Xəbər lenti
19/01/2020 [12:41]:
Azay Quliyevdən seçicilərinə kreativ hədiyyə: Seçicilərin elektron kabineti olacaq + VİDEO
19/01/2020 [12:13]:
Ukraynanın ləğvi başladı - Timoşenkodan şok
19/01/2020 [12:11]:
Pompeo Almaniyada dörd ölkənin rəsmiləri ilə görüşəcək
19/01/2020 [12:09]:
Bakıya ilk qar yağır
19/01/2020 [12:06]:
Azərbaycan XİN-dən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı BƏYANAT
19/01/2020 [12:03]:
Fəzail Ağamalı Milli Qəhrəmanın qəbrini ziyarət etdi - Ailə üzvləri ilə görüşdü + (VİDEO)
19/01/2020 [10:57]:
"Düşmənimin düşməni..." - Mövlud Çavuşoğlu
19/01/2020 [10:56]:
“Konservatoriyada elə müəllimlər var ki, auditoriyada ağlına nə gəldi, onu da danışır...”
19/01/2020 [10:52]:
“Ermənilər bu yaxınlarda Lapşini aradan götürüb günahı bizim üstümüzə yıxacaqlar”
19/01/2020 [10:47]:
Saatlıda toydan qayıdan ailə qəzaya düşüb: 5 nəfər xəsarət alıb
19/01/2020 [10:40]:
"Bu halda minimum pensiya məbləği də 200 manatdan 230 manatadək qalxa bilər" - TƏKLİF
19/01/2020 [10:33]:
Generala tüpürən Vahabzadə, partiyanı lənətləyən Şıxlı və hakimiyyətdən imtina edən Şeyxulislam...
19/01/2020 [10:22]:
“Avstraliyadakı kimi yanğınlar bütün planeti bürüyəcək...”- İngilis alimlərdən SOS!..
19/01/2020 [10:03]:
İnək yaşlı qadını vuraraq ağır yaralayıb - FOTO/VİDEO
19/01/2020 [10:01]:
PKK-nın 13 terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub
19/01/2020 [09:49]:
Abramoviçin keçmiş arvadı yunan milyarderə ərə getdi – FOTO
19/01/2020 [09:47]:
ABŞ əsgərləri rus hərbçilərin yolunu kəsdi
19/01/2020 [09:21]:
Ana südü ilə qidalanma sinə xərçənginin qarşısını alır... -Möcüzəvi 12 fayda...
19/01/2020 [03:35]:
Tramp Süleymaninin öldürülməsini hər dəqiqəsini izləyib: 2 dəqiqə 11 saniyə sonra...+ FOTO
19/01/2020 [01:10]:
“Neftçi” baş məşqçisini istefaya göndərdi
19/01/2020 [01:09]:
Yəmən ordusunun yataqxanası atəşə tutulub, onlarla hərbçi həlak olub
18/01/2020 [23:54]:
Aqil Məmmədov məcburi köçkün seçicilərlə görüşüb
18/01/2020 [23:30]:
Qənirə Paşayeva: "“Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm"
18/01/2020 [23:16]:
İcra başçısının müavini: "Bu Lavrov lap kasıb imiş ki..."
18/01/2020 [23:07]:
Həbsdən çıxdı, anasını və arvadını güllələyib öldürdü
18/01/2020 [22:37]:
Azay Quliyev məhəllələrdə görüşlərə başladı - FOTOLAR
18/01/2020 [22:07]:
İndoneziyada güclü zəlzələ
18/01/2020 [21:52]:
Kəndə hücum edən ac canavarlar iti parçaladı - VİDEO
18/01/2020 [21:33]:
Gəncədə avtomobil piyadanı vuraraq xəsarət yetirib
18/01/2020 [21:32]:
Tramp Davosa gedir
18/01/2020 [21:00]:
Fransız milyarder dünyanın ən varlı adamı oldu
18/01/2020 [20:55]:
Prezidentin mühafizə alayına hücum edənlərlə bağlı sərt qərar
18/01/2020 [20:48]:
Bakıda 23 yaşlı oğlan itkin düşüb
18/01/2020 [20:36]:
Həftədə 49 saatdan çox işləyirsinizsə, həyatınıza təhlükə var
18/01/2020 [20:34]:
İran “Boeing”in qara qutularını Ukraynaya verəcək
18/01/2020 [20:06]:
Əli Nağıyevin yeni vəzifəsi əsir və girovlarımızın aqibətinə nə vəd edir?
18/01/2020 [19:53]:
Ərdoğan Xəlifə Həftarı diktator adlandırdı
18/01/2020 [19:30]:
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
18/01/2020 [19:28]:
Məşhur aktyor vəfat etdi
18/01/2020 [19:08]:
Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi
18/01/2020 [18:43]:
Şəbnəmdən yeni, cazibədar pozlar - FOTOLAR
18/01/2020 [18:35]:
Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR
18/01/2020 [18:15]:
Türklərin olduğu restoranda partlayış
18/01/2020 [17:59]:
Yüzlərlə insanın ölümünə səbəb olan təyyarədə yeni nasazlıq aşkarlandı
18/01/2020 [17:56]:
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib
18/01/2020 [17:53]:
“Onların hamısı müharibə tərəfdarıdır” – Namizədlərimiz Ermənistanı qorxuya salıb
18/01/2020 [17:25]:
“İkoş” ləqəbli qadın narkotacir ələ keçdi - FOTOLAR
18/01/2020 [17:21]:
Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur”
18/01/2020 [17:18]:
Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR
18/01/2020 [17:15]:
Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq
18/01/2020 [17:03]:
“Sovet hökuməti zamanı Oktyabr inqilabı ilə bağlı yüzlərlə film çəkilib, indi isə...”
18/01/2020 [17:02]:
“O, yazır ki, güya Primakov Bakıya qoşun yeridilməsinin əleyhinə olub…”
18/01/2020 [16:45]:
"ABŞ İranın nüvə obyektlərinə zərbə endirmək niyyətində idi" - Pompeo
18/01/2020 [16:36]:
Azay Quliyevin son 4 ildəki deputatlıq fəaliyyəti- VİDEOÇARX
18/01/2020 [16:25]:
Müəllim olmaq istəyənlərə şad xəbər
18/01/2020 [16:23]:
Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI
18/01/2020 [16:17]:
Petrosyandan ABŞ-a Qarabağ təklifi - Məxfi sənəd
18/01/2020 [16:04]:
“Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib” - General Elçin İbrahimov
18/01/2020 [16:01]:
Dünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilib
18/01/2020 [15:45]:
Bakı polisindən azyaşlının uşaq evində döyülməsi iddialarına MÜNASİBƏT
18/01/2020 [15:43]:
17 yaşlı gənc NASA-da işə başladı - 3 günə yeni bir planet kəşf etdi -FOTOLAR
18/01/2020 [15:39]:
Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürüb
18/01/2020 [15:37]:
Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti
18/01/2020 [15:28]:
Bakıda “Nazlı” ləqəbli narkotacir ələ keçdi - FOTO
18/01/2020 [15:16]:
“Rus zabitlər dedi ki, biz gözləmirdik Azərbaycan xalqı bu qədər mübariz və qorxmaz olar...”
18/01/2020 [15:16]:
Tank nümayiş zamanı izləyicilərə qorxulu anlar yaşatdı - VİDEO
18/01/2020 [15:15]:
“Liviyanı Haftarın hakimiyyətinə buraxmaq tarixi səhv olar”
18/01/2020 [15:13]:
Qeyri-millətlərdən olan deputatlığa namizədlər...
18/01/2020 [14:47]:
Şəkidə üç kafedə saxta spirtli içki aşkarlanıb
18/01/2020 [14:46]:
Xameneyi cümə namazı qıldırdı, kürsüdəki silah diqqət çəkdi -FOTO
18/01/2020 [14:43]:
"Ötən il 5 nəfər ədliyyə orqanlarından xaric edilib"
18/01/2020 [14:29]:
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
18/01/2020 [14:27]:
"Ömrümün qalan hissəsini İlham Əliyevin apardığı uğurlu siyasətinə daim dəstək olacam!" - FOTO
18/01/2020 [14:17]:
Avropada “kafirlər” hərəkatı  populyarlaşdı... - FOTOLAR
18/01/2020 [13:53]:
“Ukrayna təyyarəsi vurulmazdan az əvvəl İran sərhədləri yaxınlığında 6 F-35 uçurdu...” - FOTOLAR
18/01/2020 [13:49]:
Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü
18/01/2020 [13:28]:
“20 Yanvarı heç vaxt o hakimiyyətə bağışlamayacam...”
18/01/2020 [12:49]:
“Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq
18/01/2020 [12:30]:
“Ərazilərin itirilməsində günahkar Azərbaycanın özüdür” – Rus mediasının erməni sevgisi...
18/01/2020 [12:29]:
Bakı metrosunda əcaib irqçilik...
Bütün arxiv bir sırada
11/12/2019 [18:32] - Cəmiyyət - ( 1252 dəfə baxılıb)

“Nəsimiyə Azərbaycan pasportu verək” - Şeyxulislamdan hamını təəccübləndirən MESAJ



Dekabrın 5-də Bakıda "Nəsimi 650: haqqın carçısı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

“Nəsimi ili”ndə keçirilən bu tədbirin təşkilatçısı barədə məlumatı oxumayınca, bunun il ərzində keçirilmiş böyük şairlə bağlı toplantılardan daha biri olduğunu zənn etmək olardı. Lakin təşkilatıçının adı mövzu ilə bağlı müzakirə imkanlarını daha da zənginləşdirdi.  

Böyük Azərbaycan şairi ilə bağlı tədbirin təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) idi.

Keçmiş SSRİ-də yaşamış azərbaycanlılar üçün bu təəccüb, onların müstəqil dövlətdə yaşayan övladları üçünsə sualların yaranacağı anlaşılan idi. Uzun illər boyu Nəsimi azərbaycanlılara ateist şair, materialist bir mütəfəkkir kimi təqdim olunub. Onun yaradıcılığında insan tərənnümü  ilahi eşqin və Allahın qüdrətinin sirri kimi yox, bəşərin gündəlik həyatının, zövqünün tərifi kimi qələmə verilib. Sovet dövrünün bütün elmi dairələrinin kütləvi nəşrlərində Nəsimi Allahı inkar edən, “ənəlhəq” deyərək, insanı Allahla eyniləşdirən və dinə meydan oxuyan şair kimi təbliğ olunub.  

Bütün bu yarlıqlar islam dinini Nəsimidən zorla ayıraraq, müsəlman filosoflarının böyük şair barədə yazılan əsərlərini gözardı edib və bununla da böyük şairi ateist sovet cəmiyyətinin sərt ideoloji çərçivəsinə salıb. Azərbaycan 30 ilə yaxın müstəqil dövlət olmasına baxmayaraq, Nəsimiyə münasibətdə sovet təməl prinsiplərinə əsaslanan yanaşma bu gün də özünü nümayiş etdirir, islam dininin alternativi olaraq təqdimatda istifadə olunur.

Halbuki, son illər dünyada və Azərbaycanda aparılan araşdırmalar Nəsimi yaradcılığında ilahi eşq və Allah sevgisinin “qırmızı xətt”lə keçdiyini subut edib və onun sovet ateist baxış çənbərindən azad edilməsinin vacibliyi vurğulanıb.

Bu baxımdan QMİ-nin təşəbbüsü ilə belə bir konfrans və orada Şeyxulislam Allahşükür Paşazadənin səsləndirdiyi mesajlar Nəsimi yaradıcılığına yeni baxışı göstərən mühüm məqam sayıla bilər.

QMİ sədri ilk dəfə olaraq Nəsimi irsindəki islam mirasına diqqəti cəlb edərək,  böyük şairin illərlə arxa plana atılmış əqidə və inancının üstündən pərdəni çəkdi, onun personası ətrafında onilliklər boyu körüklənən süni “islam və şair arasında barışmaz ziddiyyət” probleminə son qoydu. Bunu  müsəlman dünyasında nadir nümunə saymaq olar.  

Toplantıda çıxışı zaman Allahşükür Paşazadənin  Nəsimiyə milli kimlik verilməsi təklifinin arxasında  Azərbaycanın islam dünyasında özünün böyük mütəfəkkirləri ilə digər dövlətlərdən heç də geri qalmadığını  nümayiş etdirməsi dururdu. Məlum olduğu kimi, Azərbaycan islam mədəniyyəti və elmində özünəməxsus rol oynayıb və bir çox hallarda müsəlman  alimlərinin fəaliyyət məkanı olub. Nəsimi məhz belə şəxsiyyətlərdəndir.

Yazıçı Anarın toplantıda vurğuladığı  kimi “Nəsiminin yaradıcılığında insanın tərənnüm olunması onu dünyanın böyük humanist yazarları ilə bir sıraya çıxarır”. Bu fikrin davamı kimi deyə bilərik ki, Nəsimi  insanın böyüklüyünü, dünyanın əşrəfi olduğunu  deməklə müqəddəs dinimizin insana verdiyi qiyməti xatırladır, Avropa maarifçilərinin çox sonralar yazacağı humanizm və Allahdan qorxmaq yox, onu sevmək fəlsəfəsi baxışının pionerinə çevrilir.

Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının  “bu gün biz tariximizə qayıdırıq. Bu, böyük qayıdışdır. Çünki uzun illər tariximizi araşdırmaq bizim öz əlimizdə olmayıb. Bu gün biz tariximizə yenidən baxır və böyük şəxsiyyətlərimizə lazım olan qiyməti veririk” sözləri böyük şairin yaradacılığına yanaşmanın mesajı sayıla bilər.

Sovet ideoloji prinsiplərinə pərçimlənmiş  ədəbiyyatşünaslar bu gün Nəsimiyə yanaşmanı dəyişməlidirlər. Nəsiminin yaradcılığında ateizm izlərini axtarmaq cəhdləri Azərbaycan  fəlsəfi və tolerantlıq təbliğ edən dini maarifçilik məktəbini dünya tərəfindən etiraf olunan, Qərb fəlsəfəsinin qida aldığı Şərq dünyasından, onun min illik  elm məktəbindən ayırır və istinad nöqtəsindən məhrum edir. 

“Ateist şair” yarlığı isə bu mənada acı gülüşdən başqa heç nə doğurmur.

Məlumdur ki, Azərbaycanın orta əsrlər fikir, ideya tarixi və ədəbi irsi dinlə bağlıdır.  Bu baxımdan “Quran”ı oxumadan klassik şairlərimizin heç biri haqqında mükəmməl fikir söyləmək mümkün deyil. Araşdırmaçı alimlərin fikrincə, bu gün İmadəddin Nəsiminin azərbaycanlı və tarixi şəxsiyyət olması ilə bağlı ədəbiyyat tariximizdə əhatəli bilgi verilmir. Ədəbi prosesdə onunla bağlı debatlar, polemik söhbət və müzakirələrin qeyri-müəyyənliklər çoxdur.

Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas-tənqidçi İradə Musayeva bu baxımdan Nəsimi yaradıcılığını təhlil edərkən şairin bugünkü təbliğindəki problemləri gözəl ifadə edib. Ədəbiyyatşünas qeyd edir ki, Hürufiliyi islama və insana qarşı təbliğat silahı hesab edən müəlliflər unudur ki, bu təriqətin fəlsəfəsi “Quran”, islam və insanla, onların qarşılıqlı əlaqələri ilə bağlıdır, Hürufiliyin tədqiqat obyekti “Quran”dır.

- “Quran” ayələrinin şərhi, izahı hərflər, saylar əsasında aparılır. Şərq irfani düşüncəsindən qaynaqlanan Hürufilik əslində “Quran”ın müqəddəs kitab kimi qəbul olunduğu, əxlaq və ümumiyyətlə, insanlıq konstitusiyası kimi istifadə edildiyi ölkələrdə daha geniş inkişaf yolu tapmışdır.

Nəsiminin, digər təsəvvüfçülərin də göstərdiyi kimi, Allah gizli bir xəzinədir. Hər şeyin həqiqəti, mövcudluğu və ruhu isə səslərdir. Gizli bir xəzinə olan Allahın ilk təcəllisi kəlam şəklində görünən səslərdən ibarətdir. Səsin kamilliyi kəlam, yəni sözdür. Kəlam isə ancaq insanlarda zühur edər və özünü səsdə göstərir. Kəlam bir qrup ünsürlər halında bəzi formalar alır. Bu ünsürlər Ərəb və Fars əlifbasındakı 28 və 32  hərfdir. Kainat və insanın əsası səsdir, mövcudatdakı səs ilahi nitqin səsindən fərqli olaraq maddidir. Fəzlullaha görə, Kainat səslərlə doludur. Səslərin isə kamil forması sözdür.  Odur ki, Hürufilik Azərbaycanda, ümumiyyətlə Şərqdə özündən sonrakı bütün təriqətlərə təsir göstərmiş ən böyük cərəyanlardan biri olub.

Bu baxımdan QMİ-nin Nəsimi ilə bağlı konfransı Azərbaycanın  islam fəlsəfi fikir tarixindəki yerini bəlli etmək və şairə yalançı “izm”lərdən xilas etmək üçün vacib toplantı sayıla bilər.


“Mən haşimiyəm, qüreyşiyəm, seyidəm, Həzrəti Məhəmməd tayfasındanam”- deyən mütəfəkkiri  dinsiz elan etmək heç bir halda düzgün deyil.

Nəsimini “böyük şəxsiyyət, əhli-beyt şairi” adlandıran Şeyxulislam Allahşükür Paşazadə şairin düçar olduğu əzabların aydın ünvanını da göstərib:

O dövrdə onun əzab çəkməsi, şəhid olmasına gətirib çıxaran məsələlərdən biri də məzhəblərin qarşı-qarşıya olmasıdır. Bununla da Nəsiminin dinlər və məzhəblər arası münasibətlərdə bir tolerantlıq etalonu kimi önə çəkilməsi dünyanın bu gün giriftar olduğu dini zəmində qanlı münaqişələrin söndürülməsində Azərbaycanın bəyan etdiyi tolerantlıq, anlaşma ideyalarının aktuallığını subutu kimi meydana çıxır. Dünyanı öz humanist məhəbbəti ilə heyrətə salan, ilahi eşqlə bəşər sevgisini  birləşdirən, dünyanı heyran edən belə möhtəşəm şairin əqidəsi, inamı necə gözardı edlə bilər?


“Nəsimi hər zaman Allah aşiqi olub. Sovet  dövründə Nəsimi haqqında yazılan kitabların məğzinə baxanda onu allahsızlığa tərəf sürükləmək, bununla onu müasirləşdirmək istəyirdilər. Amma bu, Nəsiminin düşüncəsinə kölgə salmaq idi. Mən iki dövrün - həm sovet, həm müstəqil Azərbaycan dövrünün şeyxülislamı olduğum üçün kommunist rejiminin apardığı siyasəti çox gözəl bilirəm. Çox heyfslənirəm, bəzi yazılarda, məqalələrdə də o təsiri hələ də görürəm. Bəzən Nəsiminin allahsız tərəfə döndərmək cəhdlərini müşahidə edirəm. Nəsimi özünün seyid, haqq aşiqi olması ilə sevinərdi, fəxr edərdi”-deyə QMİ sədri vurğulayıb.


Şeyxulislam əbəs yerə Nəsimiyə milli kimlik vermək məsələsini qaldırmır. “Təəssüflənirəm ki, biz Nəsimiyə müstəqil Azərbaycanın pasportunu verə bilməmişik. İstəyərdim ki, Nəsimiyə Azərbaycan pasportunu verə bilək”- deyə çağırış edən A.Paşazadə bununla böyük şairi dünyaya təkcə Azərbaycan ədəbi irsinin yaqut qaşı deyil, həmçinin islam elminin, fəlsəfəsinin  bütöv bir xəzinəsi kimi təqdim eolunmasının mühümlüyünə işarə edib.


Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi böyük şairin irsinə bir daha baxmaq üçün unikal imkan yaratdı. Bu il Nəsimi irsinin hərtərəfli araşdırlması və böyük şairi  dünyaya və islam aləminə Azərbaycan fəlsəfi-ədəbi və islam mütəfəkkiri kimi təqdim olunması üçün aparılacaq fəaliyyətə bir stimul verdi.

Nəsiminin irsi ölkəmizin mədəni - tarixi irsinin ən qiymətli incilərindəndir.   

Qarsdakı baş konsulumuz Diyarbəkir vilayətində önəmli görüşlər keçirdi - FOTOLAR
Nərgiz Cəlilova: "Allah bu peşəni mənim üçün göndərib”
Zeytunun bəşər tarixində yeri...
Qeyri-adi bacarığı olduğu iddia edilən pişik inanılmaz qiymətə satışa çıxarıldı - MARAQLI
Lüks avtomobil ilə oğurluq edən şəxsin cəzası bəlli oldu - FOTO+VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
“Konservatoriyada elə müəllimlər var ki, auditoriyada ağlına nə gəldi, onu da danışır...”
Cəmiyyət
"Bu halda minimum pensiya məbləği də 200 manatdan 230 manatadək qalxa bilər" - TƏKLİF
Dünya
Abramoviçin keçmiş arvadı yunan milyarderə ərə getdi – FOTO
Gündəm
Əli Nağıyevin yeni vəzifəsi əsir və girovlarımızın aqibətinə nə vəd edir?
Mədəniyyət
“Sovet hökuməti zamanı Oktyabr inqilabı ilə bağlı yüzlərlə film çəkilib, indi isə...”
Həftənin ən çox oxunanları
Altı yaşlı uşağa təcavüz etdiyi üçün kəndlilər onu benzinlə yandırdı- FOTOLAR
“DİN-ə qəribə bir əmr gəldi:  “Hər kəs silahını təhvil verib binadan bayıra çıxmasın…”
Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA: "Xətt onun deyil"
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
"İlkin Nərmini oxutmaq üçün qaçırıb, sözünə baxmadığı üçün..." - NƏNƏSİ DANIŞDI
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
İsrail həkimləri qan təzyiqini normallaşdırmağın  ən sadə yollarını göstərdi...
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
Generalın arvadı və qızı Bakıda bir günün içərisində 12 mənzili hansı yollarla alıb...?
"Rayonu dağıdıb, indi də namizədliyini verib deyir ki, 5 milyon pul vermişəm..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247