Xəbər lenti
24/09/2020 [21:13]:
Qarabağ fəalı: “Qarabağdakı separatçıların Azərbaycana hər hansı bir şərt irəli sürməyə heç bir haqqı yoxdur”
24/09/2020 [21:11]:
"Ramiz Mehdiyevin göstərişi olmadan Elşad Abdullayevin bioqrafiyası Azərbaycan Milli Ensiklopediyasına salına bilərdimi?"
24/09/2020 [21:08]:
Tələbəsinə evlənmək təklifi etdi, bacısı qızını imtahandan kəsdi, müəllimlər ona salam vermədi...
24/09/2020 [21:02]:
Bu gün xalq artisti Xalidə Quliyevanın doğum günüdür
24/09/2020 [20:44]:
Bakıda mənzildə iki qadın meyiti aşkar edilib
24/09/2020 [20:38]:
Gürcüstan Prezidenti Ceyhun Bayramovla görüşüb
24/09/2020 [20:35]:
Ceyhun Bayramov Gürcüstan parlamentində görüş keçirib - FOTO
24/09/2020 [20:23]:
AQEM üzv dövlətlərinin Xarici İşlər nazirlərinin video-konfrans formatında iclası keçirilib
24/09/2020 [20:23]:
Ermənilərin saxta profillərinin və feyk xəbərlər yayan saytlarının siyahısı... - FOTOLAR
24/09/2020 [19:34]:
"Xaricdə Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan var"
24/09/2020 [19:25]:
İnam Kərimov Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
24/09/2020 [19:22]:
Prokurorluq Nərimanov rayonunda baş verən qətllə bağlı məlumat yayıb
24/09/2020 [19:11]:
"Tramp dərk etməlidir ki, Putin qətiyyən onun dostu deyil"
24/09/2020 [19:07]:
BDU Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək
24/09/2020 [18:48]:
Türkiyədə zəlzələ oldu
24/09/2020 [18:35]:
Prezident onlara fəxri adlar verdi - SİYAHI
24/09/2020 [18:34]:
Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM
24/09/2020 [18:32]:
Yusif İldırımzadənin qaynı qətlə yetirilib
24/09/2020 [18:29]:
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
24/09/2020 [18:28]:
Plan yerləri tam dolan ali məktəblərin adları açıqlanıb
24/09/2020 [18:25]:
DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"
24/09/2020 [18:24]:
Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində nöqsan aşkar edilib
24/09/2020 [18:24]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
HHQ-nin təlim-döyüş uçuşları keçirilir – VİDEO
24/09/2020 [17:54]:
Türkiyədə zəlzələ olub
24/09/2020 [17:52]:
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
24/09/2020 [17:47]:
STAR zavodu “Urals” neftindən imtina edir
24/09/2020 [17:37]:
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
24/09/2020 [17:27]:
Elektron Su Portalında abonentlərə 24 saat xidmət göstəriləcək - FOTO
24/09/2020 [17:25]:
Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK
24/09/2020 [17:18]:
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [17:16]:
Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib - FOTO
24/09/2020 [17:14]:
Prezident universitet əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
24/09/2020 [17:12]:
İlham Əliyevdən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru ilə bağlı SƏRƏNCAM
24/09/2020 [17:06]:
“Səhhətimdə problem var idi, həkimlər əməliyyat edib bunu aradan götürdülər...”
24/09/2020 [16:42]:
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [16:39]:
Elza Seyidcahanın “Payız şahzadəsi”geyimi və qeyri-adi baş tacı - FOTO + VİDEO
24/09/2020 [16:38]:
Zelenskinin Belarusa rəsmi səfəri ləğv olunub
24/09/2020 [16:36]:
“Mövcud şəraitdə onlayn təhsilin keyfiyyəti müqayisələndirmə obyekti ola bilməz”
24/09/2020 [16:31]:
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
24/09/2020 [16:30]:
“Ordu quruculuğuna daha çox vəsaitin ayrılması tamamilə başadüşüləndir, çünki...”
24/09/2020 [16:24]:
Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
24/09/2020 [16:20]:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron Su Portalı istifadəyə verilib
24/09/2020 [16:17]:
“Bizim ailədə mübtəda Qarabağla başlayır, xəbər Qarabağla bitir” - Baş redaktorun tələbə oğlu
24/09/2020 [16:13]:
"Rusiya bu adla Azərbaycana yenidən özünün hərbi bazasını qaytarmaq istəyir..."
24/09/2020 [16:11]:
XİN Paşinyanın Baş nazir seçilməsindən indiyədək həyata keçirdiyi təxribatçı fəaliyyət barədə məlumat yayıb - SİYAHI
24/09/2020 [16:03]:
“Hərbi məlumatları hay-küyə yol vermədən, şişirtmədən yaymaq lazımdır”
24/09/2020 [16:01]:
İkili agent olduğu üçün güllələnən rəqqasə - Cəsədi oğurlanan sirli qadının həyat HEKAYƏSİ - FOTOLAR
24/09/2020 [15:46]:
Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələdi: Bir nəfər öldü - FOTO
24/09/2020 [15:38]:
Nobel mükafatının məbləği artırılır
24/09/2020 [15:36]:
Daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
24/09/2020 [15:35]:
Tələbə adı qazanan jurnalist övladları - FOTOLAR
24/09/2020 [15:31]:
Sevda Yahyayeva: "Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir" - Video
24/09/2020 [15:27]:
Fransa şəhərinin meri ofisi önündə separatçı erməni rejiminin "bayrağı"nı qaldırdı...-FOTO
24/09/2020 [15:18]:
Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü
24/09/2020 [15:14]:
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
24/09/2020 [14:55]:
"Rusiya həmişə birlikdən dəm vurduqları öz yaxın dostunu satır, bir gün növbə onun özünə çatacaq"
24/09/2020 [14:48]:
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
24/09/2020 [14:24]:
Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO
24/09/2020 [14:21]:
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib - VİDEO
24/09/2020 [14:17]:
Kreml: Putinə Nobel Sülh mükafatının verilməsi yaxşı olardı
24/09/2020 [14:13]:
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat
24/09/2020 [14:09]:
“Zamanında dedim ki, hərbi jurnalistika fakültələri açaq, amma heç kim ciddi yanaşmadı”
24/09/2020 [14:08]:
Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı
24/09/2020 [14:04]:
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - FOTO
24/09/2020 [14:01]:
Lukaşenko andiçmə mərasiminin gizli keçirilməsi ilə bağlı ittihamlara cavab verib
24/09/2020 [14:00]:
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb
24/09/2020 [13:59]:
"Biz Heydər Əliyevin liderliyi ilə cəmi 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olmuşduq..."
24/09/2020 [13:58]:
Ermənistanın təcavüzkar siyasəti  ifşa olundu...
24/09/2020 [13:56]:
Suriyada PKK/YPG terror təşkilatının təlim keçdiyi erməni batalyonu Qarabağa göndərildi
24/09/2020 [13:51]:
Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi TƏYİN ETDİ
24/09/2020 [13:50]:
Ali Rada deputatı: “Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir”
24/09/2020 [13:36]:
“Mən yıxılana balta vuran deyiləm”
24/09/2020 [13:32]:
İsveçin Xarici İşlər naziri Azərbaycana səfər edəcək
24/09/2020 [13:28]:
“Barselona”nın heyətində 364 qol vuran möhtəşəm trio - MSN
24/09/2020 [13:26]:
Fərid Mansurov: “Açıq havada məşq etmək mümkün olmayacaq”
24/09/2020 [13:24]:
46 yaşında yenidən tələbə adını qazandı
24/09/2020 [13:19]:
Paytaxtda avtomobil qəzasına düşən sürücü xəstəxanada öldü
24/09/2020 [13:18]:
Nazir: “Bugünkü görüşdə humanitar sahəyə iqtisadi-siyasi blokdan heç də az diqqət ayrılmadı”
24/09/2020 [13:11]:
Xətai rayonunda uzunluğu 7.9 km uzunluğu olan 5 küçə təmir olunub
Bütün arxiv bir sırada
09/12/2019 [09:39] - Siyasət - ( 1132 dəfə baxılıb)

Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...



Azərbaycanda erkən seçkilərdən sonra 5 il heç bir seçki gözlənilmir; bütün “kozırlar” Bakının əlində; erməni siyasətçisindən panika: “İlham Əliyevin müharibə elan etməsi Ermənistanın fəlakətli çöküşü ilə bitəcək...”

Faşist əlaltısı Qaregein Njde ilə bağlı Azərbaycanın diplomatik uğuru düşmən ölkədə əsas müzakirə mövzularından biri olaraq qalır. Prezident İlham Əliyevin MDB dövlət başçılarının Aşqabad sammitində qaldırdığı təşəbbüsün nəticəsi olaraq, Rusiyanın Armavir şəhərində ictimaiyyətin təzyiqi altında Njdenin xatirə lövhəsinin sökülməsini ermənilər heç cür “həzm edə” bilmirlər. Hətta buna qarşılıq İrəvanda Çar Rusiyasının səfiri olmuş Qriboyodevun heykəli təhqir edilib. 

Düşmən tərəf, eyni zamanda, bərk məyus və narahatdır. Həm də ona görə ki, erməni toplumunda aşağıdan-yuxarı, iqtidarlı-müxalifətli nasist və terrorçulara gizli rəğbətin ortaya çıxması Ermənistanın dünyadakı yalançı tolerant və müasirlik imicinə növbəti zərbə vurub. Artıq Rusiya ictimaiyyətinin də qoşulduğu proses və mübarizə davam edir, çünki İrəvanda hələ Njdenin 6 metrlik heykəli durur.

***

Qarabağla bağlı təbliğat cəbhəsində də vəziyyət İrəvanın xeyrinə deyil. Paşinyanın ortaya atdığı və Ermənistanı işğalçı yarlığından qurtarmağa yönəlik məkrli “3 tərəf” konsepsiyası, erməni kökənli Sergey Lavrovun səylərinə rəğmən, fiaskoya uğrayıb. Daha bir mühüm məqam: Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu Moskva səfərindən sonra Rusiya XİN sözçüsü Mariya Zaxarova öz şefi Sergey Lavrovun Qarabağla bağlı İrəvanda söylədiyi məlum fikrinə Azərbaycanın xeyrinə düzəliş elədi ki, bunu da təsadüfün ayağına yazmaq olmaz.

Zaxarova demişdi ki, Rusiyanın rəsmi mövqeyi mövcud danışıqlar formatın saxlanmasından ibarətdir və yalnız iki dövlətə (Azərbaycana və Ermənistana) aiddir - ta ona qədər ki, tərəflər başqa bir formatı məqbul sayacaq. O, eyni zamanda Dağlıq Qarabağın azərbaycanlı icmasının öz yurd yerlərinə qayıtmasının vacibliyini vurğulamışdı. 

ermənistan müharibə ile ilgili görsel sonucu

Bundan az sonra Slovakiyanın paytaxtı Bratislavada rəsmi Bakı uzun zamandan bəri ilk dəfə olaraq, Dağlıq Qarabağ məsələsində “net” bir mövqe sərgilədi, özünün yekun və prinsipial mövqeyini ortaya qoydu. ATƏT yanında daimi nümayəndəliyimiz təşkilata Azərbaycanın mövqeyini əks etdirən yazılı sənəd təqdim elədi. Orada aydın şəkildə göstərilir ki, münaqişənin həlli mərhələli şəkildə, yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağın azərbaycanlı icmasının da maraqları təmin olunmaqla nizamlana, bölgəyə yalnız Azərbaycan tərkibində, Azərbaycan Konstitusiyası və qanunları əsasında özünüidarə statusu verilə bilər.

Bunun bir anlamı da odur ki, Dağlıq Qarabağda qanunsuz referendum söhbəti yığışdırılır və erməni tərəfi əgər təqdim edilən bu ədalətli və yekun həll formulunu qəbul eləməsə, enində-sonunda müharibəyə tuş gələcək...

***

İşğalçı ölkənin son zamanlar diplomatik və təbliğat cəbhələrində Azərbaycan qarşısında bu cür ard-arda uğursuzluqlara tuş gəlməsini indi erməni siyasi xadimləri və analitikləri tərəfindən də açıq şəkildə etiraf edilir.

“Bratislava görüşündən sonra təşəbbüs artıq bütünlüklə Azərbaycana keçib”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri “Yerevan today” nəşrinə Ermənistandakı “Milli gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan Bakının İrəvana qarşı siyasi-diplomatik hücumlarını şərh edərkən bildirib.

Çalabyan deyib: “Əvvəlcə Azərbaycan özünün hərbi büdcəsini növbəti il üçün 21% artırdığını bəyan etdi (2020-ci il üçün 2.27 milyard dollar). Bakı həmçinin bəyan etdi ki, onun 1 milyard dollarına əsasən də Rusiyadan iri həcmdə yeni və ən müasir silahlar almağı nəzərdə tutur. Bratislavadakı danışıqlar ərəfəsində isə Azərbaycan öz rəsmi mövqeyini açıqlayaraq bildirdi ki, danışıqların hədəfi erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasıdır və ”Arsax" (Qarabağ - “YM”) məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Qarabağın azərbaycanlı icmasının maraqları nəzərə alınmaqla həllini tapa bilər. Bakı eyni zamanda, müxtəlif təbliğati fəndlərdən istifadə eləməklə Ermənistan qarşı genişmiqyaslı psixoloji hücuma keçdi. İrəvanda Qriboyedevin abidəsinin mənasız yerə təhqir edilməsi göstərdi ki, bu hücumların bir çoxu həddən artıq uğurlu olub".

Onun sözlərinə görə, Azərbaycanın növbəti hücum strategiyası fonunda Ermənistanın reaksiyası ən azı, qəribə görünür: “Birincisi, gələn il üçün Ermənistanın hərbi büdcəsində faktiki artım yoxdur (625 milyon dollar) və biz bu göstəriciyə görə Azərbaycandan 3 dəfədən çox (2.27 milyard dollar) geri qalırıq. Gələn il bu fərq daha da böyüyəcək. Bizim üçün 2017-2019-ci illər üzrə silah tədarükü planı tezliklə bitəcək, yeni planlar haqda isə heç nə deyilmir”.

ermənistan müharibə ile ilgili görsel sonucu

Erməni siyasətçi daha sonra xarici işlər naziri Zoqrab Mnatsakanyanın bu yaxınlarda BBC telekanalına verdiyi müsahibə zamanı (söhbət aparıcı Stiven Sakurun müəllifi olduğu “Hard Talk” verilişindən gedir - “YM”) rüsvayçı vəziyyətə düşməsini və nazirin Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi cinayətlər törətməsini etiraf etməsini, həmçinin bir sıra başqa səhvlər etdiyini yada salıb. Bütövlükdə Nikol Paşinyan və komandasının Dağlıq Qarabağla bağlı siyasətinin tamamən fərsiz adlandırıb: “Ona görə ki, Nikol Paşinyandan ötrü özünün sürüşkən hakimiyyətini qorumaq daha vacibdir, nəinki Qarabağ məsələsi ilə məşğul olmaq. ”Arsax (Qarabağ - “YM”) Ermənistanındır və nöqtə" tipli təxribatçı bəyanatlarla isə o, Ermənistanın qeyri-konstruktiv mövqeyini bütün dünyaya nümayiş etdirir və bununla da Azərbaycan prezidenti İlham Əliyevə beynəlxalq birliyin tam dəstəyi altında azadlıq müharibəsinə başlamaq üçün hədiyyə edir. Hansı müharibə ki, ən yaxşı halda labüd olaraq, işğal altındakı torpaqların (Dağlıq Qarabağ ətrafındakı 7 rayon nəzərdə tutulur - “YM”) verilməsi ilə bitəcək".

ermənistan müharibə ile ilgili görsel sonucu

Çalabyan ardınca vurğulayıb ki, Azərbaycan hakimiyyəti Ermənistan hökumətinin Qarabağ məsələsində dəqiq mövqeyinin olmadığını və Rusiya ilə münasibətlərdə ziddiyyətlərin yaşandığını yaxşı bilir. “Üstəgəl, ABŞ-la əlaqələr, faktiki, donub və Ermənistanla Qarabağ arasında çoxlu fikir ayrılığı var, bütövlükdə ölkədə siyasi gərginlik artmaqdadır. Elə bir vəziyyətdə İlham Əliyevin müharibə elan eləməsi Ermənistanın fəlakətli çöküşünün başlanğıcı olacaq. Odur ki, bizim çox az vaxtımız qalıb. Daha dəqiqi, yaza kimi”, - deyə o sonda panik tonda həmvətənlərini xəbərdar edib...

Panikaya əsaslar isə yetərincədir. Həm də o səbəbə ki, gələn il fevralın 9-da Azərbaycanda erkən parlament seçkiləri keçiriləcək və bundan sonra 5 il ərazində ölkədə heç bir iri seçki gözlənilmir (Növbəti parlament və prezident seçkiləri 2025-də olacaq). Demək, seçkilərdən dolayı daxili siyasi təlatüm də gözlənilmir və bütün diqqəti, gücü artıq cəbhəyə, hərbi həll variantına yönəltmək, səfərbər eləmək olar. Təbii ki, onadək işğalçı tərəf daşı ətəyindən tökməzsə...(Musavat.com)

loading...
"Ramiz Mehdiyevin göstərişi olmadan Elşad Abdullayevin bioqrafiyası Azərbaycan Milli Ensiklopediyasına salına bilərdimi?"
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
"Onlar "Qarabağ"ın əvəzinə "Arsax" sözü işlədir və anlamırlar ki, bu söz də türk mənşəlidir"
İki filin dueli ölümlə nəticələndi - VİDEO
Özünü İsa Peyğəmbər elan edən şarlatanın 30 illik səltənəti bitdi - FOTO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Dünya
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
Cəmiyyət
“Vətən eşqini, torpağa sevgini yaradan amillərdən biri də budur...”
Cəmiyyət
“Ziyalılarımızın prezidentə bu müraciəti alqışalayiqdir, Nuru Paşaya poema yazmışam...”
Siyasət
“Yoxsa erməni qadınlarının gülləsini gül kimi qəbul etməliyik?!”
Cəmiyyət
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO

Yazar
İlham İsmayıl
Xalqın səsini alan qorxaqcasına gizli andiçmə keçirərmi?
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247