Xəbər lenti
13/12/2019 [20:46]:
"Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir"
13/12/2019 [20:36]:
“Deyəcəklər ki, gərək, daha pis söyüşlər söyərdin” - Oksana Rəsulova
13/12/2019 [20:29]:
ADPU-da “Nəsimi-650” kitabının təqdimatı keçirilib
13/12/2019 [20:27]:
UNEC-dən “Musiqidən- Ürəklərə” adlı inklüziv konsert proqramı… - FOTOLAR
13/12/2019 [20:21]:
“Hakimə dedim ki, qiyamət günündə də Allah sənə "qırmızı" verəcək"
13/12/2019 [20:13]:
Kraliça Elizabet sosial media hesablarını idarə edəcək adam axtarır - 50 min strelinq alacaq...
13/12/2019 [20:09]:
Qasırğa zamanı təyyarələrin təhlükəli enişinin görüntüləri yayıldı - VİDEO
13/12/2019 [20:05]:
Qubada məktəb binası yandı - Foto
13/12/2019 [20:04]:
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
13/12/2019 [20:02]:
Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub
13/12/2019 [19:45]:
Boris Conson hökuməti formalaşdırmaq üçün Kraliçadan icazə aldı
13/12/2019 [19:40]:
Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı
13/12/2019 [19:24]:
"Torqovı"da insanlara hücum edən şəxslərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT/FOTO
13/12/2019 [19:20]:
ABŞ Talibanla sülh danışıqlarını qısa müddətə təxirə salır - Vaşinqtonun xüsusi elçisi
13/12/2019 [19:16]:
İngiltərə Kraliçasından iş elanı: Rəqəmsal texnologiya mütəxəssisi axtarır...
13/12/2019 [19:15]:
Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində - FOTO/VİDEO
13/12/2019 [19:08]:
Mariya Şarapova məşhur seriala çəkilir
13/12/2019 [19:06]:
"Ermənistan XİN başçısı ölkədaxili neqativ reaksiyadan çox qorxur"
13/12/2019 [18:51]:
İnəklərinə uşağı kimi baxan qadın onlara geyim hədiyyə etdi - MARAQLI
13/12/2019 [18:28]:
Qərb Rusiyaya “misli görünməmiş hücum” planlaşdırır: Həm də “Qələbə Günü”ndə...
13/12/2019 [18:24]:
Filmi ABŞ-ın 18 telekanalında yayımlanmış azərbaycanlı dramaturq...- VİDEO
13/12/2019 [18:10]:
10 lüks avtomobili cızan uşağa verilən cəza bəlli oldu - MARAQLI
13/12/2019 [18:01]:
Məktəblilərimiz tarixi uğura imza atıblar - FOTO - VİDEO
13/12/2019 [18:01]:
"Biz rəhmdilik, yoxsa düşmənə qarşı amansız olmağa cəsarətimiz çatmır?"
13/12/2019 [17:58]:
“Yağışın altında qalan tanımadığım qadını qucağıma alıb evimə gətirmişəm” - VİDEO
13/12/2019 [17:47]:
Yevda Abramovun Amerikada yəhudilərə dedikləri, diplomat Nəsimi Ağayevin narahatlığı və maraqlı son...
13/12/2019 [17:44]:
Nüsrət “əsər”ini 1 milyard 250 milyon dollara satışa çıxardı
13/12/2019 [17:41]:
Məhərrəm Əliyev yeni vəzifədə ilk müşavirəsin keçirdi - FOTOLAR
13/12/2019 [17:39]:
Senatın “erməni soyqırımı” haqda qərarına görə ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb
13/12/2019 [17:37]:
Kəmalə Qaramollayeva: “Ərimin yanında daha açıq-saçıq geyinirdim” - FOTOLAR
13/12/2019 [17:09]:
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
13/12/2019 [17:02]:
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb - FOTOLAR
13/12/2019 [16:58]:
“Azərbaycan qavrayış problemi yaşayır” – İrəvan təhqir etdi və hədələdi...
13/12/2019 [16:57]:
ADPU-da akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı
13/12/2019 [16:56]:
İlham Əliyev Dövlət Agentliyinə 15,4 milyon manat ayırdı
13/12/2019 [16:50]:
Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub
13/12/2019 [16:44]:
AST Telmanın qardaşı nəvəsi Bakıda həbs edilib - lüks maşın həvəskarı olub
13/12/2019 [16:44]:
Bakıda ağac lüks avtomobillərin üstünə aşdı: Sahibinin axşam toyu olacaq - VİDEO
13/12/2019 [16:42]:
Polad Bülbüloğlu: "Samur çayı üzərindəki körpü dekabrın 24-də açılacaq"
13/12/2019 [16:41]:
"Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi
13/12/2019 [16:40]:
Paralimpiyaçılar arasında Azərbaycan çempionatı keçirilib
13/12/2019 [16:39]:
“Erməni və rusların ciddi-cəhdlə qoruduqları  o təpədə nə olduğunu heç kəs bilmirdi...”
13/12/2019 [16:37]:
Məxfi əməkdaşlığa cəlb olunmuş bir nəfər müəyyən edilib
13/12/2019 [16:36]:
DSX: "Sərhəddə üç yeni hərbi hissə inşa olunub"
13/12/2019 [16:35]:
Brilliant Dadaşova: "Kömək edin, bağ evimi satım"
13/12/2019 [16:32]:
Sahil Babayev Abşeronda vətəndaşlarla görüşdü
13/12/2019 [16:31]:
“Qarabağ”dan “Düdelanj”la matçı izləyən azarkeşlərə sürpriz
13/12/2019 [16:30]:
Boşanmaq istəyən arvadını poçta çağırıb öldürdü - FOTO
13/12/2019 [16:25]:
Azərbaycan notariatı Sankt-Peterburqda
13/12/2019 [16:22]:
“Bizim ölüm xəbərimizi yaymaqla pul qazanırlar, amma belə olmaz...”
13/12/2019 [16:18]:
"Qadının ağzından iy gəlirsə, kişi seksual ehtiyacını ödəmək üçün kənara qaçır"
13/12/2019 [16:09]:
Oqtay Gülalıyevin vəziyyətində irəliləyiş var – Oğlu DANIŞDI
13/12/2019 [16:02]:
“Uşaqlığın son gecəsi” filminin Zauru evində ölü tapıldı
13/12/2019 [15:58]:
Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb - FOTOLAR
13/12/2019 [15:53]:
“İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib
13/12/2019 [15:50]:
Seçkiyə özbaşına gedən partiya üzvlərini ciddi cəza gözləyir
13/12/2019 [15:47]:
"Atası ilə ögey anası tərəfindən döyülən uşaqlarla bağlı ciddi iş gedir" - Komitə sədri
13/12/2019 [15:45]:
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
13/12/2019 [15:38]:
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada beynəlxalq konfrans keçirib – FOTO
13/12/2019 [15:12]:
Xəstəxanaya yerləşdirilən Xalq artisti: "Həkim nəzarətindəyəm, hələlik ölmürəm"
13/12/2019 [14:59]:
"Ruslar bilir ki, ermənilər satqın millətdir, sadəcə, onlardan istifadə edirlər"
13/12/2019 [14:55]:
Tayland masajı UNESCO-nun siyahısına salındı - İNANILMAZ QƏRAR...
13/12/2019 [14:43]:
Paşinyanın mətbuat katibi “Lazarev klubu”nda qalmaqal yaratdı...-VİDEO
13/12/2019 [14:35]:
ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib
13/12/2019 [14:33]:
BSU-da “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
13/12/2019 [14:27]:
“Jurnalistlərimizin parlamentdə təmsil olunmaq istəyini normal hesab edirəm”
13/12/2019 [14:24]:
Eks-prezident qətldə İTTİHAM OLUNUR
13/12/2019 [14:23]:
Sabahın hava PROQNOZU -Duman, çiskin, yağış...
13/12/2019 [14:20]:
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
13/12/2019 [14:19]:
AFFA-nın rəhbərliyində dəyişiklik olur? - Növbədənkənar konfransı çağırıldı
13/12/2019 [14:14]:
BSU-da “Rus dili ali və orta məktəblərdə xarici dil kimi: rəqəmsal dövrün çağırışları” mövzusunda seminar başlayıb
13/12/2019 [14:11]:
Təcavüzçünü öldürən qadınlar bundan sonra cəza almayacaq - İlginc özünümüdafiə...
13/12/2019 [14:07]:
Azərbaycan Dövlət Aqrar Universiteti - 99: 100-ə bir addım qaldı...
13/12/2019 [14:07]:
“Ərdoğanın ədəbsiz və ucuz açıqlaması...”
13/12/2019 [13:57]:
Novruz Məmmədovun oğluna yüksək vəzifə verildi
13/12/2019 [13:41]:
“O, Türkiyə ilə Ermənistan sərhədlərinin qeyd-şərtsiz açılmasını istəyən adamdır”
13/12/2019 [13:32]:
Terrorçu ilə evlənən gözəllik müsabiqəsinin finalçısı məhkəməyə çıxarılıb - FOTO
13/12/2019 [13:24]:
Abşerondan iddialı namizəd - Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır
13/12/2019 [13:14]:
“Fərizənin atası həyat yoldaşından sonra bu təkliklə yaşamağa çalışır...”
13/12/2019 [13:05]:
Dəllər-Zəyəm mənzilində baş vermiş bədbəxt hadisə ilə bağlı rəsmi açıqlama verilib
Bütün arxiv bir sırada
20/11/2019 [15:02] - Cəmiyyət - ( 721 dəfə baxılıb)

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Azərbaycanda olmuşlar



Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları olan, ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri 17-19 noyabr 2019-cu il tarixlərdə Azərbaycanda olmuşlar.

Akademik İsa Həbibbəyli 40 ilə yaxındır ki, Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqi ilə məşğuldur. Böyük demokrat ədib Cəlil Məmmədquluzadəyə həsr edilmiş bir neçə monoqrafik tədqiqatın müəllifi olan, yazıçının əsərlərini dünya dillərində çap etdirən İsa Həbibbəyli onun nəslinin davamçılarının axtarışı işinə 1989-cu ildə Vətən Cəmiyyətinin orqanı olan «Odlar yurdu» qəzetində çap etdirdiyi «Ənvəri kim tanıyır» adlı məqalə ilə başlamışdır. Onun eyni adlı məqaləsi həmçinin İranda məşhur cərrah və ictimai xadim Cavad Heyətin nəşr etdirdiyi «Varlıq» jurnalında da oxuculara çatdırılmışdır. Bu axtarışlardan sonra Cəlil Məmmədquluzadənin oğlu, Azərbaycan Tibb Universitetini bitirmiş Ənvər Məmmədquluzadənin (1908-1979) sovet ordusunun tərkibində hərbi həkim kimi 1942-ci ildə İrana getdiyi və geri qayıtmadığı məlum olmuşdur. Tədqiqat və axtarış nəticəsində aydın olmuşdur ki, Ənvər Məmmədquluzadə İranda Bakıda ikən ailə həyatı qurduğu Mehri Pənahpurdan ayrılmış, polyak mənşəli Zofya Bahrinovski ilə evlənmişdir. Bu nigahdan Ənvər Məmmədquluzadənin iki oğlu: Midhət və Teymur Cavanşirilər və iki qızı Nizhət Şəcəri və İren Cavanşiri dünyaya gəlmişdir.

Ünvanlarını dəqiqləşdirdikdən sonra İsa Həbibbəyli 25 yanvar 1992-ci ildə Tehran şəhərində Teymur Cavanşiri, Midhət Cavanşiri, İren xanım və onun həyat yoldaşı Əmir Hüseyn Süleymani ilə görüşmüşdür. Bu barədə «Səhər» qəzetində məqalə çap olunmuş, şəkillər oxuculara çatdırılmışdır. Səfərdə o vaxt Naxçıvan Dövlət Universitetinin müəllimi vəzifəsində çalışan kimya elmləri namizədi Miryaqub Seyidov da iştirak etmişdir. Həmin vaxt Məmmədquluzadə - Cavanşirilər ailəsinin adları çəkilən nümayəndələri rəsmi şəkildə Naxçıvana dəvət olunmuşlar.

Lakin bir müddət sonra Teymur Cavanşiri dünyasını dəyişdiyi üçün səfər alınmamışdır.

Bundan sonrakı illərdə İsa Həbibbəyli Tehranda Midhət Cavanşiri, Teymur Cavanşirinin oğlanları Şahir və Bəzrinlə görüşmüşdür.

İsa Həbibbəyli Ənvər Məmmədquluzadənin və Teymur Cavanşirinin Tehranın Behişti Zəhra qəbiristanlığındakı məzarlarını ziyarət etmişdir.

Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini öyrənmək sahəsində axtarışlarını davam etdirən İsa Həbibbəyli 1998-ci ildə Paris şəhərində yaşayan Ənvər Məmmədquluzadənin birinci nigahdan olan qızı Məhin Səqqətçiya ilə görüşmüşdür. Görüşdə tanınmış diplomat Ramiz Abutalıbov da iştirak etmişdir.

Akademik İsa Həbibbəyli əldə etdiyi materiallar əsasında «Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi» adlı elmi əsər yazmışdır. Həmin tədqiqat onun 1997-ci ildə çapdan çıxmış «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» adlı kitabında özünə yer almışdır.

Kitabda Cəlil Məmmədquluzadənin Fransada və İrandakı nəvə-nəticələri ilə yanaşı, nəslin Polşada yaşayan davamçıları, hazırda Azərbaycana gəlmiş Martin Cavanşiri və onun İrlandiyada məskunlaşmış qardaşı Ramin Cavanşiri haqqında da məlumat verilmişdir. Müəllif onlar haqqında məlumatları İranda dəfələrlə görüşdüyü ataları Midhət Cavanşiri vasitəsilə ilə əldə etmişdir. İsa müəllim 2009-cu ildə Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi qeyd edilərkən Martin Cavanşiri və hazırda İrlandiyada yaşayan qardaşı Ramin Cavanşirini Azərbaycana dəvət etmək üçün ölkəmizin Polşadakı səfiri Vilayət Quliyevə müraciət etmişdir. Azərbaycan Respublikasının Polşadakı səfiri Vilayət Quliyev Martin Cavanşiri ilə əlaqə qurmuş və onlarla danışıqlar aparmış, zəruri olan digər prosedurları həyata keçirmiş, lakin səfər baş tutmamışdır.

Midhət Cavanşiri 2013-cü ildə Tehran şəhərində vəfat etdikdən sonra onun övladları ilə əlaqə zəifləmişdir. «Hafiz Times» saytında 2019-cu ilin yayında Polşadakı Cavanşirilər haqqında material verildikdən sonra İsa Həbibbəyli bu saytın sahibi Hafiz Əhmədovla əlaqə yaratmış, onun vasitəsi ilə Lodz şəhərində yaşayan, orta məktəbi yenicə bitirmiş Pşemislav Cavanşirinin facebook ünvanını əldə etmişdir.

O isə atasının razılığı olmadan göndərilən suallara cavab verməkdə çətinlik çəkdiyini bildirmişdir. Bundan sonra İsa müəllim Pşemislav Cavanşiri ilə yazışaraq, onun atası Martin Cavanşiri ilə əlaqə yaratmağa nail olmuş, onun və oğlunun Azərbaycana ulu babaları Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Milli Elmlər Akademiyasında keçiriləcək tədbirlərdə iştirak etmək üçün dəvət olunmalarına razılıq almışdır. Bundan sonra Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənova müraciət edən İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının - Martin Cavanşirinin və oğlu Pşemislav Cavanşirinin ölkəmizə dəvət edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həsən müəllim və Polşadakı səfirliyimizin digər əməkdaşları Məmmədquluzadə – Cavanşirilər ailəsi ilə dərhal əlaqə yaratmış, onların ulu babalarının vətəninə gəlmələri üçün zəruri addımları atmışlar.

Cəlil Məmmədquluzadənin nəsil şəcərəsinin davamçıları ölkəmizin yazıçıları və alimləri ilə birlikdə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ulu babası Mirzə Cəlilin məzarlarını ziyarət etmiş, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində olmuş, ədibin 150 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransda, ədibin ev muzeyinin açılışında, Ədəbiyyat İnstitutda təşkil edilmiş görüşdə iştirak etmişlər.

İsa Həbibbəyli 18 noyabr 2019-cu ildə təxminən saat 13.30-da «Hafiz Times» saytının rəhbəri Hafiz Əhmədova telefonla zəng edərək Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə Azərbaycan Milli Elmlər Akademiyasında 19 noyabrda keçiriləcək tədbirlərə dəvət etmiş, onun səfəri ilə əlaqədar zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirmişdir. Hansı səbəbdənsə Hafiz Əhmədov Bakıya gəlməmişdir.

Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının Polşadakı ünvanlarının müəyyən edilməsində, Azərbaycana dəvət olunmasında və səfərin təşkilində xidmətləri olan ölkəmizin Polşadakı səfiri Həsən Həsənova, Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirova və «Hafiz Times» saytının sahibi Hafiz Əhmədova dərin minnətdarlığını bildirir.

İsa Həbibbəyli Hafiz Əhmədovun izləri itmiş tanınmış azərbaycanlıları axtarıb tapmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, bu faydalı işə dəstək verir

və həmin istiqamətdə onunla əməkdaşlıq etməyin ölkəmiz üçün faydalı olduğunu bildirir.

Müxtəlif illərdə Cəlil Məmmədquluzadənin nəvə-nəticələri ilə Tehranda və Parisdə çəkilmiş fotoşəkillər ictimaiyyətə təqdim olunur.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin nəslinin hal-hazırda yaşayan davamçılarının ünvanlarının kim tərəfindən tapılmasından, onların ölkəmizə kim tərəfindən dəvət edilməsindən asılı olmayaraq Mirzə Cəlilin şəcərəsini təmsil edənlərin ulu babalarının vətənini ziyarət etməsi mühüm əhəmiyyətə malik ədəbi hadisədir və bu işin təşkili bizim hər birimizin borcudur.

loading...
loading...
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
İngiltərə Kraliçasından iş elanı: Rəqəmsal texnologiya mütəxəssisi axtarır...
İnəklərinə uşağı kimi baxan qadın onlara geyim hədiyyə etdi - MARAQLI
10 lüks avtomobili cızan uşağa verilən cəza bəlli oldu - MARAQLI
"Biz rəhmdilik, yoxsa düşmənə qarşı amansız olmağa cəsarətimiz çatmır?"
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Qərb Rusiyaya “misli görünməmiş hücum” planlaşdırır: Həm də “Qələbə Günü”ndə...
Gündəm
“Azərbaycan qavrayış problemi yaşayır” – İrəvan təhqir etdi və hədələdi...
Maraqlı
Təcavüzçünü öldürən qadınlar bundan sonra cəza almayacaq - İlginc özünümüdafiə...
Cəmiyyət
“Fərizənin atası həyat yoldaşından sonra bu təkliklə yaşamağa çalışır...”
Cəmiyyət
“Psixoloqa dedim ki, ay zalım oğlu, o, özünü pulsuzluğun ucbatından öldürür, sizin də qəbulunuz əlli manatdı...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247