmət Hacıyev: "Terrorçuların Qarabağa gətirilməsi kanalları üzərində iş aparılır"
23/09/2020 [15:05]:
Sergey Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”
23/09/2020 [15:04]:
Naxçıvana yeni ambulanslar verildi
23/09/2020 [15:02]:
"Əgər müharibə başlasa, çox tezliklə Azərbaycanın xeyrinə bitəcək, çünki..."
23/09/2020 [14:57]:
Millət vəkili Adil Əliyevə AMEA-nın hücumlarının gizli tərəfi
23/09/2020 [14:52]:
“Döyüşdə düşməni ya öldürməlisən, ya da əsir götürməlisən”
23/09/2020 [14:36]:
Xatirə İslam İstanbulda xəstəxanaya yerləşdirildi - VİDEO
23/09/2020 [14:31]:
“Münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir”
23/09/2020 [14:29]:
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb
23/09/2020 [14:27]:
"Paşinyanın Qarabağla bağlı fikirləri münaqişənin nizamlanmasına maneə törədir" - Lavrov
23/09/2020 [14:25]:
Azərbaycan İdman Akademiyasında güləş zalı istifadəyə verilib - FOTO
23/09/2020 [13:56]:
"Azərbaycanın tarixi, mədəni, dini abidələrinin Ermənistan tərəfindən işğal olunan bölgələrdə yox edilməsi..."
23/09/2020 [13:52]:
Qarabağın separatçı rəhbərinin “məşhur”  türkofob müşaviri koronavirusa yoluxdu...
23/09/2020 [13:43]:
"Azərbaycan Ordusunun yalnız bir məqsədi var - işğal olunmuş ərazilərimizi azad etmək"
23/09/2020 [13:37]:
Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları fermerlərə xidmətə başlayır - FOTO
23/09/2020 [13:29]:
"Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır"
23/09/2020 [13:28]:
İlham Əliyev və Mehriban Əliyeva Balaxanıya getdi
23/09/2020 [13:26]:
Əli Məsimli: “Neftə ümid etmək hər dəfə 2015-ci ildəki böhrana qayıtmaq riski deməkdir”
23/09/2020 [13:24]:
“Sadəcə prezident seçmirdik, dəyərlərimzi qoruyurduq” - Lukaşenko
23/09/2020 [13:15]:
“Şərait yaranıb və torpaqlarımızı o murdarlardan təmizləmək lazımdır...”
23/09/2020 [13:04]:
“Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir”
23/09/2020 [12:49]:
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi...
23/09/2020 [12:38]:
"Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki?"
23/09/2020 [12:32]:
"Çoxsaylı adam oğurluqlarının və qətllərin başında əlimin olduğunu siz demişdiniz..."
23/09/2020 [12:32]:
Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
23/09/2020 [12:30]:
BMT-nin 4.0 versiyasına keçməsi üçün çağırış edilib
23/09/2020 [12:29]:
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
23/09/2020 [12:23]:
AMEA-nın saytının baş redaktoru işdən çıxdı
23/09/2020 [12:22]:
Dövlət qulluğuna qəbul üzrə növbəti mərhələnin keçirilmə qrafiki müəyyən edilib
23/09/2020 [12:14]:
Sahibə Qafarovanın Lavrovla görüşü başladı - FOTO
23/09/2020 [12:13]:
DTX-nin tutduğu rəis həbsdən buraxıldı
Bütün arxiv bir sırada
16/11/2019 [21:44] - Cəmiyyət - ( 2816 dəfə baxılıb)

Yalnız Aşıq Şəmşirin varisi deyil, həm də Azərbaycan saz-söz sənətinin təəssübkeşi...



Saf havası, sərin suları, yaşıl donlu yal-yamacı, şəfa mənbəyi İstisuyu, nəğməkar, bəstəkar Xan Tərtəri, əzəmətli Dəlidağı, Murovu, quşqonmaz qayaları, Səməd Vurğunun vəsf etdiyi “kəklikli daşları”, keçilməz bənd-bərəsi, gədiyi, aşırımı, yeraltı, yerüstü sərvətləri ilə cənnətin özü olan Kəlbəcər həm də mənəviyyat beşiyidir. 

Kəlbəcərin mənəviyyat sərvəti sayılan kişilərdən biri də Qənbər Şəmşiroğludur... 16 noyabr 1933-cü ildə - qızılı bir payız günündə sazın-sözün beşiyi olan Ağdabanda, sazın-sözün zirvəsi Dədə Şəmşirin ailəsində nur üzlü bir oğlan uşağı dünyaya gəldi... “Ustad oğlu şəyird olmaz”- deyərlər. Ustad oğlu kimi böyüdü Qənbər Şəmşiroğlu! Gənclik illərindən başlayaraq nəslinə, soy-kökünə, elinə-obasına, yurduna şan-şöhrət gətirdi. Ağdam İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Pedoqoji İnstitutunu, Ali Partiya Məktəbini bitirdi. Uzun müddət məktəb direktoru, sonra Kəlbəcər Rayon İcraiyyə Komitəsinin sədri, Gədəbəy İcraiyyə Komitəsinin sədri, Gədəbəy və Kəlbəcər rayonlarının İcra Hakimiyyətinin başçısı kimi mühüm dövlət vəzifələrində işlədi. Respublika Ağsaqqallar Şurası, Azərbaycan Yazıçılar Birliyi kimi mötəbər təşkilatların üzvü oldu. Uzun müddət dövlət işində səmərəli fəaliyyətinə görə "Şərəf Nişanı" ordeni, "Əmək igidliyinə görə", "Əmək veteranı" medalı, 18 oktyabr 2011-ci ildə isə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi. Tutduğu mövqeyindən, daşıdığı vəzifələrdən asılı olmayaraq həmişə xalqın yanında oldu, el adamı kimi tanındı, çalışdığı vəzifələrə şöhrət gətirdi. Hələ gənc yaşlarından Qənbər Şəmşiroğlu ona tapşırılan vəzifələrin öhdəsindən ləyaqətlə gəlir, doğma Kəlbəcərin inkişafı üçün əlindən gələni, hətta əlindən gəlməyəni belə edirdi. Əslində isə doğma yurdun doğma insanları ilə birləşəndə, əl-ələ verəndə onun əlindən gəlməyən, bacarmadığı bir iş qalmırdı. Onun nəhayətsiz fəaliyyətinin bir dövrü də Gədəbəylə bağlıdır. Bir müddət Gədəbəy rayonuna rəhbərlik edən

Qənbər Şəmşiroğlu Kəlbəcərdə apardığı quruculuq işlərini, ata-babasından, soy-kökündən gələn xeyirxahlıq missiyasını burada da eyni şövqlə, eyni doğmalıqla davam etdirdi! Gədəbəylilər o illəri indi də unutmur və qədirşünaslıqla xatırlayırlar.

Dövlət vəzifələri, ictimai işlərlə yanaşı Qənbər Şəmşiroğlunun bir vəzifəsi, bir missiyası da atası - qüdrətli sənətkar, ustad Aşıq Şəmşirin ədəbi-bədii irsinin toplanması, tədiqiqi, nəşri məsələləri olub. Bu müqəddəs vəzifəni də qədirşünaslıqla yerinə yetirir Qənbər Şəmşiroğlu! Atası Dədə Şəmşirlə yanaşı, babası Ağdabanlı Şair Qurbanın, ulu babası Miskin Abdalın da irsinin yorulmaz təbliğatçısıdır. Bu fəaliyyəti ilə bir ömrə bir neçə ömür sığdırır Qənbər Şəmşiroğlu: Qurban ömrü, Şəmşir ömrü, Qənbər ömrü! Və eyni zamanda bu fəaliyyəti ilə bütünlükdə ozan-aşıq sənətinə, böyük sözə xidmət edir! O, bu məsələlərdə təkcə Aşıq Şəmşir ailəsinin varisi kimi deyil, ümumilikdə Azərbaycan ədəbiyyatının, saz-söz sənətinin təəssübkeşi kimi çıxış edir.

Kəlbəcər kimi əsrarəngiz gözəllikər diyarında, Dədə Şəmşirin ailəsində, saz-söz mühitində böyüyən Qənbər Şəmşiroğlu özü də əlbəttə ki, könlünü şeirə-sözə verməli idi! Uzun illər şeir yazmağını gizli saxlayıb Qənbər Şəmşiroğlu. Dədə Şəmşirdən sonra əlinə qələm almaq və şeir yazmaq məsuliyyətinin ağırlığı həmişə onu əhatə edib. Yazdıqlarını da gizli saxlayıb, uzun müddət çap da etdirməyib. Amma Məmməd Araz demişkən:

İstedad elə bir toxuma bənzər
Göyərər bir quru daş üstündə də!

Nə yaxşı ki, bu istedad göyərdi və artıq Qənbər Şəmşiroğlu imzası nüfuzlu qələm sahiblərinin, ədəbi mühitin tanıdığı, bəyəndiyi, qəbul elədiyi bir şair imzasıdır!

Qənbər Şəmşiroğlu yaradıcılığını mənsub olduğu nəslin, doğulduğu ailənin və eləcə də böyüdüyü mühitin ənənələrindən fərqləndirən bir cəhət də var. Bu ailədə, bu mühitdə çoxları şeir yazır, amma o, hamıdan fərqli olaraq həm də nəsr əsərləri - roman, povest və hekayələr də yazır. Onun “Caninin etirafı” romanı, "Tale oxşarlığı", "Bir gözəlin taleyi", "Adam kimi ölməyib", "Bütövləşmək istədim", "Qızlardan muğayat olun" povestləri və hekayə janrında qələmə aldığı əsərləri özünün orijinal təhkiyə üsulu, zəngin obrazlar sistemi və canlı xalq dilinin, xalq həyatının ədəbiyyata gətirilməsi baxımından olduqca maraqlıdır.

Publisist kimi də tanınır Qənbər Şəmşiroğlu! Onun ölkədə baş verən ictimai-siyasi hadisələrə həssas münasibətini ifadə edən məqalələri, eyni zamanda memuar xarakterli yazıları müasir publisistikamızın ən yaxşı örnəklərindəndir. Bu yazılarda təqdim olunan həyat həqiqətləri, insan xarakterləri, tarixi sənədlərin işığında verilən faktlar gələcək nəsillər üçün qiymətli bir mənbədir.

Bu gün yaradıcılıqla yanaşı ictmai fəaliyətini də davam etdirir Qənbər Şəmşiroğlu! Onun rəhbərliyi, ağsaqqallığı ilə yaradılan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir. Milli mədəniyyətimizi, mədəni incilərimizi, adət-ənənələrimizi, aşıq sənəti, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq istiqamətində misilsiz işlər görür. Qənbər Şəmşiroğlu bu müqəddəs ocaqda ata-babasından gələn xeyirxahlıq missiyasını şərəflə davam etdirir, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, tələbələrə öz diqqət və qayğısını əsirgəmir.

Ömrünün müdriklik çağlarında içində Kəlbəcər nisgilini yaşadır Qənbər Şəmşiroğlu! Kəlbəcərin işğal olunduğu ağır günlərdə eli-obanı öz başına yığıb, onlara hayan durduğu kimi, bu gün də bu böyük bir mahalın qayğılarını çiynində daşıyır, torpaqlarımızın işğaldan azad olunacağı günü ən müqəddəs gün kimi gözləyir! Qarış-qarış gəzdiyi Kəlbəcər, doğulduğu kənd, Ağdaban faciəsi, babası Şair Qurbanın, atası Dədə Şəmşirin odlara qalanan əlyazmaları gözünün önündən getmir. Şəhid bacısı Çimnaz xanımın, Ağdabanda, Kəlbəcərdə, Qarabağda qanına qəltan edilən soydaşlarının intiqamının alınacağı günü səbirsizliklə gözləyir.

Böyük bir elin yolgöstərəni, ağsaqqalı olan Qənbər Şəmşiroğlu həm də böyük bir ailənin başçısıdır. Azərbaycana beş nümunəvi övlad bəxş edib. Yüksək dövlət vəzifəsində çalışdığı illərdə iki oğlu ön cəbhədə döyüşlərdə iştirak edib. Qənbər müəllim bu gün də nəvə-nəticələrini vətənpərvərlik, dövlətçilik ruhunda böyüdür. Övladlarının, nəvələrinin işğaldan azad ediləcək Kəlbəcərin quruculuğunda iştirak edəcəyi günlərin uzaqda olmadığına da əmindir Qənbər Şəmşiroğlu!

Səksən beşə əlvida, səksən altıya salam deyən Qənbər Şəmşiroğluna Ulu Tanrıdan daha uzun və sağlam, gümrah ömür diləyirəm. Yeni yaşınız mübarək, aqibətiniz xeyir olsun, əziz Qənbər müəllim!

Ələmdar CABBARLI 
Filologiya üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti

loading...
Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...
Moderator.az ermənilərin azərbaycan və rus dillərində saxta xəbərlərini ifşa edir...
Silahlı hücuma məruz qalan ata uşaqlarını qorumaq üçün canını heçə saydı - VİDEO
Arvadının yuxuda gördüyü bütün heyvanları satın aldı - MARAQLI
91 yaşlı müəllimin dərs sevgisi maraqla qarşılandı - Yarım əsr əvvəlki tələbələri belə izlədi...+ VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Maraqlı
"Nə yaxşı ki, o rolu Fəxrəddin oynayıb, o, həqiqətən də bir Zaurdur...”
Cəmiyyət
Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
Siyasət
“Şərait yaranıb və torpaqlarımızı o murdarlardan təmizləmək lazımdır...”
Cəmiyyət
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi...
Cəmiyyət
“Kino sahəsində Qarabağ ağrımızı dünyaya çatdırmaq üçün o mexanizmi öyrənmək lazımdır..."

Yazar
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
Zərurət yaransa, bu maşınları sizdən ala bilərlər: Bilməli olduğumuz müharibə qanunları...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247