Xəbər lenti
24/01/2020 [00:27]:
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
24/01/2020 [00:26]:
Rafiq Əliyevlə bağlı iki möhtəşəm kitab təqdim ediləcək
24/01/2020 [00:24]:
Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - Video
24/01/2020 [00:13]:
SDU-da ənənəvi "Açıq qapı" günü keçirilib - FOTOLAR
23/01/2020 [23:56]:
Dəniz Baykal “donuz qripi”nə yoluxdu
23/01/2020 [23:33]:
Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrası üzrə tədbirlər davam etdirilir
23/01/2020 [23:23]:
Deputatlığa namizəd Biləcəri qəsəbəsində sakinlərlə görüşüb - VİDEO
23/01/2020 [23:12]:
"O, özünün yüksək mədəniyyəti, qayğıkeşliyi və xeyirxahlığı ilə seçilir..."
23/01/2020 [23:03]:
ABŞ İranın vurduğu bazaya “Patriot” yerləşdirir
23/01/2020 [22:44]:
Vaqif Əsədov: “Sürücülər yol polislərinə başqa şey təklif edirlər”
23/01/2020 [22:42]:
Azərbaycan və Türkiyə arasında dostluq əlaqələrinin daha da gücləndirilməsi müzakirə olundu
23/01/2020 [22:39]:
Alt paltarı ilə işə gələn polis məmuruna məhkəmə haqq qazandırdı - MARAQLI... + VİDEO
23/01/2020 [22:36]:
Qənirə Paşayeva seçiciləri ilə fərdi şəkildə görüşdü - FOTOLAR
23/01/2020 [22:24]:
"İranla ABŞ arasında silahlı toqquşma fəlakətlə nəticələnə bilər"
23/01/2020 [22:21]:
ABŞ-ın vitse-prezidenti dünyanı İrana qarşı çağırdı
23/01/2020 [22:19]:
Çində koronavirusa yoluxanların sayı 644-ə, ölənlərin sayı 18 nəfərə çatıb
23/01/2020 [22:17]:
Arvadının rəfiqəsi ilə paylaşdığı sirri öyrənən ər dərhal boşandı
23/01/2020 [22:15]:
İşçilərə verilən "cəza" bütün dünyanın diqqətini çəkdi - AĞLASIĞMAZ...+ VİDEO
23/01/2020 [21:49]:
Ziyad Səmədzadənin seçicilərlə qələbəlik görüşlərindən FOTOLAR
23/01/2020 [21:43]:
AzTV-dən müğənninin mənbəsiz iddialarına CAVAB: AzTV-nin bu adda solisti yoxdur
23/01/2020 [21:43]:
Leyla Əliyevadan bacısına təbrik -VİDEO
23/01/2020 [21:40]:
"“Vüsalə" adından iyrənirəm...”
23/01/2020 [21:39]:
Konstitusiya Məhkəməsinin hakiminə ağır itki üz verdi...
23/01/2020 [21:22]:
"Rəsmi Bakı mütləq "Qarabağ seçimi" ilə məşğul olmalıdır..."
23/01/2020 [21:20]:
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
23/01/2020 [21:01]:
Azay Quliyev İsrafil Haşımov, Üzeyir Hacıbəyli, Svetlana Məmmədova və Ənvər Əlixanlı küçələrinin sakinlərilə görüşdü - FOTOLAR
23/01/2020 [20:54]:
Hacı Salayev namizədliyini geri götürdü: “Deputat olduğuma peşman oldum”
23/01/2020 [20:32]:
“Postdan qaçan əsgər nə cəza alırsa, dərsdən qaçan şagird də o cəzanı almalıdır...”
23/01/2020 [20:22]:
Dəhşətli virus daha iki ölkəyə keçdi, təhlükə getdikcə artır
23/01/2020 [20:19]:
Azərbaycanda bədbəxt hadisə: 3 nəfəri "tok" vurdu
23/01/2020 [20:17]:
Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira
23/01/2020 [20:15]:
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
23/01/2020 [19:50]:
Klassik yaltaqlar gedir – modern yaltaqlar gəlir: nəsə dəyişərmi heç?..
23/01/2020 [19:40]:
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...” -
23/01/2020 [19:24]:
Ermənistanda hərbi hərəkətlənmə - 100-ə yaxın vertolyot havada...
23/01/2020 [19:23]:
Süleymanini vuran PUA-lar bu ölkədən qalxıb
23/01/2020 [19:17]:
Azərbaycan XİN Yerevanın 20 Yanvar hadisələri ilə bağlı şərhlərinə cavab verib
23/01/2020 [19:11]:
Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsi başlayır
23/01/2020 [19:03]:
İrəvan yenə təkrarladı: “Qarabağ Azərbaycana verilməyəcək”
23/01/2020 [19:01]:
Afinaya şok: Türklər muxtariyyət istəyir
23/01/2020 [18:57]:
Putin blokadada ölən qardaşı barədə danışdı
23/01/2020 [18:55]:
Bakıda itkin düşən şəxs qaçaqmalçı olub
23/01/2020 [18:49]:
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ADU-da olub
23/01/2020 [18:45]:
Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına BAŞLADI
23/01/2020 [18:45]:
Britaniya kral ailəsi haqda  satirik cizgi filmi çəkildi...-FOTO
23/01/2020 [18:42]:
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm”
23/01/2020 [18:26]:
MSK seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırmaya BAŞLADI
23/01/2020 [18:25]:
Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib
23/01/2020 [18:20]:
“Gənclər arasında vətənpərvərliklə bağlı müsabiqələrin keçirilməsi təqdirəlayqidir”
23/01/2020 [18:10]:
Ermənistanda dövlət çevrilişinin qarşısı alınıb
23/01/2020 [18:01]:
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
23/01/2020 [18:00]:
“Deputat seçilən deyil, toyuqlarımız əldən getdi...”
23/01/2020 [17:57]:
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərqi AÇIQLANDI
23/01/2020 [17:54]:
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23/01/2020 [17:13]:
İbtidai sinif müəllimlərinin sertifikasiyası doqquzuncu sinif səviyyəsində keçiriləcək? - RƏSMİ
23/01/2020 [17:03]:
Magistraturaya qəbul qaydaları açıqlandı
23/01/2020 [17:02]:
NASA-nın yer kürəsinə gətirməyə çalışdığı qızıl asteroid...- ARAŞDIRMA
23/01/2020 [16:45]:
Nazir müavini vətəndaşlarla görüşdü -FOTOLAR
23/01/2020 [16:35]:
Erməni nazir: “Qohumları Qarabağda saxlanılan Azərbaycan vətəndaşlarını ziyarət edə bilər”
23/01/2020 [16:35]:
Dünyanı qorxuya salan dəhşətli virusun müalicəsi tapıldı
23/01/2020 [16:19]:
"Nazirlik məsuliyyəti Baş Prokurorluğun üzərinə atdı" - Bloklanan saytın baş redaktoru
23/01/2020 [16:19]:
Həkimlərə müjdə - Maaşları artırılır
23/01/2020 [16:17]:
On yaşlı məktəblidən hamilə qalan qızın anası danışdı: “Abort haqqında düşünmürük”
23/01/2020 [16:16]:
“Vücudum istənilən cəsarətli bir geyimi insanlara nümayiş etdirməyə imkan verirsə, niyə də bunu etməyim?”
23/01/2020 [16:06]:
Toy kortejində silahdan atəş açıldı - VİDEO
23/01/2020 [16:01]:
Yerevanın mərkəzində İNSİDENT: Silahlı şəxs girov götürdü
23/01/2020 [15:58]:
İlham Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
23/01/2020 [15:37]:
Ermənistanda plastik paketlərin satışı qadağan olunacaq
23/01/2020 [15:34]:
Türkiyədə “donuz qripi” aşkarlandı
23/01/2020 [15:33]:
Füzulidə şəhid olan əsgər 26 ildən sonra Yevlaxda dəfn edildi - YENİLƏNİB + VİDEO
23/01/2020 [15:19]:
Azərbaycanda borcu olan 31 nəfər saxlanıldı
23/01/2020 [15:18]:
Putin İsrailə 5  uçaq və 200 nəfərlik heyətlə gəldi...-FOTOLAR+VİDEO
23/01/2020 [15:15]:
Qətlə yetirilən Nərminin əmisi İlkin Süleymanovun atasına cavab verdi
23/01/2020 [15:11]:
BDU-da imtahanlara ictimai baxış keçirilib -FOTOLAR
23/01/2020 [14:56]:
Azərbaycan Respublikasının müasir siyasi sistemində prezidentlik institutu...
23/01/2020 [14:53]:
Döyüş dinamikası və gələcək nəticələrin proqnozlaşdırılması... - ANALİTİKA
23/01/2020 [14:45]:
5 yaşlı Faiqin yaşaması sizin yardımınızdan asılıdır – Kömək edək!
23/01/2020 [14:31]:
Aqil Abbas Müşfiqabad qəsəbəsində Füzulidən olan müəllimlərlə görüşüb - FOTOLAR
23/01/2020 [14:31]:
Tanınmış ziyalılardan Ana Vətən Partiyasının sədrinə dəstək - VİDEO
23/01/2020 [14:23]:
Nanənin “estetik”li qalmaqalı: Bu dəfə dişləri müzakirə edildi
Bütün arxiv bir sırada
19/11/2019 [09:19] - Cəmiyyət - ( 980 dəfə baxılıb)

Bu gün Oxçu faciəsinin 100 ili tamam olur



Zəngəzur Cəmiyyətləri İctimai Birliyi bununla əlaqədar bəyanat yaymışdır. 

Bəyanatda deyilir: 

“100 il əvvəl bu gün - 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan nahiyəsinin Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanıb.

Qaniçən erməni başçılarından biri Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini də kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırlar kəsilib. Kişilər karvansaraya doldurularaq dinamitlərlə partladılıb, daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan hörmətli ağsaqqal, din xadimlərinin əl-ayaqları bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qocalar, uşaqlar və qadınları məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi axıb gedib. Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları gözəl görkəmdə ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən çıldırıb dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə aman verilməyib. Həmin dəhşətli gündə 1400 müsəlman-türk, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib.


İnsanlıq simasını itirmiş quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü, erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən müsəlman kəndlərində hər kəsi belə sonun gözlədiyini söyləsin.

Zəngəzurun bundan daha fəlakətli günləri qaniçən erməni-daşnak generalı Qaregin Njdenin 1919-cu il noyabrın 30-da verdiyi bu bədnam əmrlə başladı: “Qafan, Gorus, Meğri hərbi hissələrinə ƏMR. Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah sizin güclü hücumunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini buraxıb gedəcək...Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək...Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir. Qafan, Gorus, Meğri hərbi qüvvələrinin ümumi komandanı Njde.”

1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücumlarda ermənilər 118 türk-müsəlman və 22 erməni kəndindən ibarət Qafan nahiyəsinin müsəlmanlar yaşayan el-obalarının əhalisini insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət

edib yandırıblar. Atqız kəndinin əhalisi erməni hücumundan tez xəbər tutub çıxıb qaç¬mağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub hə¬lak olub. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalıb.

Zəngəzurun Qubadlı nahiyəsi də eyni müsibəti yaşayıb; noyabrın 26-dan başlayan hücumlarla Əliquluuşağı, Eyvazlı, Şurnuxu, Seytas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin və başqa 15 kəndini məhv edən ermənilər yanvarın 19-25-də bu bölgədə salamat qalan Qaladərəsi-Xocahan arası 48 kəndini də viran qoyublar.

Andronikin 1918-ci ilin yayından başlayaraq Zəngəzurun Sisian, Gorus, Laçın bölgələrində axıtdığı qanlar qurumamış, 1919-cu ilin noyabr-dekabr və 1920-ci ilin yanvarında bu dəfə Hamazasp, Dro, Qazaryan, Njdenin başçılıq etdiyi quldur dəstələri Zəngəzur qəzasının Qafan, Zəngilan, Meğri, Qubadlı bölgələrində 200-dək kəndi ciddi müqavimətlə üzləşmədən günahsız dinc insanların qanı ilə suvarmış, viran qoymuşdu.

1917-1920-ci illərdə Zəngəzur qəzasının 7892 kv.km ərazisindəki 406 yaşayış məntəqəsinin 314-də müsəlman türklər yaşayıb, yandırılıb xarabalığa çevrilən kəndlərin yarıdan çoxu məhz bu 3 ayın-1919-cu ilin noyabr-dekabr, 1920-ci ilin yanvar ayının payına düşür. Qəzanın əhalisinə qarşı əvvəlcədən cızılmış ssenari üzrə deportasiya və etnik təmizləmə, soyqırımı nəticəsində 1917-ci ildə Zəngəzurda yaşamış 123 min nəfər əhalinin 1926-cı ildə yalnız 5 mini viran qalan yurdlarına geri qayıda bilmişdi.


1920-ci illərdə Zəngəzurun Gorus, Sisian, Qafan, Mehri bölgələrindən sonra 1992-93-cü illərdə Azərbaycanda qalmış Laçın, Qubadlı, Zəngilan rayonları da dünyanı idarə edən xristian güclərin fəal, açıq hərbi-siyasi dəstəyi ilə ötən əsrin əvvəllərində sınaqdan keçmiş eyni üsullarla, bu dəfə həm də Dağlıq Qarabağ və digər ətraf bölgələrlə birlikdə Azərbaycandan qoparılıb Ermənistanın nəzarətinə verilmişdir.

Erməni Milli Şurası 1918-ci ilin 28 mayında müstəqil erməni dövlətinin yaradıldığını elan etdiyi ilk günlərdən etibarən tarixi Azərbaycan torpaqları hesabına sərhədlərinin genişləndirilməsi, Naxçıvandan Şuşaya qədər ərazilərin işğal edilib müsəlman əhalidən təmizlənməsi planını dövlət siyasətinə çevirmiş və bunu hərbi-siyasi himayədarlarının yardımı ilə həyasızlıq, məkrli hiyləgərlik, vəhşi inadkarlıqla gerçəkləşdirməyi bacarmışdır. (Mənbə: http://zengezur.com/KITABLAR/Z-r.-PDF1.pdf)

Bu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev tamamilə doğru olaraq bildirdi: “vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı.”

Bir əsr əvvəl Zəngəzurun Mehri-Qafan bölgəsinin işğalı ilə Naxçıvan və Türkiyənin Azərbaycanla birbaşa torpaq bütünlüyü aradan qaldırılmış, Türkmənçay müqaviləsi ilə iki yerə

parçalanmış Azərbaycanın şimal hissəsi bu dəfə yenidən iki yerə bölünmüş və 100 ildən bəri aramsız davam edən faciələrimiz, torpaq itkilərimiz üçün də zəmin yaradılmış oldu.

Oxçu faciəsinin 100-cü ilində bədnam tarixi xəyanətlə dolu olan Ermənistanın Azərbaycan türklərinin əzəli məskənlərindən olmuş Zəngəzurda günahsız insanlara qarşı törətdiyi soyqırımında şəhid olan minlərlə günahsız insanımızın xatirəsini, alınmamış qisaslarına görə bizdən incik ruhlarını hüznlə yad edirik, vətəndaşlarımızı tariximizin dərslərini unutmamağa, ibrət almağa, xalqımız, dövlətimiz üçün şərəf borcu olan - şəhid qanları ilə suvarılmış torpaqlarımıza qayıdışımız, ölkəmizin bütövlüyünün təmin olunması, daha güclü Vətən naminə hər kəsi, hamını milli birliyə çağırırıq.”

Alt paltarı ilə işə gələn polis məmuruna məhkəmə haqq qazandırdı - MARAQLI... + VİDEO
İşçilərə verilən "cəza" bütün dünyanın diqqətini çəkdi - AĞLASIĞMAZ...+ VİDEO
Əli Məsimlinin Oxud kəndində seçicilərlə görüşü keçirildi - FOTOLAR
Deputatlığa namizəd Mehdiabadda məskunlaşmış cəbrayıllılarla görüşdü - FOTOLAR
“Xamenei şiələr tərəfindən lənətlənəcək” – Hizbullahın keçmiş liderindən şok açıqlamalar
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Rəsmi Bakı mütləq "Qarabağ seçimi" ilə məşğul olmalıdır..."
Maraqlı
Britaniya kral ailəsi haqda  satirik cizgi filmi çəkildi...-FOTO
Köşə
“Deputat seçilən deyil, toyuqlarımız əldən getdi...”
Dünya
NASA-nın yer kürəsinə gətirməyə çalışdığı qızıl asteroid...- ARAŞDIRMA
Siyasət
Döyüş dinamikası və gələcək nəticələrin proqnozlaşdırılması... - ANALİTİKA
Həftənin ən çox oxunanları
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
İsrail sərnişin təyyarələrini raketlərdən belə qoruyur- Analoqu olmayan təhlükəsizlik sistemi (FOTOLAR)
Gürcülər Ermənistana gedən  dövlət yolunu bağladı...-FOTO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247