Məlum olduğu kimi, İranda benzinin bahalaşması kütləvi aksiya və etirazlara səbəb olmaqdadır.
Bəs Azərbaycan dövləti İrandakı proseslərlə bağlı hansı həssasiyyət sərgilməlidir? Rəsmi Bakı Güneydəki soydaşlarımızın təhükəsizliyi və marağı baxımından hansısa bir mövqe ortaya qoymalı, onların müdafiəsi istiqmətində hansısa addımlar atmalıdırmı?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu İrandakı proseslərin həm Azərbaycan, həm də dünya üçün mühüm əhəmiyyətə malik olduğunu söylədi:
“Rəsmi Bakı tərəfindən bu məsələyə sadəcə Güneydəki qardaşlarımız deyil, qonşu ölkədə baş verən, Azərbaycana da təsir edə biləcək hadisələr fonunda yanaşılmalı, bu proseslərin qansız-qadasız keçməsi üçün hər hansı bir imkanı varsa, bu imkandan istifadə etməlidir. Çünki İran məsələsi hər zaman mühüm əhəmiyyət kəsb edən bir məsələ olub. İrandakı hadisələr dünyanın altını üstünə çevirəcək, dünyanın simasını dəyişəcək qədər əhəmiyyətli hadisələrdir.
Buna görə də biz bu məsələlərə həssaslıqla yanaşmalıyıq və çalışmalıyıq ki, proseslər həm Güneydəki soydaşlarımız, həm də Şimali Azərbaycanın təhlükəsizliyi baxımından təhlükəli proseslərə təkan verməsin”.
Seymur ƏLİYEV