Xəbər lenti
06/12/2019 [00:06]:
Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksiniz
06/12/2019 [00:03]:
"Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"
06/12/2019 [00:00]:
Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - ŞOK HADİSƏ
05/12/2019 [23:57]:
Xalq artisti Rafael Dadaşovun oğlu: "Atam palataya köçürülüb"
05/12/2019 [23:51]:
Dünyanın ən bahalı mənzilləri - FOTOLAR
05/12/2019 [23:41]:
Prezident İlham Əliyev: "Korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır"
05/12/2019 [23:39]:
Prezident: “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir"
05/12/2019 [23:39]:
"Biz həmin raketlərlə o ərazilərdəki strateji obyektləri vurub sıradan çıxarmalıyıq"
05/12/2019 [23:07]:
Hollandiyada cinayətkar qıtlığı: Həbsxanalar bağlanır
05/12/2019 [22:51]:
Məşhur narkobaronun adına telefon istehsal olundu: “iPhone”dan ucuzdur - VİDEO
05/12/2019 [22:46]:
Rusiyada futbol matçları zamanı stadionlarda pivə satışına icazə veriləcək
05/12/2019 [22:44]:
ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham edib
05/12/2019 [22:39]:
Merkel himn səslənərkən ayağa qalxmadı - VİDEO
05/12/2019 [22:37]:
Dövlət ümumi təhsil müəssisələri “həyəcan” düyməsi ilə təchiz olunacaq
05/12/2019 [22:36]:
Fransada keçirilən etiraz aksiyalarında 450 mindən çox insan iştirak edir
05/12/2019 [22:34]:
Nazir polkovniki vəzifəsindən azad etdi
05/12/2019 [22:32]:
Prokuror kafedə müdirini qətlə yetirən şəxsə ağır cəza istədi
05/12/2019 [22:07]:
Qaz tranzitinə dair Ukrayna-Rusiya danışıqları baş tutmayıb
05/12/2019 [22:06]:
Bu arayışları elektron qaydada almaq mümkün oldu
05/12/2019 [22:04]:
Sərxoş qadın kişi sərnişinlərin yanına gedib... - RƏZALƏT...+ VİDEO
05/12/2019 [22:04]:
Mühafizə müdiri ona qapı açmayan qadınları vəhşicəsinə döydü - VİDEO
05/12/2019 [21:56]:
"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
05/12/2019 [21:41]:
Meydan Hərəkatının dağıdılması haqda qərarı Artur Rasi-zadə imzalayıb...-TARİX
05/12/2019 [21:38]:
6,5 saat ürəyi dayanan qadın həyata qaytarıldı - İNANILMAZ...
05/12/2019 [21:36]:
İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə verib
05/12/2019 [21:27]:
“OLYMPUS”un fəaliyyətindən narazılıq: Sirkətin əməkdaşları haqda qoçuluq ittihamı...
05/12/2019 [21:27]:
Pakistan gözəli faciəli şəkildə yol qəzasında öldü - FOTO
05/12/2019 [21:24]:
Samir Şərifov: "Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 milyon dollar ayıracaq"
05/12/2019 [21:24]:
Azərbaycanda ayıların kəndə hücumu kameraya düşdü - VİDEO
05/12/2019 [21:21]:
Dünyanın ən gözəl qızının çimərlik görüntüləri yayıldı - FOTOLAR
05/12/2019 [21:07]:
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
05/12/2019 [21:07]:
Erməni müxalifəti Nikol Paşinyanın psixi vəziyyətini yoxlamaq üçün pul toplayır...
05/12/2019 [21:02]:
"Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
05/12/2019 [21:00]:
Kraliçanın sarayında Yeni il hazırlıqları başladı - FOTOLAR
05/12/2019 [20:50]:
Ölkə başçısı Şamaxıda zəlzələdən zərər görmüş ailələr üçün yeni tikilmiş bina ilə tanış olub - FOTO
05/12/2019 [20:50]:
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
05/12/2019 [20:46]:
"Ermənistan cəmiyyəti yaxşı yaşamaq üçün dəyişiklik edib"
05/12/2019 [20:06]:
Polşa 8 min qızıl külçəni İngiltərədən geri aldı - 4 milyard funt-sterlinq dəyərində...
05/12/2019 [19:39]:
Homoseksual olduğunu düşündüyü oğlunu yol kənarına atıb qaçdı - FOTO
05/12/2019 [19:39]:
Nazir: "Ermənistan ATƏT məkanında ən hərbiləşdirilmiş dövlətdir"
05/12/2019 [19:36]:
Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası rekord qiymətə satışa çıxarıldı
05/12/2019 [19:32]:
Lukaşenko: "Belarus heç vaxt Rusiyaya birləşməyəcək"
05/12/2019 [19:28]:
İran öldürülən etirazçıların "şəhid"liyini tanıyır: "Onların yaxınları "qanpulu" alacaq..."
05/12/2019 [19:21]:
Borcu geri almaq istəyən şəxs yeddi avtomobilin şüşəsini qırdı - VİDEO
05/12/2019 [19:18]:
İlham Əliyev Şamaxıda avtomobil yolunun açılışında iştirak edib
05/12/2019 [19:12]:
Prezident Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
05/12/2019 [18:38]:
"Lal və yarımlal deputatlar "kompassız gəmi" kimi iqtidarın üz qarası oldular..."
05/12/2019 [18:33]:
Nurlana Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edildi
05/12/2019 [18:24]:
Prezident İlham Əliyev Şamaxıda səfərdədir
05/12/2019 [18:18]:
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
05/12/2019 [18:17]:
“Borçalı Cəmiyyəti” bəyanat yaydı...
05/12/2019 [18:15]:
Heydər Əliyev Fondu “Azərbaycan” pavilyonuna görə xüsusi mükafata layiq görülüb
05/12/2019 [18:14]:
“Kəlbəcər yolu qardan təmizlənir...-  Gorus-Laçın-Xankəndi yolu açıqdır...”
05/12/2019 [18:13]:
Xudatda çirkab suları daşıyan avtomobil qəzaya uğrayıb, ətrafı üfunət bürüyüb - VİDEO
05/12/2019 [18:09]:
Ukrayna polisi “TIR” sürücüsünə silah çəkdi - Korrupsiyanın tüğyan etdiyi ölkə...
05/12/2019 [18:08]:
Şenol Güneş Bakıdan razılıqla qayıdıb
05/12/2019 [18:00]:
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
05/12/2019 [17:59]:
Erməni fitnəkarlığı... - Bu dəfə ruslara qarşı
05/12/2019 [17:57]:
İlham Əliyev yeni komissiya yaratdı - SƏRƏNCAM
05/12/2019 [17:55]:
“Vətən məndən başlanır” - UNEC
05/12/2019 [17:54]:
Fuad Muradov: "Ermənilər bir təxribat törədəcəklərsə, on qat cavabını alacaqlar" - VİDEO
05/12/2019 [17:49]:
İmamoğlu “Bloomberg”in siyahısında
05/12/2019 [17:43]:
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
05/12/2019 [17:41]:
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
05/12/2019 [17:40]:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,8 milyon manat ayrılıb
05/12/2019 [17:33]:
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
05/12/2019 [17:26]:
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
05/12/2019 [17:23]:
YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI
05/12/2019 [17:18]:
Baş Nazirin köməkçisi və Nazirlər Kabineti Aparatının yeni şöbə müdiri təyin edilib
05/12/2019 [17:10]:
Türkiyə XİN rəhbərindən Qarabağ açıqlaması
05/12/2019 [16:48]:
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
05/12/2019 [16:46]:
Milli Məclisə növbədənkənar seçkilərin tarixi açıqlanıb - SƏRƏNCAM
05/12/2019 [16:33]:
Müəllim oğlunun dostu olan şagirdiylə cinsi münasibətdə oldu -FOTOLAR
05/12/2019 [16:31]:
Salyanın beş kəndində mavi qaz yoxdur -Rayonda yerli qurumlar niyə işləmir?
05/12/2019 [16:28]:
Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC
05/12/2019 [16:25]:
Ceyhun Bayramov ƏMR verdi
05/12/2019 [16:00]:
“Altın Kələbək”in builki namizədi: Bu dərəcədə bizi alçatmaq nəyə lazım idi?
05/12/2019 [15:57]:
Əli Zülfüqaroğlu “AZE Nakhchivan SK” (Köln) Furbol Klubunun Azərbaycan üzrə koordinatoru seçilib
05/12/2019 [15:45]:
Sarkisyan: “Qarabağ danışıqları fonunda məni “aradan çıxarmaq” istəyirlər”
05/12/2019 [15:37]:
Bu rayonlara qar yağdı - Faktiki hava
Bütün arxiv bir sırada
20/11/2019 [09:54] - İqtisadiyyat - ( 604 dəfə baxılıb)

“Neft-kimya strategiyamızın əsas istiqaməti yüksək əlavə dəyər yaradan məhsullar istehsal etməkdir”



Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov "Argus Media"ya müsahibə verib. 

"Report" həmin müsahibəni təqdim edir:

- Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya prosesini təsvir edə bilərsinizmi?

- Burada işlər 2015-ci ildə başlanılıb. Əsas hədəflər “Avro 5” standartında yanacaq istehsal etmək, növbəti 15-20 il ərzində tələbatı qarşılamaq üçün istehsal həcmini artırmaq, etibarlı, davamlı, təhlükəsiz və ekoloji təmiz istehsal həcmi yaratmaqdır. Biz illik avtomobil benzini istehsalını 1,3 mln. tondan 2,2 mln. tona, dizel yanacağı istehsalını 1,9 mln. tondan 2,9 mln. tona, təyyarə yanacağı istehsalını 600 min tondan 1 mln. tona çatdırmaq istəyirik.

Biz layihəni iki hissəyə bölmüşük. Paket A Dizel yanacağının hidrotəmizlənməsi, C4 hidrogenləşmə, İzomerləşmə, MTBE, Hidrogen alınma daxil olmaqla yeni qurğuların inşasını əhatə edir. Ümumilikdə, 14 yeni qurğunun inşası nəzərdə tutulur. Paket B isə Vakuum Qazoylun Hidrotəmizlənməsi, Katalitik Krekinq, Katalitik Riforminq daxil olmaqla mövcud qurğuların rekonstruksiyasını nəzərdə tutur.

Biz 2017-ci ildə “Maire Tecnimont” şirkətini Paket A, “Tecnicas Reunidas” şirkətini isə Paket B üzrə podratçı olaraq seçmişik. Paket A üzrə işlərin 58%-dən çoxu icra olunub və işlər qrafik üzrə irəliləyir. Biz bu paket üzrə işləri 2021-ci ilin IV rübündə yekunlaşdırmağı və “Avro 5” standartında dizel istehsalına başlamağı planlaşdırırıq. “Avro 5” standartında avtomobil benzini istehsalına isə 2022-ci ilin I yarısında başlanılacaq.

2018-ci ilin oktyabr ayında zavod təmirə dayanan vaxt “Tecnicas Reunidas” Paket B-dəki bəzi qurğuların rekonstruksiya üçün vəziyyətinin yaxşı olmadığını müəyyənləşdirdi. Nəticədə layihə idarəçiliyi üzrə podratçı “Wood Group”, “Amec Foster-Wheeler Italiana” törəməsinin yüksək tövsiyəsi ilə planlaşdırılan rekonstruksiya əvəzinə yeni qurğular inşa olunması barədə qərar verildi. Yeni qurğuların inşasının 2024-cü ilin sonu, 2025-ci ilin əvvəllərində tamamlanması gözlənilir.

Daha çox yeni qurğuların inşasını nəzərdə tutan bu yeni strategiya bizə həcmləri tənzimləməyə imkan verir. Bu, həmçinin gələcək istehsalı yanacaq və neft-kimya xammalında yenilənmiş marketinq ssenarisinə uyğunlaşdırmağa imkan yaradır. Bu, neft emalı zavodunun ilkin istehsal göstəricilərini tamamilə dəyişdirə bilər. Hazırda yeni qurğular işə düşənədək mövcud qurğuların sağlam və işlək olduğuna əmin olmaq üçün mini-modernizasiya işləri görəcəyik.

Modernizasiya layihəsinin əhəmiyyətli hissəsi yekunlaşıb. Biz ötən il illik istehsal gücü 400 min ton təşkil edən yeni bitum qurğusunu istismara verdik. Bundan başqa, LPG doldurma stansiyası da istismardadır.

- Layihə yekunlaşanda daxili bazarın tələbatını tam ödəyə biləcəksinizmi?

-Əlbəttə. Zavod hətta hazırki istehsal gücündə belə Azərbaycanda daxili tələbatı tam ödəyir və ildə 500 min ton dizel yanacağı ixrac edilir. Bu layihə yekunlaşdıqdan sonra təxminən 25% benzin, 40% dizel və təyyarə yanacağı ixrac etməyi planlaşdırırıq.

- Əsas ixrac bazarları hansılardır?

- Gürcüstan və Türkiyə bizim əsas hədəf bazarlarımızdır. Bəzi həcmlər isə Aralıq dənizi regionuna ixrac edilə bilər.

- Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri yekunlaşdıqdan sonra üçüncü tərəflərin xam neftinin emalı razılaşmasına əsasən digər şirkətlər zavodun güclərindən istifadə edə bilərmi?

- Biz üçüncü tərəflərin xammalının təminatını istisna etmirik.

- Neft-kimya strategiyanızı təsvir edə bilərsinizmi?

- Son bir neçə ildə bu istiqamətdə çoxlu işlər görülüb. Gələn il SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində yenidənqurma işlərini yekunlaşdıracağıq. Ötən il “SOCAR Polymer” layihəsi çərçivəsində Yüksəksıxlıqlı polietilen və Polipropilen zavodları istismara verilib. Bu zavodlar daxili tələbatı tam ödəyəcək və məhsulun böyük hissəsi ixrac olunacaq. Bu il yeni Karbamid zavodu da istismara verilib, həmçinin bir neçə il əvvəl SOCAR Metanol zavodunu işə salıb.

İllik 10 mlrd. kubmetr həcmində Qaz Emalı Zavodu, həmçinin Polimer qurğuları daxil olmaqla inteqrə olunmuş “SOCAR GPC” kompleksinin inşası planlaşdırılır. Bu kifayət qədər böyük layihədir və Yekun İnvestisiya Qərarının verilməsi gözlənilir.

SOCAR-ın neft-kimya strategiyası əsasən yüksək əlavə dəyər yaradan məhsullar istehsal etməkdir. Bu bizə daxili tələbatı ödəməyə, kiçik və orta sahibkarlığın inkişafına, aşağı qiymətə xammal təchizatı ilə yekun istehlak məhsulunda rəqabət yaratmağa imkan verəcək.

- Əvvəllər Bakıdan kənarda yeni neft emalı zavodunun inşası planlaşdırılırdı. Bu, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası ilə əvəzləndi?

- Bu yeni Neft emalı, Qaz emalı və Kimya zavodlarının inşasını nəzərdə tutan Neft-Qaz Emalı və Neft-kimya Kompleksi (OGPC) layihəsi idi. Bu layihə artıq hazır idi, lakin 2014-cü ildə dünya bazarında neftin qiymətinin düşməsi ilə SOCAR “Azərikimya”nın zavodu və mövcud neft emalı zavodunun modernizasiyasına qərar verdi. “SOCAR GPC” layihəsi OGPC layihəsinin kiçik versiyasıdır, lakin kompleksin eyni ərazidə inşası nəzərdə tutulur.

- Modernizasiya işləri yekunlaşdıqdan sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda emal dərinliyi nə qədər olacaq?

- Modernizasiyadan sonra ağır məhsulların istehsalını minimuma endirəcəyik. Biz indi də mazut istehsalı etmədən əməliyyatlarımızı həyata keçiririk. Yalnız ölkənin elektrik sektorunda mazuta ehtiyac yaranarsa, onu istehsal edərik. Lakin hazırda buna ehtiyac yoxdur, çünki Azərbaycanın elektrik stansiyalarının əksəriyyəti qazla işləyir. Bizim əsas məqsədimiz modernizasiyadan sonra yüngül məhsulların çıxımını artırmaqdır. Biz gözləyirik ki, bu 87%-dən aşağı olmayacaq.

- Keçmiş “Azərneftyağ” zavodunda nə olacaq?

- “Azərneftyağ” zavodunun iki xammal qurğusu və bir bitum qurğusu Heydər Əliyev adına zavoda birləşib. Onların istehsal həcmləri hələ də işləkdir, lakin Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri yekunlaşandan sonra keçmiş “Azərneftyağ” zavodu bağlanacaq. Zavodumuzun modernizasiya layihəsi dünyada ən çətin layihələrdən biridir, çünki istismarda olan bir zavodda sağlamlığa, təhılükəsizliyə və ətraf mühit məsələrinə yüksək dərəcədə diqqət yetirməklə yeni qurğuları inşa edirik.

- STAR zavodunun uğurlu fəaliyyətindən sonra xaricdə yeni neft emalı zavodunun inşasını nəzərdə tutursunuzmu?

- Düşünmürəm ki, elə bir planımız var. SOCAR Türkiyəyə indiyədək 14-15 mlrd. dollarlıq bir investisya qoyub. Bura illik istehsal gücü 10 mln. ton olan STAR neft emalı zavodu, əsas səhmdar olaraq çıxış etdiyimiz nəhəng neft-kimya kompleksi “Petkim” və ökənin qaz, nəql və paylama sisteminə investisiyalar daxildir.

SOCAR həmçinin tərəfdaşı BP ilə birlikdə STAR zavodunun yaxınlığında yeni neft-kimya kompleksinin inşasını nəzərdə tutur. SOCAR BP Aromatiklər kompleksi ilə bağlı yaxın vaxtlarda Yekun İnvestisya Qərarının verilməsi gözlənilir. Bu zavodun layihəsi logistik üstünlüklərə malikdir, çünki birbaşa bitişik olan ixrac terminalına bağlıdır. Eyni zamanda, yaxınlıqda yerləşən STAR zavodu yeni layihələndirilən zavodumuzu xammalla təchiz edəcək. Onun STAR-la ortaq bir infrastuktura malik olması 400 mln. dollara qədər qənaət etməyə imkan yaradacaq. Aromatiklər kompleksi 1,8 mlrd. dollara başa gələcək. Bu məbləğin böyük hissəsi layihə maliyyələşdirilməsi hesabına həyata keçiriləcək.

- Azərbaycandan kənarda neft emalı zavodu almaq planlarınız varmı?

- Bizim belə planlarımız yoxdur. Biz bazardakı bütün təklifləri dəyərləndirəcəyik. SOCAR zavod almağı planlaşdırmır.

- STAR zavodunun uğurlarını necə qiymətləndirirsiniz?

- Layihə bizim gözləntilərimizə uyğun olaraq işləyir. Zavod ildə 4,8 mln. ton dizel yanacağın istehsalı ilə Türkiyənin ticarət balansında kəsirin bir hissəsini qarşılayır.

- Zavodun əsas xammalı “Urals” nefti olacaq, yoxsa digər xammalın məsələn, İraq sortu xam neftin də alınması nəzərdə tutulur.?

- Əvvəla, biz üç növ - “Kərkük”, “Urals” və “Azeri Light” markalı neftin istifadəsini nəzərdə tuturduq. İndiyə kimi, əsasən “Urals” neftindən istifadə edilib. Lakin STAR mürəkkəb quruluşu olan zavoddur. STAR tərkibində kükürdün çox və ya az olan, həmçinin ağır və ya yüngül olan müxtəlif növ neftləri emal edə bilər. Biz indiyə kimi, “Urals” neftindən istifadə etmişik, lakin bu demək deyil ki, gələcəkdə məhz bu brenddən mütləq istifadə olunacaq. Məsələn, STAR bu yaxınlarda Liviyadan karqo qəbul edib. Biz gələcəkdə daha çox ağır növlərin istifasinə hazırlaşırıq.

loading...
loading...
Sərxoş qadın kişi sərnişinlərin yanına gedib... - RƏZALƏT...+ VİDEO
6,5 saat ürəyi dayanan qadın həyata qaytarıldı - İNANILMAZ...
Polşa 8 min qızıl külçəni İngiltərədən geri aldı - 4 milyard funt-sterlinq dəyərində...
Homoseksual olduğunu düşündüyü oğlunu yol kənarına atıb qaçdı - FOTO
Milli Məclisə növbədənkənar seçkilərin tarixi açıqlanıb - SƏRƏNCAM
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“OLYMPUS”un fəaliyyətindən narazılıq: Sirkətin əməkdaşları haqda qoçuluq ittihamı...
Hadisə
Ukrayna polisi “TIR” sürücüsünə silah çəkdi - Korrupsiyanın tüğyan etdiyi ölkə...
Cəmiyyət
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Cəmiyyət
Salyanın beş kəndində mavi qaz yoxdur -Rayonda yerli qurumlar niyə işləmir?
Cəmiyyət
Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...
Həftənin ən çox oxunanları
Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
TANAP-ın açılış mərasimində qalmaqal: Ərdoğanın çıxışı nazirin etirazına səbəb olub...
"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO
Putin az qala təyyarə qəzasında həlak olacaqdı...
Prezident daha bir məmuru işdən çıxardı
Viaqra yerinə sadəcə aspirin için - Türkiyəli həkimlərdən maraqlı araşdırma...
"Rüfət Aslanlı kimi cılız tamahkir, Cahangir Hacıyev kimi yırtıcı onunla şahmat oyununda mat oldular"
Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
“Qarabağ mitinqini Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi...”
Yeni Milli(!) Məclisdə kimlər və nələr olmayacaq?..
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247