Xəbər lenti
24/01/2020 [16:01]:
Koronavirusun digər ölkələrə yayıla biləcəyi ehtimal olunur - ÜST
24/01/2020 [15:59]:
"Qapını açanda gördüm ki, alt paltarındadır, əlində də masaj üçün yağ var..."
24/01/2020 [15:57]:
Şahzadə Diananın anası ona "fahişə" deyirmiş... - FOTOLAR
24/01/2020 [15:55]:
Mixail Qusman Azərbaycan Prezidentinə təşəkkür edib
24/01/2020 [15:49]:
Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayonlarından olan vətəndaşların qəbulu keçirilib
24/01/2020 [15:46]:
Jirinovski SSRİ-nin niyə dağıldığını açıqladı
24/01/2020 [15:44]:
Deputatlığa namizəd Ceyhun Yusifov kimdir? - Bioqrafiya
24/01/2020 [15:42]:
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!
24/01/2020 [15:41]:
“Azneft”də yeni təyinatlar olub
24/01/2020 [15:38]:
Yardımlı yollarında...
24/01/2020 [15:36]:
İki ölkə arasında casus mübahisəsi böyüyür- SON DƏQİQƏ...
24/01/2020 [15:34]:
Parlamentdə uşaqlar - Milli Məclis necə olmalı
24/01/2020 [15:33]:
“Böyük Çin Səddi”ni bağladılar- SƏBƏB...
24/01/2020 [15:29]:
Baş redaktor Prezident İlham Əliyevə, baş prokurora və nazirə müraciət etdi - SƏBƏB...
24/01/2020 [15:21]:
Özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyi - Ermənistan ordusu
24/01/2020 [15:19]:
Bəy ölümcül virusa yoluxdu, toy təxirə salındı
24/01/2020 [15:17]:
Qusarda qar qəzaya səbəb oldu: “ VAZ” yük maşınına çırpıldı - VİDEO
24/01/2020 [15:07]:
Çin təhlükəli virusun ilk fotosunu YAYDI
24/01/2020 [14:58]:
Anar: "AYB sədrliyinə yenidən namizədliyimi irəli sürəcəyəm"
24/01/2020 [14:56]:
Rusiyanın himni daha bir ərəb ölkəsində səhv səsləndirildi - VİDEO
24/01/2020 [14:47]:
Tanınmış həkim-idmançı Oqtay Mehtiyev deputatlığa namizədliyinin səbəblərini açıqladı
24/01/2020 [14:44]:
ÜST-ün icraçı direktoru vəfat edib
24/01/2020 [14:43]:
İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24/01/2020 [14:42]:
Deputatlığa namizədin oğlu hərbi xidmətə yola düşdü
24/01/2020 [14:26]:
Avropada hər 3 qadından biri zorakılığa məruz qalır-  Nəfs azadlığının nəticəsi...
24/01/2020 [14:19]:
ADNSU Şri Lankada keçirilən təhsil sərgisində təmsil olunub
24/01/2020 [14:05]:
Nərminin qətlində təqsirləndirilən İlkin: “Mən eləməmişəm, döyürdülər, “tok”a verirdilər”
24/01/2020 [13:59]:
Məşhur aktrisa enerji terapiyası zamanı özündən getdi- Maraqlı...
24/01/2020 [13:59]:
Qubalılar Vahid Əhmədovun gəlişinə böyük maraq göstərir - FOTO
24/01/2020 [13:47]:
“Təəssüf ki, xəsarət olmayanda bizdə cinayət işi qaldırılmır...”
24/01/2020 [13:42]:
Sabahdan məktəblərdə qış tətili başlayır
24/01/2020 [13:38]:
Bakıya və rayonlara qar yağacaq - 8 dərəcə şaxta olacaq
24/01/2020 [13:31]:
"Bakıda bu gün sulu qar yağsa da..." - Nazirlikdən AÇIQLAMA
24/01/2020 [13:28]:
QAT-dan növbəti erməni təxriabtları ilə bağlı çağırış
24/01/2020 [13:27]:
Tramp “Facebook” vasitəsilə 2020-də qələbə qazanacaq?
24/01/2020 [13:14]:
"Soyqırım" yalanının fəal təbliğatçısı olan erməni millət vəkili Nobelə namizəd göstərildi
24/01/2020 [13:14]:
Türkiyə Avropa Birliyindən 6 milyard avro TƏLƏB EDİR
24/01/2020 [13:14]:
Bakıda xadimə işlədiyi evi soydu
24/01/2020 [12:58]:
Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı
24/01/2020 [12:56]:
Mingəçevirdə həbs olunanlar var - Baş Prokurorluqdan AÇIQLAMA
24/01/2020 [12:56]:
Dəniz Baykal xəstəxanaya yerləşdirilib
24/01/2020 [12:50]:
Otellərdə, liftlərdə bu rəqəmdən istifadə olunmur - Batil inanclar
24/01/2020 [12:34]:
Soros avtoritarizmlə mübarizə üçün 1 milyard dollar ayırır
24/01/2020 [12:28]:
3 min illik mumiyanın səsi eşidildi – Şok video
24/01/2020 [12:20]:
Çingiz Qənizadə Beyləqanda növbəti görüşlərini keçirib - FOTO
24/01/2020 [12:15]:
İsrail səfiri: “Azərbaycanın nasizmə qarşı mübarizədə verdiyi töhfəni yüksək dəyərləndiririk”
24/01/2020 [12:13]:
“Televizyalarda qəhrəmanlarımızla bağlı verilişlər yox səviyyəsindədir”
24/01/2020 [12:01]:
Nərmini öldürdüyünü İlkin işgəncə altında etiraf edib?
24/01/2020 [11:58]:
Dünya çempionunun tutduğu kriminal avtoritet azadlığa buraxıldı
24/01/2020 [11:58]:
ABŞ erməniləri Şuşadakı uşaq bağçalarına geyim dəstləri hədiyyə etdi
24/01/2020 [11:57]:
Azərbaycan polis xidmətlərinin etibarlılığına görə 30-cü yerdədir
24/01/2020 [11:46]:
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ
24/01/2020 [11:43]:
Xırdalanda su olmayacaq
24/01/2020 [11:41]:
Putin keçmiş nazirləri özünə köməkçi təyin etdi
24/01/2020 [11:39]:
Ermənistan Konstitusiya Məhkəməsi sədrinin evində axtarış aparılıb
24/01/2020 [11:25]:
"Sürücüləri, vətəndaşları narazı salan digər məqamlar da aradan qaldırılmalıdır"
24/01/2020 [11:21]:
“Hadisənin baş verməsində müəmma var...” - Qəzada yanaraq ölən sahibkarın atası + FOTO
24/01/2020 [11:18]:
Çində korona virusundan ölənlərin sayı iyirmi beşə yüksəldi
24/01/2020 [11:05]:
Çinli alimlər: “Koronavirus yarasalardan yox, ilanlardan keçib”
24/01/2020 [11:02]:
BSU-da Rusiya Federasiyasının nümayəndələri ilə görüş -FOTOLAR
24/01/2020 [10:58]:
Plantasiyada dəhşətli yanğın: 12 ölü, 13 yaralı
24/01/2020 [10:51]:
Fəzail Ağamalının Salyandakı növbəti görüşü Aşağı və Yuxarı Noxudlu kəndlərində keçirildi - VİDEO
24/01/2020 [10:45]:
Bu xidmətindən yararlanan şəxslərin 36 faizi boşanmaqdan imtina edib - RƏSMİ
24/01/2020 [10:40]:
Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur
24/01/2020 [10:37]:
Azərbaycan torpağında  iki erməni işğalçısı yaralandı- Kəlbəcər istiqamətində... 
24/01/2020 [10:22]:
İlham İsmayıla ağır itki üz verdi...
24/01/2020 [10:18]:
Bakı məktəbində qızları oğurlayan qadın peyda olub?- FOTO- RƏSMİAÇIQLAMA
24/01/2020 [10:16]:
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
24/01/2020 [10:14]:
"Nə 70 illik ömrünün son 15 ilində bu vəzifəni daşıyan səhiyyə naziri, nə də..."
24/01/2020 [10:13]:
Sabirabadda özünü rəisi kimi təqdim edən şəxs həbs olunub
24/01/2020 [10:11]:
Hərbi ekspert: "Azərbaycan ordusunun silah və texnika parkı 80% yenilənib"
24/01/2020 [10:09]:
Nərmin Quliyevanı qətlə yetirən şəxsə qarşı yeni ittiham irəli sürülüb
24/01/2020 [10:06]:
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
24/01/2020 [09:55]:
Öldürücü virusun Azərbaycanda yayılma təhlükəsi var - baş infeksionistdən xəbərdarlıq
24/01/2020 [09:51]:
"Erməni Kəlbəcərin ekologiyasından ötrü canını qoyur - biz də Qobuda ev almaqdan ötrü min cildə giririk...”
24/01/2020 [08:03]:
“Dünyanın sonuna 100 saniyə qaldı!..”-  “Qiyamət saatı” irəli çəkildi...
24/01/2020 [07:33]:
"Intihar edən insan Allahın iradəsi əleyhinə gedər və özünü cəhənnəm əhlindən edər..."
24/01/2020 [00:27]:
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
24/01/2020 [00:26]:
Rafiq Əliyevlə bağlı iki möhtəşəm kitab təqdim ediləcək
24/01/2020 [00:24]:
Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - Video
Bütün arxiv bir sırada
09/12/2019 [14:34] - Cəmiyyət - ( 709 dəfə baxılıb)

İlham Əliyev rusiyalı naziri qəbul edib - FOTO



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

-Hörmətli Maksim Stanislavoviç, hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. İl başa çatır. Artıq indidən demək olar ki, bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox uğurlu olub. Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir.

Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır.

Biz ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır. Bu məsələ yaxın vaxtlarda Mehriban Əliyevanın səfəri çərçivəsində də müzakirə edilib və vurğulanıb ki, həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar, ilk növbədə, bizim bir-birimizə etimadımızın, həmçinin Rusiyada da, Azərbaycanda da yaxşılaşmaqda olan əlverişli investisiya mühitinin göstəricisidir. Biz bunu Dünya Bankının “Doing Business” reytinqində də, Davos Forumunun rəqabətqabiliyyətlilik reytinqində də görürük. Bu reytinqlərdə həm Azərbaycan, həm də Rusiya öz mövqelərini yaxşılaşdırır. Bu, obyektiv reallıqdır. Bu fakt onu göstərir ki, ölkəmizdə həyata keçirilən islahatlar konkret nəticələr verir.

Mən onu da bilirəm ki, bu gün Azərbaycanda çox mühüm investisiya layihəsinin - əczaçılıq müəssisəsinin açılışı olacaq. Bu istiqamətdə Azərbaycan bazarının genişlənməsini, əhalinin və istehlakın da artmasını nəzərə alsaq, bu, çox sevindirici haldır. Əlbəttə ki, biz bazarı özümüzün istehsal etdiyimiz məhsullarla zənginləşdirməkdə maraqlıyıq. İndiki halda Rusiya şirkətinin Azərbaycanda istehsalı başqa istiqamətlərdə, maşınqayırma, energetika və nəqliyyatda olduğu kimi, bizim münasibətlərimizin yaxşı göstəricisidir. Samur çayı üzərindən körpünün tikintisi praktiki olaraq başa çatdırılıb. Bu da onun nəticəsidir ki, yüksək səviyyədə qəbul edilən bütün qərarlar yerinə yetirilir. Zənnimcə, bu, bizim münasibətlərimizin əsas nailiyyətlərindən biridir. Biz qarşıya konkret məsələlər qoyur, onları konkret həll edir və yaxşı nəticələr görürük.

Əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun ilkin görkəmdə bərpa olunmasını məmnuniyyətlə qeyd etməliyəm. Mən bu pavilyonun açılışına televizorla baxmışam, sonra isə bizim telekanallarda çoxlu reportajlar göstərilib. Bu, əlbəttə, bizim münasibətlərimiz üçün çox böyük əhəmiyyət kəsb edən olduqca əlamətdar hadisə və bizim ortaq tariximizə hörmət əlamətidir. Düşünürəm ki, bu pavilyon Azərbaycan mallarını Rusiya bazarlarında çox fəal təbliğ edəcək.

Başqa sözlə desək, bizim əməkdaşlığımızın bütün istiqamətləri üzrə müsbət nəticələr göz qabağındadır. Artıq yekun vurmaq olar. Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə ki, münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var. Bu gün Hökumətlərarası Komissiyanın iclası da keçiriləcək. Əminəm ki, geniş spektrli məsələlər müzakirə olunacaq, reallaşdırılmaq üçün konkret tapşırıqlar veriləcək. Buna görə inanıram ki, səfəriniz çox səmərəli olacaq və Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm.

xxx

Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

xxx

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin deyib:

-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Görülən işə bu cür müsbət qiymət verdiyinizə görə sağ olun. Həqiqətən, cari rəqəmlərə nəzər salsaq, əmtəə dövriyyəsini və dinamikanı əks istiqamətdə müqayisə etsək, məsələn, bu il Avrasiya İqtisadi İttifaqı ilə bizim münasibətlərimizdə dinamika mənfidir, əmtəə dövriyyəsi bir qədər azalır. Buna görə, həqiqətən, Azərbaycanla təqribən 30 faiz artım var. Bu, ümumiyyətlə, hər hansı ölkə ilə müqayisədə həqiqətən ən yüksək göstəricilərdən biridir. Doğrudan da baza bəlkə də bu qədər yüksək olmayıb və Hökumətlərarası Komissiya çərçivəsində mənim həmkarlarımla birlikdə həyata keçirdiyimiz ilk tədbirlər, sədlərin aradan qaldırılması, bazarlar açılması – bütün bunlar ciddi irəliləyişə nail olmağa və bu cür yaxşı nəticələr göstərməyə imkan verib.

Lakin daha irəli getmək və elə etmək lazımdır ki, bunlar birdəfəlik nəticə deyil, daimi hadisə olsun. Buna görə biz burada, əlbəttə, əməkdaşlığın dərinləşdirilməsi üzərində işləyəcəyik. Çünki bunlar, sadəcə, sədlər deyil, bunlar müştərək layihələr məsələləri və əlavə dəyər zənciridir. Bu gün biz kənd təsərrüfatına dair proqram imzalayacağıq. Həmin proqram təkcə kənd təsərrüfatına deyil, onunla bağlı bütün məsələlərə aiddir. Ona görə də bu cür kompleks məsələlər və ya, deyək ki, tranzit məsələsi, Rusiya ilə Azərbaycanın birlikdə inkişaf etdirdiyi bir neçə tranzit yol buraya aiddir. Tranzit axınının artması üçün hər yerdə növbəti addımlar atılmalıdır. Biz burada daha çox, daha ciddi artım görürük. Burada müsbət rəqəmlər var. Buna görə biz bütün bunların üzərində işləyəcəyik.

Siz müştərək istehsal məsələsini xatırlatdınız. Siz düz dediniz ki, bu gün biz əczaçılıq zavodunu açacağıq. Keçən dəfə biz avtomobil zavodunun təməlini qoyduq. Bu gün helikopterlər üçün xidmət mərkəzinin təməlinin qoyulmasını planlaşdırırıq. Hər dəfə nə isə bir layihə, irəliyə doğru nə isə yeni bir hərəkət olur. Əlbəttə, biz burada Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının fəal işini görürük. Çünki layihələrin sayı artır və biz öz tərəfimizdən həmin layihələri dəstəkləmək üçün nə lazımdırsa edirik. İnnovasiya istiqaməti, Sizin xatırlatdığınız altıncı “yol xəritəsi” çox mühüm istiqamətdir. Siz bizim nümayəndə heyətinin tərkibinə nəzər salsanız, bu gün mənimlə üç nazir müavini gəlib. Çünki, bu, reallaşan layihələrin sayını və hansı miqyasda layihələri həyata keçirməli olduğumuzu göstərir.


Baş redaktor Prezident İlham Əliyevə, baş prokurora və nazirə müraciət etdi - SƏBƏB...
Alt paltarı ilə işə gələn polis məmuruna məhkəmə haqq qazandırdı - MARAQLI... + VİDEO
İşçilərə verilən "cəza" bütün dünyanın diqqətini çəkdi - AĞLASIĞMAZ...+ VİDEO
Əli Məsimlinin Oxud kəndində seçicilərlə görüşü keçirildi - FOTOLAR
Deputatlığa namizəd Mehdiabadda məskunlaşmış cəbrayıllılarla görüşdü - FOTOLAR
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Avropada hər 3 qadından biri zorakılığa məruz qalır-  Nəfs azadlığının nəticəsi...
Dünya
Məşhur aktrisa enerji terapiyası zamanı özündən getdi- Maraqlı...
Siyasət
"Rəsmi Bakı mütləq "Qarabağ seçimi" ilə məşğul olmalıdır..."
Maraqlı
Britaniya kral ailəsi haqda  satirik cizgi filmi çəkildi...-FOTO
Köşə
“Deputat seçilən deyil, toyuqlarımız əldən getdi...”
Həftənin ən çox oxunanları
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
İsrail sərnişin təyyarələrini raketlərdən belə qoruyur- Analoqu olmayan təhlükəsizlik sistemi (FOTOLAR)
Gürcülər Ermənistana gedən  dövlət yolunu bağladı...-FOTO
Gəncədəki dəhşətli qəzanın baş vermə anı - ANBAAN VİDEO
“Qarabağa gedən cəmi bir turist avtobusu dronla vurulsa, turist axınına son qoyular...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247