Fazil Məmmədovun gedişinin 2 ili -Vergi sistemində nələr dəyişdi
Oxunub: 1022
07 Dec 2019 | 09:15
Fazil Məmmədovun gedişinin 2 ili  -Vergi sistemində nələr dəyişdi
Bu günlərdə Azərbaycanda vergi orqanlarının rəhbərliyində dəyişikliyin 2 ili tamam olur. 2017-ci ilin 5 dekabrında Prezident İlham Əliyev Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad olunaraq, yerinə Mikayıl Cabbarovun təyin edilməsinə dair sərəncam imzalayıb.

17 il vergilər naziri olmuş F.Məmmədovun bu sistemdə yaratdığı korrupsiya mexanizminin rəsmi şəkildə ilk tənqidi yeni nazirin kollektivə təqdimatı zamanı dilə gətirilmişdi: Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev vergi sistemində ciddi nöqsanların olduğunu söyləmişdi.

Daha sonra ölkə Prezidenti bir neçə dəfə çıxışlarında vergi orqanlarının fəaliyyətindəki ciddi problemləri kəskin tənqid etdi. Məsələn, 2018-ci ilin 9 ayının yekunlarına həsr olunmuş hökumət müşavirəsindəki çıxışında vergi-gömrük sistemindəki şəffaflıq və kölgə iqtisadiyyatının yaratdığı problemləri dilə gətirdi: “Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Bu barədə nazir məlumat verdi. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.

Bu çıxışda vergi sistemindəki qanunsuzluq və korrupsiya hallarında günahkar olan bütün tərəflər açıqlığı ilə dilə gətirilib: vergidən yayınmağa çalışan sahibkar, onu himayə edən yüksək vəzifəli məmurlar, rüşvət müqabilində buna göz yuman vergi əməkdaşı. Məhz bu üç tərəfin “səmərəli” əməkdaşlığı nəticəsində uzun illər boyu Azərbaycanda kölgə iqtisadiyyatı çiçəkləndi, milyardlarla manat büdcədən yayındırıldı. Bu vəziyyətdə Vergilər Nazirliyinin yeni rəhbərliyinin qarşısına çox ağır bir iş qoyulmuşdu. Bu işin uğurla icrası zamanı bir neçə istiqamətdən gələn təzyiq və hücumlara qarşı durmaq lazım gəldi: rüşvətxorluğa, korrupsiyaya öyrəşmiş vergi əməkdaşları, arxalı sahibkarlar, öz biznesini himayə edən yüksək vəzifəli məmurlar. Belə bir şəraitdə Vergilər Nazirliyinin yeni rəhbərliyi şəffaflaşma prosesinə start verdi. İlk öncə sahibkarlar, vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil ekspertlərlə müzakirələrə, aktiv dialoqa başlandı. Vergi qanunvericiliyində şəffaflığı dəstəkləyəcək, iqtisadiyyatın kölgədən çıxmasına şərait yaradacaq, eyni zamanda ölkənin kəskin ehtiyac duyduğu kiçik və orta biznesin inkişafına təkan verəcək dəyişikliklər üçün təkliflər toplandı və 2018-ci ilin oktyabrında parlamentə Vergilər Məcəlləsinə böyük dəyişiklikləri nəzərdə tutan qanun layihəsi təqdim olundu.

Eyni zamanda vergi orqanlarında əliəyriliyi vərdişə çevirən əməkdaşlar işdən azad olundu, yeni və təmiz reputasiyalı işçilər cəlb olundu. Bundan əlavə, vergi orqanlarında iş rejimindən tutmuş, işçi-rəis münasibətlərinə qədər bütün səviyyələrdə şəffaflıq təmin edildi.

Bu ilin yanvarından qüvvəyə minən vergi dəyişiklikləri Azərbaycanda yüksək inkişaf etmiş kölgə iqtisadiyyatının leqallaşdırılması yolunda mühüm addımlardan biri hesab olunur. Bu dəyişikliklər işəgötürənləri işçilərlə əmək münasibətlərini rəsmiləşdirməyə, sahibkarı mühasibatlığını kölgədən çıxartmağa həm stimullaşdırır, həm də sərt cəza rejimi və cəzalandırma mexanizmi ilə onları buna məcbur edir. Nəticədə bu ilin 9 ayında ölkə üzrə qeydiyyata alınan əmək müqavilələrinin sayı 126 min olub ki, bu da 9 faiz artım deməkdir. Yeni 126 min əmək müqaviləsinin 35 mini dövlət, 91 mini qeyri-dövlət sektorunda bağlanıb. Bundan əlavə,  2019-cu ilin 9 ayında Vergilər Nazirliyi plandan əlavə 350 milyon manatdan çox vəsait toplayıb. Və bu, heç bir təzyiqsiz, şəffaflıq və korrupsiyanın qarşısının alınması nəticəsində baş verib. M.Cabbarovun özü də bildirir ki, vergi yığımlarındakı ciddi artım Azərbaycan sahibkarının dövlətin uzatdığı əli qəbul etməsini göstərir və bu proses davamlı olacaq: “İstənilən vərdişin dəyişilməsi asan proses deyil. Yəqin ki, burada bir məqamı nəzərə almalıyıq: əgər dəyişiklik ediriksə, bunun müvəqqəti, yoxsa daimi olmasını məqsəd qoyuruq. Tamamilə aydındır ki, bu dəyişikliklər daimi, dönməz olmalıdır. Müvəqqəti dəyişikliyin həyata keçirilməsi o qədər də çətin deyil. Dövlətin inzibati resursu da, Vergilər Nazirliyinin funksional səlahiyyətləri və bacarıqları da imkan verir ki, biz bir sıra dəyişikliklərin daha qısa müddət ərzində həyata keçirilməsinə nail olaq. Lakin inzibati nəzarət bu və ya digər səbəbdən azaldığı halda, dəyişikliklərin geriyə dönmə riski daha yuxarı olur. Misal üçün, iqtisadiyyatın həcmi böyüyür, vergi ödəyicilərinin sayı artır və dünənki yanaşmaların sabah tətbiq edilməsi obyektiv səbəblərə görə mümkünsüz olur. Əgər biz daha uzun və daha mürəkkəb bir yolla gediriksə, başqa sözlə, vergi ödəyicisi ilə vergi orqanı arasında, vətəndaşla biznes arasında münasibətlərin təbiətinin dəyişilməsinə gediriksə, bəli, bu, daha mürəkkəb və daha uzun bir prosesdir. Amma bu, geriyə dönüşü olmayan bir prosesdir. Bu seçimi, düşünürəm ki, şüurlu şəkildə etməliyik”.

Ölkədə vergidənyayınma və kölgə iqtisadiyyatının səviyyəsinin nə qədər yüksək olduğunu M.Cabbarovun mətbuata verdiyi açıqlamalardan da aydın müəyyənləşdirmək mümkündür. Onun sözlərinə görə, pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir. Sitat: “2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir”.

Vergilər Nazirliyinin 2018-ci ildə özəl klinikalarda apardığı yoxlamalar bu sahədə də çox böyük vəsaitlərin vergidən yayındırıldığını üzə çıxarıb. Nazirliyin yaydığı məlumata görə, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77 faizində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51 faizində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61 faizində pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib: “Xronometraj metodu ilə müşahidə yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Əldə edilmiş sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3,2 dəfə və ya təxminən 231 milyon manata yaxın gizlədildiyi aşkar edilib. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7,6 dəfə az əks olunduğu müəyyən edilib. Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat arası olduğu təsdiqini tapıb”.

Vergidənyayınma halları yalnız yuxarıda qeyd olunanlar deyil, tikinti, istehsal və digər sahələrdə geniş yayılmışdı. Son 2 ildə Vergilər Nazirliyi bu sektorlarda vəziyyəti düzəltmək üçün genişmiqyaslı fəaliyyətlər həyata keçirilib. Bu fəaliyyətlər kiçik və orta sahibkarlıq tərəfindən yüksək qiymətləndirilir. Bunu redaksiyamıza müraciət edən, yaxud həmsöhbət olduğumuz sahibkarların rəyindən asanlıqla görmək olur.

Yuxarıda qeyd etdik ki, vergi sistemindəki dəyişikliklər bir neçə istiqamətdən Vergilər Nazirliyinə hücumlara səbəb olur. Bunun bariz nümunəsi sabiq deputat İqbal Məmmədova məxsus istirahət mərkəzində vergi və polis əməkdaşlarına qarşı törədilən cinayət əməlidir. Daha yüksək səviyyəli və aşkarlanmayan  hücumları isə prezident M.Cabbarovu iqtisadiyyat naziri təyin edən zaman qəbul edərkən dilə gətirib: “Haqsız rəqabət bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.

M.Cabbarov isə çıxışlarından birində bildirib ki, vergilər sahəsində prioritetləri aydındır: “Bunların sırasında vergi ödəyicilərinə ünvanlanmış ”Birlikdə kölgədən işıqlığa doğru!" fəlsəfəsi durur. Bu yolu biz birlikdə keçə bilərik və birlikdə də keçəcəyik. Şəffaflığın təmin edilməsi prioritet məsələdir və bu mənada biz öz tərəfimizdən asılı olanı edirik".(musavat.com)
Oxşar xəbərlər
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:40, Bu gün
Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 20:20
Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:18
Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO
22 Apr 2024 | 13:36
Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:18
Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO
22 Apr 2024 | 13:36
Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO