“Primakovun adı əslində onların əlində bəhanə idi...”
Oxunub: 1381
20 Nov 2019 | 20:31
“Primakovun adı əslində onların əlində bəhanə idi...”
Sovet dövlət və siyasi xadimi, daha sonra uzun illər Rusiya Federasiyasının rəhbərliyində yüksək postlar tutmuş Yevgeni Primakovun adı ətrafında sosial şəbəkələrdə, elektron KİV-lərdə həftələrdir böyük qalmaqal qopmuşdu. Qalmaqala səbəb isə yerli mətbuatdan, sosial şəbəkələrdən məlum olduğu kimi, Rusiya Federasiyasının Bakıdakı səfirliyinin Primakovun anadan olmasının 90 illiyi münasibətilə təşkil etdiyi sərgi, habelə tələbələr arasında esse müsabiqəsidir.

Həmin müsabiqənin güya Bakı Slavyan Universitetində keçirilməsi və BSU-nun bir neçə tələbəsinin müsabiqədə iştirakına görə həftələrdir rektor Nurlana Əliyeva bəzi yerli KİV-lərdə, sosial şəbəkələrdə linç edilməkdədir. Rektora qarşı əsasən qərəzli şəxslərin başlatdığı kompaniyaya bəzi deputatlar, ekspertlər də qoşulub. Linç kompaniyası o dərəcədə irəli gedib ki, YouTube kanallarından birində Nurlana Əliyevanın “erməni olması” barədə şər və iftira yayılıb. Bu əsassız şaiyənin müəllifi isə telekanallardan birinin keşmiş aparıcısıdır, o, “Allaha, qurana and içib” deyib ki, rektor erməni əsillidir, daha dəqiqi anası ermənidir.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qətliam zamanı SSRİ Ali Sovet İttifaq Sovetinin sədri olmuş Yevgeni Primakovun bu hadisələrdəki rolu və iştirakı barədə uzun illər danışılıb, yazılıb. Bəziləri onu 20 yanvar qırğınının əsas ideoloqu və planlaşdırıcısı hesab edir, lakin o zamankı hadisələrin içərisində yer alanlar arasında Primakovun əslində ordunun xalqımıza qarşı silah işlətməsinin tərəfdar olmadığını deyənlər də var.


Hər halda fakt budur ki, ötən əsrin 90-cı illərinin əvvələrindən etibarən Primakovun adı 20 yanvar qırğınına görə məsuliyyət daşıyanların siyahısında mövcud deyil. Həmin dövrdə Primakov artıq Rusiya rəhbərliyində yüksək post tuturdu, Xarici Kəşfiyyat Xidmətinin direktoru idi. Sonradan isə o, Nazirlər Kabinetinin sədri və Xarici İşlər naziri postlarını da tutdu. Bu vəzifələrdə işləyərkən dəfələrlə Bakıda səfərdə olub, yəni Primakov rəsmən Azərbaycan dövlətinin axtarışa verdiyi beynəlxalq terrorçu deyil. Yəni Primakov Azərbaycana rəsmən düşmən olsaydı Rusiya səfirliyinə Bakıda onun xatirəsinə həsr edilmiş tədbirlər təşkil etməyə də yəqin ki, icazə verilməzdi.

Bəs necə olub ki, Bakı Slavyan Universiteti və onun rektoru bu qalmaqala cəlb olunub? Xanım Nurlana Əliyeva doğrudanmı Primakova pərəstiş edir və onun 90 illik yubileyi münasibətilə sərgi təşkil edib, müsabiqə keçirib və tələbələri onun barəsində inşa yazmağa məcbur edib? Yaxud rektora göstəriş onu linç edənlərin bəzilərinin iddia etdiyi kimi , “yuxarılardan” verilmişdi?

Bu və digər sualları aydınlaşdırmaq üçün Bakı Slavyan Universitetinə yollandıq. Həmin Universitetə ki, uçuq-sökük dəhlizləri, auditoriyaları, sıradan çıxmış maddi-texniki bazası ilə cəmi bir neçə il əvvəl -Nurlana Əliyevanın rektor vəzifəsinə təyin olunmasına qədər ali təhsil müəssisəsindən çox xarabalığı xatırladırdı. Belə şəraitin hökm sürdüyü universitetdə yüksək səviyyəli tədrisdən söz gedə bilməzdi.

Yeni rektorun təyin edilməsi ilə universitetin binasında əsaslı təmir başlandı və indi gördüklərimiz bizi sözün əsl mənasında təəcübləndirdi. Cəmi bir neçə il əvvəlki miskin mənzərədən əsər-əlamət qalmayıb, universitet faktiki olaraq təmamilə yenidən qurulub və maddi-texniki təhcizatı bütünlüklə yenilənib, müasirləşib. Unuversitetdə hər yerdə səliqə-səhman, yüksək mədəni səviyyə hökm sürür.


 “Nə Primakovun xatirəsinə həsr edilmiş sərgiyə, nə həmin esse müsabiqəsinin təşkilinə, keçirilməsinə Bakı Slavyan Universitetinin heç bir aidiyyatı olmayıb. Həmin tədbirin təşkilatçısı da bəllidir, keçirildiyi ünvan da. Bu necə ola bilər ki, biz burada, 5 min insanın gözü qarşısında hansısa tədbir təşkil edib sonradan danaq?”,-rektor bildirir.

Xatırladaq ki, ötən ay keçirilən  həmin tədbirlərin təşkilatçısı Rusiyanın Bakıdakı səfirliyi idi. Tədbirin keçirildiyi məkan isə Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi olmuşdu. Səfirliyin təşkil etdiyi esse müsabiqəsində universitetin bir neçə tələbəsinin iştirakı isə, rektorun bildirdiyi kimi, onun təşəbbüsü ilə baş verməyib. Univesitetin sıx əməkdaşlıq etdiyi Rusiya səfirliyindən müvafiq şöbəyə daxil olan elektron müraciət əsasında bir neçə tələbə öz təşəbbüsü ilə bu müsabiqəyə qatılıb.

Nurlana Əliyeva əlavə edir ki,  bu gün universitetdə Rusiyanın, Belarusun, Ukraynanın, Bolqarıstanın, Polşanın, Çexiyanın, Yunanıstanın, Türkiyənin, Fransanın, Almaniyanın və digər ölkələrin səfirlikləri ilə müştərək tədbirlər, - beynəlxalq konfranslar, dəyirmi masalar, mühazirələr, müxtəlif mədəni tədbirlər sıx-sıx keçirilir.


“Bu ölkələrin ictimai-siyasi xadimləri, elm adamları, universitet rektorları, Azərbaycanda keçirilən forumlara, sammitlərə, humanitar dialoqlara gələn qonaqların sırasından müxtəlif ölkələrin siyasi xadimləri (Peter Tasse, Gennadi Burbulis, Aleksandr Duqin, Esmiralda De Sançes və b.) bir neçə dəfə universitetimizin professor-müəllimləri, tələbələri qarşısında mühazirələr oxuyublar. Slavyan ölkələri ilə müəllim-tələbə mübadilələri, ustad dərsləri ənənəvi hala çevrilib. Slavyan ölkələrinin dövlət məmurları dəfələrlə universitetimizin  qonağı olub, onlardan da qarşılıqlı səfərlər üçün dəvət almışıq”,-rektor deyir.

Xanım Əliyeva universitetin nailiyyətlərindən danışır. Bildirdiyinə görə , hazırda BSU-nun maddi-texniki bazası tam imkan verir ki, ölkədə aparılan “İnsan Kapitalı” siyasətinin həyata keçirilməsinə öz töhfəsini versin. Məsələn, deyir ki, universitetin nəzdində yenicə açılmış Erasmus-Petra mərkəzi treninqlər, seminarlar mərkəzinə çevrilib, tədrisdə yeniliklər, innovativ metodlar öz səmərəsini verməyə başlayıb. Açıq dərslər, mövzular üzrə aylıqların keçirilməsi onların müzakirəsi ənənəvi hal alıb.


Rektor həm də hakim Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədridir. Söhbətinə davam edərək deyir ki, Azərbaycanın indiki inkişafı, beynəlxalq və regional əhəmiyyətli iri layihələr həyata keçirməsi, prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə edilən uğurlar “bəzi qüvvələri” narahat edir, çünki onların maraqlarına uyğun deyil. Bildirir ki, bu səbəbdən həmin  qüvvələr xalqın, dövlətin xidmətində duran insanları hədəfə alır, həqiqətə uyğun olmayan məlumat yayırlar. 

“Həmin qara PR kampaniyasını aparanları necə jurnalist adlandırmaq olar? Onlar ayrı-ayrı qüvvələrin əlində qarayaxma alətinə çevriliblər. Bu gün Azərbaycanda peşəkar, jurnalistika prinsiplərinə və normalarına əməl edən kifayət qədər jurnalistlər var. Onlar yaxşı bilirlər ki, hansısa xəbəri, iddianı dəqiqləşdirmədən dərc etmək düzgün deyil, heç bir nüfuzlu KİV dəqiqləşdirilməmiş iddialara yer ayırmaz.  Əgər Primakova həsr edilmiş tədbirlər haqqında həqiqəti üzə çıxarmaq lazım idisə, əvvəl BSU-nun özünə, daha sonra Rusiyanın Bakıdakı Səfirliyinə zəng vurub məsələni öyrənmək olardı. Necə ki, bunu siz edirsiniz. Deməli, məqsəd həqiqəti üzə çıxarmaq yox, böhtanlarla, uydurmalara kimisə gözdən salmaq cəhdidir, Primakov isə burada bəhanə kimi istifadə olunur”,-BSU rektoru bildirir.


Nurlana xanım deyir ki, onun vətənpərvərliyini sual altına almağa çalışan şəxslərə cavab vermək istəmir. Çünki Qurana and içib kiməsə şər və böhtan yağdırmaq heç bir məntiqə, əxlaqa sığmayan  cahillikdir. Belələrinə vaxt ayırmağa dəyməz. 

Həftələr boyu qara PR kampaniyasına məruz qalsa da rektor təmkinini pozmur, onun barəsində təhqirlər, böhtanlar yağdıranlar haqda bir dəfə də olsun acı ifadə işlətmir. Deyir ki, belələrinə sadəcə olaraq öz əməllərinin məsuliyyətini dərk etməyi, kimlərinsə əlində şər, böhtan alətinə çevrilməməyi məsləhət görür.


“20 yanvar hadisələrində və ümumiyyətlə xalqımın , ölkəmin maraqları üçün öz imkanlarım daxilində etdiklərimi heç zaman dilə gətirmərəm. Çünki hamısı mənim ürəyimdən gələn vətəndaşlıq borcumdur. Rəhbərlik etdiyim təhsil ocaqlarında, əvvəl M.Ə.Sabir adına Pedaqoji Kollecdə, indi isə Bakı Slavyan Universitetində tələbələrimə hər zaman yüksək insani dəyərlər aşılamışam, onları milli dəyərlərimizə, dövlətə, xalqa sevgi ruhunda yetişdirməyə çalışmışam. Bu dəyərləri mənə Gəncə əhlinin indi də cəddinə and içdiyi Hacı Seyid Rza Axundun və seyid Tutubəyimin övladı olan atam Müzəffər kişi, və anam Aşurbəyin və Məşədi Firatın qızı Təvarət xanım təlqin ediblər. Həcc ziyarətində olmuş xanım, uzun illərdir pedaqoji fəaliyyətlə, kamil insan yetişdirməklə, elmlə məşğul olan biri kimi üzümü şər-böhtan, cəmiyyətdə tutduqları mövqelərdən  sui-istifadə edib  deyirəm ki, bu əməllərin Allah və cəmiyyət qarşısında nə qədər böyük günah olduğunu dərk etsinlər”,-Nurlana Əliyeva bildirir.

Sonda rektor müdriklərin bu sözünü misal gətirir: şər, böhtan, paxıllıq xam at kimidir. Heç vaxt öz sahibini sağ-salamat mənzil başına çatdıra bilməz...(Virtualaz.org)
Oxşar xəbərlər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
GÜNLÜK
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO