Xəbər lenti
09/12/2019 [23:27]:
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
09/12/2019 [23:25]:
Bakıda 2 avtomobil toqquşub, 3 nəfər yaralanıb
09/12/2019 [23:19]:
Azərbaycan nefti bahalaşıb
09/12/2019 [22:51]:
Rusiyada həbsdə olan, prezidentə sui-qəsd edən və başına 25 milyon qoyulan terrorçu
09/12/2019 [22:46]:
Azərbaycanla sərhəddə “donuz qripi” TƏHLÜKƏSİ
09/12/2019 [22:40]:
Sabirabadda 60 yaşlı kişini elektrik cərəyanı vurub
09/12/2019 [22:36]:
Fərhad Göçerdən qadınlara dəstək - “Sizin qulunuzuq”
09/12/2019 [22:01]:
Parisdə "Norman Dördlüyü" liderlərinin görüşü başlayıb
09/12/2019 [21:40]:
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi rədd edir
09/12/2019 [21:38]:
ADU-nun rektoru İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb
09/12/2019 [21:35]:
Tərtər sakini ağzından güllələnib
09/12/2019 [21:15]:
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib - FOTOLAR
09/12/2019 [21:15]:
Ayaqqabılarını götürmək istəyərkən 28 metr yündürlükdən yıxıldı - QORXUNC... + VİDEO
09/12/2019 [21:10]:
Xəstə uşağın 4 saat yerdə yatmasına görə Baş nazir üzr istədi - İBRƏTAMİZ
09/12/2019 [21:05]:
“Türk düşməni olan ermənilər hər fürsətdə göstərirlər ki, onların gözü türk torpaqlarındadır"
09/12/2019 [21:02]:
"Naşükürlük etmək və bu qədər yaxşılığı boşuna çıxarmaq düzgün deyil..."
09/12/2019 [20:59]:
Diaqnostik qiymətləndirmədə 2700 psixoloqun iştirak edəcəyi proqnozlaşdırılır - NAZİRLİK
09/12/2019 [20:57]:
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib.
09/12/2019 [20:53]:
Husilər Amerika təyyarədaşıyanını batırmaqla hədələyir
09/12/2019 [20:52]:
Qadınlara əmr etdiyi şey ölkəni hərəkətə keçirdi - MARAQLI
09/12/2019 [20:42]:
Gəncədə qadın özünü yandırdı
09/12/2019 [20:36]:
“Suriyada 1 milyon qaçqının məskunlaşması üçün hazırlıq görülür”
09/12/2019 [20:31]:
ADPU-da Heydər Əliyevin anım mərasimi keçirilib
09/12/2019 [20:21]:
Firuzə İbadova: "İlhamə Quliyevanın oğlu Orxan mənə borcunu qaytarmadı"
09/12/2019 [20:10]:
“Uşaqlar məktəbdə siçovullarla bir yerdə oxuyur...”-VİDEO
09/12/2019 [19:47]:
Müəllimlərin hava-su kimi axtardıqları kurikulum vəsaiti çap olundu –BP ilə ortaq layihə
09/12/2019 [19:24]:
"Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur"
09/12/2019 [19:20]:
Azərbaycanda Rusiya ilə ortaq dərman istehsalı müəssisəsi açılıb - FOTO
09/12/2019 [19:16]:
Türkiyədə saxta erməni soyqırımı iddialarına cavab vermək məqsədilə sayt yaradılıb
09/12/2019 [19:12]:
“Qobu Park-2” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərə hüquqi yardım göstərilib
09/12/2019 [19:01]:
Bakıda ögey anaları tərəfindən işgəncə verilən azyaşlıların nənəsi danışdı - VİDEO
09/12/2019 [18:50]:
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görüldü - FOTO
09/12/2019 [18:49]:
Çini İŞİD-lə vurma planı: Zəmin necə yaradılır?
09/12/2019 [18:43]:
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
09/12/2019 [18:35]:
4 sevgilisi olan qadın hamilə qaldı - Uşağı bərabər böyüdəcəklər...
09/12/2019 [18:32]:
Putin Parisə getdi
09/12/2019 [18:27]:
"İnsan hüquqları və yerli özünüidarəetmə" mövzusunda "dəyirmi masa" keçirildi
09/12/2019 [18:15]:
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
09/12/2019 [18:11]:
Sevgilisinin alnına bıçaqla adını yazdı - AĞLASIĞMAZ...
09/12/2019 [18:10]:
Baş nazir Ramin Quluzadəyə yeni səlahiyyətlər verdi
09/12/2019 [18:08]:
Bakıda yolu keçən qadını maşın belə vurdu - VİDEO
09/12/2019 [18:05]:
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda geniştərkibli konfrans keçirilib -FOTOLAR
09/12/2019 [18:00]:
Qurban Qurbanovun oğlu poker etdi
09/12/2019 [17:56]:
“Azərbaycanın Mehriban Siması” kitabı ictimaiyyətə təqdim olundu - FOTOLAR
09/12/2019 [17:49]:
Ermənistan nümayəndə heyəti Avronest PA-nın sessiyasında təxribat törətdi
09/12/2019 [17:43]:
“YPG terrorçudur və bütün dünya bunu belə də biləcək”
09/12/2019 [17:42]:
Baş Nazir dövlət bayrağı haqqında qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb
09/12/2019 [17:41]:
İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi
09/12/2019 [17:38]:
Putinin yanından ayırmadığı çantasının sirri... - Dünya diktatorun barmağında - FOTOLAR
09/12/2019 [17:35]:
Bu ölkədə qadınlar ora kişilərlə eyni qapıdan girəcək - Restoran və kafe sahibləri isə uzun zamandır ki...
09/12/2019 [17:31]:
"Rusiyanın hakim siyasi dairələri Azərbaycana öz mülkləri, öz müstəmləkəsi kimi baxır"
09/12/2019 [17:22]:
Novruz Məmmədov feysbuka QAYITDI - FOTO
09/12/2019 [17:09]:
Əlişir Musayev “Əmək” ordeni ilə təltif edilib
09/12/2019 [17:07]:
“Ədliyyə Nazirliyinin bu sahədəki əməyini qiymətləndirməmək qeyri-obyektivlik olar”
09/12/2019 [17:06]:
Şaybanı buraxıb, yumruq davasına çıxdılar - VİDEO
09/12/2019 [17:00]:
Eks-prezident oğluna şirkət hədiyyə etdi
09/12/2019 [17:00]:
"Kəlbəcər" Cəmiyyətinin sədri Cavid Qurbanovla bağlı Kəlbəcərlilərə səsləndi...
09/12/2019 [16:48]:
Zakir Qaralov ögey övladlara işgəncə faktını nəzarətə götürdü
09/12/2019 [16:46]:
Naxçıvan Ali Məclisinə də yeni seçki keçiriləcək - SƏRƏNCAM
09/12/2019 [16:45]:
ADP bu namizədlərlə seçkiyə gedir - SİYAHI
09/12/2019 [16:35]:
Əvvəl şirkətə qarşı dələduzluq etdi, ardından ictimai rəyi çaşdırmaq istədi... - AÇIQLAMA
09/12/2019 [16:35]:
İtaliyada 12 saata 36 zəlzələ oldu
09/12/2019 [16:31]:
“ANS Şirkətlər Qrupu”nun vitse-prezidenti yeni şirkət yaradıb
09/12/2019 [16:24]:
İlham Əliyev Dövlət Agentliyinə 7,8 milyon manat ayırdı
09/12/2019 [16:21]:
Deputatdan cəbhə və sərhəd bölgəsinin əhalisi ilə bağlı vacib TƏKLİF
09/12/2019 [16:18]:
AMEA-nın Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
09/12/2019 [16:15]:
ATƏT PA-dan Azərbaycandakı islahatlara dəstək: "Yeni parlament daha enerjili və daha fəal olacaq"
09/12/2019 [16:12]:
Aparıcı Fatimə: "Öz reklamıma görə evli kişi ilə münasibətə "hə" deyərəm" - VİDEO
09/12/2019 [16:10]:
Keçmiş modeldən Əhməd Davutoğluna sərt sözlər
09/12/2019 [16:07]:
İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlanıb
09/12/2019 [16:02]:
Ermənistanın hərbi büdcəsi AÇIQLANDI
09/12/2019 [15:47]:
Türkiyə və Azərbaycanın dezinformasiyalara qarşı birgə mübarizəsi mümkündürmü?
09/12/2019 [15:46]:
Fazil Məmmədovdan xəbər var
09/12/2019 [15:42]:
Vilayət Eyvazovdan yeni təyinat
09/12/2019 [15:40]:
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir - FOTOLAR
09/12/2019 [15:39]:
125 min Donbas sakini Rusiya vətəndaşı oldu - İşğalın yeni “mədəni” növü...
09/12/2019 [15:38]:
Keçmiş arvadını geri qaytara bilməyən ər onu və qardaşını bıçaqladı - Bakıdakı qanlı cinayətin təfərrüatı
09/12/2019 [15:36]:
İraq yenidən terror ocağına çevrilir: Gərginliyin arxasında kim var - ABŞ, yoxsa İran?
09/12/2019 [15:24]:
“Türk dövlətlərinin resurslarını birləşdirməsi zamanın və tarixin tələbidir” - Elməddin Behbud
09/12/2019 [15:22]:
Azərbaycan və Rusiya arasında yeni sənədlər İMZALANDI
Bütün arxiv bir sırada
02/12/2019 [22:30] - Cəmiyyət - ( 621 dəfə baxılıb)

Azərbaycan Prezidenti Rusiyanın Xarici İşlər nazirini qəbul edib - FOTO



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul edib.

"Report" xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirini salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Sergey Viktoroviç.

Sizi Azərbaycanda yenidən salamlamağa şadam. Xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri, müntəzəm səfərləri yaxşı ənənəyə çevrilib. Əlbəttə ki, ton verən prezidentlərdir. Bu il biz Vladimir Vladimiroviç ilə beynəlxalq tədbirlərdə ünsiyyətimizi saymasaq, iki dəfə görüşmüşük – Pekində və Soçidə. Prezidentlər bizim münasibətlərin inkişafına ton verirlər və ilə yekun vurarkən, - zənnimcə, artıq yekun vurmaq olar, - qeyd edirik ki, bu il bizim münasibətlərimiz üçün çox uğurlu olub. Biz bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləmişik, beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlətmişik. Deməliyəm ki, Azərbaycan nümayəndə heyəti tam heyətdə Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib və beləliklə, həmrəyliyini bildirib. Biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik.

Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub. Sizdən xahiş etmək istərdim ki, Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun “Dostluq” ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə toxunulan danışıqlara görə Prezident Vladimir Vladimiroviç Putinə təşəkkürümü çatdırasınız. Rusiya Hökumətinin sədri, Federasiya Şurasının sədri ilə də görüşlər olub. Regionlararası yubiley forumu çox uğurla keçib və əlbəttə, səfərin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması bizim dərin tarixə malik olan sıx dostluq əlaqələrimizin rəmzi oldu.

Bu il iqtisadi baxımdan da uğurlu olub. Əmtəə dövriyyəsi ildən-ilə artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artım təxminən 25 faiz civarında olacaq. Bundan aşağı olmayacaq. Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik. Bu, əmtəə dövriyyəsini və qarşılıqlı səfərləri xeyli artırmağa imkan verəcək. Yəni, çox sahələri sadalamaq olar, lakin əsas budur ki, bizim münasibətlərimizdə dinamizm qorunub saxlanıb. Zənnimcə, dinamizm artırılıb. Bu, böyük nikbinlik doğurur.

Əlbəttə ki, səfər çərçivəsində biz Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacağıq. Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Mənim dost Azərbaycana növbəti səfərim çərçivəsində Sizinlə görüşmək imkanına görə çox sağ olun. Biz həqiqətən münasibətlərimizi analoji şəkildə qiymətləndiririk, onlar yüksəlişdədir, bütün sahələrdə durmadan inkişaf edir. Siz xatırlatdığınız kimi, Prezident Putin ilə Sizin müntəzəm əlaqələriniz bunu təsdiq edir. Həm Çində, həm də Soçidə “Valday” Forumunda Sizin iştirakınız çərçivəsində geniş söhbət oldu. Soçidə çox faydalı ikitərəfli görüş, dünya siyasətinin və regional siyasətin mühüm problemlərinə dair Sizin iştirakınızla çox maraqlı çoxtərəfli diskussiya oldu.

Biz Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərini, onun Prezident Putinlə, Baş Nazir Medvedevlə, Federasiya Şurasının sədri Matviyenko ilə görüşlərini, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun çox mühüm açılış mərasimində, Regionlararası Forumda iştirakını yüksək qiymətləndirmişik və bu səfərin gedişində müzakirə edilən təşəbbüsləri biz hökmən həyata keçirəcəyik. Bu təşəbbüslər, o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdaşlığımıza yeni bir mövzu – innovasiyalar və yüksək texnologiyalar mövzusu əlavə edilməsinə aiddir, xüsusi yol xəritəsi yaradılacaq. Artıq bir neçə gündən sonra Hökumətlərarası Komissiya bu sahədə işlərin vəziyyətini nəzərdən keçirəcək.

Siz də xatırlatdığınız kimi, əmtəə dövriyyəsi sürətlə artır. Əmtəə dövriyyəsinin həcmi yəqin ki, 3 milyard dollara yaxın olacaq. Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir.

Mehriban Arif qızı Əliyevanın Rusiya Federasiyasına səfərinin daha bir maraqlı və hesab edirəm ki, çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər Forumunun daha müntəzəm keçirilməsi barədə razılaşma oldu. Bu, varislik baxımından, tarixi yaddaşın qorunub saxlanması və həm Rusiyada, həm də Azərbaycanda bizim gənc nəslin münasibətlərimizə həmişə xas olmuş dostluq, mehriban qonşuluq ruhunda tərbiyəsi baxımından prinsipial əhəmiyyət kəsb edir. Həm regional, həm qlobal, həm də universal beynəlxalq təşkilatlarda əməkdaşlığımıza gəldikdə, biz sıx qarşılıqlı fəaliyyəti, həmişə bir-birinin mövqelərini nəzərə almaq istəyini çox yüksək qiymətləndiririk. Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda, Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır.

Buna görə də, hörmətli İlham Heydər oğlu, Sizinlə söhbət etmək imkanına görə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Ümidvaram ki, sabah da davam edəcək bu səfər bizim münasibətlərimizi daha yüksək etimada əsaslanan, daha məhsuldar səviyyəyə çatdırmağa kömək edəcək. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

loading...
loading...
Ayaqqabılarını götürmək istəyərkən 28 metr yündürlükdən yıxıldı - QORXUNC... + VİDEO
Qadınlara əmr etdiyi şey ölkəni hərəkətə keçirdi - MARAQLI
4 sevgilisi olan qadın hamilə qaldı - Uşağı bərabər böyüdəcəklər...
Sevgilisinin alnına bıçaqla adını yazdı - AĞLASIĞMAZ...
Video kasetlərindən paltar hazırladı - MARAQLI...+ FOTOLAR
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Uşaqlar məktəbdə siçovullarla bir yerdə oxuyur...”-VİDEO
Dünya
Bu ölkədə qadınlar ora kişilərlə eyni qapıdan girəcək - Restoran və kafe sahibləri isə uzun zamandır ki...
Gündəm
Türkiyə və Azərbaycanın dezinformasiyalara qarşı birgə mübarizəsi mümkündürmü?
Cəmiyyət
“Qarabağın bir səsi də elə Qədir idi...”
Cəmiyyət
“Zəlimxan Yaqub elə bir irs qoyub gedib ki, nə qədər saz və musiqi var, onun yaradıcılığı yaşayacaq...”
Həftənin ən çox oxunanları
"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO
Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Prezident daha bir məmuru işdən çıxardı
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Viaqra yerinə sadəcə aspirin için - Türkiyəli həkimlərdən maraqlı araşdırma...
"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
“A.Akopyanın Mehriban Əliyevanı Qarabağa dəvət etməsi hesablanmamış bir addımdır...”-Erməni ekspert
“Qarabağ mitinqini Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247