Xəbər lenti
05/08/2020 [23:42]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ...
05/08/2020 [23:13]:
“Orient Queen” Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı + Video
05/08/2020 [23:09]:
Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO
05/08/2020 [23:01]:
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı
05/08/2020 [22:59]:
Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub
05/08/2020 [22:57]:
ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb
05/08/2020 [22:43]:
Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi” - VİDEO
05/08/2020 [22:37]:
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası təsdiqlənib
05/08/2020 [22:32]:
Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi
05/08/2020 [22:31]:
Süleyman Kərimovun ailəsi “Forbes Russia”nın ilk pilləsində qərarlaşdı
05/08/2020 [22:28]:
Qənirə Paşayeva aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasına çağırdı...
05/08/2020 [22:17]:
“MDB-nin bizim üçün o qədər də böyük əhəmiyyəti yoxdur, çünki...”
05/08/2020 [22:14]:
Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı - FOTO
05/08/2020 [21:51]:
Rüsvayçılıq ömürdən uzun olur, Nikol Paşinyan! - VİDEO
05/08/2020 [21:51]:
"Rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq..." - VİDEO
05/08/2020 [21:49]:
"Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir...”
05/08/2020 [21:42]:
Gürcüstan XİN: “Hərbi yüklərlə bağlı bütün beynəlxalq normalara ciddi riayət edirik”
05/08/2020 [21:40]:
Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək - VİDEO
05/08/2020 [20:58]:
"Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq..."
05/08/2020 [20:54]:
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...
05/08/2020 [20:47]:
Azərbaycan Livana 1 milyon ABŞ dolları maliyyə yardımı göstərəcək
05/08/2020 [20:44]:
Azərbaycanda hüquqi şəxslərə və fərdi sahibkarlara icarə haqqı ilə bağlı güzəşt edildi - QƏRAR
05/08/2020 [20:25]:
Dəhşətli partlayış toy gününə təsadüf etdi: Bəylə gəlinin qaçma görüntüləri - VİDEO
05/08/2020 [20:24]:
Haaqada Xocalı abidəsi daha münasib yerə köçürülüb
05/08/2020 [20:19]:
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub
05/08/2020 [20:14]:
“Nə tez məni xalq düşməni etdiniz?”- Elnarə Xəlilova
05/08/2020 [20:12]:
Şəbnəm dəbdəbəli villasını Könül Kərimovaya satıb?
05/08/2020 [20:10]:
QHT Şurası 7 qrant müsabiqəsinin nəticələrini elan etdi
05/08/2020 [20:08]:
Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb - FOTO
05/08/2020 [20:06]:
Ədalət Vəliyev Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu ilə görüşüb
05/08/2020 [20:05]:
«Atılan addımlar ölkə iqtisadiyyatının möhkəm təmələ söykəndiyini əminliklə söyləməyə əsas verir"
05/08/2020 [20:02]:
Ermənistan xarici telekanalların yayımını məhdudlaşdırır
05/08/2020 [19:59]:
Beynəlxalq Qarabağ Forumu müharibə çağrışı ilə Prezidentə müraciət etdi
05/08/2020 [19:54]:
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb
05/08/2020 [19:52]:
Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi
05/08/2020 [19:50]:
Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb
05/08/2020 [19:48]:
Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO
05/08/2020 [19:47]:
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilib
05/08/2020 [19:44]:
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib
05/08/2020 [19:43]:
Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi
05/08/2020 [19:29]:
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
05/08/2020 [19:01]:
Azərbaycanda benzin bahalaşdı - FOTO
05/08/2020 [18:37]:
Baş nazirin iqamətgahı BƏRBAD HALA DÜŞDÜ...- FOTO
05/08/2020 [18:35]:
“Ədəbiyyat da, incəsənət də qəhrəmanlarımızla bağlı öz sözünü deməlidir”
05/08/2020 [18:30]:
Arda Turan "Qalatasaray"a qayıtdı
05/08/2020 [18:24]:
“Amerika vətəndaşıyam, orada evim var” – Yaqub Zurufçu
05/08/2020 [18:22]:
Azərbaycanda karantin rejiminin pozulmasına görə 45 nəfər həbs olunub
05/08/2020 [17:55]:
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb
05/08/2020 [17:52]:
Baş Prokurorluğun idarəsində struktur dəyişiklikləri aparılıb, yeni şöbələr yaradılıb
05/08/2020 [17:51]:
Maskotlar vətəndaşları məlumatlandıracaq - FOTO
05/08/2020 [17:47]:
İranda müxalifət nümayəndəsi edam olunub
05/08/2020 [17:44]:
“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”
05/08/2020 [17:35]:
Koronavirus payızda daha təhlükəli ola bilər - Ramin Bayramlı
05/08/2020 [17:32]:
Beyrut bu silahla vuruldu? – Şok video
05/08/2020 [17:30]:
Dövlət qulluğuna müsahibə elan edilib
05/08/2020 [17:26]:
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib - VİDEO
05/08/2020 [17:24]:
Beyrutu dağıdan partlayıcı maddə rus gəmisindən boşaldılıbmış
05/08/2020 [16:50]:
Deputatlar İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi TƏSDİQLƏDİ
05/08/2020 [16:47]:
Livanda dünyanı silkələyən partlayış - yeni siyasi böhran
05/08/2020 [16:43]:
"İran Türkiyəyə qarşı sağlam və dürüst siyasət yürüdərsə..."
05/08/2020 [16:39]:
Xüsusi karantin rejim qaydalarını pozanlar cərimələndilər - FOTO
05/08/2020 [16:32]:
"Məmurlar yaxşı edib sizin pulunuzu yeyir” - Nadir Qafarzadə
05/08/2020 [16:28]:
Emmanuel Makron Livana səfər edəcək
05/08/2020 [16:24]:
“O, həm təbabətin, həm də ədəbiyyatın vicdanı idi...”
05/08/2020 [16:23]:
"Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilmiş..."
05/08/2020 [16:16]:
“Pik saatlarda avtobusların sayı maksimuma çatdırılmalıdır”
05/08/2020 [16:12]:
Azərbaycanda son sutkada 492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib
05/08/2020 [16:09]:
Prokurorluqda özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar yaradılıb
05/08/2020 [16:07]:
Bakıda onlayn yolla narkotik vasitələrin alqı-satqısını həyata keçirən şəxs saxlanılıb
05/08/2020 [16:04]:
Partlayan amonium nitrat deyil – Sabiq kəşfiyyatçı
05/08/2020 [16:02]:
Sabah Milli Məclisin növbəti iclası keçiriləcək
05/08/2020 [15:59]:
Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA
05/08/2020 [15:58]:
Baş Prokurorluqda “İşin Təşkili Qaydaları” təsdiq olundu, 100-dən artıq əmr ləğv edildi
05/08/2020 [15:51]:
Prezident İlham Əliyev Livan Prezidentinə başsağlığı verib
05/08/2020 [15:44]:
TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb
05/08/2020 [15:43]:
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərin növbəti mərhələsi icra olunub - VİDEO
05/08/2020 [15:41]:
"Biz 600 min şəxsə 190 manatın verilməsini nəzərdə tutmuşuq, ancaq imkansız vətəndaş sayı daha çoxdur"
05/08/2020 [15:37]:
Mərhum jurnalistin istifadə etdiyi mobil telefonu "Yeni klinika"da yoxa çıxdı - Ailəsindən etiraz...
05/08/2020 [15:33]:
"Bəzi hallarda hətta fiziki təzyiq də edirlər ki, qadın alimentdən imtina etsin..."
05/08/2020 [15:13]:
"Səhvim bir də o olub ki, qəbul etdiyimiz bəzi qərarlar yerlərdə həyata keçirilməyib..."
Bütün arxiv bir sırada
22/11/2019 [10:58] - Köşə - ( 3501 dəfə baxılıb)

Məni söyəndə, sənin əlinə zurna verirlər?..

Seymur Verdizadə

Yaddaşı iti olanlar xatırlayarlar, iki il əvvəl Daşkəsənin icra başçısı Əhəd Abıyevlə aramızda əməlli-başlı konflikt olmuşdu. Əhəd müəllim məni təhdid etmişdi, evimə zəng elətdirib, uşaqlarıma hədə-qorxu gəlmişdi. Cavabını artıqlaması ilə alandan sonra əməllərini inkar etmişdi və bununla da söz-söhbətə son qoyulmuşdu. 

Məşhur tamaşada deyildiyi kimi, Əhəd Abıyev yerdən çıxmayıb, onun da dost-tanışı, qohum-qardaşı, sirdaşı var. Üstəllik, neçə illərdi, bir sürü "jurnalist" "yemləyir". Mən ölkənin ən nüfuzlu KİV-lərinə Əhəd Abıyevlə bağlı açıqlamalar verəndə, həmin "jurnalistlərdən" biri əleyhimə status yazıb, məni təhqir etmişdi. Hər vələdüzzinaya cavab verməyi özümə rəva bilmədiyim üçün gülüb keçmişdim. Yazı-pozudan, mətbuatdan uzaq olan, sosial şəbəkələrin "yolunu tanımayan" bir neçə qohumum elə həmin gün mənə zəng edib, ürək-dirək vermişdi, bir vələdüzzinanın təhqirlərinə baş qoşmamağı məsləhət görmüşdü. Çaşıb qalmışdım. Yaşı səksəni haqlamış əmim hardan bilib ki, qotur bir "jurnalist" məni təhqir edib? Bəs, Firəngiz xala, Əsli bibi bu təhqirlərdən necə xəbər tutub? 

Araşdıranda məlum oldu ki, məni özünə yaxın bilən, işi düşəndə "bacıoğlu" deyib başıma dolanan uzaq bir qohumum məni tanıyan adamlara zəng edərək, həmin avaranın yazdıqlarını nöqtəsinə, vergülünə qədər onların ovcuna qoyub. 

Əhəd Abıyevlə aramızda dava-dalaşa səbəb olan "Əsa ilə gəzən icra başçısı, işsiz gənclər" adlı məqaləni yazmamışdan bir həftə əvvəl vacib bir tədbirdə iştirak etmək üçün Daşkəsənə getmişdim. Əhəd Abıyev mənimlə ikiəlli görüşmüşdü, kabinetinə dəvət edib başda oturtmuşdu, çay, yanında da üç-dörd çeşid mürəbbə gətirtmişdi. Amma mən şəxsi münasibətləri deyil, haqqımda yazılan nalayiq ifadələri yaxınlarımın ovcuna qoyan uzaq qohumumun işsiz qalan üç oğlunu gözümün qabağına gətirib, o məqaləni yazmışdım. Mən işsiz gənclərimizin yolunu açmaq üçün başımı Əhəd Abıyevin baltasının altına qoymuşdum. Mənə qahmar çıxmalı olan qohumum isə haqqımda yazılan təhqirləri tirajlamaqla işini bitmiş saymışdı... 

Yenə iki il əvvəl "Lider" TV-də efirə gedən "Qaynar müzakirə" verilişində müğənni Afaq Aslanın ifa tərzini və geyimini sərt tənqid etmişdim. Veriliş efirə gedəndən sonra Afaq Aslan şəxsi facebook səhifəsində öz səviyyəsinə uyğun status yazıb, məni "ağ yuyub, qara sərmişdi". Belə sarsaq işlərə baş qoşmadığım üçün ona cavab verməyə lüzum görməmişdim. Amma əsl həngamə axşam evə gedəndə baş vermişdi. Bu dəfə də anam məni "ağ yuyub, qara sərmişdi". Anam danışıb ürəyini boşaldandan sonra bircə sual vermişdim: "Sən bunları hardan bilirsən?" Belə cavab vermişdi: "Sabir müəllim zəng edib, onun yazdıqlarını nöqtəsinə, vergülünə qədər mənə oxudu".


Sabir müəllim də biz tərəflərdəndi. Kasıb adamdı, orta məktəb şagirdi olan üç qızını birtəhər dolandırır. Mən Afaq Aslanı həm də Sabir müəllimin üç gözəl balasına pis nümunə olduğu üçün tənqid etmişdim... 

Ötən həftə "İçdikləri arağı onların burnundan gətirmək lazımdır" adlı köşə yazmışdım. Məqalə saytda yerləşdiriləndın sonra içki düşkünü olan bir "ziyalı" özünün facebbok səhifəsində əleyhimə təhqiramiz status yazdı. Bu dəfə də başqa bir "qəhrəman" həmin mətni olduğu kimi əmim oğluna göndərib. Hələ bir utanmadan da soruşub ki, qohum-əqrabanın xəbəri var? Ay "qəhrəman", mən o yazını sənin kimi araq şüşəsini qucaqlayıb yatan adamların ibrət götürməsi üçün yazmışam. İstəmirəm ki, gecə-gündüz içib, arvad-uşağı yaddan çıxarasınız. Hansısa "alkaş"ın məni söyməsinə niyə sevinirsən? Məni söyəndə, sənin əlinə zurna verirlər? Əgər verirlərsə, bir az möhkəm çal, "alkaş" dostların da oyansın...

loading...
"Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir...”
"Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq..."
“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”
"Biz 600 min şəxsə 190 manatın verilməsini nəzərdə tutmuşuq, ancaq imkansız vətəndaş sayı daha çoxdur"
Ailə qurmağa hazırlaşırdılar, yan yana dəfn olundular - DƏHŞƏT...
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...
Araşdırma
Nuran Abdullayevin 4 ay əvvəl koronavirusla bağlı dediyi elmi tədqiqatlar təsdiqlənir...
Cəmiyyət
"Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün bir o qədər yaxşı olar"
İqtisadiyyat
“Kənd təsərrüfatı məhsullarının qiyməti fantastik dərəcədə artıb” – “Görün qışda nə olacaq”
Cəmiyyət
“Yaşadığım ömür yolumda çalışmışam ki, xalqıma sədaqətli olum...”
Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Moskva Paşinyanın yerinə adamını tapdı...
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
"Biz həmişə Ermənistanın yanındayıq..."
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
"Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247