Xəbər lenti
29/09/2020 [20:50]:
ANAMA cəbhəboyu ərazilərdə keçirilmiş əməliyyatlar barədə məlumat yaydı - FOTO
29/09/2020 [20:35]:
Mehriban Əliyeva Türkiyə Prezidentinə təşəkkür etdi
29/09/2020 [20:22]:
“Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur oduq”
29/09/2020 [20:21]:
Prezident İlham Əliyevin “RTR Planeta” kanalına müsahibəsi - CANLI
29/09/2020 [20:01]:
Bir doza peyvənd üçün 250 min köpək balığı öldürülür...
29/09/2020 [19:57]:
Ədliyyə işçiləri və hakimlər Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürür
29/09/2020 [19:39]:
İranda 3 SEPAH üzvü öldürülüb
29/09/2020 [19:36]:
Ermənistan mətbuatının növbəti yalanı ifşa olundu - FOTO
29/09/2020 [19:35]:
Azərbaycan ordusunun uğurlu əks-hücumu Kəlbəcərdəki qızıl yatağını işlədən Rusiya şirkətini də “vurdu"... 
29/09/2020 [19:30]:
Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb - Türkiyə mətbuatı
29/09/2020 [19:29]:
Şagirdlərin kabus görməsinə səbəb olan müəllim işdən qovuldu...
29/09/2020 [19:11]:
Prezident: "Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib"
29/09/2020 [19:10]:
"Kartaş Mr. FİX" şirkəti Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat vəsait köçürdü
29/09/2020 [19:09]:
Hədiyyə verilən köpəkbalığı dişi iki ölkə arasında gərginlik yaratdı...
29/09/2020 [19:03]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin guya F-16 təyyarəsi ilə vurulması barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:59]:
“Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir”
29/09/2020 [18:57]:
"Ermənistanın etirafları göstərir ki, düşmən bataqlıqdan çıxmaq üçün yollar axtarır"
29/09/2020 [18:48]:
“Türkiyə Ermənistanın təyyarəsini vurmayıb”- Rəsmi Ankara
29/09/2020 [18:44]:
Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həlak olub
29/09/2020 [18:42]:
İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib
29/09/2020 [18:39]:
"Küveyt əmiri sağdır" - Hökumət sözçüsü
29/09/2020 [18:37]:
Rusiya XİN-də Azərbaycan və Ermənistan səfirlərinin iştirakı ilə görüş keçirilir
29/09/2020 [18:31]:
Azərbaycan MN ermənilərin Su-25 təyyarəsinin vurulması iddiasına reaksiya verdi
29/09/2020 [18:26]:
Parkda başına gələn hadisə ilə adını tarixə qızl hərflərlə yazdırdı...
29/09/2020 [18:16]:
"Problemin həllində İsveç də məsuldur, odur ki, sizə müraciət etməyə qərar verdim..."
29/09/2020 [18:13]:
Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 12-yə çatıb - RƏSMİ
29/09/2020 [18:07]:
Qənirə Paşayeva Türk dünyasının bir sıra media orqanlarına müsahibə verib
29/09/2020 [18:05]:
Rusiya və ABŞ rəsmiləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edirlər
29/09/2020 [18:03]:
Niyaməddin Orduxanlı qardaşı oğlunu yola saldı - FOTO
29/09/2020 [17:59]:
Aviqdor Liberman: "Haqq-ədalət Azərbaycanın tərəfindədir"
29/09/2020 [17:58]:
Nigar Camaldan ordumuza dəstək - VİDEO
29/09/2020 [17:57]:
Gürcü tarixçi: “Azərbaycan xalqının səbri tükənib”
29/09/2020 [17:56]:
Azərbaycanda sahibkarlara daha 117 milyon manat yardım göstərilib
29/09/2020 [17:55]:
Ermənilərə dua istəyən Kardaşyanı biabır edən türk aparıcıdan - AÇIQLAMA
29/09/2020 [17:45]:
Bakıda polis COVID-19-un qarşının alınması məqsədi ilə tədbirlər keçirir - FOTO
29/09/2020 [17:43]:
Ermənistanın cəbhə xətti boyu mülki əhaliyə qarşı etdiyi hücumlarla bağlı bəyanat
29/09/2020 [17:42]:
Diyanət İşləri Başqanı: "Türk milləti hər zaman azərbaycanlı qardaşlarının yanındadır"
29/09/2020 [17:41]:
Ermənilərin ağır artilleriyadan atdığı mərmi yaşayış evinə düşüb - FOTO
29/09/2020 [17:40]:
Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb
29/09/2020 [17:13]:
Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 2 nəfər vəfat edib
29/09/2020 [17:02]:
Müharibə, yaxud döyüşlər niyə başladı?
29/09/2020 [16:59]:
Küveyt əmiri vəfat edib
29/09/2020 [16:57]:
Azərbaycan Ordusunda tibbi təminat, təchizat və qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
29/09/2020 [16:42]:
Səməd Seyidov TBMM rəsmisi Akif Kılıcla telefonla danışııb
29/09/2020 [16:41]:
İraq mediası PKK terrorçularının Ermənistana göndərilməsini təsdiqlədi - FOTOLAR
29/09/2020 [16:38]:
Dövlət Xidməti: Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb
29/09/2020 [16:35]:
Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - VİDEO
29/09/2020 [16:28]:
Ermənilərin təxribatı nəticəsində yaralanan mülki şəxslərin sayı 33-ə çatıb
29/09/2020 [16:19]:
Rusiyalı iş adamı Azərbaycan xalqını Ali Baş komandanı dəstəkləməyə çağırdı
29/09/2020 [15:57]:
Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə getdi
29/09/2020 [15:52]:
Texnikumların boş qalan yerlərinə qəbul elan edildi
29/09/2020 [15:49]:
Səfərbərlikdən yayınanları hansı cəza gözləyir?
29/09/2020 [15:44]:
“Kəndimiz uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm...”
29/09/2020 [15:44]:
Məktəblərdə bufetlərin istifadəsinə icazə verilir - RƏSMİ
29/09/2020 [15:43]:
Ermənilər Kəlbəcərdəki qızıl mədənlərini BAĞLADI
29/09/2020 [15:41]:
Çinli gənclər Qarabağla bağlı paylaşım edib
29/09/2020 [15:40]:
FHN: Cəbhəboyu zonada lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb
29/09/2020 [15:40]:
Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində daha bir mülki şəxs ölüb
29/09/2020 [15:32]:
Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI
29/09/2020 [15:30]:
Şuşakənddə erməni qərargahı məhv edildi - VİDEO
29/09/2020 [15:26]:
Köçəryan Qarabağa gəldi
29/09/2020 [15:09]:
Əfsanəvi futbolçu Azərbaycanla bağlı paylaşım etdi - FOTO
29/09/2020 [15:06]:
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət ünvanladı
29/09/2020 [14:58]:
Hərbi vəziyyətin tələblərinə riayət etmək hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir
29/09/2020 [14:52]:
“Azərbaycan Qarabağda beynəlxalq terrorizmə qarşı mübarizə aparır”
29/09/2020 [14:47]:
“Vəziyyəti stabildir, reanimasiyadadır” - İnsult keçirən Arif Babayevin oğlu danışdı
29/09/2020 [14:40]:
"Biz erməni xalqına da başa salacağıq ki, adam qonşusuna qarşı bu cür xəyanətkar olmaz"
29/09/2020 [14:38]:
Çavuşoğlu Xəzər İbrahimi Ankaradakı iqamətgahında ziyarət edib
29/09/2020 [14:36]:
Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub
29/09/2020 [14:35]:
"Madagizdəki erməni əsgərləri döyüşə girməkdən imtina edir, döyüş əməliyyatı rayonunu tərk edirlər"
29/09/2020 [14:34]:
Çavuşoğlu: “Qarabağ münaqişəsini kökündən həll etmək istəyirik”
29/09/2020 [14:34]:
"İndi dəmir barmaqlıqlar arasında yox, Ali Baş Komandanımın müsəlləh əsgəri olmalıydım"
29/09/2020 [14:33]:
Ordumuz tərəfindən öldürülən erməni komandirinin vəsiqəsinin fotoları yayılıb - FOTO
29/09/2020 [14:32]:
“Müharibə mediamızın da üzərinə böyük yük və məsuliyyət qoyur”
29/09/2020 [14:21]:
Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir - XİN
29/09/2020 [14:18]:
Oktyabrın 12-dən respublikada qrip əleyhinə vaksinasiya tədbirləri başlayacaq
29/09/2020 [14:16]:
Adil Aşırım: “Dağlıq Qarabağ Türkiyə üçün Kipr qədər, hətta ondan da əhəmiyyətlidir"
29/09/2020 [14:14]:
Prezidentin köməkçisi dünyanın aparıcı KİV nümayəndələrini Azərbaycana dəvət etdi
29/09/2020 [14:10]:
QAT rəhbərliyi cəbhə bölgəsində olub
29/09/2020 [14:09]:
Türk Respublikaları İttifaqı yaradılacaq?
Bütün arxiv bir sırada
09/12/2019 [14:49] - Gündəm - ( 4955 dəfə baxılıb)

Gender balansından “qızıl cəmiyyət”ə uzanan yol: XİLAS!



Məlum olduğu kimi, hər bir cəmiyyətdə gender balansının təmini həmin cəmiyyətin uğurlu inkişafını şərtləndirən əsas amillərdən biri kimi dəyərləndirilməkdədir. Gerçəkdən də, qadınların yalnız hüquqi baxımdan deyil, həm də praktiki baxımdan kişilərlə eyni hüquqa malik olduğu, gender balansının təmin edildiyi cəmiyyətlərin təhlili, bu qəbildən olan toplumlarda vətəndaş məmnununluğunun, sosial rifah və mədəni inkişafın daha yüksək olduğunu, aqressiya, şiddət və s. kimi neqativ meyillərin azaldığını, bütövlükdə, cəmiyyətin intellektual göstəricisinin yüksəldiyini göstərir.

 

Beynəlxalq konvensiyaları qabaqlayan milli qanunlar: “Cümhuriyyət dövrünün “qızıl bərabərliyi”

 

Bu gün ölkəmiz gender bərabərliyi məsələsində Avopa dövlətlərindən bir çox baxımdan geri qalsa da, milli tariximizin tədqiqi ölkəmizin qanunvericilik baxımından bu məsələdə heç bir rəqib tanımadığını göstərir. Buna misal olaraq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) şərq tarixində ilk dəfə kişilərlə yanaşı qadınlara da səsvermə hüququnu verməsini göstərmək olar.

Urxan Ələkbərov bu haqda yazır: “Azərbaycanda qadın hüquqları ilə bağlı ilk ciddi addım Dövlət Dumasının müsəlman fraksiyasının rəhbəri Xasməmmədov azərbaycanlı qadınların səvermə hüquqları barədə qanun layihəsi hazırlayıb. Lakin qadın hərəkatının inkişafı sahəsində ən vacib tarixi fakt 1918-ci ilə təsadüf edir. Məhz həmin il azərbaycanlı qadınlar, bir çox qərb ölkələrindən adha erkən səsvermə hüququ qazanıblar”. (Urxan Ələkbərov.  “Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları”. (Ali məktəblər üçün dərslik). Bakı, “Təhsil”, 2013. 224 səh.Səh-107).

AXC-nin qadınlarla kişilərin hüquq bərabərliyini təmin etməsi XX əsrin əvvəllərində sensassiya sayılacaq qədər böyük hadisə idi və bunu Cümhuriyyətin öz vətəndaşları üçün yaratdığı “qızıl bərabərlik” hesab etmək olar. Müqayisə üçün qeyd edək ki, AXC-nin qadınlara verdiyi bu hüquq ABŞ-da 1920, İspaniyada 1931, Fransada 1944, İsveçrədə isə 1971-ci ildə verilib.

 

Gender balansının tənzimlənməsində “unudulan” amil: Din faktoru!

 

Gender balansının təmin edilməsi, bu problemin ortadan qalxmasında mühüm rol oynayacaq amillərdən biri də din faktorudur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

Gündüz İsmayılovun “Müsəlman”dan İslama qədər” kitabında islamın qadınlara verdiyi hüquq haqqında deyilir:

“İslamda kişi kimi qadının da sosial vəzifələri və hüquqları var.

İslamdan öncə qadınların miras haqqı tanınmırdı. Qadın nə atasının, nə də ərinin mirasına sahib ola bilərdi. İslamın miras qanunu ilə (Nisa surəsi, 7-12 və 176-cı ayələr) müxtəlif qadınlar, xüsusilə də arvad, qız, ana, bacı miras hüququ əldə etdi. Qadın başqasının hesabına himayə olunmaq hüququna malik olduğu halda, islamın ona miras kimi əlavə bir mülkiyyət haqqı verməsi də nəzərdən qaçırılmamalıdır. Qadının həm maddi, həm də mənəvi baxımdan himayə edilməsi İslamda o səviyyədədir ki, şəriətə görə o, öz uşağını əmizdirməyə “məcbur” edilə bilməz. Belə ki, qadın uşağını əmizdirmək istəmədikdə, lazımi xərci ödəyərək körpəyə süd anası tapmaq vəzifəsi atanın üzərinə düşür”. (Gündüz İsmayılov. “Müsəlman”dan İslama qədər”. Bakı-2017. Səh – 50-51).

Qurani-Kərimdə 11 qadın adı çəkilmiş, onlardan məhəbbət və sevgi ilə bəhs edilmişdir. Quranda qadınlarla bağlı ayrıca surənin (Ən-Nisa(Qadınlar) mövcudluğu da İslam dinində qadınlara verilən yüksək dəyərin göstəricisidir.

Qurani-Kərimdə (Tövbə surəsi, 71) qadınlar haqqında səsləndirilən daha bir fikir də İslamın qadın hüqqularına kişi hüquqlarından heç də az dəyər vermədiyini göstərir:

“Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir”.

Göründüyü kimi, din faktoru gender probleminin həllində olduqca böyük töhfə vermək potensialına sahib olsa da, bu potensialdan lazımınca istifadə edilmir. Bu amil sanki göz önündəcə “unudulur” ki, bu da gender probleminə qarşı mübarizənin effektini əhəmiyyətli dərəcədə azaldır.

 

Media və maarifçilik gender probleminə qarşı mübarizənin avanqardı rolunda

 

Gender balansının stimullaşmasında olduqca mühüm əhəmiyyət kəsb edən amillərdən biri də mediadır. Medianı bu məsələdə avanqarda çevirən başlıca məqam isə onun ictimai rəyə təsir imkanının odluqca geniş olması ilə bağlıdır. Istər radio və televiziyalar, istərsə də çap və ya  onlayn media formasında medianın demək olar ki, hər bir evə daxil olduğu birmənalıdır. Bu isə o deməkdir ki, media gender tarazlığının stimullaşdırılması məsələsində maarifçilik baxımından digər vasitələrdən daha böyük üstünlüyə malikdir. Lakin medianın apardığı və ya aparacağı təbliğatın daha effektli alınması üçün bu təbliğatın ciddi şəkildə əsaslandırılmasına, maarifləndirmə prosesi zamanı konkret nümunə və faktlara diqqət çəkilməsinə ehtiyac var. Media real faktlar və konkret nümunələr əsasında gender bərabərliyinin önəmini anlamayan hər bir kəsə başa salmalıdır ki, belə bir tarazlığın yaranması yalnız dövlət və cəmiyyət üçün deyil, ilk növbədə hər bir ailə, bu ailənin sosial rifahı, dayanıqlığı və s. baxımından zəruridir.

 

Gender tarazlığının yaradacağı “cənnət”: ideal cəmiyyət və tam güclü “sosial reaktor”

 

Gender tarazlığının bərqərar olması fonunda cəmiyyətdə müsbət mənada bir sıra ciddi dəyişikliklər olacaq ki, bunlardan da biri qadınların sosial-ictimai münasibətlər sistemində aktivliyinin əhəmiyyətli dərəcədə artması, daha hərəkətli, yetkin və dinamik toplumun formalaşması ilə bağlıdır.

İkincisi, gender balansının təmin olunması cəmiyyətin intellektual gücünün və rassionallığının artmasına, “sosial reaktor”un tam gücü ilə işləməsinə səbəb olacaq. Bu isə həm maddi, həm də mənəvi dəyərlər sisteminin inkişafı baxımından olduqca önəmlidir.

 

“Dünyanı analar idarə edir”

 

Üçüncüsü, gender balansının təmin olunması daha sağlam, daha intellektual nəslin yetişdirilməsi deməkdir. Çünki gender balansının təmini daha təhsilli, ictimai-siyasi, ictimai-sosial münasibətlərdə daha aktiv qadınların mövcudluğunu tələb edir. Bu isə təhsilli, ictimai-sosial münasibətlər sistemində öz bilik və bacarığına uyğun yer tutan  ananın tərbiyəçiliyi fonunda mənəvi-psixoloji və intelelktual baxımdan daha sağlam gəncliyin yetişməsi deməkdir. Yaddan çıxartmaq olmaz ki, “dünyanı analar idarə edir” fəlsəfəsinin arxasında da məhz onların yetişdirdikləri övladlar nəzərdə tutulur.

 

Viktor Hüqonun təqdim etdiyi çıxış yolu: “Maarif və işıq!”

 

Dördüncüsü, gender balansının təmini həmin cəmiyyətlərdə kriminal meyillərin, cinayətlərin azalmasına da öz töhfəsini verəcək. Aparılan araşdırmalar sübut edir ki, gender balansının kəskin surətdə pozulduğu, təhsilin, maarifin aşağı səviyyədə olduğu toplumlarda cinayətlərin sayı və amansızlıq dərəcəsəsi daha yüksəkdir. Odur ki, dünyanın bütün sivil dövlətlərində cinayətkarlığa qarşı aparılan mübarizə fonunda təhsil müəssisələrinin inkişafına, müxtəlif səbəblərə görə təhsil sistemindən kənarda qalan şəxslərin maarifləndirilməsinə xüsusi fikir verilir.

Hətta bəzi ölkələrdə həbsxanalarda belə mütaliəyə əhəmiyyətli dərəcədə ciddi fikir verilir, kitab oxuyan məhbuslara əlavə güzəştlər edilir. Braziliya nümunəsi bu baxımdan xüsusilə təqdirəlayiq hesab edilə bilər. Belə ki, Braziliya hökuməti hər oxunan kitaba görə məhbusların cəza çəkmə müddətini 4 gün azaltmaqla bağlı qərar qəbul edib. Qərara əsasən törətdiyi cinayətin təhlükəlilik dərəcəsindən asılı olmayaraq, hər bir məhbus bir kitab oxuyacağı təqdirdə onun həbs müddətindən 4 gün çıxılır. Məqsəd, göründüyü kimi, cəmiyyətin bir hissəsi olan məhbusları marifləndirmək, onların içində “işıq yandırmaq”dır.

Xatırladaq ki, vaxtiylə böyük böyük fransız yazıçısı Viktor Hüqo da maarifçiliyi cinayətkarlığa, ədxahlığa, zülmətə qarşı mübarizədə ən universal silah kimi dəyərləndimiş və demişdir: “Bəli, maarif! İşıq! İşıq! Hər şey işıqdan yaranır, işığa da qayıdır!”

 

Hacı Zeynalabdin Tağıyevdən əsrlər ötdükcə dəyərini artıran “ölümsüz kəlam”

 

Gender probleminin tədqiqi göstərir ki, bu problemi yaradan əsas amillərdən biri də qızların savadsızlığı, onların oğlan uşaqlarına nisbətən təhsildən daha çox kənarda qalmasıdır. Lazımı təhsil və dünyagörüşünə malik olmamaq qadınları bir çox hallarda kişilərədn asılı və çarəsiz duruma salır ki, bu da onların hüquqlarının daha çox pozulması ilə paralel müşahidə edilir. Məhz bu səbəbdən də gender probleminə qarşı səmərəli mübarizə çərçivəsində atılması gərəkən addımlardan biri kimi məhz qızların mümkün qədər daha mükəmməl təhsilə cəlb edilməsi vacib hesab edilir.

Xatırladaq ki, bu həqqiət hələ XIX əsrin sonlarında Azərbaycanın bir çox ziyalıları tərəfindən aydın dərk edilirdi. Məhz bunun nümunəsidir ki, 1898-ci ildə məşhur xeyriyəçi Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbinin tikintisinə başlayır. Məktəb 1900-cu ildə istifadəyə tam hazır vəziyyətə gətirilir. Bu, bütün Zaqafqaziyada tikilən ilk qızlar məktəbi kimi tarixdə qalır.

“Bir oğlanın təhsil alması bir ziyalı deməkdir, bir qadının təhsilli olması isə bütöv ailənin təhsilə yiyələnməsidir” kəlamının müəllifi olan Tağıyev, bununla yeni bir dönəmin başlanğıcını qoyur. Gender probleminin tədqiqi göstərir ki, Tağıyevin əsrlər ötdükcə öz dəyərini daha da artıran bu “ölümsüz kəlam”ı bu gün də yetərincə aktualdır.

 

“Abort “bumu”, “sifarişli qətl”, “gender terroru”...

 

Azərbaycanda gender balansının pozulmasına səbəb olan amillərdən biri də son illər artan, genefond üçün ciddi təhlükəyə çevrilən “abort bumu”dur. Təsadüfi deyildir ki, qız övladlarının ana bətnindəcə məhvinin geniş vüsət alması Azərbaycanda nəinki əlaqədar qurum və təşkilatlar, həm də parlament səviyyəsində ciddi narahatlığa səbəb olmuş, bunun qarşısını almaq üçün bir sıra addımlar atılmışdır. Belə ki, 2013-cü ildə parlament abortların reklamını qanunla yasaqlamışdır. Həmin ərəfədə mediaya açıqlama verən millət vəkili Musa Quliyev abort həyata keçirən həkimlərə qarşı konkret cəza tədbirləri görməyin vacibliyinə toxunaraq demişdir:

"Selektiv abortları həyata keçirənlərin cərimələnməsi, həkimlik fəaliyyətinin məhdudlaşdırılması, hətta cinayət məsuliyyətinə cəlb olunmasına qədər sanksiyalar tətbiq olunmalıdır. Çünki bu işdə inzibati və cinayət xarakterli sanksiyalar olmasa, maarifləndirmə tədbirləri ilə selektiv abortların qarşısını almaq çətin olacaq".

Məlumat üçün qeyd edək ki, bir neçə ay bundan öncə Roma papası I Fransisk abortla bağlı sərt mövqe ortaya qoymuş və bunu sifarişli qətllə müqayisə edərək demişdir: “Kiçik də olsa, hər hansı probleminin həll etmək üçün aborta müraciət etmək doğru deyil. Bu sanki muzdlu qatil tutub problemini həll etməyə bənzəyir”.

Göründüyü kimi, müasir dünyamızda genişlənməkdə olan abort dalğası mahiyyət etibari ilə “gender terroru”dur və bu terror digər terrorlar kimi insanlığın gələcəyinə yaxşı heç nə vəd etmir.

 

Seymur ƏLİYEV

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

loading...
Bir doza peyvənd üçün 250 min köpək balığı öldürülür...
Şagirdlərin kabus görməsinə səbəb olan müəllim işdən qovuldu...
Hədiyyə verilən köpəkbalığı dişi iki ölkə arasında gərginlik yaratdı...
Parkda başına gələn hadisə ilə adını tarixə qızl hərflərlə yazdırdı...
Səni tək qoyub getdiyim üçün 27 ildi xəcalət çəkirəm...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Kəndimiz uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm...”
Köşə
“Azərbaycan Qarabağda beynəlxalq terrorizmə qarşı mübarizə aparır”
Cəmiyyət
“Vəziyyəti stabildir, reanimasiyadadır” - İnsult keçirən Arif Babayevin oğlu danışdı
Cəmiyyət
"Biz erməni xalqına da başa salacağıq ki, adam qonşusuna qarşı bu cür xəyanətkar olmaz"
Siyasət
"Təmsil etdiyim bögələrin sakinləri silaha sarılaraq torpaqlarımızın işğaldan azad olunmasına hazırdır”

Yazar
Seymur Əliyev
“Azərbaycan Qarabağda beynəlxalq terrorizmə qarşı mübarizə aparır”
İlham İsmayıl
Murovdan Araza qədər – Zəfər sənindir, əsgər!
Seymur Verdizadə
Kişiliyin çatırsa, indi Qarabağa gəl...
Sultan Laçın
“Ön cəbhədə olmayanlar peyğəmbərlərimizin silahına sarılmalıdır... "
Həftənin ən çox oxunanları
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
Şəbnəm Tovuzlunun erotik dərdi...
Azərbaycanda nazir erməni gözəlçəsinin gecə təklifini rədd edib kabinetindən qovdu...
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar verdi?..- FOTO-SƏNƏD
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
“Ordumuzun müzəffər savaşının ən ağır cəbhələrində,  birbaşa səngərdə də  vuruşmağa hazıram…”
“Türkiyənin Suriya və Liviyada Rusiyanın başına gətirdiyini, Azərbaycan Cənubi Qafqazda gətirəcək”
"Rusiya bundan imtina etməsə, Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247