Xəbər lenti
20/01/2020 [07:35]:
Qurani-Kərimdəki şəhidlik haqqında ayələr...
20/01/2020 [00:10]:
Siz kimin əmisi oğlusunuz, cənab səlahiyyətlilər?
19/01/2020 [23:40]:
İlham Əliyev: "20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" - FOTO
19/01/2020 [23:39]:
"İmzaların yoxlanılması prosesinə nə özüm, nə də səlahiyyətli nümayəndəm dəvət olunmayıb"
19/01/2020 [23:36]:
"İndiki müxalifətdəkilərin bəziləri ciblərə girməyə, varlı olmağa can atırlar..." - VİDEO
19/01/2020 [23:22]:
Azay Quliyev seçicilərlə bir gündə üç kütləvi görüş keçirdi - FOTOLAR
19/01/2020 [22:27]:
Babək prospektində piyadanı maşın vurub
19/01/2020 [22:23]:
Həbib doğulduğu kəndi nümayiş etdirdi - VİDEO
19/01/2020 [21:46]:
"Hercai"nin "liliput" aktrisası 98 kq arıqlamaqla çəkiyə meydan oxudu... - FOTOLAR
19/01/2020 [21:46]:
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
19/01/2020 [21:23]:
Qənirə Paşayeva Tovuzun ən böyük kəndində seçicilərlə görüşdü - FOTOLAR
19/01/2020 [21:20]:
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 vəkili olan namizədi...
19/01/2020 [20:54]:
"Hadı bəy 24 ildir deputatdır, amma seçicilərinə bir xeyri dəymədi, əksinə..."
19/01/2020 [20:31]:
Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən qız ölkəsinə yola salındı
19/01/2020 [20:21]:
Ölkəyə qanunsuz dərman gətirənlər yaxalandı - FOTO
19/01/2020 [20:15]:
Çində 6,4 maqnitudalı zəlzələ olub
19/01/2020 [19:31]:
10 yaşlı qızın köməyinizə ehtiyacı var!
19/01/2020 [19:26]:
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
19/01/2020 [19:05]:
İran Küveytin 3 gəmisini saxladı
19/01/2020 [19:03]:
Berlində Liviya böhranı üzrə beynəlxalq konfrans başlayıb
19/01/2020 [19:01]:
Məzahir Pənahov: "1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"
19/01/2020 [18:22]:
Bəlkə biz də Şəkərbura indeksi yaradaq - "Xaçapurini də, plovu da döyər" - TƏKLİF
19/01/2020 [18:05]:
Gənclər 20 Yanvar faciəsi ilə bağlı video hazırlayıblar - VİDEO
19/01/2020 [18:04]:
Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb
19/01/2020 [18:03]:
MSK DSK-nın qərarını ləğv edib
19/01/2020 [17:45]:
"İndi deyirəm ki, kaş yanıma gələydi, ona sarılıb, doyunca öpərdim, amma..."
19/01/2020 [17:42]:
Tehran hava limanı fəaliyyətini dayandırdı
19/01/2020 [17:40]:
Zelenski İranda vurulmuş təyyarədə həlak olanların cəsədlərini belə qarşılayır - VİDEO
19/01/2020 [17:27]:
"Əgər sabitlik olmasa nə islahatlardan, nə də insan hüquqlarından söhbət belə gedə bilməz"
19/01/2020 [17:00]:
Daha bir deputatlığa namizədin qələbəlik seçki təşviqatı - FOTOLAR
19/01/2020 [15:44]:
Bu gün Putin Berlində Ərdoğanla görüşəcək
19/01/2020 [15:42]:
Azərbaycanlı jurnalist Türkiyədə vəfat etdi - FOTOLAR
19/01/2020 [15:40]:
Bütün xəstəliklərin bu qayda ilə öhdəsindən gəlmək olur - Alimlərin araşdırmasına görə...
19/01/2020 [14:58]:
UFC rəhbəri anons etdi: Konorun növbəti rəqibi Həbib olacaq
19/01/2020 [14:57]:
Qadınlar küçədə kişini soyub, gözəllik salonuna getdilər
19/01/2020 [14:17]:
Çingiz Qənizadə sosial şəbəkələrdə yayılan videosu haqda danışdı
19/01/2020 [14:15]:
AzTV-dən daha bir yeni layihə: 20 Yanvar qırğını dənizçilərin şahidliyi ilə - VİDEO
19/01/2020 [14:11]:
Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya… VİDEO
19/01/2020 [13:59]:
Azərbaycanda yarım metr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
19/01/2020 [13:06]:
Çingiz Qənizadənin seçicilərlə görüşləri davam edir
19/01/2020 [12:58]:
İlham Əliyevdən 20 Yanvarla bağlı paylaşım - VİDEO
19/01/2020 [12:41]:
İlk dəfə Azərbaycanda: Azay Quliyev seçicilər üçün şəxsi elektron kabinet yaradıb+VİDEO
19/01/2020 [12:13]:
Ukraynanın ləğvi başladı - Timoşenkodan şok
19/01/2020 [12:11]:
Pompeo Almaniyada dörd ölkənin rəsmiləri ilə görüşəcək
19/01/2020 [12:09]:
Bakıya ilk qar yağır
19/01/2020 [12:06]:
Azərbaycan XİN-dən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı BƏYANAT
19/01/2020 [12:03]:
Fəzail Ağamalı Milli Qəhrəmanın qəbrini ziyarət etdi - Ailə üzvləri ilə görüşdü + (VİDEO)
19/01/2020 [10:57]:
"Düşmənimin düşməni..." - Mövlud Çavuşoğlu
19/01/2020 [10:56]:
“Konservatoriyada elə müəllimlər var ki, auditoriyada ağlına nə gəldi, onu da danışır...”
19/01/2020 [10:52]:
“Ermənilər bu yaxınlarda Lapşini aradan götürüb günahı bizim üstümüzə yıxacaqlar...”
19/01/2020 [10:47]:
Saatlıda toydan qayıdan ailə qəzaya düşüb: 5 nəfər xəsarət alıb
19/01/2020 [10:40]:
"Bu halda minimum pensiya məbləği də 200 manatdan 230 manatadək qalxa bilər" - TƏKLİF
19/01/2020 [10:33]:
Generala tüpürən Vahabzadə, partiyanı lənətləyən Şıxlı və hakimiyyətdən imtina edən Şeyxulislam...
19/01/2020 [10:22]:
“Avstraliyadakı kimi yanğınlar bütün planeti bürüyəcək...”- İngilis alimlərdən SOS!..
19/01/2020 [10:03]:
İnək yaşlı qadını vuraraq ağır yaralayıb - FOTO/VİDEO
19/01/2020 [10:01]:
PKK-nın 13 terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub
19/01/2020 [09:49]:
Abramoviçin keçmiş arvadı yunan milyarderə ərə getdi – FOTO
19/01/2020 [09:47]:
ABŞ əsgərləri rus hərbçilərin yolunu kəsdi
19/01/2020 [09:21]:
Ana südü ilə qidalanma sinə xərçənginin qarşısını alır... -Möcüzəvi 12 fayda...
19/01/2020 [03:35]:
Tramp Süleymaninin öldürülməsini hər dəqiqəsini izləyib: 2 dəqiqə 11 saniyə sonra...+ FOTO
19/01/2020 [01:10]:
“Neftçi” baş məşqçisini istefaya göndərdi
19/01/2020 [01:09]:
Yəmən ordusunun yataqxanası atəşə tutulub, onlarla hərbçi həlak olub
18/01/2020 [23:54]:
Aqil Məmmədov məcburi köçkün seçicilərlə görüşüb
18/01/2020 [23:30]:
Qənirə Paşayeva: "“Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm"
18/01/2020 [23:16]:
İcra başçısının müavini: "Bu Lavrov lap kasıb imiş ki..."
18/01/2020 [23:07]:
Həbsdən çıxdı, anasını və arvadını güllələyib öldürdü
18/01/2020 [22:37]:
Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR
18/01/2020 [22:07]:
İndoneziyada güclü zəlzələ
18/01/2020 [21:52]:
Kəndə hücum edən ac canavarlar iti parçaladı - VİDEO
18/01/2020 [21:33]:
Gəncədə avtomobil piyadanı vuraraq xəsarət yetirib
18/01/2020 [21:32]:
Tramp Davosa gedir
18/01/2020 [21:00]:
Fransız milyarder dünyanın ən varlı adamı oldu
18/01/2020 [20:55]:
Prezidentin mühafizə alayına hücum edənlərlə bağlı sərt qərar
18/01/2020 [20:48]:
Bakıda 23 yaşlı oğlan itkin düşüb
18/01/2020 [20:36]:
Həftədə 49 saatdan çox işləyirsinizsə, həyatınıza təhlükə var
18/01/2020 [20:34]:
İran “Boeing”in qara qutularını Ukraynaya verəcək
18/01/2020 [20:06]:
Əli Nağıyevin yeni vəzifəsi əsir və girovlarımızın aqibətinə nə vəd edir?
18/01/2020 [19:53]:
Ərdoğan Xəlifə Həftarı diktator adlandırdı
18/01/2020 [19:30]:
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
18/01/2020 [19:28]:
Məşhur aktyor vəfat etdi
Bütün arxiv bir sırada
07/12/2019 [14:37] - Cəmiyyət - ( 762 dəfə baxılıb)

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı



Elgün Mənsimov - Trend

Dünən mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin hər yerində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Nəticədə bir gün ərzində bütün ölkə ərazisində 650 mindən çox ağac əkildi. Bununla da hər birimizin gözü önündə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı. Özü də bu tarix nəinki Azərbaycana, bütün bəşəriyyətə örnək oldu, fayda və töhfə verdi.

Məhz "Nəsimi ili" çərçivəsində əkilən bu ağaclar böyük şairə dərin ehtiram və hörmət əlaməti olmaqla yanaşı, həm də ona ucaldılan bir abidə oldu. Elə bir abidə ki, nəfəs alır, inkişaf edir, gün keçdikcə, il ötdükcə boy atır, qol-qanad açır və ətrafa gözəllik saçır. Kamil insan eşqi ilə yanıb-tutunan Nəsiminin ruhuna bundan böyük abidə, bundan kamil rəğbət ola bilməzdi...

Sevindiricidir! ​

Çünki vətəndaşlar da kütləvi şəkildə Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşıladı və ağacəkmə prosesində şövqlə iştirak etdi. Demək olar ki, Azərbaycanın hər bir bölgəsində, qəsəbə və kəndində insanlar böyük coşqu ilə bu kampaniyaya qoşuldu, yaşıllıq zolağının salınmasında əllərindən gələni əsirgəmədi. Xalqımız növbəti dəfə bir hədəf uğrunda həmrəylik, birlik nümayiş etdirdi. Çünki hər kəs bu xeyirxah əməlin insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsinə hesablandığının fərqində idi.

Alman şair və filosofu Herman Hesse yazırdı - "Ağaclar sığınacaqlardır, ağacları dinləməyi öyrəndiyimiz an onlar evimizə çevrilirlər. Bu, xoşbəxtlikdir". Bəli, insanlarımız bu marafonla məhz özlərinin gələcək sığınacaqlarını qurdular, xoşbəxtliklərinin daha bir təməlini qoydular. Müdriklərin də dediyi kimi, ağaclar insanın qoruyucusu, onun sağlamlığının keşikçisidir, boya-başa çatdığı məkanın təmizləyicisidirlər. Bir sözlə, insan beşikdən məzara qədər ağaca möhtacdır...

"Bütün ölkəmizdə gərəkli bir yaşıllaşdırma, abadlaşdırma işləri aparacağıq"

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu sözləri hələ 2007-ci ilin mart ayında Xəzər rayonunda ağaçəkmə aksiyasında iştirakı zamanı demişdi. Xatırlayırsınızsa, həmin il Novruz bayramı ərəfəsində Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək" layihəsi həyata keçirildi. Bununla da respublikanın dörd bir tərəfində minlərlə ağac əkildi. Bu layihə ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılandı. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini xalqımız yüksək dəyərləndirdi...

 
Həmçinin, 2017-ci ildə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə bölgələrdə ağacəkmə kampaniyasına start verildi. Bundan başqa, Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə başlanıldı. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa və Tovuz rayonlarında salındı. Bu meyvə bağları həmin rayonun şəhid ailələri və Qarabağ əlilləri başda olmaqla aztəminatlı ailələrin təmənnasız istifadəsinə verildi.

Bu gün isə biz ağac əkmək kimi xeyirxah əməlin daha bir möhtəşəm nümunəsini görürük. Təbii ki, bu təşəbbüslərin, aksiyaların təməl məqsədi dünyada yaşanan ekoloji böhrandan xilasa töhfə vermək, ölkəmizin təbiətini sağlamlaşdırmaq, insanlarımızın sağlam, gümrah yaşayışını təmin etməkdir.

Məlumdur ki, son onilliklər ərzində dünyada flora və faunanın tarazlığı pozulub. Nəticədə, atmosferdə karbon qazının konsentrasiyası milyonda 389 hissə olub ki, bu da 1750-ci il sənaye dövrünün başlanmasından bəri ən yüksək göstəricidir. Mütəxəssislərin fikrincə, bir avtomobil ildə atmosferdən orta hesabla dörd ton oksigen udur, atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və təxminən 200 kiloqram karbon qazı buraxır. Bu natarazlığı aradan qaldırmağın ən əsas yollarından biri təbii ki ağac əkmək, planeti yaşıllaşdırmaqdır. Çünki atmosferdə oksigenin yeganə mənbəyi ağac və bitkilərdir.

Ekoloji tələblərə görə hər bir ölkə ərazisinin ən azı 20-25 faizi meşə sahəsi ilə örtülməlidir. Azərbaycanda isə bu göstərici 12 faizə bərabərdir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi diqqət yetirilir. Bir faktı xatırlatmaq yerinə düşər ki, 2010-cu ildə - "Ekologiya ili" çərçivəsində Azərbaycanda 20 milyondan çox ağac əkilib. Bu tendensiya sonrakı illərdə də davam etdirilib.

Bununla belə, təəssüf hissi ilə deməliyik ki, dünyada yanacaq və ya məişət avadanlıqlarının düzəldirlməsi məqsədilə meşələr, ağaclar, yaşıllıqlar məhv edilir. Azərbaycanda da bu kimi halların baş verməsi ilə bağlı xeyli sayda faktlar var. Odur ki, gəlin, gələcəyimiz, sağlamlığımız üçün bu gün əkdiyimiz ağacları sabah kəsməyək, ona qulluq edək, böyüdək və kölgəsinə sığınaq...

"İmzaların yoxlanılması prosesinə nə özüm, nə də səlahiyyətli nümayəndəm dəvət olunmayıb"
"Hercai"nin "liliput" aktrisası 98 kq arıqlamaqla çəkiyə meydan oxudu... - FOTOLAR
Gənclər 20 Yanvar faciəsi ilə bağlı video hazırlayıblar - VİDEO
Qarsdakı baş konsulumuz Diyarbəkir vilayətində önəmli görüşlər keçirdi - FOTOLAR
Nərgiz Cəlilova: "Allah bu peşəni mənim üçün göndərib”
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Hadı bəy 24 ildir deputatdır, amma seçicilərinə bir xeyri dəymədi, əksinə..."
Müsahibə
“Konservatoriyada elə müəllimlər var ki, auditoriyada ağlına nə gəldi, onu da danışır...”
Cəmiyyət
"Bu halda minimum pensiya məbləği də 200 manatdan 230 manatadək qalxa bilər" - TƏKLİF
Dünya
Abramoviçin keçmiş arvadı yunan milyarderə ərə getdi – FOTO
Gündəm
Əli Nağıyevin yeni vəzifəsi əsir və girovlarımızın aqibətinə nə vəd edir?
Həftənin ən çox oxunanları
Altı yaşlı uşağa təcavüz etdiyi üçün kəndlilər onu benzinlə yandırdı- FOTOLAR
“DİN-ə qəribə bir əmr gəldi:  “Hər kəs silahını təhvil verib binadan bayıra çıxmasın…”
Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA: "Xətt onun deyil"
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
"İlkin Nərmini oxutmaq üçün qaçırıb, sözünə baxmadığı üçün..." - NƏNƏSİ DANIŞDI
İsrail həkimləri qan təzyiqini normallaşdırmağın  ən sadə yollarını göstərdi...
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247