Xəbər lenti
23/01/2020 [13:06]:
36 min qaçqın Türkiyə sərhədinə doğru irəliləyir
23/01/2020 [13:05]:
Eks-müdafiə naziri Aprel döyüşlərinə görə ifadə verəcək
23/01/2020 [12:59]:
Ermənistan “qaçqın təşkilatları” yaradır: Dünya yeni yalanla üz-üzə...
23/01/2020 [12:55]:
Ermənilər bu dəfə Şuşa qalasının tarixi görkəmini dəyişmək istəyir
23/01/2020 [12:42]:
“Korona” virusunun Azərbaycanda yayılma təhlükəsi var - Baş infeksionistdən XƏBƏRDARLIQ
23/01/2020 [12:33]:
Ölkədə yaşayan əcnəbilərin sayında artım var - Vüsal Hüseynov
23/01/2020 [12:27]:
Nazirlikdən 20 Yanvar şəhidlərinin ailələrinin narazılığı ilə bağlı AÇIQLAMA
23/01/2020 [12:24]:
Bakı Media Mərkəzindən Arzu Əliyeva ilə bağlı paylaşım - VİDEO
23/01/2020 [11:58]:
Azərbaycan nüfuzuna görə dünyada 45-ci yerdədir
23/01/2020 [11:57]:
Avstraliyada yanğın söndürən təyyarə qəzaya uğrayıb
23/01/2020 [11:49]:
Qaçqın statusu alanlara “Yol sənədi” VERİLƏCƏK
23/01/2020 [11:48]:
Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO
23/01/2020 [11:43]:
Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəlilədi - HESABAT
23/01/2020 [11:39]:
Onkologiya Mərkəzində qalxanvari vəzin  pulsuz müayinəsi keçiriləcək...-İbrətamiz
23/01/2020 [11:38]:
Mehriban Əliyeva Mixail Qusmanı təbrik etdi - FOTO
23/01/2020 [11:36]:
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin NƏZƏRİNƏ
23/01/2020 [11:20]:
Qarabağa səfər edən əcnəbilərin STATİSTİKASI: Minsk qrupu “üçlüyü”nün vətəndaşları liderdir
23/01/2020 [11:17]:
Çində yayılan korona virusunun yarasa şorbasından yoluxduğu iddia edildi- Araşdırma
23/01/2020 [11:16]:
Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı HƏBS EDİLDİ
23/01/2020 [11:15]:
Eldar Əzizovdan tələb: Xərclənən vəsait barədə ictimaiyyətə məlumat verilsin
23/01/2020 [11:12]:
“Atam anamın itkisindən sonra yaşaya bilmədi...”- Əməkdar artist yanvar ayında hər iki valideynini itirdi...
23/01/2020 [11:10]:
"Düşmənlərimizə işləyən məmur-oliqarx cütlüyü bilərəkdən xalqda elə bir fikir formalaşdırmağa çalışır ki..."
23/01/2020 [11:06]:
ADU-da Çin Yeni ili qeyd olunub
23/01/2020 [10:59]:
Rüşvət istəyərkən görüntülənən polis əməkdaşı ölüb - FOTO
23/01/2020 [10:26]:
Erməni politoloqun aclıq aksiyası Kəlbəcərdə yeni SES-in tikintisini dayandırdı?..-FOTOLAR
23/01/2020 [10:17]:
“Bir çobanın ailəsində bundan yaxşı nə baş verəsi idi ki, kasıblıq istər-istəməz nifrət yaradır...”
23/01/2020 [10:07]:
ABŞ 700 kentilyon dollarlıq qızıl asteroidin peşində...
23/01/2020 [09:44]:
“Rusiya bir “Titanik”dir, kapitan hara çıxsa da, batacaqdır”
23/01/2020 [09:29]:
Fransa prezidenti Qüdsdə polislərə qəzəbləndi – VİDEO
23/01/2020 [09:28]:
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
23/01/2020 [09:26]:
İlham Əliyev Mixail Qusmanı təltif etdi
23/01/2020 [09:15]:
Gələcəyin keçmişlə görüşü: Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşdü...
23/01/2020 [08:46]:
Məktəbli Seyid  Həccə getmək üçün   4 il pul topladı...–İbrətamiz-FOTOLAR+VİDEO
23/01/2020 [08:02]:
"Bu ayədə behiştə və cəhənnəmə düşmüş tanışların söhbətindən bəhs olunub..."
23/01/2020 [00:50]:
Gəncədə 5 saylı Şəhər Poliklinikasında yanğın olub
23/01/2020 [00:49]:
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
23/01/2020 [00:23]:
Dövlət başçısı: “Bizim coğrafi mövqeyimiz çox əlverişlidir”
23/01/2020 [00:22]:
“Biz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir”
23/01/2020 [00:22]:
Prezident: “Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir”
23/01/2020 [00:18]:
Aqil Məmmədov növbəti təbliğat kompaniyasını Goranboyda davam etdirib - FOTO
23/01/2020 [00:12]:
Dünya şöhrətli müğənni anasının ölümündən bir neçə saat sonra konsert verdi
23/01/2020 [00:08]:
Türkiyədə yüksək vəzifəli məmur çıxışı zamanı infarkt keçirdi - VİDEO
22/01/2020 [23:42]:
Deputatlığa namizəd Mehdiabadda məskunlaşmış cəbrayıllılarla görüşdü - FOTOLAR
22/01/2020 [23:26]:
“Xamenei şiələr tərəfindən lənətlənəcək” – Hizbullahın keçmiş liderindən şok açıqlamalar
22/01/2020 [23:09]:
"Gizli elmlər" hansı sirləri açır? - Elmi-lədun
22/01/2020 [23:06]:
Prezident İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
22/01/2020 [23:04]:
"Bundan sonra da etimadınızı doğrultmaq üçün var gücümlə çalışacağam" - FOTOLAR
22/01/2020 [22:55]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında - YENİLƏNİB+FOTO/VİDEO
22/01/2020 [22:49]:
Umayra Tağıyeva: "Bakıya ilk qar yağacaq"
22/01/2020 [22:46]:
Rusiya Xalq artistinin nikahdankənar oğlu olduğunu deyən Timur Bakıya qayıdır
22/01/2020 [22:05]:
Bu gün şəhid ailələrinin qapısını süng edənlər, sabah bu qapını yad edəcəkmi?
22/01/2020 [21:58]:
Elnarə Abdullayevadan sərt sözlər: "İş görə bilməyən qızlar ərə getməsin!" - VİDEO
22/01/2020 [21:42]:
Məşhur aparıcı canlı yayımda rüsvay oldu - RƏZALƏT...+ VİDEO
22/01/2020 [21:37]:
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
22/01/2020 [21:25]:
"Puldan əvvəl namus və şərəf gəlir, siz belə şeyləri bilməzsiniz, ay şərəflərini pula satanlar"
22/01/2020 [21:16]:
İyirmi altı il fərarilik həyatından sonra yol polisinin qarşısına çıxdı...
22/01/2020 [21:15]:
Təyyarədəki sərxoş qadını bu cür sakitləşdirdilər - MARAQLI... + VİDEO
22/01/2020 [21:03]:
İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşüb
22/01/2020 [20:56]:
Balıq ovuna çıxdı, həyatının şokunu yaşadı - QORXUNC...+ FOTOLAR
22/01/2020 [20:46]:
Məleykə Əsədova: "Gözəl görünməyimə baxmayın..."
22/01/2020 [20:38]:
Ən qədim krater bu ölkədə kəşf edildi - MARAQLI
22/01/2020 [20:33]:
8 saylı Binəqədi birinci seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR
22/01/2020 [20:27]:
ABAY VƏ QAZAXISTAN XXI ƏSRDƏ
22/01/2020 [20:19]:
Aİ rəsmisi: “Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik”
22/01/2020 [20:15]:
Ötən il Azərbaycanda 2308 nəfər soyad sonluğunu dəyişdirib
22/01/2020 [20:09]:
Bu görüntülər dünyanı ayağa qaldıracaq - AĞLASIĞMAZ... + VİDEO
22/01/2020 [20:04]:
Saakyan Kəlbəcərin Tutqun dərəsindəki oteldə gizli görüş keçirdi... - FOTOLAR
22/01/2020 [20:03]:
Ölkədaxili qatar biletləri ilə bağlı yenilik
22/01/2020 [19:47]:
“Azərsun Holdinq” 500 fəhlənin işdən qovulmasına aydınlıq gətirdi
22/01/2020 [19:44]:
Mişel Platini yeni vəzifəyə təyinat alıb
22/01/2020 [19:40]:
Davosda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb
22/01/2020 [19:33]:
Niyaməddin Orduxanlının minlərlə seçki bukleti çap edildi
22/01/2020 [19:31]:
İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi
22/01/2020 [19:25]:
“O klipdən sonra övladım öldü” - Səyyad Əlizadə başına gələn məşum hadisədən danışdı - VİDEO
22/01/2020 [19:11]:
Ehsan Zahidov: "Əlizamin Salayevlə bağlı yazılanlar həqiqətə uyğun deyil"
22/01/2020 [19:08]:
“Əhalinin etibar etdiyi adamlar…” - Prezident seçkilərdən danışdı
22/01/2020 [18:57]:
Neft çənində qaynaq aparan fəhlənin partlama anı - VİDEO
22/01/2020 [18:45]:
Daxili İşlər Nazirliyi işçi axtarır - Müsabiqə elan edildi
22/01/2020 [18:43]:
Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirildi
22/01/2020 [18:30]:
BDU-nun ölən tələbəsinin atası Rusiya səfirliyinə müraciət etdi
Bütün arxiv bir sırada
20/11/2019 [20:25] - Cəmiyyət - ( 953 dəfə baxılıb)

STEREOTİPLƏRİ ALT-ÜST EDƏN KİTAB...



Əziz oxucu, səni çox maraqlı bir kitabla tanışlıq gözləyir.

Bu kitabı oxusan, əminəm ki, uzun müddət onun təsiri altında qalacaqsan. Bu kitab tarixə yeni baxış təklif edir, formalaşmış, daşlaşmış stereotipləri sındırır. Elə buna görə də onun ilk səhifələri, xüsusilə Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ilə Əhəmənilər imperiyasının banisi Böyük Kirin adlarının yanaşı çəkilməsi əvvəlcə səndə etiraz doğura bilər. Bəlkə də təqdim olunan faktlarla razılaşmaq istəməyəcəksən.

Lakin hökm verməyə tələsmə, kitabı sona qədər oxu və düşüncənə stereotiplərin yiyələnib-yiyələnmədiyini müəyyən etməyə çalış! Sözsüz ki, həyatda ən əsas prinsiplərdən biri də obyektivlikdir! Stereotipləri virus da adlandırmaq olar. Bu “virus”un daşıyıcısına çevrilən insan düşüncə azadlığını itirir, hadisələrə, proseslərə, öz xalqının tarixinə başqalarının gözü ilə baxmalı olur. Yad fikirlərdən qurtulmağın yeganə yolu isə faktlarla, həqiqətlərlə dostluq etməkdir.

Kitabın ikinci – əsas hissəsində müəllif faktları məntiqli şəkildə bir-biri ilə əlaqələndirərək, səbəbləri, məzmunu və nəticəni izah edir. Bəzən tarixə qaliblərin tərənnümü, məğlubların təsəllisi, ideologiyanın təsirli vasitəsi kimi baxırlar. Bu kitabın əhəmiyyəti məhz ondadır ki, burada tarix elminin, əslində, tətbiqi bir sahə olduğu göstərilmişdir.

Əsas deviz isə belədir: “Tarix təkrarlanır”.

Tarix təhlil işinin ən mühüm dayaqlarından olmaqla yanaşı, həm də təhlilçinin hər zaman müraciət edə biləcəyi zəngin və tükənməz bazadır. Tarixi bilmədən yaxşı təhlilçi olmaq, gələcəyi görmək, onu təsəvvür etmək və proqnozlaşdırmaq mümkün deyil. Eyni zamanda, təhlil qabiliyyəti olmayan tarixçi də keçmişin qaranlıqlarına aydınlıq gətirə bilməz. Müəllifin tədqiqat mövzusuna peşəkar təhlilçi kimi yanaşması, təhlilin məntiqi-təfəkkür, modelləşdirmə və statistik mtodlarından istifadə etməsi, həmişə maraqlı nəticələr alması, zənnimcə, təqdirəlayiqdir. Böyük Kiri (Küruş, Kureş), Romulu (ikinci adı – Kuris), Krişnanı, Qautama Buddanı, Qaumata Bardiyanı, Atropatı, III Artabanı, Muhəmməd Peyğəmbərin ulu babası Qureyşi, Şah İsmayıl Xətaini bir-birinə nə bağlayır?

Ələm hansı mənanı ifadə edir? Uzaq Nepalda Salyan adlı şəhərin, onun yaxınlığında isə Banke adlı yaşayış məntəqəsinin olmasını nə ilə izah etmək olar? Sanki Şah İsmayılın həyat yolu B¬yük Kirin, Nadir şah Əfşarın həyat yolu isə Makedoniyalı İsgəndərin həyat yolunun təkrarıdır. Belə paralelləri təsadüflərin nəticəsi hesab edə bilərik? Düşünürəm, bu kimi sualların cavabını oxucu “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” əsərini mütaliə etdikdə tapacaqdır. Sovet imperiyasının 70 il ərzində yürütdüyü siyasət Azərbay¬can tarixini ideologiyanın əsirinə və alətinə çevirdi. Azərbaycanlı öz tarixinə imperiyanın onun üçün təyin etdiyi prizmadan baxmağa məcbur edildi. Bizi yalançı şüarlar və rəqəmlərlə çaşdırıb aldadırdılar.

Bizə elə gəlirdi ki, tarix yalnız sinfi mübarizədən, üsyanlardan və hərəkatlardan, daha doğrusu, onların başvermə və yatırılma tarixlərindən ibarətdir. Bütün bunlar azmış kimi, imperiyanın yalançı tarixi bizə vətən tarixi kimi təlqin olunurdu. Yeri gəlmişkən, ədəbiyyatımızda da eyni situasiya hökm sürürdü. Orta məktəblərin Azərbaycan bölmələrində tədrisin əsasını, önəmli hissəsini quru rəqəmlərin – klassiklərin doğum və ölüm tarixlərinin, onların əsərlərinin adlarının və bu əsərlərin yazıldığı illərin əzbərlənməsi təşkil edirdi. Məzmun, mahiyyət, ideya isə ya diqqətdən kənarda qalırdı, ya da tamamilə təhrif olunurdu. Nəsimini, Füzulini primitiv sosializmin tərənnümçüləri kimi təqdim edirdilər. Nizami Gəncəvinin əsərlərində kommunist təfəkkürünün işartılarını axtarırdılar.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Səfəvilər dövrünə sinfi mübarizə müstəvisindən baxmağa çalışırdılar. Sovet dövründə sosializmin banilərindən olan Karl Marksın belə bir fikri tez-tez təkrar edilirdi:

“Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi”.

Amma Şah İsmayılın fəaliyyəti o qədər nəhəng və çoxşaxəli olmuşdu ki, Marksın sözləri, olsa-olsa, onun həyatının yalnız bir hissəsini xarakterizə edə bilərdi. Çünki Şah İsmayıl yalnız ölkələrin deyil, qəlblərin, könüllərin də fatehi idi. Şah İsmayıl qurucu, Şah İsmayıl hökmdar, Şah İsmayıl sərkərdə, Şah İsmayıl döyüşçü, Şah İsmayıl mürşid, Şah İsmayıl filosof, Şah İsmayıl şair idi…

Əziz oxucu, bu kitab tarixin həqiqətən tarix olması üçün onun tə¬məl sütunlarını göstərməyə, qaranlıq səhifələrinə işıq salmağa çalışır, tarixin dərin qatlarında aşkarlaya bildiyi sirləri səninlə bölüşür. Hər şey fikirdən başlayır, sonra bilik yaranır, nəhayət, elm formalaşır. Tarixi fikrin bünövrəsi, əsası yazılı mən¬bələrdir. Bəs onlar olmayanda? O zaman tarixçinin köməyinə ehtimallar çatır. Ehtimallar isə əsaslandırılmış olmalıdır, onları, necə deyərlər, “havadan götürmək” olmaz. Bunun üçün əldə olan materiallar diqqətlə təhlil edilməli, paralellər müəyyənləşdirilməli, analogiyalar aparılmalıdır.

Bu, möhkəm məntiq yaradaraq, son nəticədə həm oxucunu inandırır, həm də kitabın nüfuzunu artırır. Tarixi paralellərin təqdim edilməsinin və ehtimalların irəli sürülməsinin ardıcıllığı problemin qoyuluşundan asılıdır. İstənilən halda əgər ilk iki üsul (paralellər və ehtimallar) uğur qazanıbsa, deməli, tarixi həqiqəti oxucuya çatdırmaq mümkün olmuşdur.

Səfəvi tarixi Azərbaycan tarixinin xüsusi bir dövrüdür. Bu dövlət Azərbaycan tarixində uzunmüddətli fasilədən sonra, ilk dəfə olaraq, yaxşı mənada “böyük dövlət” (buna imperiya da demək olar) düşüncə tərzini bizə qaytardı. Amudəryadan Sırdəryaya, Fəratdan Dəcləyə, Şimali Qafqazdan İran körfəzinə qədər geniş əraziləri özündə ehtiva edən nəhəng dövlət quruldu. Səfəvilər böyük bir imperiya yaratdılar.

Amma bu imperiya, digərlərindən fərqli olaraq, heç bir xalqın dini inanclarına, milli dəyərlərinə toxunmadı, ölkədəki etnik rəngarəngliyi pozmadı. Dövlətin paytaxtında hansı qanunlar işləyirdisə, ucqarlarda, qeyri-müsəlman, qeyri-türk vilayətlərində də həmin qanunlar tətbiq olunurdu. Səfəvi dövləti haqqında nə qədər yazılsa, yenə də azdır. Bu dövlət Vətən tarixinin ən uzunömürlü sütunlarından biri olmuşdur.

Məhz buna görə də tədqiqatçı Araz Abbasovun bu kitabı, Şah İsmayılın həyatının bizə məlum olmayan məqamları ilə bağlı fikirləri böyük maraq doğurur.

Əminəm ki, kitabı oxuyan hər bir Azərbaycan gənci müəllifi arayacaq, ürəyindən keçən sualları ona verəcək və müəllifdən yeni əsərlər tələb edəcəkdir.

Anar İsgəndərov,

Tarix üzrə elmlər doktoru, professor

Deputatlığa namizəd Mehdiabadda məskunlaşmış cəbrayıllılarla görüşdü - FOTOLAR
“Xamenei şiələr tərəfindən lənətlənəcək” – Hizbullahın keçmiş liderindən şok açıqlamalar
Məşhur aparıcı canlı yayımda rüsvay oldu - RƏZALƏT...+ VİDEO
İyirmi altı il fərarilik həyatından sonra yol polisinin qarşısına çıxdı...
Təyyarədəki sərxoş qadını bu cür sakitləşdirdilər - MARAQLI... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bir çobanın ailəsində bundan yaxşı nə baş verəsi idi ki, kasıblıq istər-istəməz nifrət yaradır...”
Cəmiyyət
“Rusiya bir “Titanik”dir, kapitan hara çıxsa da, batacaqdır”
Köşə
Bu gün şəhid ailələrinin qapısını süng edənlər, sabah bu qapını yad edəcəkmi?
Dünya
Yunanıstan tarixində ilk qadın prezident o, seçildi- FOTO
Cəmiyyət
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Həftənin ən çox oxunanları
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
İsrail sərnişin təyyarələrini raketlərdən belə qoruyur- Analoqu olmayan təhlükəsizlik sistemi (FOTOLAR)
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247