SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçev SSRİ-nin dağılma səbəblərindən danışdı.
Qocaman siyasətçi Putinin İttifaqın yanlış iqtisadi siyasət yürüdülməsi nəticəsində süquta uğraması fikrinə etiraz edib.
“SSRİ-nin dağılması iqtisadi səbəblə bağlı yox, müttəfiq respublikalar arasında münasibətlərdən qaynaqlanırdı. Münasibətləri demokratikləşdirmək və islahatlar aparmaq lazım idi. Amma bunu etməmişdilər. Xalqlar öz aralarında bu məsələni həll etməli idilər”.
Qorbaçevin fikrincə, müttəfiq respublikalarının döövlət haqqın da öz anlayışları yaranmışdı və bunu nəzərə almaq lazım idi. O, SSRİ-ni saxlamaq üçün o zamanlar yaradılmış komisisyanın ölkədaxili münasibətləri nizama salmaq üçün hazırlıq prosesi gördüyünü də xatırladıb.
Xatırladaq ki, ötən gün “Rusiya səsləyir” forumunda iştirak edən prezident Vladimir Putin SSRİ-nin süqutu barədə danışmışdı.
“Əsas səbəb təbii ki, qeyri-effektiv iqtisadi siyasətdir. Bu siyasi münasibətlərə də təsirini göstərmişdi. SSRİ-nin süqutunun nəticələri vətəndaşların gözlədiyindən də ağır nəticələrə gətirib çıxardı”.(Modern.az)