Xəbər lenti
07/12/2019 [01:49]:
Tramp birinci xanımla birlikdə ABŞ-ın baş Milad yolkasının işıqlarını yandırdı- FOTO
06/12/2019 [23:27]:
Sumqayıtın millət vəkili Avronest PA sesiyasında iştirak edəcək
06/12/2019 [23:14]:
Ötən il 140 min insanın həyatına son qoydu...
06/12/2019 [23:12]:
Mourinyunun fanatı bədəninə onun əksi olan 38 döymə etdirib - FOTO
06/12/2019 [23:11]:
Türkiyədə əhali küçələrə axışdı
06/12/2019 [23:07]:
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - YENİLƏNİB + FOTO
06/12/2019 [22:46]:
Ürəyi altı saat dayanan qadın xilas edildi
06/12/2019 [22:39]:
Tərcümə aparatı işləmədi, Putin almanca danışmağa başladı -VİDEO
06/12/2019 [22:35]:
Hulusi Akar: "Türkiyə terrorla mübarizədə yalnız buraxıldı"
06/12/2019 [22:33]:
"Bizi daha gərgin çempionat gözləyir"
06/12/2019 [22:08]:
TRACECA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06/12/2019 [22:04]:
Xaçmazda iki avtomobil toqquşub, ölənlər var - YENİLƏNİB
06/12/2019 [21:32]:
Sumqayıtda bina yandı, sakinlər təxliyə edildi
06/12/2019 [21:14]:
Məşhur soydaşımız haqda  yeni kitab nəşr edildi...-FOTO
06/12/2019 [21:10]:
Premyer Liqa: "Qarabağ" ilin son matçında heç-heçə edib
06/12/2019 [21:04]:
Deputat Yevda Abramov vəfat etdi
06/12/2019 [20:56]:
Gülnarə Kərimovanın cinayət işi ilə bağlı istintaq başa çatdı
06/12/2019 [20:54]:
Lotoreyadan 842 min dollar uduş qazanan adam indi də dəfinə tapdı - MARAQLI
06/12/2019 [20:33]:
Cavid Qurbanova İlin Millət Vəkili Fəxri Mükafatı təqdim edildi
06/12/2019 [20:24]:
Eskalatorun tutacağından tutmadığı üçün cəzalandırıldı - MARAQLI
06/12/2019 [20:10]:
Nailə İslamzadə: “Güclü qadının gücü ondadır ki, arxasında...”
06/12/2019 [20:06]:
Hər gecə ərinin bara getməyindən bezən qadın baxın nə etdi - MARAQLI
06/12/2019 [19:57]:
Azərbaycan gündəlik neft hasilatını azaldacaq
06/12/2019 [19:41]:
Gənc oğlan onunla ingilis dilində danışan qadını öldürüb beynini yedi - DƏHŞƏT...
06/12/2019 [19:39]:
Yeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıb
06/12/2019 [19:28]:
Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var
06/12/2019 [19:05]:
Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu
06/12/2019 [19:05]:
Rəmişdən ermənilərlə bağlı gözlənilməz ifadə - "Onlar da bizim balalarımızdır"
06/12/2019 [18:58]:
“Fiat” onun yoluna çıxan “Mercedes-Benz”in üstünə çıxdı - FOTO
06/12/2019 [18:50]:
Albaniya ATƏT-ə sədrliyi dövründə prioritetlərini açıqlayıb
06/12/2019 [18:43]:
Xoşqədəm efirdə hönkür-hönkür ağladı: "Özümü bağışlaya bilmirəm" - VİDEO
06/12/2019 [18:40]:
Şəmkirdə beş nəfərin öldüyü qəza ilə bağlı - ŞOK FAKTLAR
06/12/2019 [18:38]:
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
06/12/2019 [18:31]:
Tarix İnstitutunda Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək
06/12/2019 [18:27]:
“Rusiya özünə hörmət etməli, bu məsələdə prinsipial mövqe tutmalıdır...”
06/12/2019 [18:09]:
BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb
06/12/2019 [18:06]:
Paşinyan Aşotyanı məyus edib - “Azərbaycan mövqeyini daha da tanıtdı”
06/12/2019 [18:04]:
“Alman faşistlərinin törətdiyi cinayətlərə görə utanıram”
06/12/2019 [18:01]:
Toyda rəqs etməyən qadın üzündən güllələndi - VİDEO
06/12/2019 [17:56]:
Qondarma soyqırımının muzdlu havadarları- ELDAR HƏSƏNOV YAZIR
06/12/2019 [17:45]:
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib - FOTO
06/12/2019 [17:34]:
1000 manatlıq ayaqqabıyla məscidə girdi- polisə getməli oldu...-FOTO
06/12/2019 [17:33]:
ADU-da “Məni gözəl xatırla” adlı tədbir keçirilib - FOTO
06/12/2019 [17:18]:
Ərdoğan dördtərəfli zirvədə: "Siz bu haqqı haradan almısınız?"
06/12/2019 [17:15]:
MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI
06/12/2019 [17:13]:
"Kənddə yaşayan ananın əziyyəti başqadır..." - VİDEO
06/12/2019 [17:09]:
Qorxmaz Hüseynov: "Azərbaycanda su ehtiyatları məhduddur..." -FOTOLAR
06/12/2019 [16:56]:
"Atam evə buraxmadığı üçün 15 yaşından tək yaşayıram" - VİDEO
06/12/2019 [16:54]:
Polislərimiz bu gün 11.400 ağac əkdi - FOTO
06/12/2019 [16:48]:
Sergey Lavrov ABŞ-a səfər edəcək
06/12/2019 [16:45]:
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir
06/12/2019 [16:45]:
Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs tutulub - FOTOLAR
06/12/2019 [16:43]:
“Əgər özümüzü içimizdəki xəyanətkarlardan qoruya bilsək, torpaqlarımızı qısa müddətdə işğaldan azad edəcəyik...”
06/12/2019 [16:42]:
“İcmalar oyununa getməyək” – Eks-nazirdən ÇAĞIRIŞ
06/12/2019 [16:41]:
“Özəl kanallarda islahatlara ehtiyac var, bayağı müğənnilər efirə çox ayaq açıb...”
06/12/2019 [16:39]:
İspanlar Messiyə heykəl ucaldacaq
06/12/2019 [16:36]:
“Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görüldü - FOTO
06/12/2019 [16:22]:
DİQQƏT! Saxta pulu necə müəyyən etməli? - VİDEO
06/12/2019 [16:22]:
“Çelsi”yə tətbiq edilən transfer qadağası ləğv olundu
06/12/2019 [16:20]:
Məşhur müğənni ana olmaq üçün unikal yol seçdi - VİDEO
06/12/2019 [16:16]:
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06/12/2019 [16:05]:
BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib - FOTOLAR
06/12/2019 [15:58]:
Baş Prokurorluğun əməkdaşları beynəlxalq konfransda iştirak edib - FOTOLAR
06/12/2019 [15:50]:
Prezident və xanımı Şamaxıda ağac əkdi - FOTOLAR
06/12/2019 [15:45]:
“Misli görünməmiş miqdarda silah almışıq...”
06/12/2019 [15:43]:
NATO-nun ən güclü orduları açıqlandı - SİYAHI
06/12/2019 [15:38]:
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Uyğur türkləri ilə bağlı Türk Konseyinə MÜRACİƏTİ
06/12/2019 [15:18]:
Suriyalı qaçqınlar Türkiyədə xoşbəxtdi, ölkələrinə qayıtmaq istəmirlər- Araşdırma...
06/12/2019 [15:12]:
Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi
06/12/2019 [15:05]:
Qubada polislər ağacəkmə aksiyasında iştirak ediblər - FOTO
06/12/2019 [14:59]:
Türkiyə Rusiyadan növbəti partiya "S-400" raketləri alır
06/12/2019 [14:56]:
Habil Vəliyev azadlığa buraxılıb
06/12/2019 [14:54]:
Yunis Səfərovun cinayət işi məhkəməyə göndərilib
06/12/2019 [14:52]:
İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - FOTOLAR
06/12/2019 [14:48]:
Polisin atdığı qaz kapsulu jurnalisti gözündən yaraladı - FOTO
06/12/2019 [14:45]:
Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər
06/12/2019 [14:30]:
"Xalq artisti sərxoş və yarıçılpaq olan  xalq, ayılacaqsanmı?.."
06/12/2019 [14:25]:
"Beynəlxalq yüklərin ən sərfəli marşurutla və ən münasib tariflərlə daşınması şansları məhz bizdədir"
06/12/2019 [14:21]:
Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir - FOTO
06/12/2019 [14:18]:
ABŞ-ın “Qara Şahin”i qəzaya uğradı, hərbçilər öldü
Bütün arxiv bir sırada
18/11/2019 [19:23] - Cəmiyyət - ( 962 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Möcüz Şəbüstəri



1 Yazı

Azərbaycanın Şəbüstər şəhərində dünyaya gəlib, 16 il Türkiyədə-İstanbulda yaşamış Mirzə Möcüz Şəbüstəri (1873-1934) gənc yaşlarından dünyəvi və dini elmlərlə yaxından tanış olmuşdur. Təxminən 1904-1905-ci illərdə İstanbuldan Cənubi Azərbaycana-Şəbüstərə dönən Möcüz Vətənindəki cəhalətə, nadanlığa, milli ruhsuzluğa dözməyərək, bu dövrdən etibarən yalançı ruhanilərə, zülümkar məmurlara və irqçi aryançılara qarşı mübarizə aparmış, öz təbrincə desək, ana dilində milli maarifçi ruhlu “növhəxanlığ”a başlamışdır. O,1933-cü ildə Şəbüstərdən Şahrud şəhərinə sürgün edilmiş və bir il sonra da burada vəfat etmişdir.

Şəbüstəri milli-maarifçi ruhlu “növhəxanlığ”ında türklüyün və azərbaycanlılığın şovinist irançılar tərəfindən aşağılanmasına etiraz edərək yalnız müdafiə olunmaqla kifayətlənməyib, eyni zamanda Azərbaycan türklərinin milli haqlarının bərpasını kəskin bir dillə Qacarlar və Pəhləvilər hakimiyyətlərindən tələb etmişdir. Şübhəsiz, onun Qacarlarla Pəhləvilərdən tələbləri arasında xeyli dərəcə fərq var. Çünki onlardan biri, yəni Qacarlar türklüyünü unutdurlub farslaşmağa üz qoyduğu halda, Pəhləvilər Türklərin bütün varlığını inkar edərək onu assimilyasiya can atan ifrat irqçi bir rejim idi. 

O, hər şeydən əvvəl anlayırdı ki, Qacarlar dövlətini Türk sülaləsi idarə etsə də, faktiki olaraq burada daha çox əzilənlər və cəhalətin qurbanı olanlar da türklərdir. Üstəlik, Qacarlar dövlətinin başında dayananların çoxu türklüyü gerilik, vəhşilik kimi başa düşüb, türk dilində danışmağı belə özlərinə eyib hesab edirlər. O, yazırdı: 

Dünən şer ilə bir namə apardım şahi-İranə,
Dedi: “Torki nə midanəm, məra to beççə pəndari?”
Özü Türk oğlu Türk, amma deyir Türki cəhalətdir,
Xudaya, müzməhil qıl təxtidən bu ali-Qacari!
Ümidin kəsmə, Möcüz, yaz anan təlim edən dildə,
Gəzər bir ərmağantək dəftərin, bil, Çinü Tatari! 

Bu cür milli maarifçi ruhlu şeirləri ilə Möcüz Qacarların başında duranlara sərt bir formada türklüklərini xatırladır, onları qəfələt yuxusundan oyadaraq türklüyə – türk kimliyinə, türk dilinə, türk mədəniyyətinə arxa çevirməkdənsə, ona dayaq olmağa, ölkəni, o cümlədən hər vaxt Türklüyünn məbədgahı olmuş Azərbaycanı bərbad haldan abad hala gətirməyə çağırırdı. O, yazırdı:

O zaman xalq şadiman olacaq
Ki, vətən madəri-zəban olacaq.
Onda tehranlı nagiran olacaq
Əhli-Azərbaycanə, inşallah!

O, şeirlərində daha çox Məhəmməd Əli şah Qacarla Əhməd şah Qacarı tənqid etmişdir. Məsələn, Şəbüstərinin Məhəmməd Əli şaha olan nifrəti Məşrutiyyəti ləğv edib Məclisi-Millini topa tutdurması idi:

Bağladı Məclisi-Şuranı topa Məmmədəli,
Düşdü öz canına axır şərəri, mən neyləyim! 

Məhəmməd Əli şahın yerinə taxta oturdulan Əhməd şah Qacarı isə o, səriştəsizlikdə, mənasız və düşüncəsiz həyat sürməkdə, Vətən və millət qayğısından uzaq olmaqda ittiham etmişdir. Şəbüstərə görə, Millət qan ağlarkən sultanın ancaq yeməklərdən, musiqidən zövq alması və Avropa mehmanxanalarında kef-damaqla yaşaması qəbuledilməz bir haldır:

Əhli-xibrə qoydular qantarə, şahi çəkdilər,
Əlli batman istixanı gəldi, yüz batman əti...
Millət ağlarkən, o sazü-suz ilə məşğul idi,
Qarnı şişməzdi o qədri gər olaydı qeyrəti.
Qoydu şapqa başına, etdi Firəngistanə əzm,
Səhni-mehmnxanədə tüğyanə gəldi şəhvəti.

Bəlkə də, Şəbüstəri bir həqiqəti unudurdu ki, doğrudan da Əhməd şah özü siyastədə bacarıqsız, səriştəsiz olsa da, ancaq Qacarlar dövlətində hakimiyyət böyük ölçüdə faktiki olaraq ingilislərin və onun maşası olan irançıların əlində idi. Bu anlamda Şəbüstərinin böyük sevinclə qarşıladığı Xiyabani hərəkatı da Qacarlar dövlətindən çox ingilis ağalığına və irançı qılıqlı fars şovinizminə etiraz idi. Başqa sözlə, demokratik hərəkatın başlıca məqsədi Qacarları devirməkdən çox, onu formal hala gətirərək ölkədə ağalıq edən irançılara və onun havadarları ingilislərə öz yerini göstərmək olmuşdur. Bizcə, bir çox mütəfəkkirlərimiz kimi Şəbüstəri bu məqama çox da diqqət yetirməmiş, ölkənin acınacaqlı bir durumda olmasına görə əsasən Qacarları və onun hökmdarlarını görmüşdür. O, yazırdı:

O tacü təxtə oldu namizəd ali-Qəcər axir,
Yüz il qan ağladı millət, vəli, ahəstə-ahəstə,
Tükəndi qəlb evində səbr, ucaldı nalələr axir.
Vətəndə qalmadı bir yer ki, viran etməsin Qacar,
Fərar etdi vətəndən milləti-xunincigər axir.
Min üç yüz qırx iki il keçdi çün tarixi-hicrətdən,
Qəza səsləndi: zalim, dur görək, bəsdir yetər axir!...
Xilas oldu vətən, əhli-vətən, Möcüz, bihəmdüllah,
O taxtı badə verdi padişahi-bihünər axir!

Hətta, bu cür yanlış düşüncənin təsiri altında da Şəbüstəri Böyük Britaniyanın birbaşa dəstəyi ilə 1925-ci ildə Əhməd şahın formal hakimiyyətinə də son verilərək onun yerinə gətirilən Rza Mirpəncə, onun “Cümhuriyyət” quruluşu vədinə böyük ümidlər bəsləmişdir. O, “Cümhuriyyətə” şeirində yazırdı:

Saqiya! Bir badə ver əbnayı-cümhuriyyətə,
Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə,
Sakit ol, ahəstə gəl, tünd əsmə, ey badi-səba,
Qorxuram toz əyləşə simayi-cümhuriyyətə!
Bir para nadan kişi “Başsız bədən olmaz” deyər,
Bəs, demək vaqif  deyil mənayi-cümhuriyyətə.
Qurda verdi kəlləni çün kəlləsiz çobanımız,
Ol cəhətdən düşmüşük sövdayi-cümhuriyyətə.
Yaxud da o, yazırdı:
Sənə qurban olum, ey dəftəri-cümhuriyyət,
Bu gözəl toxum bizim yerdə çocuqlar, ya yox?
Ali-Qacar fələk salsa ayaqdan, cana,
Görəsən milləti-İran genə yuxlar, ya yox?

O, hesab etsə də ki, “zülmkar” Qacarların ağalığına son verilib onun yerinə “mütərəqqi”, “cümhuriyyətçi” Rza Mirpəncin gəlməsi ilə ölkədə qayda-qanun, ədalət bərqərar olacaq, ancaq çox keçmədən hər şey öz çılpaqlığı ilə ortaya çıxdı. Belə ki, “mütərəqqi” Rza Mirpənc Qacarların son dövründəki haqsızlığa, ədalətslziyə aryançı irqçiliyi də əlavə etməklə daha böyük fəlakətlərin əsasını qoymuşdur. Belə ki, ölkədə “tək İran milləti” yaratmaq istəyən Rza Mirpəncin özünü fars-“Pəhləvi” adlandıraraq türklərə qarşı apardığı irqçilik siyasəti Əhməd şahın dövründəki haqsızlığı, özbaşnalığı belə kölgədə qoymuşdur. Şübhəsiz, bunun daha ağrılı olduğunu dərindən anlayan Şəbüstəri üçün bunu, dilə gətirməmək mümkün deyildi:

Pəhləvizadə çıxıb taxta deyirlər, deyəsən
O qoyub başına taci-Qəcəri, mən neyləyim?!...
Gözü, qaşı, bədəni, hər bir yeri bənzər şahə,
Az imiş mədrəki, yoxmuş hünəri, mən neyləyim?!

Başqa bir şeirində isə Şəbüstəri yazırdı ki, dünənə qədər Cümhuriyyətdən danışan Rza da şahlıq həvəsinə düşərək taxta oturmaqla Əhməd şahdan də betər şəkildə zorakılıq üsullarına əl atmaqdadır. Əhməd şahın “qalın qafalığı” üzündən Qacarların hakimiyyətinə son qoyulduğuna, onun yerinə keçən Pəhləvilərin də ingilislərin aryançılıq ideologiyası ilə bir tərəfdən din-imandan uzaqlaşıb, o biri tərəfdən də türklərə divan tutmasını Şəbüstəri həzm edə bilmirdi:

Bəs ki, qalındı qafası, şikəmi misli kötük,
Eyləməz hərgiz ona qüssə əsər, Məmmədəli.
İnqraz aləminə qoydu qədəm ali-Qəcər,
Yerinə keçdi onun pəhləvilər, Məmmədəli.
Dinü iman gedər əldən, olusan əhli-səqər,
Dedim axir sənə mən etmə səfər, Məmmədəli. 
Börkü Allah yaradıb, şapqanı şeytani-rəcm,
Başuva qoyma onu, eylə həzər, Məmmədəli.
Özün oxşatma firəngə, urusa, gəl vətənə,
Düyəni bas başına misli-düsər, Məmmədəli.

İngiltərə tərəfindən Pəhləvilərin qeyri-qanuni şəkildə hakimiyyətə gətirilərək türklərə qarşı başlanan assimilyasiya siyasətini artıq dərindən anlayan Şəbüstəri üçün, əsas vacib olan bu məsələnin əsil mahiyyətini xalqa çatdırmaq idi. Bu anlamda o, bir tərəfdən “mütərəqqi”, “demokrat” Rza Pəhləvinin üzündəki maskasını çıxarmaq idi isə, digər tərəfdən də onun arxasında dayanıb aryançılığı təşviq edən İngiltərənin ifşa etmək idi. O, yazırdı:

Aman, ingilisin əlindən, aman!
Yeridir su altından hər gün saman,
Onun öhdəsindən gələmməz cahan,
Xuda, ingilisi özün vur yerə!

Deməli, Şəbüstəri Qacarlarla müqayisədə irqçi Pəhləvilərin İngiltərəyə arxalanaraq apardığı siyasəti daha qorxunc hesab etmişdir. Onun fikrincə, Pəhləvilərin hakimiyyətə gəlməsilə xüsusilə də türklər, o cümlədən Azərbaycan türkləri üçün bəla bir idisə, artıq ikiqat olmuşdur. Belə ki, ingilispərəst Vüsuqiddövlə və Qəvamüsəltənə ilə bir yerdə Rza Mirpənc türklərə divan tutur, onları zorla assimilyasiya edərək farslaşdırmağa çalışırdılar. O, yazırdı:

Gəhi bihəya qəsdi-İran edir,
Yığır Dari-Şurani viran edir,
Vüsuqi, Qəvami yenə xan edir,
Olur düşməni-can maliklərə. 

Şəbüstəri artıq şübhə etmirdi ki, vaxtlə ərəbləri Vəhabilik adı altında Osmanlıya qarşı qaldıran ingilislər indi Pəhləvilərin arxasında dayanaraq farslar istisna olmaqla “İran” xalqlarına, xüsusilə də Azərbaycan türklərinə divan tutmaqdadır.
Şəbüstəri hesab edirdi ki, bu kimi bəlalardan qurtulmağın tək yolu Azərbaycan türklərinin yenidən oyanışı və öz xəttini müəyyənlləşdirməsi ilə bağlıdır. Ona görə də M.Ə.Sabir kimi, millətin oyanması və tərəqqi etməsi məsələsinə daha çox diqqət yetirib, “mən xalqımı Sabir kimi oyadacağam” deyən Möcüz, Qərb millətlərinin oyandığı bir zamanda müsəlman xalqlarının hələ də, xabi-qəflətdən oyanmamasını, üstəlik çoxdan oyanmış millətlərim müstəmləkəsi halına düşməsini, ya da onların oyuncağına çevrilməsini qəbul edə bilmirdi:

Quruldu tazə aləm, aç gözün, eylə nəzər, millət!
O hansı elmdir – elmi ki, icad etdi telfuni,
Soruş hər yerdən istərsən, sənə versin xəbər, millət,
O elmin qüvvəsilə xəlq olundu çap maşini,
Basar səatdə öfraq üstünə min cür əsər, millət.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

loading...
loading...
Lotoreyadan 842 min dollar uduş qazanan adam indi də dəfinə tapdı - MARAQLI
Eskalatorun tutacağından tutmadığı üçün cəzalandırıldı - MARAQLI
Hər gecə ərinin bara getməyindən bezən qadın baxın nə etdi - MARAQLI
Gənc oğlan onunla ingilis dilində danışan qadını öldürüb beynini yedi - DƏHŞƏT...
Sərxoş qadın kişi sərnişinlərin yanına gedib... - RƏZALƏT...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Cavid Qurbanova İlin Millət Vəkili Fəxri Mükafatı təqdim edildi
Dünya
Suriyalı qaçqınlar Türkiyədə xoşbəxtdi, ölkələrinə qayıtmaq istəmirlər- Araşdırma...
Dünya
Polisin atdığı qaz kapsulu jurnalisti gözündən yaraladı - FOTO
Cəmiyyət
"Beynəlxalq yüklərin ən sərfəli marşurutla və ən münasib tariflərlə daşınması şansları məhz bizdədir"
Cəmiyyət
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb - FOTOLAR
Həftənin ən çox oxunanları
"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO
TANAP-ın açılış mərasimində qalmaqal: Ərdoğanın çıxışı nazirin etirazına səbəb olub...
Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
Putin az qala təyyarə qəzasında həlak olacaqdı...
Prezident daha bir məmuru işdən çıxardı
Viaqra yerinə sadəcə aspirin için - Türkiyəli həkimlərdən maraqlı araşdırma...
"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
"Rüfət Aslanlı kimi cılız tamahkir, Cahangir Hacıyev kimi yırtıcı onunla şahmat oyununda mat oldular"
“Qarabağ mitinqini Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi...”
“A.Akopyanın Mehriban Əliyevanı Qarabağa dəvət etməsi hesablanmamış bir addımdır...”-Erməni ekspert
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247