“Rusiya Qarabağla bağlı yeni bir proses başlatmaq iyyətindədir. Bu, prosesdən daha çox manipulyasiyadır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Natiq Miri bildirib. Ekspert qeyd edib ki, Kreml səsləndirdiyi bütün bəyanatlara rəğmən, Qarabağ probleminin həllində maraqlı deyil:
“Rusiya yenidən proses görüntüsü yaratmaq niyyətindədir. Belə bir görüntü yaratmaq istəyir k, guya Rusiya Qarabağ probleminin həlli üçün ciddi fəaliyyətdədir. Lakin Rusiya bu gün də Qarabağ problemini həll etmək istəmir. Baxmayaraq ki, humanitar yönlü bir çox proqramlar işlənməkdədir. Gələcək perspektivdə bunların icrası da mümkündür. Lakin bu humanitar cəhd və planlar Qarabağ məsələsində status kvonu dəyişmirsə, deməli bu, Rusiyanın manipulyasiyasından başqa bir şey deyil”.
Seymur ƏLİYEV