Məlum olduğu kimi, son vaxtlar Ermənistanda bioloji silahalr istehsal edən laboratoriyaların mövcudluğu ilə bağlı məlumatlr səslənməkdədir. Hətta bəzi ictimai-siyasi fəallar iddia edir ki, Ermənistan bu silahdan Azərbaycan və Türkiyəyə qarşı istifadə etməyi planlayır.
Ermənistanda bioloji laboratoriyaların mövcudluğu, bu laboratoriyalarda bioloji silahların istehsalı ilə bağlı deyilənlər nə dərəcədə ciddi qəbul edilə bilər?
Moderator.az-a açıqlama verəm hərbi ekspert Azad İsazadə bu barədə deyilənlərin araşdırılması gərəkdiyini bildirib:
“Belə bir məlumat varsa, biz onu ciddi qəbul etməliyik. Hər ehtimala qarşı məsələyə ciddi münasibət göstərməkdə fayda var. Təki belə bir silah olmasın. Ancaq biz başa düşməliyik ki, belə bir informasiya varsa, deməli, hansısa təhlükə var. Amma o təhlükənin nə dərəcədə real və ya qeyri-real oması üzərində düşünmək olar. Çünki bakterioloji-bioloji silah üçün “doğma” və ya “yad” anlayışı yoxdur. Azərbaycanla Ermənistan coğrafi baxımdan eyni məkanda yerləşir və onalrın əraziləri elə də böyük deyil. Bu isə o deməkdir ki, Ermənistanda belə bir silah varsa və ondan istifadəyə cəhd etsə, o zaman həmin bioloji silah Ermənikstanın özünə də mənfi təsir göstərəcək.
Digər tərəfdən, biz başa düşməliyik ki, Ermənistanın özünün belə silah istehsal etməyə gücü yoxdur.
Onu da unutmaq olmaz ki, Rusiya da buna qarşı çıxır. Çünki gedən söhbətlərə görə bu laboratoriyaların arxasında ABŞ-ın rolu var. Bu, siyasi təzyiq kimi qəbul olunmalıdır. Söhbət təkcə Ermənistandan deyil, Gürcüstan və digər ölkələrdən də gedir.
Bu informasiyaların ciddi və ya qeyri-ciddi olması hansısa bir dövlət tərəfindən deyil, beynəlxalq birlik tərəfindən yoxlanmalıdır. Çünki bu, sadəcə elmi laboratoiya da ola bilər. Amma adi elmi laboratoriyanı hərbi laboratoriyadan ayırmaq üçün əsl müətəxəssislər lazımdır”.
Seymur ƏLİYEV