Son vaxtlar Rusiya və Ermənsitan arasında qarşılıqlı etimadın əhəmiyyətli dərəcədə azaldığı, bu səbəblə də hər iki ölkənin mediasında digər tərəflə bağlı qarşılıqlı ittihamların yer aldığı müşahidə edilməkdədir.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, son vaxtlar düşmən mediasında Rusiyanın Ermənistanı tərk edəcəyi ilə bağlı ehtimalların sayı artmaqdadır. Bəzi erməni siyasiləri hesab edir ki, Rusiya və Ermənistan arasında münasibətlərin hərtərəfli inkişafına rəğmən bütün fövqəldövltər kimi Rusiya da hər an “gənc müttəfiqi” olan Ermənistanı satmağa hazırdır.
Bu qəbildən olan siyasilər hesab edir ki, Rusiya Ermənistanı meydanda tək qoymağın xəyanət kimi qiymətləndiriləcəyindən çəkinməyəcək. Çünki “xəyanət və “əxlaqsızlıq” kimi anlayışlar yalnız zəif dövlətlər üçün mövcuddur. Fövqəldövlətlər "gənc müttəfiqlərini" tərk etməkdə və maraqlarına uyğun olduqda onları tərk etməkdə fövqəladə bir şey görmürlər”.
Erməni mediası iddia edir ki, Ermənistan Rusiyanın dəstəyinə ümid etməklə öpz gələcək faciəsini hazırlayır. Onların fikrincə, Ermənistanın yeganə yolu güclü ordu yaratmaq, öz təhlükəsizliyini bu yolla möhkəmləndirməkdir.
Seymur ƏLİYEV