Xəbər lenti
23/01/2020 [00:50]:
Gəncədə 5 saylı Şəhər Poliklinikasında yanğın olub
23/01/2020 [00:49]:
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
23/01/2020 [00:23]:
Dövlət başçısı: “Bizim coğrafi mövqeyimiz çox əlverişlidir”
23/01/2020 [00:22]:
“Biz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir”
23/01/2020 [00:22]:
Prezident: “Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir”
23/01/2020 [00:18]:
Aqil Məmmədov növbəti təbliğat kompaniyasını Goranboyda davam etdirib - FOTO
23/01/2020 [00:12]:
Dünya şöhrətli müğənni anasının ölümündən bir neçə saat sonra konsert verdi
23/01/2020 [00:08]:
Türkiyədə yüksək vəzifəli məmur çıxışı zamanı infarkt keçirdi - VİDEO
22/01/2020 [23:42]:
Deputatlığa namizəd Mehdiabadda məskunlaşmış cəbrayıllılarla görüşdü - FOTOLAR
22/01/2020 [23:26]:
“Xamenei şiələr tərəfindən lənətlənəcək” – Hizbullahın keçmiş liderindən şok açıqlamalar
22/01/2020 [23:09]:
"Gizli elmlər" hansı sirləri açır? - Elmi-lədun
22/01/2020 [23:06]:
Prezident İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
22/01/2020 [23:04]:
"Bundan sonra da etimadınızı doğrultmaq üçün var gücümlə çalışacağam" - FOTOLAR
22/01/2020 [22:55]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında - YENİLƏNİB+FOTO/VİDEO
22/01/2020 [22:49]:
Umayra Tağıyeva: "Bakıya ilk qar yağacaq"
22/01/2020 [22:46]:
Rusiya Xalq artistinin nikahdankənar oğlu olduğunu deyən Timur Bakıya qayıdır
22/01/2020 [22:05]:
Bu gün şəhid ailələrinin qapısını süng edənlər, sabah bu qapını yad edəcəkmi?
22/01/2020 [21:58]:
Elnarə Abdullayevadan sərt sözlər: "İş görə bilməyən qızlar ərə getməsin!" - VİDEO
22/01/2020 [21:42]:
Məşhur aparıcı canlı yayımda rüsvay oldu - RƏZALƏT...+ VİDEO
22/01/2020 [21:37]:
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
22/01/2020 [21:25]:
"Puldan əvvəl namus və şərəf gəlir, siz belə şeyləri bilməzsiniz, ay şərəflərini pula satanlar"
22/01/2020 [21:16]:
İyirmi altı il fərarilik həyatından sonra yol polisinin qarşısına çıxdı...
22/01/2020 [21:15]:
Təyyarədəki sərxoş qadını bu cür sakitləşdirdilər - MARAQLI... + VİDEO
22/01/2020 [21:03]:
İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşüb
22/01/2020 [20:56]:
Balıq ovuna çıxdı, həyatının şokunu yaşadı - QORXUNC...+ FOTOLAR
22/01/2020 [20:46]:
Məleykə Əsədova: "Gözəl görünməyimə baxmayın..."
22/01/2020 [20:38]:
Ən qədim krater bu ölkədə kəşf edildi - MARAQLI
22/01/2020 [20:33]:
8 saylı Binəqədi birinci seçki dairəsi seçicilərinin elektron kabineti işə düşdü - FOTOLAR
22/01/2020 [20:27]:
ABAY VƏ QAZAXISTAN XXI ƏSRDƏ
22/01/2020 [20:19]:
Aİ rəsmisi: “Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik”
22/01/2020 [20:15]:
Ötən il Azərbaycanda 2308 nəfər soyad sonluğunu dəyişdirib
22/01/2020 [20:09]:
Bu görüntülər dünyanı ayağa qaldıracaq - AĞLASIĞMAZ... + VİDEO
22/01/2020 [20:04]:
Saakyan Kəlbəcərin Tutqun dərəsindəki oteldə gizli görüş keçirdi... - FOTOLAR
22/01/2020 [20:03]:
Ölkədaxili qatar biletləri ilə bağlı yenilik
22/01/2020 [19:47]:
“Azərsun Holdinq” 500 fəhlənin işdən qovulmasına aydınlıq gətirdi
22/01/2020 [19:44]:
Mişel Platini yeni vəzifəyə təyinat alıb
22/01/2020 [19:40]:
Davosda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb
22/01/2020 [19:33]:
Niyaməddin Orduxanlının minlərlə seçki bukleti çap edildi
22/01/2020 [19:31]:
İcra Hakimiyyəti “Bu şəhərdə”yə yenə icazə vermədi
22/01/2020 [19:25]:
“O klipdən sonra övladım öldü” - Səyyad Əlizadə başına gələn məşum hadisədən danışdı - VİDEO
22/01/2020 [19:11]:
Ehsan Zahidov: "Əlizamin Salayevlə bağlı yazılanlar həqiqətə uyğun deyil"
22/01/2020 [19:08]:
“Əhalinin etibar etdiyi adamlar…” - Prezident seçkilərdən danışdı
22/01/2020 [18:57]:
Neft çənində qaynaq aparan fəhlənin partlama anı - VİDEO
22/01/2020 [18:45]:
Daxili İşlər Nazirliyi işçi axtarır - Müsabiqə elan edildi
22/01/2020 [18:43]:
Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirildi
22/01/2020 [18:30]:
BDU-nun ölən tələbəsinin atası Rusiya səfirliyinə müraciət etdi
22/01/2020 [18:23]:
Nazirlik əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
22/01/2020 [18:22]:
Təcrübəli pilot yeni təyyarənin havaya qalxacağına inanmadı - VİDEO
22/01/2020 [18:06]:
İlham Əliyevin Davosdakı çıxışı Türkiyə telekanalında - VİDEO
22/01/2020 [18:04]:
Fransa prezidenti: "İranın nüvə silahı ola bilməz"
22/01/2020 [17:50]:
İlham Əliyev Monqolustan Prezidenti ilə danışıqlarda - FOTO
22/01/2020 [17:48]:
İlham Əliyev görüş keçirdi - FOTO
22/01/2020 [17:47]:
İlham Əliyev Polşa Prezidenti ilə görüşdü - FOTO
22/01/2020 [17:42]:
Fəzail Ağamalının Milli Məclisdəki çıxışlarından fraqmentlər...- VİDEO
22/01/2020 [17:29]:
"Sonra gec ola bilər, bu təhlkəli vurusdan Gürcüstanda və Rusiyada da ölənlərin sayı artır"
22/01/2020 [17:25]:
Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO
22/01/2020 [17:19]:
"Namizədlər anlamalıdırlar ki, deputat mandatı üstünlük deyil, ağır məsuliyyətdir"
22/01/2020 [17:18]:
Azərbaycanda evdən qaçan ana ilə bağlı şok təfərrüat: Qırmancla döyülüb, dəhşətli şiddətə məruz qalıb
22/01/2020 [17:14]:
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fövqəladə Hallar Nazirliyində olub
22/01/2020 [17:13]:
Həftarın ordusu Tripolini bombaladı
22/01/2020 [17:12]:
İlham Əliyev Putinlə görüşünü anons etdi
22/01/2020 [17:09]:
Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib
22/01/2020 [17:05]:
DİM 2020-ci ildə keçiriləcək imtahanların tarixləri haqqında məlumat yaydı...
22/01/2020 [17:04]:
YAP-ın 22 saylı Nəsimi II Seçki Dairəsi üzrə namizədinin seçicilərlə görüşü keçirilib
22/01/2020 [16:54]:
Trece Company şirkətinin nümayəndələri ADAU-da - FOTOLAR
22/01/2020 [16:49]:
Əlisahib Hüseynovun seçicilərlə görüşləri davam edir
22/01/2020 [16:48]:
Dövlət Komitəsində Qlobal Fondun nümayəndələri ilə görüş olub
22/01/2020 [16:23]:
Trampdan ölkəsində dünyaya gələcək əcnəbi körpələrə zərbə: Bundan sonra onlara...
22/01/2020 [16:05]:
“Xudu Məmmədov başda olmaqla ziyalıların ondan xahişi  Ermənistan qaçqınlarını Qarabağda yerləşdirmək olub…”
22/01/2020 [15:49]:
SDU-da ənənəvi "Açıq qapı" günü keçirildi - FOTOLAR
22/01/2020 [15:39]:
Kraliça Meqan Marklın zinət əşyalarını əlindən alır
22/01/2020 [15:36]:
İlham Əliyev: "Yenilənmiş Milli Məclis Azərbaycanda aparılan islahatların vacib hissəsi olacaq"
22/01/2020 [15:28]:
Tanınmış həkim-idmançı Oqtay Mehtiyev də deputatlığa namizəddir
22/01/2020 [15:11]:
Rusiyanın yeni baş prokuroru bilindi - FOTO
22/01/2020 [15:09]:
Hikmət Hacıyev: "Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atılmayıb"
22/01/2020 [14:58]:
“Bu cür əxlaqsız hadisələrin baş verməsinə məsuliyyət daşıyanlardan biri də həmin otellərdir...”
22/01/2020 [14:53]:
Sifarişlə sevgilisinin ərini öldürən azərbaycanlı məhkəmə qarşısında
22/01/2020 [14:53]:
Temperatur aşağı düşəcək, qar yağacaq - Xəbərdarlıq
22/01/2020 [14:51]:
Vahid Ələkbərov: “LUKOIL” SOCAR-la yeni birgə layihələr planlaşdırır
22/01/2020 [14:49]:
Novella Cəfəroğlu: "Azərbaycanda “ömürlük”lərin cinayət işinə yenidən baxılacaq"
Bütün arxiv bir sırada
12/12/2019 [20:32] - Müsahibə - ( 2409 dəfə baxılıb)

"Ümid edək ki, islahatların nəticəsi kimi yeni parlamentdə çoxpartiyalılıq təmsil olunacaq"



Ana Vətən Partiyasının (AVP) sədr müavini  Elçin Ağamalının müsahibəsini təqdim edirik:

– Elçin bəy, ötən ilin prezident seçkilərindən sonra, xüsusilə, bu ilin əvvəllindən Azərbaycanda bütün sahələrdə, xüsusilə, sosial-iqtisadi sferada islahatlar prosesinin yeni və daha dinamik mərhələsinə start verildi. Təbii ki, bu islahatların digər sahələrdə-siyasi-hüquqi sferada da həyata keçirilməsi zərurəti ortadaydı. Bu baxımdan, bütövlükdə islahatlar prosesinə necə yanaşırsınız, nələri ilk öncə qiymətləndirmək istərdiniz?

– 2016-cı ildə ölkənin ali qanun olan Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendum keçirilməsilə Prezident İlham Əliyev Azərbaycanda ciddi islahatlara başlanılacağının anonsunu verdi. Dövlət idarəçiliyində vitse-prezidentlik institutunun təsis olunması, prezidentin səlahiyyət müddətinin artırılması və digər məqamlar ölkə prezidentinin hüquqi baza yaradaraq, ciddi islahatlara başlayacağının göstəricisi idi. 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra bu islahatlar geniş vüsət aldı. Hakimiyyətin üç qolundan ikisində, icra hakimiyyəti strukturunda və məhkəmə-hüquq sistemində islahatlarla bağlı ölkə rəhbərinin müvafiq fərmanlarından sonra parlamentin də islahatlara gedəcəyini gözləmək olardı. Çünki ola bilməz ki, icra strukturunda dəyişiklik getsin, kadr, sruktur dəyişikliyi aparılsın, məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsi ilə bağlı Prezident fərman imzalasın, həmçinin, orada islahatların aparılması ilə bağlı ciddi paket müzakirələrə təqdim edilsin,  ancaq üçüncü hakimiyyət qolu, parlament bu prosesdən kənarda qalsın.

Ona görə də hakim partiya kimi Yeni Azərbaycan Partiyası (YAP) islahatların dərinləşdirilərək parlamentin də ölkədə gedən ümumi islahatlar sistemindən kənarda qalmaması üçün belə bir addımı atdı, parlamentin buraxılması, yeni seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Artıq bununla bağlı parlamentin qərarı, Prezidentin Sərəncamı ortadadır və yaxın iki ayda parlament seçkiləri keçiriləcək. Əminik ki, yeni seçiləcək parlament məhz  ölkədə gedən dərin proseslərin ruhuna uyğun islahatçı və bütün fəaliyyəti ilə hadisələrin önündə gedən və bütün qüvvəsi ilə dövlətçiliyimizə daha yüksək səviyyədə xidmət edən, töhvələr verən parlament olacaq.

– Məgər 5-ci çağırış parlament ölkədə aparılan islahatlar prosesinin yanında, fəal iştirakçısı deyildimi ki, yeni tərkibə ehtiyac yarandı?

– Onu demək, iddia etmək düzgün olmaz ki, 5-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətsiz, qanunların qəbul olunmasından tutmuş, digər siyasi-hüquqi proseslərdə fəaliyyətsiz olub. Parlament dörd il müddətdə kifayət qədər məhsuldar işləyib. Beynəlxalq təşkilatlarda parlamentin əməkdaşlığı, ölkəmiz üçün vacib olan qanun və qərarların qəbulu bu baxımdan səciyyəvidir. Ölkə Prezidenti tərəfindən Milli Məclisə göndərilən qanun layihələri zamanında müzakirələrdən keçirilərək qəbul olunub. Yəni, iddia etmək ki, parlament dörd ildə heç bir işlə məşğul olmayıb, heç bir fəaliyyət göstərməyib, bu, düzgün və ədalətli olmazdı. Zamanın ortaya qoyduğu çağrışların məntiqinə söykənən Yeni Azərbaycan Partiyası doğru addım atdı. Bu addım ki, Azərbaycanın siyasi ab-havasına yeni ruh verəcək, yeni qüvvələrin, partiyalarda yeni siyasətçilərin irəli çıxmasına imkan və şərait yaradacaq.

Bildiyiniz kimi, qərarların, qanunların hazırlanmasından tutmuş, qəbuluna qədər bütün bu prosesləri həyata keçirilməsində insan faktoru həlledicidir. Ancaq müşahidələrimə görə, parlament bir çox hallarda Prezidentin yürütdüyü siyasi xəttə, islahatlara yetərincə adekvat deyildi. Təəssüf ki, bir çox hallarda parlament bütün üzvlərinin siyasi fəallığı görünmürdü. Həm də bu baxımdan iqtidar partiyası öz içində yeniliklər etməyi, Prezidentə daha güclü dəstək verməyi, dövlət başçısının yeritdiyi siyasətin xalqa çatdırılmasını, dövlətçiliyimiz əleyhinə xarici qüvvələrin təhdidlərinə qarşı ciddi və birmənalı mövqe qoymağı vacib hesab etdi.

– Yeri gəlmişkən, tez-tez belə fikirlər və iddialar səslənir ki, siyasi partiyalar islahatlardan danışır və onu tələb edirsə, ilk növbədə islahatlara özlərindən başlamalı, yenilənməli, təzələnməlidirlər…

– Əvvəla, YAP parlamentin buraxılması ilə bağlı müraciət etməklə bir siyasi mədəniyyət nümayiş etdirdi. Azərbaycanın müasir tarixində  bu, ilk və böyük bir hadisədir. Eyni zamanda, ölkə Prezidentinin fəaliyyətini dəstəkləyən YAP-da zaman-zaman bu proseslər gedib.

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının dəvətilə artıq partiyaya bir sıra tanınmış şəxslər cəlb olunublar.  Bununla yanaşı, illərdir AVP-də fəaliyyət göstərən gənclərin, partiyanın kölgədə qalmış funksionerlərinin daha aktiv təbliğ olunması, onların cəmiyyətdə gedən proseslərə daha yaxından iştirakı ilə bağlı partiya sədrinin bizlərə tövsiyəsi və tapşırığı var. Ancaq təəssüf ki, bunu müxalifət partiyaları haqqında demək olmur. Müxalifət partiyaları deyəndə, söhbət radikal, pozucu, qaraguruh müxalifətdən gedir, onlarda dəyişən heç nə yoxdur. Düşüncə tərzi hələ də 90-cı illərdə ilişib qalıb. Qaraguruh müxalifətdə heç vaxt yeniliyi görməmişik, bu gün də görmürük. Onlar 25-30 il öncə hansı düşüncədə yaşayırdılarsa, indi də o düşüncənin daşıyıcılarıdır,  dəyişən bir şey yoxdur.

Müxalifət partiyalarının böyük əksəriyyəti parlament seçkilərində iştirak etməklə bağlı öz qərarlarını veriblər. Bu, çox təqdirəlayiqdi və Ana Vətən Partiyası da  partiyaların seçkidə iştirakını müşbət qarşılayıb.  Ancaq Milli Şura seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edib.  Axı, Milli Şura özü hansı qüvvədədir, kimi təmsil edir? Orada təmsil olunan partiya AXCP-dir, bir də 4-5 müstəqil şəxs. Onlar tarixi proseslərdən, son illərin hadisələrindən o qədər geridə qalıblar ki, nə etdiklərini özləri belə bilmir, anlamır. Milli Şura 2013-cü ildə prezident seçkilərində vahid namizədlə iştirak etmək məqsədilə yaradılmışdı.

Prezident seçkiləri də qurtardı, bundan sonra növbəti prezident və parlament seçkiləri də keçirildi. Həmçinin, digər partiyalar da Milli Şuradan çıxdıqlarını ifadə etdilər, amma Milli Şura hələ də öz “varlığın” qoruyub saxlamaqdadır. Məqsədi, vəzifəsi nədir, hansı ideya uğrunda mübarizə aparır, tamamilə qaranlıqdır. Ona görə hesab edirəm ki, bu gün radikal, qaragüruh müxalifət ölkədə gedən ümumi proseslərdən yenə də geridə qalır, qatarın arxasınca qaçmaqla məşğuldur və öz gücsüzlüklərini, özlərinin sosial bazalarının zəifliyini də seçkilərə getməmək və müxtəlif bəhanələr ört-basdır etməyə çalışırlar.

– Elçin bəy, məhz həmin dairələr tərəfindən növbədənkənar parlament seçkilərinin Konstitutsiyaya zidd olması haqqında iddialar var…

– Tamamilə, absurd, heç bir əsası olmayan fikirlərdir. Parlamentin buraxılması və yeni seçkilərlə bağlı öncə ölkənin qanunvericilik orqanı qərar qəbul edib. İkincisi, Konstitusiya Məhkəməsinin bu barədə rəyi var, Konstitusiya Məhkəməsi ölkə Prezidentinin sorğusunu müsbət cavablandırıb. Erkən seçkilərin keçirilməsi Konstitusiyaya tam uyğundur və burada heç bir qanuna zidd məqam yoxdur.

– Necə hesab edirsiniz, seçkilərin Konstitusiyaya zidd olması ilə bağlı iddialar sonradan seçkilərlə bağlı legitimlik problemi, Azərbaycanla beynəlxaql strukturlar arasında növbəti gərginliklər yaratmaz ki?

– Biz artıq neçə illərdir radikal müxalifət və onlarla birgə hərəkət edən, bir çox hallarda erməni lobbisinin maliyyəsi ilə Azərbaycana qarşı qarayaxmalarda, böhtan kampaniyasında iştirak edən müxtəlif təşkilatların, Avropa Parlamentinin ayrı-ayrı deputatlarının seçkilərin demokratik keçirilməməsi barədə rəylərini hər seçkidən sonra eşitmişik. Ancaq exit-poll aparan, seçkiləri izləyən, müşahidə nüfuzlu əksər beynəlxalq təşkilatların  nümayəndələri hər zaman Azərbaycanda seçkilərin demokratik keçirilməsi ilə bağlı öz fikirlərini bildiriblər.

– Sizcə, hüquqi-siyasi islahatların növbəti mərhələsi kimi, Azərbaycanda yeni referendumun keçirilməsi mümkünləşə, proporsional seçki sisteminin bərpası, deputat yerlərinin artırılması ilə bağlı ölkə Konstitusiyasına dəyişikliklər edilə bilərmi?

– Azərbaycanda artıq islahatlar dönməz xarakter alıb və əminəm ki, cənab Prezedentin həyata keçirdiyi islahatlar əhəmiyyətli nəticələr verəcəkdir. Siyasi partiya olaraq istərdik ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsində majoritarla bərabər, proporsional seçki sistemindən də istifadə olunsun. Təbii ki, bu da siyasi partiyaların möhkəmləndirilməsində, gücləndirilməsində böyük rol oynayardı. Əlbəttə, bu, gələcəyin işidir. Bunün üçün Konstitusiyaya dəyişikliklər edilməsi, referendum keçirilməsi lazımdır. Ancaq bütün hallarda hesab edirik ki, gələcəkdə bu yöndə islahatların aparılması, yəni, siyasi partiyaların siyasi sistemdə oturuşması, gücləndirilməsi baxımından proporsional seçki sisteminin bərpa olunması məqbul olardı.

– Məqamı düşmüşkün, Azərbaycanda əsl çoxpartiyalılıq sistemin formalaşdırılması, qohum-əqrabadan, “bir sədr-bir möhür”dən ibarət partiyalardan qurtulması üçün “Siyasi partiyalar haqqında” qanunun tamamilə dəyişdirilməsi, qeydiyyat üçün tələb,imza saylarının mindən beş-on minə qaldırılması üçün addımlar atıla bilərmi?

– Təsəvvür edin ki, iqtidar və yaxud iqtidarın siyasətini dəstəkləyən partiya funksioneri tərəfindən bu səsləndirsə, qaragüruh o cümlədən, adı olub, özü olmayan partiyalar tərəfindən nələr deyilə, hansı hay-küy qaldırıla bilər?! Amma əslində bu məsələdə də hansısa addımların atılması vacibdir. Məsələn,  elə partiyalar var ki, onun nə Nizamnaməsi, nə Proqramı, nə də üzvləri var. Ancaq internetə baxdığınız zaman onun sədri də var, “partiya”nın adı da. Təbii ki, bu da siyasətə qeyri-ciddilik gətirir. Əlbəttə, belə qeyri-ciddi hallara son qoymaq üçün dediyiniz addımlar atılsa, əlbəttə, çox yaxşı olardı…

– AVP-nin seçki taktikası nədən ibarət olacaq, sürprizlər görəcəyikmi?

– 7 dekabrda Ana Vətən Partiyası Ali Məclisinin iclası keçirildi. Partiyanın Ali Məclisi seçkilərdə iştiraka dair ilk qərarını verənlərdən oldu. Ana Vətən Partiyası birmənalı olaraq seçkidə fəal iştirak edəcək. Namizədlərin müəyyən edilməsi prosesi gedir. Proses yekunlaşdıqdan mətbuata, ictimaiyyətə açıqlama veriləcək.

– Sizcə, seçkilərin nəticələrini bütövlükdə siyasi kəsim hamısı qəbul edəcəkmi?

– Əminəm ki, seçkilərdə iştirak edən siyasi partiyaların əksəriyyəti seçkilərin nəticələrini qəbul edəcək. Mən burada hansısa problem, yəni, legitimlik problemi yaşanacağını zənn etmirəm. Onsuz da mitinq ab-havasında olan siyasi qüvvə olaraq Milli Şura-AXCP bu seçkilərdə iştirak etmir və o, seçkidə iştirak etməyə-etməyə, seçkilərdə müşahidəçisi olmaya-olmaya onu necə şübhə altına ala bilər? Ancaq bütövlükdə seçkinin Azərbaycan cəmiyyətində müsbət qarşılanacağı, Azərbaycanın siyasi həyatında mühüm hadisə olacaq və fəal bir parlamentin formalaşacağı şübhəsizdir.

– İstər parlamentdə, istərsə mətbuatda tez-tez iqtidaryönlü partiyaların nümayəndələri tərəfindən belə  təklif səslənməkdədir, Milli Məclisin rəhbərliyi, komitə rəhbərləri formalaşdırılarkən ali qanunverici orqanadakı digər partiyaların da fikri, mövqeyi nəzərə alınsın, onlardan da kimlərsə önə çəkilsin…

– Bəli, biz də hesab edirik ki, yeni seçiləcək parlamentin rəhbərliyində və komitə sədrləri səviyyəsində çoxpartiyalılıq əks olunsun. Belə olarsa, bu ümumi siyasi görüntü, siyasi ab-hava üçün müsbət hal olardı. Ancaq bu, tamamilə  parlamentin səlahiyyətində olan məsələdir. Ümid edək ki, bu islahatların nəticəsi olaraq yeni parlamentin rəhbərliyində də, komitə sədrləri səviyyəsində  də çoxpartiyalılıq təmsil olunacaq.

– Fraksiya məsələsinə, 25 rəqəminin dəyişdirilməsinə necə baxırsınız?

– Fraksiya məsələsi də  parlamentin seçkilərinin nəticələrindən asılı olacaq. İqtidar partiyası olmayan digər partiyaların say tərkibindən, parlament təmsilçiliyindən hər şey asılı olacaq. İndidən bu barədə söz demək çətindir. Fraksiya yaratmaq üçün ümumi fikir, baxış birliyi də olmalıdır. Bunun hamısı şərtdir. Bununla belə, hesab edirəm ki, fraksiya yaradılmasının reallaşması siyasi ab-havaya da yeni rənglər qatardı.


Etikxeber.az

Deputatlığa namizəd Mehdiabadda məskunlaşmış cəbrayıllılarla görüşdü - FOTOLAR
“Xamenei şiələr tərəfindən lənətlənəcək” – Hizbullahın keçmiş liderindən şok açıqlamalar
Məşhur aparıcı canlı yayımda rüsvay oldu - RƏZALƏT...+ VİDEO
İyirmi altı il fərarilik həyatından sonra yol polisinin qarşısına çıxdı...
Təyyarədəki sərxoş qadını bu cür sakitləşdirdilər - MARAQLI... + VİDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Köşə
Bu gün şəhid ailələrinin qapısını süng edənlər, sabah bu qapını yad edəcəkmi?
Dünya
Yunanıstan tarixində ilk qadın prezident o, seçildi- FOTO
Cəmiyyət
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Cəmiyyət
“Mənə elə gəlir ki, bu yaşa çatdığıma görə Allaha şükür etmək lazımdır...”
Gündəm
Əzrayıl Qarabağda “təmizlik işi”ni davam etdirir: Daha bir muzdlu cəsədi İrəvana yola salındı...
Həftənin ən çox oxunanları
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247