Xəbər lenti
12/08/2020 [16:11]:
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
12/08/2020 [16:08]:
Kürdəmirə yeni DYP rəisi təyin edilib
12/08/2020 [16:05]:
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Rusiya peyvəndi ilə bağlı açıqlama
12/08/2020 [16:03]:
“Vətənpərvər mahnılar oxuyuruq ki, balalarımız bu ruh da böyüsün və bilsinlər ki, Polad Həşimov kimdir...”
12/08/2020 [16:02]:
İlham Zəkiyev və Hacı Əliyevə yeni vəzifə verildi
12/08/2020 [16:01]:
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
12/08/2020 [15:35]:
Azərbaycanda nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO
12/08/2020 [15:25]:
Baş Prokurorluqdan 16 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı AÇIQLAMA
12/08/2020 [15:23]:
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub
12/08/2020 [15:15]:
"Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir"
12/08/2020 [15:00]:
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərilib
12/08/2020 [14:58]:
Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi
12/08/2020 [14:46]:
“Qarabağ Gündəliyi”nin növbəti sayı çapdan çıxdı
12/08/2020 [14:44]:
Ekspert: "Peyvənd 2021-ci ilə qədər geniş istifadə edilə bilməz"
12/08/2020 [14:44]:
“WhatsApp”da yeni funksiya tətbiq olunacaq
12/08/2020 [14:43]:
BDU yeni ERASMUS+ KA2 layihəsinin icrasına başlayacaq
12/08/2020 [14:41]:
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? - TƏBİB-dən açıqlama
12/08/2020 [14:28]:
İran Prezidenti ABŞ-a xəbərdarlıq edib
12/08/2020 [14:25]:
Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını saxta tarix dərsliyi adlandırıb
12/08/2020 [14:22]:
“İşğal edilmiş torpaqlarımızdakı istənilən yeni məskunlaşma hədəfə alınmalıdır”
12/08/2020 [14:16]:
“Ziya Məmmədov bu xəyalla yaşayır ki, Ramiz Mehdiyevin adamı hakimiyyətə gələcək” - VİDEO
12/08/2020 [14:12]:
Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
12/08/2020 [14:12]:
“Tanrının hər bir azərbaycanlını, xüsusilə də gənclərimizi qorumasını arzu edirəm”
12/08/2020 [14:09]:
Münaqişənin danışıqlarla həll edilməsinin tərəfdarıyıq - Ceyhun Bayramov
12/08/2020 [14:07]:
Yeni dərs iliylə bağlı vacib qərar - Təlimat verildi
12/08/2020 [13:59]:
“Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir”
12/08/2020 [13:55]:
Xəzərdə “Qarabağ”ın qüdrəti...
12/08/2020 [13:49]:
Mədəniyyət nazirinə müşavir təyin edilib
12/08/2020 [13:46]:
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
12/08/2020 [13:45]:
Ermənistan Sevr müqaviləsinin bərpasını istəyir: Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİALARI
12/08/2020 [13:37]:
Rusiya 14 günə korona vaksininin tətbiqinə başlayır
12/08/2020 [13:32]:
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər
12/08/2020 [13:31]:
Türkiyə İraq və PKK iclasını vurdu: Akarın səfəri ləğv edildi
12/08/2020 [13:31]:
Bu il 3 milyard manatdan çox sosial yardım ödənilib
12/08/2020 [13:27]:
Aralıq dənizində sular niyə isindi? –Yarımçıq kəsilən Türk-Yunan danışıqlarının gizlinləri
12/08/2020 [13:19]:
Erməni rejimi Əsgəranda mərkəzi küçənin təmirinə başladı...-FOTO
12/08/2020 [13:16]:
Lukaşenkonun iki yolu var: Getmək və ya ölkəni qan içində boğmaq...
12/08/2020 [13:07]:
Bu səhvlərə qətiyyən yol verməyin - Yanlış ixtisas seçimi edən tələbələrdən VACİB məsləhətlər
12/08/2020 [13:04]:
Alimlər dəniz məhsullarında mikroplastik zərrəcikləri tədqiq etdilər
12/08/2020 [13:03]:
Oqtay ilk dəfə Aysellə boşanmalarından danışdı
12/08/2020 [13:01]:
Azərbaycan Rusiyadan koronavirus vaksini sifariş edəcək? - Açıqlama
12/08/2020 [13:01]:
Təhsil naziri Türkiyə səfiri ilə görüşdü
12/08/2020 [13:00]:
Riyaziyyatın 99 sirrindən biri - Kvadrat kök necə hesablanır?-Sadə metod
12/08/2020 [12:59]:
Milli Məclisdə uşaqpulu ilə bağlı işçi qrup yaradıldı
12/08/2020 [12:55]:
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
12/08/2020 [12:52]:
“Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək” - DİM
12/08/2020 [12:39]:
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
12/08/2020 [12:35]:
Prezident “Azərsu”ya vəsait ayırdı
12/08/2020 [12:06]:
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
12/08/2020 [12:05]:
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
12/08/2020 [12:03]:
“Azərbaycan polisinə qarşı aparılan qarayaxmalar “5-ci kalon” tərəfindən idarə olunur“
12/08/2020 [12:02]:
Lavrovdan ABŞ-a “nüvə müharibəsi” XƏBƏRDARLIĞI
12/08/2020 [11:59]:
Belarusda aksiyalara görə pirotexniki məhsulların satışı qadağan edildi
12/08/2020 [11:56]:
“Əli Nağıyev təcrübəli və milli adamdır” - “O, “beşinci kolon”la bağlı öz işlərini görür...”
12/08/2020 [11:56]:
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
12/08/2020 [11:48]:
Əməkdar jurnalist vəfat etdi
12/08/2020 [11:47]:
Türkiyədə dövlət məmuru torpaq üstündə ailə üzvlərini öldürdü
12/08/2020 [11:45]:
Emin Ağalarov “avtoşluq” etdi - VİDEO
12/08/2020 [11:43]:
Trampdan seçki həmləsi - 100 milyon dozalıq vaksin
12/08/2020 [11:40]:
Ermənilər Türkiyə ordusunun Gürcüstandan keçməklə Qarabağa girəcəyindən qorxuya düşdü...
12/08/2020 [11:19]:
Nazilə gənclərin boşanmasından danışdı: “Sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız”
12/08/2020 [11:17]:
Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı
12/08/2020 [11:15]:
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”
12/08/2020 [11:14]:
Bərdədə kütləvi dava: ölən və yaralananlar var - ADLAR
12/08/2020 [11:11]:
“Beyrut partlayışı Ermənistan üçün sanki göydəndüşmə bir fürsət oldu” - Tofiq Zülfüqarov
12/08/2020 [11:09]:
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
12/08/2020 [11:07]:
Mədəniyyət Nazirliyinin mətbuat katibi işdən çıxdı
12/08/2020 [10:53]:
İsrail qırıcıları HƏMAS-ı yenə vurdu
12/08/2020 [10:45]:
Tramp dünyanın ən böyük problemini açıqladı
12/08/2020 [10:42]:
Kafe karantinə rəğmən fəaliyyət göstərirmiş - FOTO
12/08/2020 [10:42]:
"Rusiya bunu edərsə, o zaman Türkiyənin müharibəyə qatılmaqdan başqa yolu qalmayacaq..."
12/08/2020 [10:17]:
İmişlidə qohumlara hücum: 1 ölü, 1 yaralı
12/08/2020 [10:15]:
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
12/08/2020 [10:12]:
"Vaksinin təsdiqi illüziyadır, toyların bərpası isə..." - Professor
12/08/2020 [10:09]:
Azərbaycanda yeni ödənişlər sistemi istismara verilib
12/08/2020 [10:09]:
“Rusiya Türkiyə və Azərbaycanla danışıqlarda konstruktivlik nümayiş etdirməzsə...”
12/08/2020 [10:07]:
Yüzdən çox erməni Livandan Ermənistana gətirilib
12/08/2020 [09:44]:
Türkiyədə güclü zəlzələ oldu
12/08/2020 [09:39]:
Ermənilər atəşkəs rejimini 35 dəfə pozub
12/08/2020 [09:37]:
Koronavirusla bağlı son STATİSTİKA
Bütün arxiv bir sırada
16/11/2019 [22:02] - Gündəm - ( 3615 dəfə baxılıb)

“17 noyabrdan başlanan Hərəkatda Azərbaycan milisinin xalqla birliyinin bariz nümunəsini gördük...” 

“Bu gün də polisimiz Qarabağda erməni separatçılarını yerində oturdaraq asayişi təmin etmək üçün əmrə müntəzirdir...” 


Sabah – 17 Noyabr – Azərbaycanda Milli Dirçəliş günüdür. 31 il öncə bu günlər Azərbaycan xalqı sovet imperiyasına, Ermənistandan yüz minlərlə soydaşımızın amansızlıqla deportasiya edilməsinə, yüzlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsinə, Qarabağda başlanan erməni separatçı ekstremist hərəkatına qarşı kütləvi etiraz mitinqlərinə başladı. Görəsən, həmin günlər  Moskvanın tabeliyində olan Azərbaycan SSR Daxili İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan milisi faktiki icazəsiz kütləvi aksiya keçirən  vətəndaşlara qarşı hansı mövqedə dayanırdılar? Ermənistanın azğınlığından, təcavüzkar planlarını açıq bəyan etməsindən və SSRİ rəhbərliyinin  onları nəinki durdurmasından, əksinə, dolayısıyla dəstəkləməsindən haqlı olaraq qəzəblənmiş insanları zorakı hərəkətlərlə durdururdularmı?..
 
Moderator.az əməkdaşının bu mövzuda suallarını o günlər DİN-in “Mübariz keşikdə” qəzetinin əməkdaşı kimi çalışan  DİN Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Mehman Mehmanov belə cavablandırıb: 

“Hazırda Milli Dirçəliş günü kimi qeyd edilən 1988-ci il noyabrın 17-dən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü naminə başlanan mitinq günlərini şəxsi və ictimai həyatımda daim xoş bir xatirə kimi yadda saxlayıram.  O günlər Şuşanın Topxana meşəsində bir neçə ağacın kəsilməsi xəbəri ilə meydana çıxan yüz minlər Qərbi Azərbaycandan soydaşlarımızın qovulmasını təşkil edən, yüzlərlə Azərbaycan uşaq, qadın və qocasını amansızlıqla qətlə yetirən erməni daşnak və terrorçularını lənətləyirdi. O  günlər hansı bölgədən olmasından, sosial vəziyyətindən, vəzifəsindən, rütbəsindən asılı olmayaraq Azərbaycanı sevən hər bir gerçək azərbaycanlı vətəndaşın qəlbi vətənpərvərlik hissləri ilə coşub-çağlayırdı. Hamı bir ailə kimi gecələr tonqalların başına yığışır, çıxışlar edər, vətənpərvər şeirlər, mahnılar səsləndirərdi. Həmin günlər mən Daxili İşlər Nazirliyinin  “Mübariz keşikdə” qəzetinin əməkdaşı, milis baş leytenantı kimi meydanda, xalq arasında olur və bütün deyilənlərin öz gözlərimlə şahidi olurdum.  O cümlədən  Azərbaycan milisini  də xalqla bir olmasına da şahidlik edirdim.  Milislər də oraya toplaşan Azərbaycan vətəndaşlarıyla eyni fikirdə, amalda idilər. Onların da  böyük əksəriyyəti eyni əzmlə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda savaşa hazır idilər. Bunu cəmi bir il sonra Azərbaycanın sərhəd və Dağlıq Qarabağ, eləcə də ətraf bölgələrdə ilk müdafiə dəstələrinin milislərdən ibarət olması, sonradan polis adlanan bu hüquq-mühafizə qurumunun yüzlərlə  əməkdaşının erməni yaraqlıları və ordusuyla savaşda şəhid olması, yaralanması da sübut etdi... 
Meydan hərəkatı günləri kiçik epizodları çıxmaq şərti ilə Azərbaycan milisləri  tələbə və fəhlələrin meydana axınını, eyni zamanda orada sutkalar boyu asayişini təmin edirdi...” 

“Şahidlərin o zaman istintaqa da söylədiyinə görə, noyabrın 17-də səhər saatlarında Moskva mehmanxanası yaxınlığında Lenin meydanına yollanan universitet tələbələrinin qarşısı milis kordonu ilə kəsilib və 10-15 nəfə həbs edilib. Bu barədə məlumatınız olmuşdumu?” sualına isə keşmiş DİN idarə rəisi bu cür cavab verib:

“Doğrusu, belə bir olayı xatırlamıram. Şahidi olmamışam. Öncə dediyim kimi, hansısa hallarda vətəndaşları hiddətləndirən kiçik epizodlar ola bilərdi. Ancaq bütövlükdə Azərbaycan milisinin azərbaycanlı əməkdaşları xalqla bir idi, onun qaldırdığı ideyaları dəstəkləyirdi...
Həmin günlər Bakıda olan ermənilər arasından meydana təxribatçılar da sızırdı. Onlar orada hər cür təxribat, partlayış-filan törədə bilərdilər. Dəfələrlə belə hallar olurdu ki, milislər sadə vətəndaşlarla bərabər təxribatçıları müəyyən edib qanuni tədbirlər görürdü... Bəzən vətəndaşlar  özləri nalayiq davranan, asayişi pozan kəsləri yaxalayıb milislərə təhvil verirdi.  Bir sözlə, deyərdim ki,  o Meydan hərəkatı  günləri – sovet dövlətinin hələ ayaqda olduğu bir zamanda Azərbaycan milisinin, DİN əməkdaşlarının xalqla həmrəyliyinin, dostluğunun, birliyinin ən bariz nümunəsi ortalıqda idi...”

“Bu gün də Azərbaycanın, öncə dediyim kimi, yüzlərlə şəhid vermiş polisi, DİN heyəti, Daxili qoşunlarımız da Milli Ordumuzla bərabər torpaqlarımızın azadlığı uğrunda mübarizəyə, Dağlıq Qarabağda erməni separatçılarını yerində oturdaraq asayişi təmin etməyə daim hazırdır, Ali Baş Komandanın əmrinə müntəzirdir...”-deyə polkovnik Mehman Mehmanov fikrini tamamlayıb.

Sultan Laçın

loading...
“Tanrının hər bir azərbaycanlını, xüsusilə də gənclərimizi qorumasını arzu edirəm”
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir...
Bərdə RİH-də Koronavirusa qarşı Operativ Qərargahın növbəti iclası keçirildi - FOTOLAR
"Diplomatik manevrlər etmək lazımdır, lakin..."
"Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..."
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"Bu gün pulsuzluqdan gileylənənlər müğənni yox, müğənniciklər, toy bazarına işləyənlərdir"
Gündəm
“Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir”
Cəmiyyət
“Azyaşlıya sataşan müəllim ən azı 15 il azadlıqdan məhrum edilməli idi...”
Gündəm
“Ölkəmizdə belə bir bazanın yaradılması nə Türkiyəyə, nə də Azərbaycana lazımdır, çünki...”
Şou-biznes
“Şəhidlərimizdən sonra bu günü təmtəraqlı keçirmək bizə yaraşmaz...”

Yazar
Seymur Verdizadə
"Oğlunu vəzifəli, pullu kişilərin qızlarıyla evləndirmək istəyən ən azı 20 adam görmüşəm..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
Boşandığı deyilən cütlükdən ilk açıqlama Kənandan gəldi: "Başını ağrıtma... "
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247