Xəbər lenti
19/09/2020 [08:37]:
Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib
19/09/2020 [08:35]:
72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
19/09/2020 [08:32]:
Qvatemala prezidenti koronavirusa yoluxub
19/09/2020 [08:25]:
"Azərbaycan torpağında qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
19/09/2020 [07:24]:
Özbəkistanda tezliklə hicab qadağasının ləğv ediləcəyi bəlli oldu...
19/09/2020 [06:55]:
“Ata və ananızı razı salın ki, Allah da sizdən razı olsun...”
19/09/2020 [01:13]:
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
19/09/2020 [01:08]:
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
19/09/2020 [00:59]:
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
19/09/2020 [00:45]:
Bu gündən Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi dayandırılır
19/09/2020 [00:43]:
Biləcəridə özünü asan şəxsi xilas etdilər
19/09/2020 [00:41]:
Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər
19/09/2020 [00:23]:
Conson: “Britaniyada pandemiyanın ikinci dalğası qaçılmazdır”
19/09/2020 [00:16]:
117 yaşlı qadın yeni rekorda imza atdı
18/09/2020 [23:45]:
Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
18/09/2020 [23:42]:
ABŞ sentyabrın 20-dən “TikTok”un yüklənməsini qadağan edəcək
18/09/2020 [23:31]:
Qeyts: COVID-19 bu müddətdə bitəcək
18/09/2020 [23:30]:
Gənc tarzəndən Milli Musiqi Günü ilə bağlı möhtəşəm ifa - VİDEO
18/09/2020 [23:26]:
Rusiya Türkiyəyə, Ermənistan da Dağlıq Qarabağa PKK terrorçularını gətirir- şok faktlar
18/09/2020 [22:54]:
Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatları - SİYAHI
18/09/2020 [22:51]:
Qarabağa terrorçu köçü – torpaqlarımız işğalçılar kimi onlara da məzar olacaq!
18/09/2020 [22:44]:
Kiyev Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyir
18/09/2020 [22:38]:
Alimlər: İstilik qazları fəlakətə səbəb ola bilər
18/09/2020 [22:30]:
“Sumqayıt sənaye parkı qeyri-neft ixracatının formalaşmasında xüsusi paya malikdir”
18/09/2020 [21:49]:
İsrail təkrar karantin tətbiq edən ilk inkişaf etmiş ölkə oldu
18/09/2020 [21:47]:
Tramp “heç kimə bəlli olmayan” silahdan danışdı: “Ümid edirəm, istifadə etməyəcəyik”
18/09/2020 [21:41]:
FIFA futbola sərmayəni 5 dəfə artırdı
18/09/2020 [20:52]:
Rayon Təhsil Şöbələri Təhsil Nazirliyinə qaytarılmalıdır - POLEMİKA
18/09/2020 [20:36]:
Ermənistan İsraildə səfirliyini  rəsmən açdı...-FOTO
18/09/2020 [20:31]:
Kolumbiyanın Azərbaycandakı səfiri Ədəbiyyat İnstitutunda olub
18/09/2020 [20:29]:
"İnşallah, Tofiq Yaqublunun ev dustaqlığı tezliklə azadlığına qovuşması ilə nəticələnər"
18/09/2020 [20:23]:
BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi qaldırıldı - FOTO
18/09/2020 [20:13]:
“Virusun da sahibi Allahdır, bizim də”
18/09/2020 [20:11]:
Zibil toplayarkən baxın nə tapdı - FOTO
18/09/2020 [20:06]:
"Marığa durmuş “beşinci kolon”un himayədarları böyük ümidlə gözləyirdilər ki..."
18/09/2020 [19:57]:
Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR
18/09/2020 [19:56]:
DTX rəhbərliyi yüksək bal toplamış kursantlarla görüşüb
18/09/2020 [19:54]:
Siyavuş Novruzov hesabat verdi - FOTO
18/09/2020 [19:39]:
60 nəfərin qatıldığı toyun bədəli ağır oldu - FOTO
18/09/2020 [19:28]:
Suriya böhranı yenidən dərinləşir: Bu “hərbi-siyasi bataqlıq” iki nəhəng dövləti qarşıdurmaya sürükləyir
18/09/2020 [19:18]:
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub
18/09/2020 [19:16]:
Kişi cinsi orqanına bənzədilən heykəl uçuruldu - FOTO
18/09/2020 [19:12]:
Co Baydenlə “dərinlər” arasında gizli toplantı - bu toplantı onun seçkilərdəki taleyini müəyyən edə bilər
18/09/2020 [19:10]:
“Üzeyir bəy Ermənistan rəhbərini azərbaycanlıların bəzi problemlərinin həllinə vadar etdi...”
18/09/2020 [19:08]:
Rusiya Qarabağa görə NATO ilə vuruşacaq? - Rus politoloqun blefi, yoxsa...
18/09/2020 [19:05]:
Tanınmış neyrocərrah: “Şumaxerin əməliyyatı gecikdirilib”
18/09/2020 [19:02]:
Sarı camış - Kamal Abdulladan yeni hekayə...
18/09/2020 [18:58]:
Milyonlarla istifadəçisi olan bu tətbiqlər qadağan ediləcək...
18/09/2020 [18:44]:
"Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür"
18/09/2020 [18:38]:
Qəssabxanadakı bu görüntülər ortalığı qarışdırdı - VİDEO
18/09/2020 [18:37]:
Cəlilabadda fərdi yaşayış evi yandı
18/09/2020 [18:36]:
Akopyan dalaşıb, istefa verdi - Paşinyan ailəsində şok
18/09/2020 [18:28]:
Rezidenturaya qəbul imtahanı başa çatıb
18/09/2020 [18:18]:
Sevgilisinin tabutu üzərində omba rəqsi etdi - VİDEO
18/09/2020 [18:05]:
“Azəriqaz”ın baş direktoru və müavinləri qəbul keçirdi - FOTO
18/09/2020 [18:03]:
“Ümidvarıq ki, bu qərar əsəb və hikkə savaşından barış mühitinə qayıtmağa təkan olacaq”
18/09/2020 [18:02]:
Elman Paşayev vəkillik statusundan məhrum edilib
18/09/2020 [18:00]:
Bizə qarşı böhtan və qarayaxma kampaniyası aparılır - "Qaçqınkom" etiraz bəyanatı yaydı...
18/09/2020 [17:50]:
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
18/09/2020 [17:48]:
Özünüməşğulluq proqramına qoşulan aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur - FOTO
18/09/2020 [17:45]:
“Generalların təmas xəttinə səfərləri hər şeydən öncə ona görə əhəmiyyətlidir ki...”
18/09/2020 [17:45]:
"Prezident bu məsələlərə humanist yanaşır" - Vahid Əhmədov
18/09/2020 [17:27]:
Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA
18/09/2020 [17:25]:
Prezident Şahin Mustafayevə yeni vəzifə verib
18/09/2020 [17:24]:
Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı
18/09/2020 [17:22]:
Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
18/09/2020 [17:19]:
Çində peyvənd laboratoriyasında qaz sızması - 3 mindən çox insan xəstəliyə yoluxdu
18/09/2020 [17:14]:
Əflatun Amaşov “agent“ siyahısından yazdı - “Orada tanıdığımız hər kəsin adı ola bilərdi“
18/09/2020 [17:12]:
“Milli mədəniyyətimizin Üzeyir zirvəsi” adlı musiqili-bədii layihəyə start verilib - VİDEO
18/09/2020 [17:09]:
“Biz ancaq təhsil nazirlərini dəyişməklə məşğuluq, amma təhsili kökündən dəyişmək haqda heç kim fikirləşmir...”
18/09/2020 [17:05]:
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib - FOTOLAR
18/09/2020 [16:56]:
Bu il Azərbaycanda nə qədər meşə ərazisi yanıb? - AÇIQLAMA
18/09/2020 [16:54]:
“Lotereya oynadım, Bakıda ev aldım” - Xalq artisti Məleykə Əsədova
18/09/2020 [16:50]:
İntihar edən Naidə İsayevanın atası və qardaşı ŞOK FAKTLAR AÇIQLADILAR
18/09/2020 [16:39]:
Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar
18/09/2020 [16:37]:
Terrorçuların Qarabağa yolunu kəsməyin tək yolu: HƏRBİ ZƏRBƏLƏR...
18/09/2020 [16:33]:
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
18/09/2020 [16:30]:
Düşmənimizin İsraildə səfirliyi rəsmən fəaliyyətə başladı
18/09/2020 [16:28]:
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18/09/2020 [16:26]:
Xaçmazda meşədə narkotik plantasiyası aşkarlanıb - FOTO
Bütün arxiv bir sırada
21/11/2019 [20:56] - Cəmiyyət - ( 952 dəfə baxılıb)

Dövlət başçısı: "Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir"



"Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir". 

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

Dövlət başçısı deyib ki, Sumqayıtın qədim tarixi var: "Ancaq şəhər kimi Sumqayıt 70 il bundan əvvəl formalaşdı. 1949-cu il noyabrın 22-də Nazirlər Sovetinin qərarı ilə Sumqayıt şəhəri yaradılmış və Sumqayıtın sürətli inkişafı başlamışdır. Sumqayıt sənaye şəhəri kimi formalaşdı, kimyaçılar şəhəri kimi inkişaf etdi. Sumqayıtda bir çox sənaye müəssisələri, yeni iş yerləri yaradılmışdır. Azərbaycanın müxtəlif bölgələrindən Sumqayıta kadrlar gəlməyə başlamışdır. Eyni zamanda, Sovet İttifaqının digər respublikalarından gələnlər Sumqayıtda işlə təmin olunmuşdular. Ancaq əfsuslar olsun ki, şəhərin yaranmasının birinci mərhələsini əhatə edən dövr ərzində Sumqayıtda ekoloji tarazlığa fikir verilməmişdir, ekoloji tarazlıq pozulmuşdur. Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdur. Ancaq 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək".

Prezident İlham Əliyev vurğulayıb ki, Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir: "1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü".

Dövlət başçısı qeyd edib ki, 1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi: "Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi. Bildirməliyəm ki, Sovet İttifaqının süquta uğramasının bir neçə səbəbi var. Onların ən başlıcası odur ki, iqtisadi münasibətlər düzgün qurulmamışdı, planlı iqtisadiyyat özünü doğrultmamışdı. Sovet İttifaqının inkişafı 1980-ci illərdə daha çox neft amilinə söykənirdi və neftin qiyməti dünya bazarlarında kəskin düşəndən sonra gəlirlər də azaldı və bu gəlirləri başqa sahələrdən əldə edilən mənfəət hesabına formalaşdırmaq mümkün olmadı. Ona görə əlbəttə ki, iqtisadi amil birinci rol oynayırdı, eyni zamanda, 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdır. Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan, o cümlədən milli siyasət idi. Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt xüsusilə müsəlman respublikalarına münasibət çox mənfi idi. Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdır. Eyni zamanda, separatçılara imkan yaradıldı ki, onlar nəinki öz cəfəng fikirlərini səsləndirsinlər, həm də ictimai rəyə təsir etsinlər. O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi".

"Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Ondan sonra bizi yeni, çox ağır sınaq və faciə gözləyirdi – Yanvar faciəsi. Hansı ki, yenə də Qorbaçov öz xalqına qarşı böyük cinayət törədərək dinc əhalini qırdırdı. Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, bir gün Sovet İttifaqı dağılacaq. Yəni, bu addımı atarkən Heydər Əliyev təcrübəli rəhbər kimi bilirdi ki, ona qarşı çox böyük təzyiqlər olacaq və nəinki təzyiqlər, onun hətta həyatı təhlükə altına düşə bilər. Belə də oldu. Sonrakı tarix bunu bir daha göstərdi, onun həbs edilməsi haqqında qərar verildi. Bakıya gəlməli idi, həmin gün onun yaxın tərəfdarı qətlə yetirildi. Ondan sonra onun səfəri təxirə salındı. Sonra Bakıya gəldi. O vaxtkı rəhbərlik ona burada da yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu. Beləliklə, Azərbaycanın yeni dövrü başladı", - deyə Prezident İlham Əliyev əlavə edib.

loading...
Zibil toplayarkən baxın nə tapdı - FOTO
60 nəfərin qatıldığı toyun bədəli ağır oldu - FOTO
Kişi cinsi orqanına bənzədilən heykəl uçuruldu - FOTO
Milyonlarla istifadəçisi olan bu tətbiqlər qadağan ediləcək...
Qəssabxanadakı bu görüntülər ortalığı qarışdırdı - VİDEO
Clean City Company
N.Tusi adına Klinika

Siyasət
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
Siyasət
Ermənistan İsraildə səfirliyini  rəsmən açdı...-FOTO
Gündəm
“Generalların təmas xəttinə səfərləri hər şeydən öncə ona görə əhəmiyyətlidir ki...”
Şou-biznes
“Həmin bəstəkarların musiqiləri insanın iç dünyasını səliqə-sahmana salır...”
Cəmiyyət
“Cəmiyyətimizdə istənilən şəxsi intihara gətirib çıxaracaq addımlardan çəkindirməliyik”

Yazar
İlham İsmayıl
Bir gün Zaman, ya da Amerika prezidenti bizi də yaxalayacaq...
Sultan Laçın
"Azərbaycan torpağında qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Rövşən Lənkəranski sağdır? - Məzarından GÖRÜNTÜLƏR - VİDEO
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA
"Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib, bilirsiniz niyə..?"
“Vətənə xəyanət etməmişəm ki, 400 manat qurbandı mənim vətənimə...”
Paşinyan İrana qarşı vuruşmuş erməni “sərkərdə”nin  qəbrinə GÜL QOYDU...
"Bu şəhərdə" bu dəfə Siyavuş Novruzovu parodiya etdi - VİDEO
“Torpaqları azad etmək istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki...”
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
Bill Qeyts də o dünyaya köçdü...- FOTOLAR
Separatçı liderdən Ağdamdakı üzüm və nar bağından həyasız bəyanat - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247