Xəbər lenti
07/12/2019 [01:49]:
Tramp birinci xanımla birlikdə ABŞ-ın baş Milad yolkasının işıqlarını yandırdı- FOTO
06/12/2019 [23:27]:
Sumqayıtın millət vəkili Avronest PA sesiyasında iştirak edəcək
06/12/2019 [23:14]:
Ötən il 140 min insanın həyatına son qoydu...
06/12/2019 [23:12]:
Mourinyunun fanatı bədəninə onun əksi olan 38 döymə etdirib - FOTO
06/12/2019 [23:11]:
Türkiyədə əhali küçələrə axışdı
06/12/2019 [23:07]:
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTO
06/12/2019 [22:46]:
Ürəyi altı saat dayanan qadın xilas edildi
06/12/2019 [22:39]:
Tərcümə aparatı işləmədi, Putin almanca danışmağa başladı -VİDEO
06/12/2019 [22:35]:
Hulusi Akar: "Türkiyə terrorla mübarizədə yalnız buraxıldı"
06/12/2019 [22:33]:
"Bizi daha gərgin çempionat gözləyir"
06/12/2019 [22:08]:
TRACECA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06/12/2019 [22:04]:
Xaçmazda iki avtomobil toqquşub, ölənlər var - YENİLƏNİB
06/12/2019 [21:32]:
Sumqayıtda bina yandı, sakinlər təxliyə edildi
06/12/2019 [21:14]:
Məşhur soydaşımız haqda  yeni kitab nəşr edildi...-FOTO
06/12/2019 [21:10]:
Premyer Liqa: "Qarabağ" ilin son matçında heç-heçə edib
06/12/2019 [21:04]:
Deputat Yevda Abramov vəfat etdi
06/12/2019 [20:56]:
Gülnarə Kərimovanın cinayət işi ilə bağlı istintaq başa çatdı
06/12/2019 [20:54]:
Lotoreyadan 842 min dollar uduş qazanan adam indi də dəfinə tapdı - MARAQLI
06/12/2019 [20:33]:
Cavid Qurbanova İlin Millət Vəkili Fəxri Mükafatı təqdim edildi
06/12/2019 [20:24]:
Eskalatorun tutacağından tutmadığı üçün cəzalandırıldı - MARAQLI
06/12/2019 [20:10]:
Nailə İslamzadə: “Güclü qadının gücü ondadır ki, arxasında...”
06/12/2019 [20:06]:
Hər gecə ərinin bara getməyindən bezən qadın baxın nə etdi - MARAQLI
06/12/2019 [19:57]:
Azərbaycan gündəlik neft hasilatını azaldacaq
06/12/2019 [19:41]:
Gənc oğlan onunla ingilis dilində danışan qadını öldürüb beynini yedi - DƏHŞƏT...
06/12/2019 [19:39]:
Yeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıb
06/12/2019 [19:28]:
Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var
06/12/2019 [19:05]:
Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu
06/12/2019 [19:05]:
Rəmişdən ermənilərlə bağlı gözlənilməz ifadə - "Onlar da bizim balalarımızdır"
06/12/2019 [18:58]:
“Fiat” onun yoluna çıxan “Mercedes-Benz”in üstünə çıxdı - FOTO
06/12/2019 [18:50]:
Albaniya ATƏT-ə sədrliyi dövründə prioritetlərini açıqlayıb
06/12/2019 [18:43]:
Xoşqədəm efirdə hönkür-hönkür ağladı: "Özümü bağışlaya bilmirəm" - VİDEO
06/12/2019 [18:40]:
Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı - ŞOK FAKTLAR
06/12/2019 [18:38]:
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
06/12/2019 [18:31]:
Tarix İnstitutunda Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək
06/12/2019 [18:27]:
“Rusiya özünə hörmət etməli, bu məsələdə prinsipial mövqe tutmalıdır...”
06/12/2019 [18:09]:
BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb
06/12/2019 [18:06]:
Paşinyan Aşotyanı məyus edib - “Azərbaycan mövqeyini daha da tanıtdı”
06/12/2019 [18:04]:
“Alman faşistlərinin törətdiyi cinayətlərə görə utanıram”
06/12/2019 [18:01]:
Toyda rəqs etməyən qadın üzündən güllələndi - VİDEO
06/12/2019 [17:56]:
Qondarma soyqırımının muzdlu havadarları- ELDAR HƏSƏNOV YAZIR
06/12/2019 [17:45]:
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib - FOTO
06/12/2019 [17:34]:
1000 manatlıq ayaqqabıyla məscidə girdi- polisə getməli oldu...-FOTO
06/12/2019 [17:33]:
ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib - FOTO
06/12/2019 [17:18]:
Ərdoğan dördtərəfli zirvədə: "Siz bu haqqı haradan almısınız?"
06/12/2019 [17:15]:
MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI
06/12/2019 [17:13]:
"Kənddə yaşayan ananın əziyyəti başqadır..." - VİDEO
06/12/2019 [17:09]:
Qorxmaz Hüseynov: "Azərbaycanda su ehtiyatları məhduddur..." -FOTOLAR
06/12/2019 [16:56]:
"Atam evə buraxmadığı üçün 15 yaşından tək yaşayıram" - VİDEO
06/12/2019 [16:54]:
Polislərimiz bu gün 11.400 ağac əkdi - FOTO
06/12/2019 [16:48]:
Sergey Lavrov ABŞ-a səfər edəcək
06/12/2019 [16:45]:
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir
06/12/2019 [16:45]:
Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs tutulub - FOTOLAR
06/12/2019 [16:43]:
“Əgər özümüzü içimizdəki xəyanətkarlardan qoruya bilsək, torpaqlarımızı qısa müddətdə işğaldan azad edəcəyik...”
06/12/2019 [16:42]:
“İcmalar oyununa getməyək” – Eks-nazirdən ÇAĞIRIŞ
06/12/2019 [16:41]:
“Özəl kanallarda islahatlara ehtiyac var, bayağı müğənnilər efirə çox ayaq açıb...”
06/12/2019 [16:39]:
İspanlar Messiyə heykəl ucaldacaq
06/12/2019 [16:36]:
“Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görüldü - FOTO
06/12/2019 [16:22]:
DİQQƏT! Saxta pulu necə müəyyən etməli? - VİDEO
06/12/2019 [16:22]:
“Çelsi”yə tətbiq edilən transfer qadağası ləğv olundu
06/12/2019 [16:20]:
Məşhur müğənni ana olmaq üçün unikal yol seçdi - VİDEO
06/12/2019 [16:16]:
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06/12/2019 [16:05]:
BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib - FOTOLAR
06/12/2019 [15:58]:
Baş Prokurorluğun əməkdaşları beynəlxalq konfransda iştirak edib - FOTOLAR
06/12/2019 [15:50]:
Prezident və xanımı Şamaxıda ağac əkdi - FOTOLAR
06/12/2019 [15:45]:
“Misli görünməmiş miqdarda silah almışıq...”
06/12/2019 [15:43]:
NATO-nun ən güclü orduları açıqlandı - SİYAHI
06/12/2019 [15:38]:
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Uyğur türkləri ilə bağlı Türk Konseyinə MÜRACİƏTİ
06/12/2019 [15:18]:
Suriyalı qaçqınlar Türkiyədə xoşbəxtdi, ölkələrinə qayıtmaq istəmirlər- Araşdırma...
06/12/2019 [15:12]:
Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi
06/12/2019 [15:05]:
Qubada polislər ağacəkmə aksiyasında iştirak ediblər - FOTO
06/12/2019 [14:59]:
Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır
06/12/2019 [14:56]:
Habil Vəliyev azadlığa buraxılıb
06/12/2019 [14:54]:
Yunis Səfərovun cinayət işi məhkəməyə göndərilib
06/12/2019 [14:52]:
İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - FOTOLAR
06/12/2019 [14:48]:
Polisin atdığı qaz kapsulu jurnalisti gözündən yaraladı - FOTO
06/12/2019 [14:45]:
Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər
06/12/2019 [14:30]:
"Xalq artisti sərxoş və yarıçılpaq olan  xalq, ayılacaqsanmı?.."
06/12/2019 [14:25]:
"Beynəlxalq yüklərin ən sərfəli marşurutla və ən münasib tariflərlə daşınması şansları məhz bizdədir"
06/12/2019 [14:21]:
Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir - FOTO
06/12/2019 [14:18]:
ABŞ-ın “Qara Şahin”i qəzaya uğradı, hərbçilər öldü
Bütün arxiv bir sırada
18/11/2019 [17:21] - Müsahibə - ( 1313 dəfə baxılıb)

“Oliqarxiya asanlıqla getməyəcək…” – “Azərbaycanda yeni mərhələ başlayıb”



“İslahatların tərəfdarları, imitasiya edənlər və islahatlara açıq-gizli formada qarşı çıxanlar var”

Baş Nazirin sabiq müavini, Milli Məclisin deputatı Əli Məsimli “AzPolitika.info” -ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Əli bəy, son aylarda ölkədə baş verənləri çox vaxt “yeni mərhələnin başlanğıcı” kimi qiymətləndirirlər. Bu qiymətləndirmə ilə razısınızmı?

– Bəli, Azərbaycan öz inkişafının yeni mərhələsinə daxil olub. Baş verənləri müxtəlif cür adlandırmaq olar. Mənə görə, bunu şərti olaraq “postneft mərhələsi” adlandırmaq lazımdır. Bu da o anlamı verir ki, artıq neft amilinə əsaslanan iqtisadi modeldən insan amilinə əsaslanan innovasiyalı inkişaf modelinə keçid başlanır. Keçid isə hər şeydən öncə ciddi islahatları tələb edir. Prezidentin çıxışında da xüsusi olaraq vurğulanır ki, islahatların alternativi yoxdur. İslahatlar deyəndə ilk növbədə yeniləşmədən söhbət gedir. Müxtəlif istiqamətlərdə yeniləşmə ola bilər, amma çoxcəhətli yeniləşməni həyata keçirmək üçün ilk olaraq təfəkkür və düşüncə tərzində yeniləşmə olmalıdır. Yaşadığımız dövrün proseslərinə baxışda yeniləşmə olmalıdır. Bunu da müxtəlif vasitələrlə həyata keçirmək olar. Birincisi, bu, sistemin yeniləşməsi istiqamətində atılan addımları da özündə ehtiva etməlidir. Prosesi sürətləndirmək üçün isə yeni təfəkkürə malik, müasir dövrdə gedən proseslərdən baş çıxaran, bu prosesləri analiz edib qərar qəbul etmə səviyyəsində təkliflər irəli sürə bilən insanların idarəetmə prosesində çəkisinin çox olması tələb edilir. Bu baxımdan indi həyata keçirilən islahatlar kadr dəyişikliyi ilə müşayiət olunur. Burada diskusiya xarakteri “kadr dəyişikliyi islahat deyil və ya islahatdır” mövzusu da müzakirə oluna bilər. Əgər kadr ölkədə gedən proseslərə müəyyən dərəcədə təsir göstərə biləcəksə, bu islahatdır. Fikrimcə, əgər yeni kadr təsir göstərə bilməyəcəksə və köhnə labirintin içərisində əvvəlki kimi fırlanmaqda davam edəcəksə, bu, təbii ki, islahat olmayacaq. Mən ad çəkmədən hesab edirəm ki, kadr dəyişiklikləri zamanı irəli çəkilən bir sıra insanlar var ki, onlar yeni təfəkkürə sahibdirlər, proseslərə baxışları əvvəlki kadrlarla müqayisədə fərqlidir. Gerçəkdən müasir dövrdə gedən proseslərin məntiqini tutub, o məcrada işlərin aparılmasına potensialı çatan insanlardır. Bu mənada, belə tipdə olan kadrların irəli çəkilməsini müsbət qiymətləndirirəm.

- Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, Əli Həsənov kimi yüksək çinli məmurların vəzifələrindən uzaqlaşdırılması həm də Azərbaycanın SSRİ-dən qalma idarəçilik təfəkküründən imtina etməsi kimi yozulur…

– Baltikyanı üç ölkəni çıxmaq şərti ilə, postsovet ölkələrinin çoxunda idarəetmə sistemində bir balaca dəyişilmiş sovet idarəetmə sisteminin elementləri özünü göstərir. Burada da qeyri-adi bir şey yoxdur. Çünki köhnə sistemdən yeni sistemə keçilən zaman onun bir sıra mənfi və müsbət cəhətlərinin daşınması obyektiv labudlükdür. Yəni məsələnin obyektiv tərəfi bundadır.

Digər tərəfdən isə, sovet sisteminə xas olan kadrlar daha çox proseslərin idarəolunmasında mütləq mərkəzləşdirilmiş modelə üstünlük verirlər. Hər şey mərkəzləşdirilmiş formada idarə edilir, hətta bölgü də elə mərkəzləşdirilmiş formada olur. Bu, müəyyən vaxt kəsiyində effektiv olsa da, bir müddətdən sonra faydalı iş əmsalı aşağı düşür. Effekt aşağı düşən zaman hər bir ölkənin analitikləri göstərir ki, proseslər institusional dalana dirənir və dalandan çıxmaqdan ötrü mütləq islahatlar lazımdır. İslahatları aparmaq üçün islahatlar proqramı, siyasi iradə, bu islahatları aparmağa qadir olan islahatçı kadrlar və maliyyə resursları lazımdır. Bu dörd komponentə baxanda görürük ki, bizdə 2025-ci ilə qədər və ondan sonrakı dövrü əhatə edən və proqram sayılacaq sənəd var. Bu sənədin pis və yaxşı olmasından asılı olmayaraq, onu proqram adlandırmaq olar. Azərbaycan Prezidentinin xüsusən son dövrlərdəki çıxışlarında hər şeyi öz adı ilə adlandırıb, açıq mətnlə korrupsiya, monopoliya haqqında danışması, habelə şəffaflığın artırılmasının zəruriliyi, gənc və müasir dövrə uyğun kadrların irəli çəkilməsi kimi məsələləri qeyd etməsi göstərir ki, siyasi iradə var. Kadr məsələsinə gəldikdə, bir müddətdən sonra aparılan kadr islahatlarının gözləntiləri nə dərəcədə doğrultduğu aydın olacaq. Amma indidən demək olar ki, önə çəkilən kadrların bir hissəsi həm Qərbdə yüksək səviyyəli təhsil aldıqları, həm də özünün intellektual keyfiyyətlərinə görə tapşırlan işləri yüksək səviyyədə yerinə yetirə bilərlər. Məsələyə bu prizmadan yanaşanda müasir çağırışlara cavab verən, təmiz, tapşırılan işləri keyfiyyətli şəkildə həyata keçirməyə qadir olan kadrların sayı artmalıdır ki, onlar aparıcı qüvvə olsun. Amma burada mütləq kadr məsələsində gənc, orta və yaşlı nəslin kombinasiyası alınmalıdır. Aparıcı qüvvə orta nəslin nümayəndələri olmalıdır, çünki onların azı 20 il təcrübəsi var, yaşlı nəslin kifayət qədər kreativlik qabiliyyəti olan hissəsi var ki, onlar ideya generatoru kimi çıxış edir və onların sanbalından istifadə oluna bilər. Gənclik isə təcrübəsiz olsa da, qafası aydındırsa, düşüncə tərzi sağlamdırsa, təmiz kadrdırsa, uzağı bir il ərzində ona tapşırılan sahəni öyrənəcək, ağırlığı üzərinə götürərək dövlət və cəmiyyət üçün müsbət işlər görə biləcək.

- İndi cəmiyyəti daha çox narahat edən məsələ monopoliya və oliqarxiyadır. Kadr islahatlarının davamı olaraq bu iki problem aradan qaldırıla bilərmi?

– Burada iki məqam var. Məsələn, Azərbaycanda oliqarxiya deyəndə hansı qüvvələrin nəzərdə tutulması, monopoliya deyəndə kimlərin bunun arxasında dayanması aydındır. Bunun da aradan qaldırılmasının bir yolu var. Oliqarxik və monopoliya daşıyıcıları və ya bunun arxasında duran qüvvələr görəvdən alınır. Bu istiqamətdə addımlar atılır. İkincisi, islahatları dərinləşdirmək yolu ilə elə vəziyyət yaranır ki, artıq oliqarxik münasibətlərə və monopoliyalara yer daralır. Beləliklə də oliqarxlar və monopolistlər öz-özünə ləğv edilir. Postsovet ölkələrində monopoliya və oliqarxiyanın asanlıqla aradan qalxacağı ehtimalı yoxdur, amma onların təsir dairəsinin daraldılması, proseslərə mənfi yüklü təsirlərinin qarşısının alınması üçün kifayət qədər imkanlar var. Bu proseslər gedir. Bir də mühitin sağlamlaşdırılması istiqamətində addımlar atılmalıdır. O mənada ki, kimsə öz vəzifəsindən sui-istifadə etmək istəyirsə, elə etmək lazımdır ki, bunu köhnə sistem çərçivəsində etdiyi miqyasda həyata keçirə bilməsin.

- Yəni demək istəyirsiniz ki, monopoliya və oliqarxiya hələ uzun müddət Azərbaycanın reallıqlarından biri olaraq qalmaqda davam edəcək?…

– Mən bu məsələyə münasibətdə nə optimist, nə də pessimistəm. Sovet məkanının təcrübəsindən çıxış edərək deyirəm ki, sovet sistemindən çıxan ölkələr demokratiya və bazar iqtisadiyyatına keçid yolunda müəyyən işlər görüb. Amma hələlik köhnənin dağıdılması və yeninin qurulmasını müqayisə edəndə, xüsusilə, sosial ədalət istiqamətində xeyli ədalətsizliklər var. Bu ədalətsizliyin çox hissəsi oliqarxiya, monopoliyadan və korrupsiya kimi neqativlərdən qaynaqlanır. Sadaladığım neqativlərin aradan qaldırılması istiqamətində ilk növbədə davamlı işlər görmək lazımdır. İkincisi, baxanda görürsən ki, postsovet ölkələrinin hamısında belə proseslər var. Ancaq bir var proseslərdə cəmiyyətin və idarəetmənin inkişafı o səvyyəyə çatıb ki, orada “tutulmayan oğru deyil” prinsipi işləyir. Hansısa prosesdə dövlət vəsaitindən sui-istifadə edib tutuldusa, mütləq istefa verməli və prosesdən kənarlaşmalıdır. Hətta ola bilsin ki, bu adam öz sahəsində bir nömrəli mütəxəssisdir. Amma faktlar açılan kimi kənarlaşdırılır. Bu “tutulmayan oğru deyil” prinsipindən doğur.
Bir də var ki, insanlar iri miqyasda korrupsiya, monopoliya ilə məşğuldur, hətta QHT-lər, media bu haqda danışır, lakin heç bir tədbir görülmür. Odur ki, məncə, indi müasir dövrün əsas tələblərindən biri də aşkarlığın artırılması, hesabatlılığın və şəffaflığın gücləndirilməsidir. Dövlət səviyyəsində götürdükdə, Hesablama Palatası xeyli dərəcədə işlər görür. QHT-lər və medianın bu məsələdə rolu həddən artıq böyükdür.

- Demək yeni mərhələ şəffaflıq və aşkarlıq prinsiplərini də özü ilə gətirəcək?…

– Biz indi o mərhələdə yaşayırıq və hamımız deyirik ki, islahatların alternativi yoxdur. Əgər biz iqtisadi artım templərini qaldırmaq, dövlət maliyyəsinin səmərəliliyini, əhalinin güzəranının yaxşılaşdırılmasını istəyiriksə, mütləq islahatları dərinləşdirmək, şəffaflığı və hesabatlılığın artırılması lazımdır. Başqa yol yoxdur.

- Əvvəl bəyan edirdiniz ki, Azərbaycanda islahatlara mane olan qüvvələr var. Sizcə, bu qüvvələr təmizlənib, yoxsa hələ də mövcuddur?

– Təkcə Azərbaycan deyil, bütövlükdə dünya təcrübəsindən çıxış edəndə görərik ki, islahatların tərəfdarları var, imitasiya edənlər var, açıq və ya gizli formada islahatlara qarşı çıxanlar var. Əslində burada qeyri-adi bir şey də yoxdur. Amma çalışmaq lazımdır ki, fikirdə, sözdə və işdə islahatların tərəfdarı olan insanların sayı çoxalsın. Əgər indi yuxarıdan islahatlara start verilibsə, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində addımlar atmaqla, əslində əhalinin islahatlarda iştirakçılığını, islahat kursuna dəstəyini artırmaq olar. Əhalinin daha geniş təbəqələri bu islahatlara qoşulanda artıq açıq və gizli formada islahatlara mane olmaq istəyində olanlar, arzulasalar da, prosesə ciddi miqyasda xələl gətirə bilməzlər.

loading...
loading...
Lotoreyadan 842 min dollar uduş qazanan adam indi də dəfinə tapdı - MARAQLI
Eskalatorun tutacağından tutmadığı üçün cəzalandırıldı - MARAQLI
Hər gecə ərinin bara getməyindən bezən qadın baxın nə etdi - MARAQLI
Gənc oğlan onunla ingilis dilində danışan qadını öldürüb beynini yedi - DƏHŞƏT...
Sərxoş qadın kişi sərnişinlərin yanına gedib... - RƏZALƏT...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Cavid Qurbanova İlin Millət Vəkili Fəxri Mükafatı təqdim edildi
Dünya
Suriyalı qaçqınlar Türkiyədə xoşbəxtdi, ölkələrinə qayıtmaq istəmirlər- Araşdırma...
Dünya
Polisin atdığı qaz kapsulu jurnalisti gözündən yaraladı - FOTO
Cəmiyyət
"Beynəlxalq yüklərin ən sərfəli marşurutla və ən münasib tariflərlə daşınması şansları məhz bizdədir"
Cəmiyyət
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb - FOTOLAR
Həftənin ən çox oxunanları
"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO
TANAP-ın açılış mərasimində qalmaqal: Ərdoğanın çıxışı nazirin etirazına səbəb olub...
Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
Putin az qala təyyarə qəzasında həlak olacaqdı...
Prezident daha bir məmuru işdən çıxardı
Viaqra yerinə sadəcə aspirin için - Türkiyəli həkimlərdən maraqlı araşdırma...
"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
"Rüfət Aslanlı kimi cılız tamahkir, Cahangir Hacıyev kimi yırtıcı onunla şahmat oyununda mat oldular"
“Qarabağ mitinqini Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi...”
“A.Akopyanın Mehriban Əliyevanı Qarabağa dəvət etməsi hesablanmamış bir addımdır...”-Erməni ekspert
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247