Köçkün jurnalistlər həmkarlarının İrəvana səfərindən danışdılar
Oxunub: 1162
21 Nov 2019 | 11:12
Köçkün jurnalistlər həmkarlarının İrəvana səfərindən danışdılar
Erməni jurnalistlərin Bakıya, azərbaycanlı jurnalistlərin isə İrəvana səfəri cəmiyyətdə birmənalı qarşılanmayıb. Səfərin hansı məqsəd daşıması və münaqişənin həllinə nə kimi töhfə verəcəyi də müzakirə olunur. İctimaiyyət nümayəndələrinin açıqlamalarında narahatlıq öz əksini tapmaqdadır.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev hesab edir ki, erməni və azərbaycanlı  jurnalistlərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi sülhə heç bir töhfə vermir. Sadəcə olaraq, sülh prosesi ilə məşğul olan dairələr başımızı qatıb bizi ovundururlar.
 
Bəs görəsən, rayonları işğal altında olan jurnalistlər həmkarlarının İrəvana səfərinə necə yanaşırlar?

“Yeni Müsavat” olaraq bu sualla işğal altındakı Kəlbəcər, Füzuli, Laçın və digər rayonlardan olan media mənsublarına üz tutduq.

Xalid
Musavat.com saytının redaktoru, Füzuli rayonundan məcburi köçkün olan Xalid Kazımlı bildirdi ki, onun bu səfərlərə münasibəti əsasən mənfidir: “Çünki bu cür səfərlərin məramı, məqsədi Qarabağ probleminin aktuallığını azaltmaq, bizi torpaqlarımızın işğalı ilə yavaş-yavaş barışdırmaqdır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz prinsipial mövqeyimizdən geri çəkilə, düşmənə qarşı yumşala bilmərik. Get-gəllər isə bizi yumşaltmaq məqsədi güdür”.

Aqil
“Türküstan” qəzetinin baş redaktoru, Kəlbəcər rayonundan məcburi köçkün olan Aqil Camal rəsmi təmaslar istisna olmaqla, iki ölkə cəmiyyətinin istənilən zümrəsi arasında bu cür təmasları, gediş-gəlişləri qəbuledilməz saydı: “Adətən belə təmasların cəmiyyətlər arasında etimad mühitinin yaradılması, barışıq tellərinin qurulması, gələcəkdə birgəyaşayışın mümkünlüyü üçün edildiyi bildirilir. Amma gəlin  görək ötən dövrdə bu istiqamətdə kim hansı addımı atıb? Azərbaycan tərəfi hər zaman Dağlıq Qarabağa ən yüksək özünü idarəetmə statusu vədini bəyan edir. Bu o deməkdir ki, ermənilər həm Dağlıq Qarabağ ərazisində, həm də bütün ölkədə bərabər hüquqlu vətəndaş kimi qəbul ediləcəklər. Eyni zamanda bilirsiniz ki, Azərbaycanda vaxtilə yaşamış nə qədər erməni rahat şəkildə gəlib yaşadığı yeri, evini ziyarət edib. Ölkədə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan erməni təmsilçilərinin iştirakı üçün hər cür şərait yaradır. Bu və ya başqa nümunələr Azərbaycan dövlətinin və cəmiyyətinin, ədalətli sülh əldə olunacağı təqdirdə, ermənilərə qarşı tolerant, barışcıl yanaşacağının göstəriciləridir. Bəs Ermənistan tərəfi nə edir? Bir dəfə də olsun, işğal etdiyi Dağlıq Qarabağda və ətraf rayonların sakinlərini öz torpaqlarında yaşamağa dəvət edibmi? Hətta öz idarəçiliyində belə... Əksinə, öz ev-eşiyini ziyarət edənləri tutub ömürlük cəza verib. Ermənistan dövləti və cəmiyyəti davamlı olaraq yeni ərazilərin işğalı ilə bağlı bəyanatlar səsləndirirlər. Azərbaycanla aqressor dilində danışırlar. Cəmiyyətlər arasında etimad üçün heç bir addım atmırlar. Halbuki hazırda üstün tərəf kimi bu onlara sərf edir. Bizim əlimizdə işğalçı Ermənistana qarşı məhdud təsir rıçaqları var ki, onlardan biri də Azərbaycan cəmiyyətinin işğal faktı ilə barışmamasıdır. Belə gediş-gəlişlər, heç nə olmamış kimi davranışlar yalnız Ermənistanın maraqlarına uyğundur. İnsanların işğalçı düşmənə münasibətinin yumşalmasına gətirib çıxara bilər”.

Elşad
Kəlbəcər rayonundan məcburi köçkün, Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytın rəhbəri  Elşad Eyvazlı isə  yazarların “kəndləri işğal altında olan” kimi bölünməsinin tərəfdarı deyil: “Çünki mənim üçün Kəlbəcərlə Səbayelin işğalının  heç bir fərqi yoxdur. Burada Azərbaycanın ərazi bütövlüyünə toxunulmasından söhbət gedir. Ona görə mən xahiş edirəm ki, bu şəkildə bölgülərə yol verməyək. Əlbəttə, kim harada doğulubsa, harada böyüyübsə, oraya daha çox bağlıdır. Ancaq jurnalistikada belə bir ayrı-seçkilik etmək olmaz. Jurnalistlərin qarşılıqlı səfərlərinə gəlincə, mən heç vaxt buna etiraz etməmişəm. Hətta tərəfdarıyam, ancaq müəyyən şərtlər daxilində. Jurnalistlərin səfəri gizlədilirsə, deməli, bu, klassik anlamda jurnalist səfəri deyil, məzmunca başqa bir məsələdir”.

Etibar
“Yeni Müsavat” qəzetinin siyasət yazarı, Kəlbəcər rayonundan məcburi köçkün olan Etibar Seyidağa isə məsələyə birmənalı yanaşmadı: “Əgər azərbaycanlı jurnalistlərə Ermənistanda sərbəst hərəkət etmək, istədikləri obyekt və subyektlərdən reportajlar hazırlamaq imkanı yaradılacağına təminat verilərsə, jurnalistlərimizin oraya getməsinə normal yanaşmaq olar. Ancaq bu cür səfərlər, o cümlədən Ermənistan jurnalistlərinin Bakıya səfərlərinin təşkili ATƏT-in ermənipərəst Minsk Qrupu həmsədrlərinin hansısa məkrli planına xidmət edəcəksə, bu cür səfərlərə yol vermək olmaz”.

İmdad
Əslən Laçın rayonundan olan jurnalist, “Report” informasiya agentliyinin redaktoru İmdad Əlizadə də vurğuladı ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymayıb, heç bir qarşılıqlı səfərdən söhbət gedə bilməz: “Bu gün Azərbaycana erməni jurnalistlər gələcək, sabah müğənni, o biri gün rəqqasə. Bir gün də hansısa azərbaycanlı oliqarx fikirləşəcək ki, Ermənistanda filan sahədən yaxşı pul qazanmaq olar, gedib ora sərmayə qoyacaq, biznesini açacaq. Bunlardan faydalananlar isə sülhdən, barışıqdan danışmağa başlayacaq. Beləliklə, işğal faktı, torpaqlar unudulacaq. Necə ki, İrəvan, Göyçə, Zəngəzur unudulub gedib. Ermənilərin məqsədi də budur. Ona görə də Azərbaycanla Ermənistan, azərbaycanlılarla ermənilər arasında heç bir gediş-gəlişdən söhbət gedə bilməz. Yalnız münaqişənin həlli, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün rəsmi səviyyədə danışıqlar aparıla bilər. O başqa məsələdir ki, Ermənistan danışıqlar yolu ilə işğala son qoymayacaq.

Əgər bilsəm ki, erməni jurnalistlərin Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə, torpaqlarımızın işğaldan azad olunmasına bu gün və ya 10 il sonra milyonda bir faiz müsbət təsir edər, onda belə səfərləri ikiəlli dəstəkləməyə hazıram. Amma bu, mümkün deyil. Tarixi təcrübə də bunu göstərir. Əgər Ermənistanın, ermənilərin bu məsələdə niyyətləri saf, məqsədləri işğalı unutdurmaq deyilsə, onda imkan versinlər işğal olunmuş rayonlardan olan azərbaycanlı jurnalistlər öz doğma rayonlarına, kəndlərinə səfər etsinlər. Gedib görək evimiz yerindədirmi, doğmalarımızın qəbirləri qalırmı? Amma Ermənistan buna imkan verməz. Çünki işğal altında olan ərazilərdə vandalizm törədib, azərbaycanlıların evlərini, qəbirlərini, məscidlərini tamamilə dağıdıb.

Burada üzərində dayanılmalı olan əsas məsələlərdən biri də Azərbaycan və Rusiya jurnalistlərinin qarşılıqlı səfərlərinin ideyasının haradan gəlməsidir. Bu ideya Rusiyanın xarici işlər naziri Sergey Lavrova məxsusdur. Mən onun Azərbaycan və azərbaycanlılara münasibətdə obyektiv və qərəzsiz olduğuna, Dağlıq Qarabağ münaqişəsinin rəsmi Bakının haqlı tələbləri, BMT qətnamələri, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında həllinə çalışdığına inanmıram. Ona görə də azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərini dəstəkləmirəm". 
Oxşar xəbərlər
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq