Türk ordusu gəlməsəydi, bu siniflər hələ də şagidlərə deyil, “Katyuşa”lara qucaq açacaqdı…
Moderator.az xəbər verir ki, “Sülh Çeşməsi” əməliyyatının keçirildiyi bölgədə həyatın normallaşdırılması çərçivəsində PKK/YPG-nin dağıtdığı məktəblərin müəyyənləşdirilərək təmir və bərpa işləri başlayib.
Bu çərçivədə 2019-cu ilin noyabr ayının 17-də Rəsulaynda
keçirilən baxış zamanı texniki peşə məktəbi, oğlan peşə məktəbi, qız peşə məktəbi
və texniki təmayüllü liseyin olduğu şəhərciyin PKK/YPG terrorçuları tərəfindən təhsilə
bağlandığı, məktəblərin terror təşkilatı üçün “Katyuşa” tipli raketləri ata bilən raketatıcı qurğuların istehsal
mərkəzinə çevrildiyi və siniflərin yararsız hala salındığı məlum olub.
Terrorçuların şəbəkə kimi bütün şəhəri əhatə edən
yeraltı tunelləri qazmaq üçün istifadə etdiyi maşın və avadanlıqlarla birlikdə,
çox sayda silah-sursat ələ keçirilərək məktəblərin qapılarının yenidən təhsilə
açılması üçün dövlətin digər müəssisə və təşkilatları ilə birlikdə ehtiyacların
müəyyən edilməsi, təmir və abadlıq işlərinə başlanılıb.
Məlumat üçün qeyd edək ki, türk ordusu
terrorçulardan azad etdiyi ərazilərdə həm sosial, həm də humanitar xarakterli
geniş kampaniyalar həyata keçirməkdədir. Məqsəd terrordan əziyyət çəkən bölgənin
yenidən normal həyata qayıtmasına yardım etmək, terrorçuların zülmə və işgəncəyə
məruz qoyduğu insanları rifaha qovuşdrumaqdır.
Seymur ƏLİYEV
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247