Xəbər lenti
04/07/2020 [18:31]:
Lukaşenko ABŞ-la daha güclü münasibətlər istədiyini açıqladı
04/07/2020 [18:01]:
Kanadada koronavirusa yoluxanların sayı 105 mini keçib
04/07/2020 [17:55]:
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
04/07/2020 [17:45]:
"Bu ittihamlar ya sübut edilməli, ya onları irəli sürənlər qanun qarşısında cavab verməlidirlər"
04/07/2020 [17:34]:
İş icazəsi ilə İsmayıllıya istirahətə gedənlər cərimələndi - FOTO
04/07/2020 [17:29]:
Qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələri açıqlandı
04/07/2020 [16:46]:
BŞBPİ kriminal avtoritetin dəfnində iştirak edənləri cərimələyib
04/07/2020 [16:44]:
"Nə qәdәr vicdansız olаsаn ki, bu qәdәr hәyаtı tәcrübә ilә, sеvgi ilə yаşаyаn аdаmı..."
04/07/2020 [16:40]:
Putinin oteldə unutduğu köynəyi satılır - Kremlin reaksiyası FOTO
04/07/2020 [16:37]:
“Səhhətim yaxşı deyil, ayaqlarımda ağrılar var...”
04/07/2020 [16:36]:
Bakıda ağır qəza: Yarışan taksi sürücülərindən biri idarəetməni itirdi və... - ANBAAN VİDEO
04/07/2020 [16:11]:
İş icazəsi ilə Qusara istirahətə gedənlər cərimələndi - FOTO
04/07/2020 [16:10]:
Hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata və qonaqları cəzalandırıldı - FOTO
04/07/2020 [16:07]:
Bu da OLDU: Portaldan icazə alıb oğurluğa getdilər
04/07/2020 [16:05]:
Polis supermarketlərdə reydlər keçirir - FOTO
04/07/2020 [15:56]:
Samir Nuriyev icra başçıları ilə bağlı TAPŞIRIQ VERDİ
04/07/2020 [15:51]:
İcra hakimiyyəti məmurun evinin yandırılması iddialarına münasibət bildirdi
04/07/2020 [15:47]:
İranda bir gündə COVID-19-dan 148 nəfər ölüb
04/07/2020 [15:35]:
AMEA-nın şöbə müdiri vəfat edib
04/07/2020 [15:32]:
Azərbaycanlı alim: “Koronavirus xərçəng xəstəliyi yarada bilər”
04/07/2020 [15:13]:
"Biz karbohidrogenlərini, qızıl və metalını qoymağa yer tapmayan Rusiya deyilik..."
04/07/2020 [15:09]:
Nazarbayev Azərbaycanlı yazarı təltif etdi
04/07/2020 [15:07]:
"Müdafiə naziri bu xahişi Ali Baş Komandana çatdırıb və ondan sonra əmr verilib..."
04/07/2020 [14:57]:
Sərsəng su anbarında boğulanlar var...
04/07/2020 [14:49]:
Qazaxın Daş Salahlı kəndində çəkilən yeni bulaqdan 200-dən çox ailə istifadə edəcək
04/07/2020 [14:47]:
“Sənaye məhsulları istehsalının genişlənməsi Azərbaycana yeni bazarlara çıxmaq imkanı verir”
04/07/2020 [14:41]:
“Bəhram artıq gözlərini açıb, huşu da tam yerindədir...”
04/07/2020 [14:39]:
"Stalinin adı ilə bağlı hər nə varsa, toxunmaq yasaqdır"
04/07/2020 [14:37]:
"Morenştrasse" metro stansiyası "Qlinka küçəsi" adlanacaq
04/07/2020 [14:30]:
“Qanuni oğru”lar Antalyada toplaşdı - Quli və Şakro müzakirəsi...
04/07/2020 [14:30]:
UNEC brendi Estoniyada da tanındı
04/07/2020 [14:27]:
Qacarların süqutu hansı ölkənin kəşfiyyat xidmətinin işi idi?
04/07/2020 [14:20]:
Türkiyə parlamentinə yeni sədr seçiləcək
04/07/2020 [14:15]:
Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələndi
04/07/2020 [14:12]:
Müğənni Zamiq Hüseynovdan yeni fotosessiya - FOTOLAR
04/07/2020 [14:05]:
Beynəlxalq ekspert: “Azərbaycanda sudan istifadə təcrübəsi dəyişməlidir”
04/07/2020 [13:58]:
Türkiyə təhlükəsizlik qüvvələri başına 500 min mükafat qoyulmuş PKK terrorçusunu məhv etdi
04/07/2020 [13:49]:
"Dillənməsəm, deyəcəklər koronavirusa yoluxub" - Aktyor şöhrətin başağrısına çevrildiyini bildirir...
04/07/2020 [13:26]:
Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu: Çirklənmə pik həddə çatdı - FOTO
04/07/2020 [13:22]:
Yaponiyada sel fəlakəti: İnsanlar evlərin damında kömək gözləyir
04/07/2020 [13:19]:
“COVID-19 infeksiyasından sağalan şəxs bu virusa yenidən yoluxa bilər” - AÇIQLAMA
04/07/2020 [13:17]:
Spikerə yeni köməkçi təyin olundu
04/07/2020 [13:15]:
Sabah havanın hərarəti 38 dərəcəyə yüksələcək
04/07/2020 [13:04]:
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
04/07/2020 [13:03]:
Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA
04/07/2020 [13:02]:
Şöbə müdiri: "Koronaviruslu hamilələrin dünyaya gətirdiyi 16 körpə həkim nəzarətindədir"
04/07/2020 [13:00]:
Avropa Mərkəzi Bankı yeni əsginaslar buraxır
04/07/2020 [12:58]:
BŞİH əməkdaşları kütləvi şəkildə koronavirus testindən keçirilib? - RƏSMİ
04/07/2020 [12:42]:
Mahatma Qandinin aforizmləri: "Sevgi insanlığın, zorakılıq heyvanlığın qanunudur..."
04/07/2020 [12:40]:
Hacı Qara niyə intihar etmək istəyirdi? - Məşhur filmin pərdəarxası...
04/07/2020 [12:34]:
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
04/07/2020 [12:14]:
"Arzu edirəm ki, tezliklə pandemiya qurtarsın və onun səsi Qarabağımızdan gəlsin"
04/07/2020 [12:13]:
COVID-19-a yoluxan şəxs: “Özümə sistem qoşurdum, tibb bacıları evə gəlməkdən qorxurdu”
04/07/2020 [12:06]:
Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib
04/07/2020 [12:03]:
Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını ciddi təhlükə altında qoyur
04/07/2020 [12:01]:
Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb
04/07/2020 [11:59]:
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar
04/07/2020 [11:53]:
Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi
04/07/2020 [11:50]:
Bakıda karantin rejimini pozan şəxs həbs edilib
04/07/2020 [11:46]:
Türkiyədə fabrikdə baş vermiş partlayışdan sağ çıxan şəxs yaşadıqlarını paylaşdı - FOTO
04/07/2020 [11:45]:
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının saytına erməni müdaxiləsi...?
04/07/2020 [11:32]:
Mahmudovun “sprutu” - eks-spikerlə sabiq nazirin sirli sövdələşməsinin gizlinləri
04/07/2020 [11:25]:
"Adam Zəhranın qətlə yetirilməsini xatırlayanda az qalır ki, qadın olaraq müharibəyə başlasın”
04/07/2020 [11:21]:
Ancelina Coli Qarabağa görə Azərbaycana gəlsə...
04/07/2020 [11:18]:
Trampın cazibədar müşavirində koronavirus aşkarlandı...
04/07/2020 [11:16]:
Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir”
04/07/2020 [11:14]:
“Çox ciddi yoxlama aparılır” - DYP-dən xəbərdarlıq
04/07/2020 [11:13]:
“Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq”
04/07/2020 [10:39]:
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
04/07/2020 [10:38]:
Bakı Slavyan Universitetində “Gələcəyin diplomatları” layihəsi həyata keçiriləcək
04/07/2020 [10:34]:
Paytaxtın əcnəbi dillərin “işğalından” azad edilməsini istəyən ziyalılarla görüş keçirillb...
04/07/2020 [10:26]:
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Gözləyirik...”
04/07/2020 [10:17]:
Hacı Şahin: “Həcc kimi müqəddəs ziyarət təxirə salınıbsa, deməli...”
04/07/2020 [10:16]:
Məhəmməd Əmin Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırıb? - ARAŞDIRMA
04/07/2020 [10:13]:
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb
04/07/2020 [10:08]:
"Dövlətə sevgini 30-40 min dollara almaq mümkün olmayacaq, Millətin gözündən düşməyin"
04/07/2020 [09:57]:
Xüsusi karantin rejimini pozan kafe aşkarlanıb, 5 nəfər cərimələnib
04/07/2020 [09:54]:
Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi
04/07/2020 [09:53]:
Ermənilər atəşkəsi 42 dəfə pozub
04/07/2020 [09:24]:
Koronavirusla bağlı son STATİSTİKA
Bütün arxiv bir sırada
26/11/2019 [09:37] - Ədəbiyyat - ( 2721 dəfə baxılıb)

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərində danabaşlılar və eşşək kulminasiyası



C.Məmmədqüuluzadə bütün yaradıcılığı ilə yeni xarakterli Azərbaycan nəsrinin və eləcə də satirik mətbuatının əsasını qoydu. Onun tragikomediyaları da bu üslubun, faciəni satirik tərzdə ifadə metodunun ilk nümunələridir. İstər “Ölülər”, “Anamın kitabı”, istərsə də “Dəli yığıncağı” və digər dram əsərləri ədəbiyyatımızda dramaturgiyanın sonrakı inkişafının ana tezislərini müəyyənləşdirdi. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə ədəbiyyatımızı yalnız məzmun-ideya aspektindən deyil, həm də forma, dil-üslub sənətkarlığı baxımından da zənginləşdirmişdir. Onun nəsr yaradıcılığındakı  özünəməxsus  təhkiyə  dili,  tənqidi  realizm  ədəbi  məktəbinə xas  satirik  üslubu, milli şüurda inqilabi, intibahi oyanış yarada biləcək siyasi, fəlsəfi-estetik məramnaməsi gələcək böyük roman konsepsiyası üçün özül oldu. Təsadüfi deyil ki, XX əsrin 60-cı illər romançılığında və ümumiyyətlə, nəsrində C.Məmmədquluzadə yaradıcılığının dil-üslub xüsusiyyətləri, ədəbi-estetik, fəlsəfi-siyasi və sosial-psixoloji xarakteri, mahiyyəti açıqca görünməyə başladı. Həmin nasirlərin bir çoxu  C.Məmmədquluzadənin bədii dil üslubunu sanki şüuraltı yaddaş instikti ilə təkrarlayırdı. Hadisələrin təsviri və nəqli, obrazların tipikləşdirilməsi və xarakterizəsi metodu da yeni nəsr uğurlarında bu və ya digər şəkildə təkrarlandı. İ.Şıxlı, İ.Hüseynov, S.Əhmədli, İ.Məlikzadə, F.Kərimzadə, Anar, Elçin, M.Süleymanlı, S.Səxavət və başqa nasirlərin yaradıcılığında xeyli paralellər və təsirlənmələr müşahidə etmək mümkündür. Və nasirlərimiz bu oxşarlığı, hətta kitablarına verdikləri adlarda da təsdiqləyirdi. Məsələn, Anarın “Molla Nəsrəddin-66”, “Molla Nəsrədin-86” kitabları buna misal ola bilər.

C.Məmmədquluzadənin yaradıcılığında “situasiya və qəhrəman” problemi bədii həllini tam fərqli  şəkildə tapır. Onun nəsrində labrint çıxılmazlığı, qəhrəmanların  əlacsızlığı faciəsi subyektlərin problemi kimi deyil,  milli, ictimai bəla, cəmiyyət problemi kimi xarakterizə edilir. Bu əsərlərdə sanki bütün insanlar əzab çəkir. Həmin dövrdə Qərb ədəbiyyatında rast gəldiyimiz hakimiyyət və diktatura konteksti C.Məmmədquluzadənin yaradıcılığında sanki bir qəsəbə, kənd miqyasında sadə insanlarla onları istismar edən adamların zoru, yalanı, saxtakarlığı problem-situasiyası ilə əvəzlənir. C.Məmmədquluzadə çox böyük, dərin kökləri olan ictimai problemlərin, faciələrin, aşınmaların təsvirini ilk baxışdan adi görünən epizodlarda, əhvalat nəqli prosesində təqdim edə bilir. Məsələn, Məhəmmədhəsən əminin eşşəyinin itməyi hadisəsi sosial-siyasi, ictimai problem həddinə qədər qalxır. Danabaş kəndində eşşək itib. Əslində oğurlanıb. Bu hadisə sosial qruplar arasında olan münasibətdəki ədalətsizliyin, istismarın anatomiyasını açmaq üçün əla epizoddur. 

“Miladiyyә tarixinin min sәkkiz yüz doxsan dördünсü ilindә avqust ayının әvvәllәrindә Danabaş kәndindә bir qәribә әhvalat olubdu. Әhvalat budu ki, Mәhәmmәdhәsәn әminin eşşәyi oğurlanıb. Söz yox, o kәsin ki, bu әhvalatdan xәbәri yoxdu, mәnim sözümә inanmayaсaq; çünki doğrudan da eşşәyin itmәkliyi bir elә tәәссüblü şey deyil ki, bundan bir qәribә әhvalat çıxsın. Hәr kәnddә vә hәr şәhәrdә gün olmaz ki, eşşәk itmәsin. Amma xeyr, Mәhәmmәdhәsәn әminin eşşәyinin itmәkliyinin özgә eşşәklәrin itmәkliyinә bir tük qәdәr dә oxşarı yoxdu. Vallahi, billahi, Mәhәmmәdhәsәn әminin eşşәyinin itmәkliyi bir qәribә әhvalatdı ki, nağıl edim, siz dә qulaq verib lәzzәt aparasız”

Əsərdə obrazların çox maraqlı təqdimat üslubu var. Müəllif hadisədən hadisəyə, bir süjet komponentindən digərinə keçəndə (məsələn, zavyazkadan kulminasiyaya və s.) bizi yeni xarakter, yeni tip ilə tanış edir. Onun təhkiyəsində nağıl dili şirinliyi məhz bu cür gözlənilməz təqdimatlarda ortaya çıxır.

“Әvvәl görәk kimdi Mәhәmmәdhәsәn әmi? Hәr kәs Danabaş kәndini tanıyır, o yәqin Mәhәmmәdhәsәn әmini dә tanıyır; çünki Mәhәmmәdhәsәn әmi kәndin sayılan şәxslәrindәn biridi. Mәhәmmәdhәsәn әminin olar әlli dörd, әlli beş yaşı. Artıq olmaz. Hәrçәnd ki, saqqalı ağarıbdı, özü ki, and içir ki, әgәr mәni kasıblıq sıxmasaydı, heç kәs demәzdi ki, mәnim sinnim qırxdan artıq ola. Elә yalan demir Mәhәmmәdhәsәn әmi; çünki kişinin bu sinnindә genә yanaqları qıpqırmızı qızarır. Mәhәmmәdhәsәn әminin başına çox işlәr gәlib. Әgәr duraq hamısını nağıl elәmәkliyә, çox uzun çәkәr. Nәlәr gәlib Mәhәmmәdhәsәn әminin başına, nә işlәrә düçar olubdur! Vәssalam ki, ruzgar bu kişinin üzünә gülmüyübdü” .

            Xudayar bəy obrazının təqdimatı isə eşşəklə bağlı səhnədə reallaşır.  Müəllif  müəyyən ştrixlərlə göstərir ki, Xudayar bəy başqa  kəndxudalar kimi kəndxuda olmayıb,  adət bu idi ki, kəndxudanı camaat seçər. Amma Xudayar bəyin kəndxudalığı özgə tövr olubdu, yəni çox asan həll edilib. Qlava onun anasını özünə siğə edib və əvəzində Xudayar bu vəzifəni ondan alıb.

Yazıçı Xudayar bəyi oxucusuna ilk tanışlıqdanca oğru (eşşək oğrusu) kimi göstərir. Və onu tanıtma məqamı çox incə sarkazmla qələmə alınıb. Məhəmmədhəsən əmi pəyədən eşşəyi çıxarmağa gedəndə, o dar macalda müəllif bu “fürsəti”, eşşəyi gözləmə zamanını Xudayar   bəyi xarakterizə   işinə sərf edir:

“Mәhәmmәdhәsәn әmi, tez oğlanı göndәr pәyәdәn eşşәyi çıxarsın, minәсәyәm şәhәrә, nәçәrnik istiyibdir”. Kәndlilәr сәld ayağa durub, salamı rәdd elәdilәr. “Baş üstә, baş üstә, qurbandır sәnә eşşәk. Bu saat gedim özüm çıxardım gәtirim”. Bu сavabı verib, Mәhәmmәdhәsәn әmi әlüstü girdi hәyәtә. Mәhәmmәdhәsәn әmi eşşәyi gәtirmәkdә olsun, görәk pәs bu şәxs kimdi vә nәçidi. Bәli, xırda adam deyil bu eşşәyi istәyәn şәxs. Bu, Danabaş kәndinin katdası Xudayar bәydi” .

Əsərin janrı haqqındakı qənaətimiz roman prinsipləri ilə düz gəlir. Burada  roman janrına xas xarakter və tiplər, tipikləşdirmələr var. Yəni, ədəbiyyat tariximizdə heykəlləşmiş, zamanın portreti kimi daşlaşmış obrazlar (Məhəmmədhəsən əmi, Xudayar bəy, Zeynəb və başqaları) qalereyası ictimai-siyasi, sosial-mədəni mənzərənin romanını əks etdirə bilən böyük bir bədii mətnin ədəbi qəhrəmanları ilə yanaşı həm də roman hadisələri, roman süjeti, roman konfliktləri var. Əsərin dramatizmi daha çox konfliktlərlə deyil, labrint çıxılmazlıqları ilə diqqəti çəkir. Elə bil bütün hadisələr və gedişat mütləq “Xudayar düyünü”ndə ilişib qalır. Xudayar zorun, şərin, yalanın modeli kimi bir heykələ çevrilir təsəvvürümüzdə. Zeynəbin, Məhəmmədhəsən əminin ailəsinin faciəsi bu adamın adi istəklərinə, dostu Heydər bəyin arvadını və onun mal-dövlətini ələ keçirmək məqsədinə hesablanıb. Eşşək Xudayar bəyin fitnə-fəsad planında konflikt detalıdır. (“O mәhәllәdә binәva Zeynәbin vә uşaqlarının matәmi, bu mәhәllәdә yazıq Şәrәfin vә balalarının matәmi. Xudayar bәy üz qoydu Mәhәmmәdhәsәn әminin eşşәyini alıb getsin şәhәrә. O mәhәllәdә dә fәqir Mәhәmmәdhәsәn әminin vә bütün külfәtin matәmi” .)

            Ümumiyyətlə, əsərdə çox ağır bir dramatizm var: danabaşlılar və eşşək kulminasiyası. Eşşək bir kəndin adamlarının taleyində bu və ya digər şəkildə həlledici rol oynayır. Sanki, bütün bədbəxtliklərin səbəbi də həmin eşşək olur. Amma harda eşşək fraqmenti varsa, orda Xudayar bəy obrazı da kölgə və kabus kimi gözümüz önünə gəlir. Diqqət edin, hansı faciəni, hansı bədbəxtliyi düşünürüksə, mütləq o vaqeədə eşşək və Xudayar katda qoşa iştirakçıtək canlandırılır. Məhəmmədhəsən əminin Kərbala ziyarətini alt-üst edən, Əhmədin və anası İzzətin,  Şərəfin (Xudayar bəyin arvadı), Fizzənin (Zeynəbin qızı) ölümünə  bais, Zeynəbi və oğlu Vəliqulunu ac-yalavac duruma gətirən və onlarla diğər bədbəxtliklərə səbəb olan da məhz Danabaş kəndini o baş, bu baş dolaşan, əldən-ələ gəzən eşşək və həmin kəndin kəndxudası Xudayar bəydir.

Әhmәd dә ölübdü, Mәhәmmәdhәsәn әminin övrәti dә ölübdü. Әhmәdi bildir boğaz ağrısı tutub öldü. Anası onun iki ay qüssәsini eylәyib, axırı bir dәrdә mübtәla oldu vә ömrünü bağışladı Mәhәmmәdhәsәn әmiyә. Amma Mәhәmmәdhәsәn әmi indiyәdәk and içir ki, Әhmәdi dә, övrәtini dә eşşәyin dәrdi öldürdü”.

Əsl faciə qəhrəmanına çevrilmiş Məhəmmədhəsən əmi əsərin sonunda dəli olmuş qoca kimi təqdim edilir. Onu da eşşək əhvalatı dəli edir. Və Məhəmmədhəsən əmi qalan ömrünü ona saysız-hesabsız bədbəxtliklər gətirən həmin eşşəyi axtarmağa sərf edir. Sonda qocalmış, əldən-ələ keçib həqiqi sahibini itirmiş eşşək tapılır. Amma gecdir. Xudayar katdanın xoşbəxtliyinə, namuslu, ədalətli adamların isə bədbəxtliyinə səbəb olan eşşək əsərin finalında “çallaşmış bəla” şəklində, qiyafəsində mühakimə meydanına gətirilir. Məmmədhəsən əmi eşşək sahibindən soruşur: “Qardaş oğlu, bu eşşәyi sәn kimdәn almısan?”

            Məmmədhəsən əmi nə qədər müti, aciz və utancaq adam olsa da, onun içində, şüuraltında  bir Xudayar qəzəbi, intiqamı var.

“Allah, dәrgahına çox şükür! Bәndәnin başına bu qәdәr iş gәlәr ki, mәnim başıma gәlir? Bu Yezid oğlu Yezid elә mәnim eşşәyimi gәrәk gәlib aparaydı ki, başıma bu qәdәr qalmaqal gәlsin? Kәnddә iki min eşşәk var. Get birini min, apar da! Elә mәni gözün görür?”

            Eşşəyin itməsi səbəbi onun qalan ömrünün ana sualına çevrilir. Əslində müəllifin oxucudan bu suala cavab alması üsülu, metodu da həmin sualdan doğan hekəyətin ideyasını soruşmağa yönəlir. Eşşək niyə itir? Çünki Xudayar Zeynəbin kəbinini özünə kəsdirmək üçün qaziyə rüşvət verməli idi. Eşşəyi satıb o pulu əldə edir və yeni faciələrin əsasını qoyur. Əsərin sonunda bir dəstə eşşəyə qoşulub kəndi dolaşan həmin “qəhrəman” (Məhəmmədhəsən əminin eşşəyi)  yenidən baş rolda təsvir edilir:

Eşşәklәr yavıqlaşdılar vә istәyirdilәr keçsinlәr, oturanların içindә bir qoсa kişi qaçıb vә eşşәklәrin içinә özün soxub bir çal eşşәyin başını qaytardı vә durdu diqqәtlә eşşәyin o üzünә-bu üzünә baxmağa. Eşşәklәrin sahibi әlbәt elә güman elәdi ki, qoсa kişi eşşәk almaq istәyir, qaçdı qabağa vә o biri eşşәklәrin başını “çoçә” deyә-deyә qaytarıb, saxladı yolun ortasında vә gәldi çal eşşәyin yanına. Qoсa kişi gah eşşәyin qabağına keçir, gah dalına keçir, başına baxır, qıçlarına baxır, quyruğuna baxır. Sonra da ağzını açdı, dişlәrinә baxdı. Eşşәk sahibi başladı eşşәyi tәriflәmәyә:And olsun allaha belә eşşәk olmaz. Bu eşşәkdәn hünәr әskik deyil. Görürsәn nә qәdәr yük çatmışam. Düz yeddi pud yükdü. Әgәr almaq meylin olsa, sәnә uсuz da verәrәm”. Qoсa kişi genә eşşәyin ağzını ayırıb, diqqәtlә ağzına baxandan sonra başını qovzadı vә üzünü tutdu eşşәk sahibinә:Qardaş oğlu, bu eşşәyi sәn kimdәn almısan?” Əsərdə müəllifin bir çox həqiqətləri, absurd durum yaradan anlaşılmazlıqları təqdimat metodu da maraqlı şəkildə ifadəsini tapıb.  Məsələn, Xudayar bəydən danışanda Məhəmmədhəsən əmi arada “hakim” ifadəsini işlədir. Onun təsəvvüründə “kəndxuda” hakim, ədalətli və hər şeyi bilən başçı kimi canlanır.  (“Axı, ay arvad, vallah neсә elәyim? Üz üzdәn utanır. Gәlir istiyir, adamın üzündәn gәlmir ki, desin vermirәm. Vә bir dә bu bir elә şey deyil ki, itsin, batsın. Eşşәkdi da! Aparıb, genә gәtirәсәk verәсәk özümüzә. Eşşәyin ki, әtini yemiyәсәk! …Neсә ola bilәr ki, bir eşşәkdәn ötrü hakimi özündәn inсidәsәn? Aparıb eşşәyi, genә axşam qaytarıb gәtirәсәk da!”

C.Məmmədquluzadə ictimai-siyasi ştrixlərlə dolu xırda detallar və   fraqmentlərdə  cəmiyyətin xeyli böyük problemlərini göstərə bilir. Süjetin düyün nöqtələrindən biri Məhəmmədhəsən əminin eşşəyi Xudayar bəyə sözsüz-sovsuz gətirib təsim etməsi məsələsidir. Lakin hamının – hətta oxucuların, eləcə də mətnin özündə İzzətin, Əhmədin, Şərəfin və başqalarının qınağına səbəb olan bu addımı atmamaq mümkün idimi? Müəllif bu sualın cavabını elə Məhəmmədhəsən əminin özünə verdirir:

“Yәni eşşәyi dә vermәmәk olmazdı. Söz yox, nә tövr vermәmәk olar? Eşşәyi vermәsәn, onda dәxi kәnddә baş gәzdirmәk olar? Genә neсә olsa, hakimdi, katdadı. Günün günorta çağı gәldi, nahaq yerdәn yaxaladı ki, bu qәdәr iştrafındı ver, onda pәs neсә olsun? Xeyr, olmazdı ki, vermiyeydim”.

            “Danabaş kəndinin əhvalatları” əsəri haqqında danışnda adətən qadın hüquqsuzluğu məsələsinə də toxunurlar. Lakin əsərdəki Zeynəb, İzzət, Şərəf kimi cəsarətli, ərləri ilə kəskin mübahisələr edən, onlardan daha tədbirli, sözünü deməyi bacaran obrazların olması və onların dialoqları başqa söz deyir. Yəni, bu mühitdə, “Danabaş” adlı kənddə bütün insanlar eyni cür istismar edilir. Hər kəsin haqqı tapdalanır. Bu prosesdə qadın və ya klişi fərqi yoxdur. Əsərdə Zeynəb də, Məhəmmədhəsən əmi də cins ayrıseçkiliyi olmadan zorun, eyni cür idarəetmənin qurbanına çevrilir.

C.Məmmədquluzadə satirasının publisistikada inikası “Molla Nəsrəddin” jurnalının timsalında özünü göstərdi. Onun nəsr yaradıcılığında isə bu satira bədii planda, sətiraltı mənalarla zəngin səhnələr, təsvirlər vasitəsilə ifadəsini tapdı. Müəllif zamanın cahillik və zorakılıq, zülm, ədalətsizlik, qanunsuzluq xaosunu ərz etmir. Yəni, onun müəllif təhkiyəsində və ya obrazların dilində buna münasibət yoxdur. O, çox böyük ustalıqla situasiya yaradır. Adamlar haqsızlıqdan az qalır ki, göyə dırmaşsın. Sözlərini deməyə, səslərini ucaltmağa heç bir imkan yoxdur. Yazıçı bu zülmün, sitəmin yerdə qalmasını kiçik bir fraqment və mesajla çox açıq və aydın şəkildə bəyan edir. Onlar həzrət Abbasa ərizə yazır və ziyarətə gedən, adamların ziyarət səfərini təşkil edən  çavuşa ah-nalə dolu kağızlar verirlər ki, həzrət Abbasa versin.  Zəvvarların qapısından bir-bir şirinlik alan çavuş Məhəmmədhəsən əminin həyətinə çatanda böyük bir vaveyla ilə qarşılaşır. Məhəmmədhəsən əmi, arvadı İzzət gözlərindən qan-yaş axıdırlar.

“Apar, qardaş, apar.... O әrizәni apar.... Apar hәzrәt Abbasa. Apar.... Mәn gedә bilmәdim.... Gedә bilmәdim. Qoymadılar. Mәni qoymadılar.... Mәnim eşşәyimi oğurladılar. Yedilәr. Satdılar. Apar әrizәni, apar. Mәn gedә bilmәdim....” İzzәt  də ağlamağa başlayır və ərinin sözünü kəsib deyir: “Çavuş, apararsan o әrizәni hәzrәt-Abbasa. Gәrәk mәnim әrimi bu yoldan binәsib elәyәnә Hәzrәt-Abbas özü qәnim ola. İmam özü qәnim ola....”

Bu şikayət ərizələrinin “qəhrəmanı” Xudayar katda idi. Xudayar tək deyildi, əzənlərin, cahillərin, xalqa əziyyət verən başçıların ümumiləşmiş obrazı kimi tək  görünsə də, onun əməllərində şərin və rəzalətin daha çox xidmətçiləri boylanırdı. Təsadüfi deyil ki, çavuşa başqa şikayət ərizələri də verilir ki, həzrət Abbasa verilsin. Bəs bu qadınlar kim idi? “Çavuş meydana çıxıb, axırınсı münaсatını başladı ki, yәni çıxmaq vaxtıdır. Bu heyndә çavuşun yanına iki övrәt yeridi. İkisi dә ayaqyalın vә qara çadralı. Bu övrәtlәrin birisi uсa idi, birisi alçaq. Hәr ikisi ağlayırdı. Bunlar çavuşun yanına yetişib, hәr birisi çadrasının altından bir bükülü kağız çıxardıb uzatdılar çavuşa. Çavuş münaсatını kәsib başını әydi aşağı vә kağızları aldı. Çavuş soruşdu ki, bu kağız nә kağızdır? Övrәtlәrin hәr ikisi сavab verdilәr ki, bu әrizәdir hәzrәt-Abbasa. Çavuş qoltuq сibindәn kağız dәstәsini çıxardıb, övrәtlәrin әrizәlәrini hәmçinin daxil elәdi kağız dәstәsinә vә dübarә qoltuq сibinә qoyub başladı münaсatı. Bu övrәtlәrin ikisini dә biz tanıyırıq. Uсa övrәt Zeynәbdi; biri dә Xudayar bәyin övrәtidi. Yәni şәriәtә baxsaq, ikisi dә Xudayar bәyin övrәtidi, biri köhnә övrәtidi, biri dә tәzә övrәtidi” .

“Danabaş kəndinin əhvalatları” əsərində çox maraqlı qarşılaşdırma üslubu var. Müəllif dramatizmi, konflikt və kontrastlı vəziyyətləri diqqətə çatdırmaq üçün obrazlarını bəzən  bilərəkdən “təkləyir”. Əlacsız, kimsəsiz, öz həqiqəti ilə təkbaşına qalmış adamların durumu ümumi xarakter daşıyır. Bu əsərdə boğulma, səsi içində batıb qalan adamların səssiz harayı əslində qulaqbatırıcı bir fəryad kimi oxucunu haylayır. Məhəmmədhəsən əminin səsi nə Xudayar bəyin, nə də eşşəyinin sorağıyla yanına getdiyi başqa adamların yanında eşidilmir.

            “Ağa, doğrusu, mәnim eşşәyimi bilmirәm Heydәrxan körpüsünә daş daşımağa aparıblar, ya da ki, karvansaraçı mәni aldadır, deyir ki, burda deyil”.

Atlı Mәhәmmәdhәsәn әmi dediyindәn bir zad başa düşmәdi. Nәçәrnik onun üstә çığırıb qovdu kәnara vә rusсa atlılara dedi ki, içәridәn dilmanсı çağırsınlar. Bu heyndә bir uсa boylu oğlan әllәri yanında qaçıb gәldi nәçәrnikin yanına. Nәçәrnik genә dilmanсa bir söz dedi vә dilmanс üzünü tutdu Mәhәmmәdhәsәn әmiyә:

Kişi, nә deyirsәn?”

Vallah, ağa bilmirәm mәnim eşşәyimi ya Heydәrxan körpüsünә aparıblar, ya da ki, karvansaraçı saxlayıb. Bilmirәm nә sәbәbә vermir. Sabah züvvar çıxır. Mәn lap mәәttәl qaldım”. Bu danışıq çox uzun çәkdi. Mәhәmmәdhәsәn әminin sözünü nә dilmanс, nә dә ki, nәçәrnik başa düşә bilmәdilәr. Nә qәdәr dilmanс tәkid elәdi ki, Mәhәmmәdhәsәn әmi әhvalatı aşkar vә açıq desin ki, bir zad başa düşmәk olsun, amma heç başa gәlmәdi. Anсaq Mәhәmmәdhәsәn әminin sözü bu oldu: “Vallah mәnim eşşәyimi, ağa, bilmirәm Heydәrxan körpüsünә aparıblar, ya da ki, karvansaraçı saxlayıb vermir”. Nәçәrnik yәqin elәdi ki, bu kişinin huşu başında deyil. Axırı laәlaс qalıb, Mәhәmmәdhәsәn әmini divanxanadan qovdu” [81, 106].

            Həmin dramatik anlaşılmamaq dərdi digər zülm görənlərə, məzlumlara da aiddir. Məsələn, Xudayar bəy qeyri-qanuni yolla, rüşvət verib Zeynəbin kəbinini özünə kəsdirəndən sonra dir dəstə kişi (Xudayar bəyin yalançı şahidləri) Zeynəbin evinə gəlib, ona təzyiq göstərir:

“Bu heyndә evә altı şәxs daxil oldu. Dördü bizim tanışlardandı: Qasımәli, Sәbzәli, Kәrbәlayı Qafar vә Vәliqulu. Amma ikisini tanımırıq. Bunlardan biri qırx beş, bәlkә dә әlli sindә, qırmızı saqqal, qara papaq bir kişidir. Bu, Danabaş kәndinin qlavası Kәrbәlayı İsmayıldır. O biri dә elә bu sindә köhnә qara papaq, qәdәk arxalıqlı, ağ tuman, qara saqqal kişidir. Bu da Danabaş kәndinin prixod mollası Molla Mәhәmmәdquludur.

Zeynәb bunları görсәk qalxıb çәkildi, durdu buсaqda. Qızlar da gedib soxuldular analarının yanına vә tәәссüblә gözlәrini dikdilәr qonaqlara. Qonaqlar сәrgә ilә әylәşdilәr. Molla yuxarı başda, onun sağ tәrәfindә Kәrbәlayı İsmayıl, sol tәrәfindә Kәrbәlayı Qafar; Kәrbәlayı Sәbzәli, Vәliqulu vә Qasımәli divara dayanıb, durmuşdular ayaq üstә. Molla Mәhәmmәdqulu, Kәrbәlayı İsmayıl vә Kәrbәlayı Sәbzәli çubuqlarını çıxardıb başladılar doldurmağı. Molla çubuğunu alışdırıb, üzünü tutdu Zeynәbә sәmt”.

Molla və Kərbalayilər köməksiz bir qadına qarşı din adından yalan, şər, böhtan dolu moizə oxuyurlar. Onu zor gücünə Xudayarın evinə göndərirlər və bütün bu işlərin gedişatını müəllif elə realistik üsulla təsvir edir ki, qaraguruh həddinə çatmış din adamlarının əməlləri və düşüncə tərzi təəccüb doğurmur. Din adına alver edən mollalar, kərbalayilər insanlıq adına ləkə gətirən bir sosial təbəqə kimi əks olunur. Əsərdə başqa bir absurd vəziyyətlə də tanış oluruq. Şahidsiz məzlumlar və yalançı şahidləri olan zalımlar kontrastı bütün əsər boyu oxucunu gərginlikdə saxlayır. Nə Zeynəbin, nə Məhəmmədhəsən əminin, nə acından ölən körpə Fizzənin, nə  də  Şərəfin şahidi yoxdur. Xudayar katdanın isə bir dəstə imtiyazlı şahidi var. C.Məmmədquluzadə bir müəllif kimi öz obrazlarından uzaqda deyildi. O, Xudayar bəy, Zeynəb, Vəliqulu, Məhəmmədhəsən əmi, Şərəf, İzzət,  Kərbalayilər və başqa  surətləri vasitəsilə ictimai-siyasi, sosial mühitin xarakterini, real mənzərəsini canlandırırdı.

Portuqaliya yazarı, Nobel mükafatı laureatı X.Saramaqonun da dediyi kimi, obrazlar öz müəllifinin iradəsinə zidd heç bir addım ata bilməz. “Ümumiyyətlə, bu obrazlar öz həyatlarını yaşayır, öz yollarını gedirlər, yazıçının işi onları izləməkdir  deyənlərə inanmıram. Yazar yaratdığı obraza verdiyi, onda gördüyü düşüncə tərzinə zidd hadisələrlə xarakteri nəyəsə məcbur etməməyə diqqət etməlidir, bu məsələdə həssas yanaşmalıdır, amma yazarın yaratdığı obrazın müstəqilliyi ola bilməz. Obraz müəllifin əlində fırlanır, mənim əlimdə yaranır, üstəlik özünün bilmədiyi mənim cızacağım yolda irəliləyir, mənim ona yaşatdığım hadisələrdən keçməli olur. Obrazlar kəndirlər üzərində yeriyirlər, bu iplər görünməzdir, müəllif istəyən yerdə qırılar. Hər bir obrazın yaşadığı azadlığın,  müstəqilliyin  illuziyasıdır,  heç bir obraz müəllifin getməsini istəmədiyi yerə gedə bilməz.  Xarakterlər   hekayənin   ayrılmaz    hissədir. Onlar müəllifin yaratmaq   istədiyi   struktura   xidmət   edir.   Hansısa   obrazı   təqdim edirəmsə, deməli, o obraz  orada   mən lazım  bildiyim üçün var, mən hekayədə o obrazdan istifadə etmək   istəyirəm,  ondan nə istədiyimi bilirəm” .

“Danabaş kəndinin əhvalatları” əsəri XX əsr Azərbaycan nəsri, eləcə də roman yaradıcılığına istər dil-üslub, istərsə də forma-məzmun və ideya-struktur baxımından əhəmiyyətli dərəcədə  təsir edən yeni tipli bədii nəsr nümunəsidir.

 

İradə Musayeva

 

 

 

loading...
“Səhhətim yaxşı deyil, ayaqlarımda ağrılar var...”
"Müdafiə naziri bu xahişi Ali Baş Komandana çatdırıb və ondan sonra əmr verilib..."
"Morenştrasse" metro stansiyası "Qlinka küçəsi" adlanacaq
Mahatma Qandinin aforizmləri: "Sevgi insanlığın, zorakılıq heyvanlığın qanunudur..."
"Dövlətə sevgini 30-40 min dollara almaq mümkün olmayacaq, Millətin gözündən düşməyin"
Clean City Company
N.Tusi adına Klinika

Dünya
"Stalinin adı ilə bağlı hər nə varsa, toxunmaq yasaqdır"
Gündəm
“Bütün səfir və konsulların fəaliyyəti yoxlanılmalıdır”
Cəmiyyət
"Arzu edirəm ki, tezliklə pandemiya qurtarsın və onun səsi Qarabağımızdan gəlsin"
Hadisə
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının saytına erməni müdaxiləsi...?
Gündəm
Ermənilər  separatçı rejim “polisi”nin  Laçındakı idarəsi üçün yeni bina tikməyə başladı...-FOTO 
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
Aygün Kazımovanın yarıçılpaq videosu yayıldı - VİDEO (18+)
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
Ərini başqa qadınla tutan, doğuş sancısıyla səhnəyə çıxan, şüşə gözlü Xalq artisti...
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
"Xüsusi sesiyanın çağırılması Azərbaycanın beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi nüfuzunu göstərir"
"Mnasakanyan Azərbaycanın təslim olmasını tələb etdi, ancaq rəsmi Bakı hələ də..."
"Axı Azərbaycanın nə qədər Solmaz Tohidisi, Firdovsiyyə Əhmədovası və ya Qulu Məhərrəmlisi var ki..."
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247