Xəbər lenti
21/01/2020 [07:42]:
Şeytan (lən) günahları kiçik göstərir ki, insanı böyük əzaba düçar etsin...
21/01/2020 [01:07]:
6 yaşlı uşaq heyvanları xilas etmək üçün 200 min dollar pul yığdı - İBRƏTAMİZ...
21/01/2020 [01:04]:
Yaşadığımız Bakı şəhəri bizi necə öldürür? - Toz, səs, tıxac və zibilin DƏHŞƏTLİ ZƏRƏRİ
21/01/2020 [01:00]:
Palma yağının 5 FƏSADI – Şəkərli diabetin baiskarıdır...
21/01/2020 [00:57]:
Hansı öd daşlarında əməliyyat mütləqdir?
21/01/2020 [00:36]:
İsraildə qarı, buzu əridən "ağıllı" asfalt kəşf etdilər - AAYDA-nın menyusuna...
21/01/2020 [00:11]:
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
20/01/2020 [23:57]:
BBC-nin baş direktoru istefa verəcək
20/01/2020 [23:51]:
Ərdoğan ciddi danşıqlar zamanı da hobbisini unutmadı - VİDEO
20/01/2020 [23:40]:
Azərbaycan Prezidenti “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
20/01/2020 [23:39]:
İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
20/01/2020 [23:31]:
İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb
20/01/2020 [23:11]:
"Əlil və qazilərimiz özlərini yandıranda, evləri başlarına uçurulanda onlar səslərini çıxardılarmı?"
20/01/2020 [23:00]:
"Elə bilməyin ki, bu küçədə gəzən insanların hamısı əqli cəhətdən normaldır..." - VİDEO
20/01/2020 [22:59]:
İmişlidə 16 yaşlı nişanlı qız intihar edib
20/01/2020 [22:55]:
Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb
20/01/2020 [22:47]:
Qurban Qurbanov tarixi olaydan danışdı
20/01/2020 [22:41]:
"Mən asfalt salıb, yol düzəltməyəcəyəm, lakin..."
20/01/2020 [22:24]:
Serbiyada qanlı Yanvar faciəsinin 30-cu ildönümü anıldı - FOTOLAR
20/01/2020 [22:05]:
Bakıda Türkiyə bayrağı yarıya endirildi – Şəhidlərə ehtiram
20/01/2020 [21:56]:
Kəlbəcərdəki məktəbdə erməni uşaqlar üçün  tədris istixanası yaradıldı…-FOTO
20/01/2020 [21:45]:
Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb - FOTO
20/01/2020 [21:42]:
"Küçədə gəzən insanların 60 faizi əqli cəhətdən tam deyil" - VİDEO
20/01/2020 [21:39]:
Aqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etdi
20/01/2020 [21:36]:
"Başı xallı kişi"nin 20 yanvar "yenidənqırma"sı...
20/01/2020 [21:07]:
Onlayn səsvermə zamanı bu dairədə maraqlı nəticə qeydə alınıb - FOTO
20/01/2020 [21:02]:
Deputatlığa namizəd 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib
20/01/2020 [20:57]:
Azay Quliyev Şuşa teatrında şəhid ailələri və qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb
20/01/2020 [20:33]:
"Azərbaycan heç bir halda 20 yanvar cinayətini müasir demokratik Rusiya ilə əlaqələndirmir"
20/01/2020 [20:30]:
Özbəkistan hökuməti istefa verdi
20/01/2020 [20:16]:
Rusiyadan İrana çağırış: Tələsmə!
20/01/2020 [20:07]:
Çadda terror aktı nəticəsində 9 nəfər həlak olub
20/01/2020 [20:05]:
Ələkbər Yasamallının bacısı oğlu niyə intihar edib? - TƏFƏRRÜAT
20/01/2020 [19:28]:
Ağcabədi sakinindən narkotik maddə və tapança götürülüb
20/01/2020 [19:26]:
Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb
20/01/2020 [19:23]:
Putinlə görüşdən əvvəl Medvedevlə Mişustin arasında maraqlı dialoq - VİDEO
20/01/2020 [18:52]:
Ramzan Kadırov istefa verməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib
20/01/2020 [18:34]:
Türkiyəli məşhur müğənni haqqında cinayət işi açıldı
20/01/2020 [18:32]:
Ucarda bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb - FOTOLAR
20/01/2020 [18:12]:
Rusiya ordusu işğalçı ölkədə qırıcı və vertolyot təlimi keçirdi...- FOTO
20/01/2020 [18:11]:
17 yaşlı qızın faciəvi ölümü: Narkotik, vərəm, laqeyd ana...
20/01/2020 [18:09]:
“20 Yanvar müqəssirləri ilə bağlı qiyabi məhkəmə hökmünün çıxarılmasına ehtiyac var”
20/01/2020 [18:00]:
Qorbaçovun köməkçisi: “O, Bakıya ordunu yox, Heydər Əliyevi göndərməli idi...”
20/01/2020 [17:58]:
“Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
20/01/2020 [17:55]:
DADP sədri Sumqayıt şəhidlərini andı - FOTOLAR
20/01/2020 [17:17]:
"Mən yəhudiyəm və Ukraynada prezidentəm" - Zelenski
20/01/2020 [17:04]:
Avstraliya növbəti fəlakət: Bu dəfə... -VİDEO
20/01/2020 [17:01]:
Bütün pullar bir ovuc adamın əlində cəmləşib… - OXFAM təşkilatının yeni hesabatı
20/01/2020 [16:57]:
"Dediklərini yəqin yuxuda görüb" - DİN-dən Zirəddinə CAVAB
20/01/2020 [16:50]:
“Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” - Rus generalı 20 yanvar qırğınından yazıb
20/01/2020 [16:45]:
Sarqsyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa göndərildi
20/01/2020 [16:43]:
Azərbaycanda ana və üç övladı itkin düşdü -FOTOLAR
20/01/2020 [16:41]:
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
20/01/2020 [16:11]:
Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO
20/01/2020 [16:11]:
“20 Yanvar faciəsi günahkarlarının cəzasız qalması son 100 ilin ən böyük ədalətsizliyidir”
20/01/2020 [15:43]:
Gəncədə ölən 16 yaşlı oğlanın “avtoşluq” görüntüləri - VİDEO
20/01/2020 [15:41]:
“Putinin aşpazı”na məxsus şirkət Suriyadakı neft mədənlərini ələ keçirib
20/01/2020 [15:28]:
Erməni xeyriyyəçilər Xocalıdakı 7  çoxuşaqlı ailənin hər birinə 1000 dollar verdi...-FOTOLAR+VİDEO
20/01/2020 [15:26]:
Peskovun 22 yaşlı qızı: “Çeçenistanda xüsusi təyinatlı düşərgəsində UFC döyüşçüləri ilə...”
20/01/2020 [15:24]:
Zirəddin Rzayevdən 10 yaşlı Nərminin qətlilə bağlı ŞOK SÖZLƏR - VİDEO
20/01/2020 [15:20]:
Baş prokuror istefa verdi
20/01/2020 [15:18]:
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı - VİDEO
20/01/2020 [15:13]:
Rusiyanın Baş prokuroru dəyişir
20/01/2020 [15:12]:
Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20/01/2020 [15:03]:
ABŞ “doğum turizmi”ni nəzarətə götürür – Qaydalar sərtləşdiriləcək
20/01/2020 [15:03]:
Rusiyada isti su dəhşəti-Çox sayda ölü var- FOTOLAR
20/01/2020 [14:51]:
“20 Yanvar haqqında hələ də səsləndirilməyən həqiqət bundan ibarətdir ki...”
20/01/2020 [14:41]:
"Bu anbar partladılsa, Statistika Komitəsinin yanına qədər bütün binalar yerlə yeksan olacaq"
20/01/2020 [14:37]:
Əməkdar jurnalist vəfat etdi
20/01/2020 [14:33]:
Bakıda restoran parkinqində insident - Müştərinin maşını qaçırıldı
20/01/2020 [14:28]:
"Qoca"nın qardaşı həbs edilib
20/01/2020 [14:27]:
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
20/01/2020 [14:24]:
Şahzadə Harri tituldan imtinası barədə: “Başqa seçimim yox idi”
20/01/2020 [14:22]:
Aybəniz Haşımovadan şəhid həyat yoldaşı ilə bağlı təsirli paylaşım - FOTO
20/01/2020 [14:17]:
Rəşad Mahmudov ilk olaraq şəhid ailəsinin qapısını döydü...
20/01/2020 [14:04]:
Lavrovdan kritik Liviya açıqlaması
20/01/2020 [14:01]:
Azərbaycanda kişi “Qırmızı kitab”a düşən maralları satmaq istədi - FOTO
20/01/2020 [13:18]:
20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı…
20/01/2020 [13:13]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı
20/01/2020 [13:10]:
Sabahın havası açıqlandı
Bütün arxiv bir sırada
13/12/2019 [14:07] - Cəmiyyət - ( 943 dəfə baxılıb)

Azərbaycan Dövlət Aqrar Universiteti - 99: 100-ə bir addım qaldı...



Dekabrın 14-də ADAU-nun 99 yaşı tamam olur və 100-ə bircə addım qalır. Əsrə yaxın zəngin və şərəfli yol keçən bu ali təhsil və elm məbədinin əslində hər ili bir tarixdir.  Yarandığı gündən indiyədək Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizin aqrar sektoru üçün 70 minə yaxın yüksək ixtisaslı mütəxəssis hazırlayıb. Göründüyü kimi bunlar olduqca qürurverici faktlardır.
Azərbaycanın kənd təsərrüfatının inkişafında müstəsna rolu olan  universitet həm də yetişdirdiyi görkəmli məzunları ilə məşhurdur. Universitetin məzunları arasında 23 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü seçilib. Görkəmli akademiklər Həsən Əliyev, Validə Tutayuk, İmam Mustafayev, Firuz Məlikov, Ələkbər Quliyev, İlyas Abdullayev, Cəbrayıl Hüseynov, Müzəffər Abutalıbov, Musa Musayev, Siddiqə Məmmədova, Vahid Hacıyev, Məmməd Salmanov, Məmmədtağı Cəfərov, Məhərrəm Babayev, Akademiyanın müxbir üzvləri Ağaxan Ağabəyli, Kazım Ələkbərov, Məmməd Emin Salayev, Rəhim Hüseynov, Aydın Məmmədov, Mahmud Abdullayev, Zeynal Əkbərov, İbrahim Cəfərov və Saleh Məhərrəmov  təhsil müəssisəsində həmişə qürurla xatırlanan şəxslərdir.
ADAU bu gün də kadr hazırlığında sözünü deyir, burada bazar iqtisadiyyatına rəqabətqabiliyyətli kadrların hazırlanması üçün ən mütərəqqi üsullardan istifadə edilir. Müasir şəraitdə kadr hazırlığına yanaşma tam fərqlidir. Artıq zamanın tələbindən yaranan yeniliklərə, maddi-texniki bazaya, müasir tədris və təcrübə şəraitinə malik  laboratoriyalara, auditoriyalara sahib olmaqla kadrlar hazırlanmalıdır. Əminliklə demək olar ki, Azərbaycan Dövlət Aqrar Universitetində məhz belə şərait mövcuddur. Ən önəmlisi isə dövlətin bu sahəyə xüsusi diqqət göstərməsidir. Elə bu diqqətin nəticəsidir ki, son 7 ildə universitetin təhsil şəraitində tək ölkə mütəxəssislərini deyil, Avropa mütəxəssilərini də heyrətə gətirəcək işlər görülüb. İki tələbə evi istifadəyə verilib. Tədris təcrübə təsərrüfatı yenidən qurulub. Heyvandarlıq və atçılıq komleksləri, quşçuluq, balıqçılıq, arıçılıq tədris mərkəzləri, baytarlıq bə bitki klinikaları yaradılıb, ilin bütün fəsillərində məhsul yetişdirmək üçün istixanalar fəaliyyət göstərir. Hazırda isə şəhərimizdə ən böyük tədris korpusunun, peşə liseyinin inşaası davam etdirilir,  kollecin, 400 nəfərlik yeməkxananın və s. yaradılmasına icazə verilib.
Son illərdə universitetə qəbul olan tələbələrin say və keyfiyyət tərkibində də əsaslı dəyişikliklər baş verir. 400-650 arasında bal toplayan abituriyentlər arasında Azərbaycan Dövlət Aqrar Universitetini seçənlərin sayı xeyli artıb. Bu, təbii ki, az əvvəl dediyim kimi yaradılan şəraitlə əlaqədardır. Universitetin bitkiçilik və heyvandarlıq sahələri üzrə çoxlu sayda mərkəzləri, müasir avadanlıqlarla təchiz edilən auditoriya və laboratoriyaları, kabinələri mütəxəssis hazırlığı üçün olduqca vacib amillərdir.
Son 7 ildə professor-müəllim heyətinin tərkibi cavan, perspektivli və xarici dilli mütəxəssislərin hesabına əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Artıq 6000-dək tələbəsi olan ADAU-da bu gün Azərbaycan dili ilə yanaşı, 10 ixtisasda rus, 6 ixtisasda ingilis dillərində tədris aparılır, 14 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir.
ADAU-da inkişafın mərkəzində keyfiyyətli tədrisin düzgün qurulması  əsas götürülür. Bu baxımdan tədrisdə işin təşkili həm də payız və yaz semestrlərinin imtahan sessiyalarının müvafiq qaydalara uyğun tənzimlənməsindən keçir.  
Payız və yaz semestrlərinin imtahan sessiyalarının təşkili və keçirilməsi bir qayda olaraq universitet rektorunun müvafiq əmrlərilə rəsmiləşdirilir. Əmrlərdə “Qaynar xətt” in əlaqə telefonu, e-mail ünvanı göstərilir, verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün  apellyasiya komissiyası təşkil edilir. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilir, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılır, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri  müəyyənləşdirilir, İmtahan korpuslarında tibb məntəqəsi təşkil edilir. Sessiyaların başlanması ərəfəsində fakültə dekanları, kafedra müdirləri, akademik məsləhətçilər (tyutorlar), aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə rektorluğun geniş iclası keçirilir, sessiyanın mütəşəkkil təşkili və başa çatması ilə bağlı konkret tapşırıqlar verilir. 
İmtahan sessiyalarının nəticələrinə görə yüksək göstəriciləri olan tələbələrə büdcədənkənar vəsait hesabına  stimullaşdırıcı təqaüdlərin  verilməsi də təhsilin keyfiyyətinə müsbət təsir edən amillərdəndir. Bu təqaüdlər təhsil müəssisəsində belə tətbiq edilir:
Qəbul imtahanlarında kənd təsərrüfatı ixtisaslarına büdcədənkənar vəsait hesabına 500 və daha çox balla qəbul olunanlara 200 manat, 400 və daha çox balla qəbul olunanlara 100 manat, qeyri kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunlara 120 manat, 400 və daha çox balla qəbul olunanlara 80 manat, sessiyada bütün fənlərdən 100 bal alanlara 100 manat, 5 fəndən 100 bal alanlara 80 manat, 4 fəndən 100 bal alanlara 60 manat, ingilisdilli  ixtisaslarda sessiyanı müvəffəqiyyətlə başa vuranlara - 70 manat stimullaşdırıcı təqaüd verilir. Təkcə Əfsəl Qazıyev adlı,  respublikada ən yaşlı tələbəyə (50 yaş) ayda 200 manat,   sessiyaları əla qiymətlərlə bitirdiyinə görə 130 manat və bütün fənlərdən 100 bal topladığına görə 100 manat, ümumilikdə 430 manat təqaüd təyin edilib. 
Tədrisdə vacib məsələlərdən biri də istehsalat təcrübələrinin keçirilməsidir. Tələbələr bölgələr üzrə müxtəlif müəssisələrdə istehsalat təcrübəsində olurlar. Saatlı rayonundakı “Agrarco” MMC, Şəmkir rayonu M. Musayev adına təsərrüfat, İsmayıllı rayonu “AzzaAqro” QSC, Neftçala rayonu “Qaraqaşlı Broyler” ASC, Ucar rayon “Müsüslü Quşçuluq Damazlıq” təsərrüfatı tləblərin  nəzəri biliklərini sınaqdan çıxardığı müəssisəlrdəndir. ADAU-nun xarici ölkələrdə təcrübə keçən tələbələri də az deyil.   
Hər il mühəndislik fakültəsinin tədris binasında   ənənə şəklini alan “Məzun” yarmarkaları isə tələbə təhsil müəssisəni bitirəndən sonra da biganə qalmamağın göstəricisidir. Təkcə “Məzun” -2019”  yarmarkasında 230-a yaxın  müəssisə və təşkilat iştirak edib, 1124 vakant iş yeri  təqdim olunub.  2019/2020-ci tədris ili üçün bakalavriat səviyyəsinə 1311, (948 nəfər yalnız dövlət sifarişli) magistratura səviyyəsinə 160 (94 nəfər yalnız dövlət sifarişli) tələbə qəbul olunması o deməkdir ki, ADAU da təhsil ən müasir standartlarla tədris edilir. 
Bütün bunlarla yanaşı  Aqronomluq fakültəsində  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə "Gənc Aqronomlar Məktəbi” adlı layihənin ilk təqdimatı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  Kənd Təsərrüfatı Nazirliyi aparatının müvafiq struktur bölmələri ilə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Ege Universitetində səfərdə olublar. Səfərdə Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, prorektorlar, fakültə dekanları ilə görüş keçirilib və ikili diplomların verilməsi ilə bağlı müzakirələr aparılıb. 
Yüksək ixtisaslı baytar həkimləri yetişdirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Avropanın ən qabaqcıl universitetlərindən olan Latviya Təbiət Elmləri və Texnologiya Universiteti ilə əməkdaşlığı isə Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Təsərrüfatının Rə¬qabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində baş tutub.
ADAU-da vaxtaşırı fermerlərə təlimlər keçirilmsi artıq öz bəhrəsini verir. Bu təlimlərdə heyvandarlığın inkişaf perspektivləri, mövcud problemlər və qarşıda duran vəzifələr  müzakirə edilir, ən aktual məsələlərin həlli yolları göstərilir. Baytarlıq təbabəti və zoomühəndislik fakultəsində qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili layihəsi çərçivəsində “Qoyunlarda süni mayalanma və süngərləmə üsulu ilə bala alınma” təlimində isə  Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçarın iştirak edib və mözu barədə ən müasir yenilikləri səsləndiriblər. 
Hazırda Universitetin beynəlxalq əlaqələri daha da genişlənib.Türkiyənin Dicle Universiteti, Portuqaliyanın Porto Universiteti, Polşanın Krakov Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında əməkdaşlıq müqavilələri imzalanıb və bu iş daim diqqətdə saxlanılır. Erasmus + proqramı çərçivəsində ADAU-nun 2 müəllimi Rumıniyanın Piteşti Universitetində bir həftəlik dərs keçiblər. MÖVLANƏ mübadilə proqramı çərçivəsində 2019/2020-ci tədris ilində Türkiyənin müxtəlif universitetlərində 1 semestr təqaüdlü təhsil almaq istəyən 44 tələbə və 6 müəllimin sənədləri toplanıb, müracitləri təmin edilib.  "Əczaçılıq" ixtisası üzrə üçüncü kurs tələbəsi  Surə Şıxəliyevanın və magistraturanın "farmakoqnoziya" ixtisaslaşması üzrə birinci kurs magistrantı Nərgiz Rəhimovanın Mövlanə mübadilə proqramı çərçivəsində Türkiyənin Ərzurum Universitetində təhsil almaları da beynəlxalq əlaqələrin inkişafı deməkdir. Mövlanə proqramı çərçivəsində bağçılıq kafedrasının dosenti Abbas İsmayılov mühazirə oxumaq üçün Türkiyənin Ərzurum Universitetində ezamiyyətdə olub.  Almaniyanın JD EAST təcrübə proqramı ilə bağlanan müqavilə əsasında Azərbaycan Dövlət Aqrar Universitetinin 12 tələbəsinin 4 və 6 aylıq müddətdə Almaniyada tədris və istehsalat təcrübəsi keçmələri də sadalanan faktların dolğun tərkib hissəsidir.  Bu günlərdə isə ABŞ-ın Oklahoma və Özbəkistanın Daşkənd Aqrar Universiteti ilə müqavilələr imzalanıb, təhsilin daha keyfiyyətli tədrisi üçün müzakirələr aparılıb.
ADAU-da maddi-texniki baza üzrə aparılan işlər də tələblərə uyğundur. Uzun illər baxımsız və acınacaqlı vəziyyətdə olan Tədris-təcrübə təsərrüfatının əsaslı şəkildə bərpası əslində tələbənin daha geniş təcrübə bazası ilə yanaşı həm də bir tədqiqat mərkəzi qazanması deməkdir. Qısa müddət ərzində 30 baş iribuynuzlu damazlıq mal alınıb, ərazidəki əkin sahələrindən 40 ton arpa, 5,4 ton buğda və 3 ton qarğıdalı biçilib. 34 ha sahədə şum işi görülüb, sahə əkinə hazır vəziyyətə gətirilib. Mövcud olan  1,5 ha numunəvi üzüm bağından məhsul toplanıb, tədris prosesində istifadə edilib, (dequstasiya, laboratoriya analizləri, emal prosesləri, saxlama və s. məqsədlər üçün) təsərrüfatın ərazisində fəaliyyət göstərən heyvandarlıq kompleksindəki heyvanları gündəlik yaşıl yem ilə yemləmək üçün 2 ha ərazidə yonca səpini həyata keçirilib. Bundan başqa yay aylarında yeni tikinti layihələri də həyata keçirilib. Heyvan kəsimi sexi, 60 nəfərlik auditoriya və laboratoriyadan ibarət 1 mərtəbəli bina tikilib, avadanlıqlarla təchiz edilib və istifadəyə verilib, binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb, əraziyə yeni asfalt örtüyü salınıb. Həmçinin ərazidə mövcud olan müasir heyvandarlıq kompleksi üçün 1 ədəd otdoğrayan və 1 ədəd yemxırdalayan aqreqat alınıb. Qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində heyvanlar üçün yonca kipləri tədarük olunub. Ərazidə  bir neçə il əvvəl istifadəyə verilən laboratoriya, anbarlar, qoyun tövləsi və digər binalar əsaslı təmir edilib. Yeni su anbarı və yay tədris auditoriyaları tikilib, istifadəyə verilib. Subartezian quyularının məhsuldarlığını artırmaq məqsədilə onların əsaslı təmiri işləri həyata keçirilib, ərazidəki işiq sistemi yenidən qurulub. 2 ha sahədə yeni meyvə bağı salınması artıq reallaşmaq üzrədir. 
Mühəndislik korpusunun geniş əraziyə malik, bərbad və acınacaqlı vəziyyətdə olan aşağı mərtəbəsinin otaqları əsaslı şəkildə təmir edilərək müasir formaya gətirilib. Beləliklə korpusda 20-yə yaxın yeni auditoriya və laboratoriya yaradılıb, müasir avadanlıqlarla təchiz edildi. Yeni tədris ilindən burada tədris məşğələləri keçirilir. 
Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris korpusunun 4-cü mərtəbəsi əsaslı təmir edilərək yeni tədris ilindən istifadəyə verilib.
ADAU da yeni TV-nin yaradılması da  böyük maraqla qarşılanıb. Bu TV 2019-cu il sentyabrın 17-də yaradılıb və “ADAU TV” adlanır. Televiziyanın ilk efiri oktyabrın 1-də baş tutub. Bu televiziyanın yaradılması bir əsrlik şərəfli yol keçən Azərbaycan Dövlət Aqrar Universiteti üçün daha bir yenilik kimi tarixə düşüb. İnternet TV-nin yaradılmasında məqsəd baş verən yenilikləri daha geniş auditoriyaya yaymaq, tələbə həyatının bütün sahələrini əhatə etməklə debatlar, canlı verilişlər yaymaqdır. Bu tribuna ən əsası ADAU-nun təbliğində böyük rol oynayacaq. Aqrar təhsilin inkişafına dövlət qayğısının nəticəsi olaraq bazar rəqabətli kadr hazırlığından söhbət açacaq.
Professor-müəllim heyəti və  tələbələrimiz doğma universitetinin 99 yaşını bu cür tarixləşdirdi və  100-ə doğru ilk addımlarını atmağa başladı. 
 Mərkəzi arxivin və ADAU-nun arxivinin sənədlərinə istinadən müəyyən edilib ki, 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri  Nəriman Nərimanovun imzaladığı qərarla Bakı Politexnik İnstitutu təsis edilib, dekabrın 14-də bu institutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılıb, bununla da ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılıb. 
1930-cu ilin dekabr ayında Respublikamızda  ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 10 illiyi ilə əlaqədar 1932-ci ildə AKTİ-nin dar çərçivədə yubileyi keçirilir, 50 çap vərəqi həcmində 1000 nüsxə (500-ü türk dilində, 500-ü rus dilində) yubiley toplusu Bakıda “Qızıl Şərq” mətbəəsində nəşr edilir. O dövrdə institutun tarixi təbii olaraq kənd təsərrüfatı fakültəsinin yarandığı ildən, yəni 1920-ci ildən hesablanırdı. Respublikamızda hazırda fəaliyyət göstərən bir neçə universitet də vaxtilə filial, fakültə və ya məntəqə kimi yaradılıb, onların yaradıldığı tarix birmənalı olaraq mütəxəssis hazırlığına başlanılması ilindən qəbul edilir.
1940-cı ildə Respublikamızda ali kənd təsərrüfatı təhsili üzrə mütəxəssis hazırlığının 20 illiyi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yubileyi keçirilib, kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətlərini nəzərə alaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İnstitutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və medalları ilə təltif edilib. 
1950-ci ildə İnstitutun 30 illiyi ilə əlaqədar “SSRİ Ali Təhsil Nazirliyinin 10 aprel 1951-ci il tarixli 594 nömrəli əmrilə AKTİ-nin dar çərçivədə yubileyi keçirilib. 
Kənd Təsərrüfatı İnstitutunun inkişafı Ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı ilə  bilavasitə bağlıdır. 
1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Respublikada yüksəkixtisaslı kadr hazırlığında və kənd təsərrüfatı elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq 1969-cu il iyulun 22-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 50 illiyinə hazırlıq və  onun keçirilməsi tədbirləri haqqında” qərarı qəbul olunub, yubileyin keçirilməsi 1970-ci il dekabrın 14-ə təyin edilib, Mərkəzi Komitənin katibinin sədrliyi ilə 27 nəfərdən ibarət hökümət yubiley komissiyası yaradılıb  və həmin qərardan irəli gələn müddəaların  icrasını təmin etmək məqsədilə müvafiq orqan və təşkilatlara göstərişlər verilib. 
Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri Z.Hüseynovanın 14 avqust 1969-cu il tarixli 291 nömrəli əmrində yubileyin keçirilməsi ilə bağlı tədbirlər planı  təsdiq edilb.
Beləliklə 2020-ci il dekabr ayının 14-də zəngin tarixə və ənənələrə malik Azərbaycan Dövlət Aqrar Universitetinin 100 illiyi tamam olacaq. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi  ADAU rektorunun rəsmi məktubuna müsbət cavab verərək 2020-ci ilin dekabr ayında Azərbaycan Dövlət Aqrar Universitetin 100 illik yubuleyinin keçirilməsinə icazə verib. 
Daha bir yeni məlumatı da diqqətinizə çatdırıram.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim olunan bu arxiv sənədlərinə istinadən Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun imzaladığı Azərbaycan Dövlət Aqrar Universitetinə məxsus  2019 0916 nömrəli (“ADAU-1920”) əmtəə nişanlı Şəhadətnamə bu günlərdə ADAU-ya daxil olub. 
Bu qısa yazıda sadəcə universitetin əldə etdiyi uğurların bir qismini dilə gətirdim. Demək istədim ki, ADAU 99 yaşını məhz bu uğurlarla qeyd edir. 
100-ə gedən yolun açıq olsun, bir əsri yaxalayan aqrar təhsil və elm məbədi.

Qalib Rəhimli   




Yaşadığımız Bakı şəhəri bizi necə öldürür? - Toz, səs, tıxac və zibilin DƏHŞƏTLİ ZƏRƏRİ
Palma yağının 5 FƏSADI – Şəkərli diabetin baiskarıdır...
"Elə bilməyin ki, bu küçədə gəzən insanların hamısı əqli cəhətdən normaldır..." - VİDEO
"Mən asfalt salıb, yol düzəltməyəcəyəm, lakin..."
"Başı xallı kişi"nin 20 yanvar "yenidənqırma"sı...
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
6 yaşlı uşaq heyvanları xilas etmək üçün 200 min dollar pul yığdı - İBRƏTAMİZ...
Dünya
Rusiyada isti su dəhşəti-Çox sayda ölü var- FOTOLAR
Gündəm
“20 Yanvara yalnız qaboy səsi, ağlaşma kimi yanaşmaq doğru deyil”
Cəmiyyət
"Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu"
Hadisə
20 yanvar hadisələrindən 30 il keçir – Şahidlər danışır...
Həftənin ən çox oxunanları
Altı yaşlı uşağa təcavüz etdiyi üçün kəndlilər onu benzinlə yandırdı- FOTOLAR
Nərminin qətlinə görə tutulan İlkinin ailəsindən sensasion AÇIQLAMA: "Xətt onun deyil"
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
İsrail həkimləri qan təzyiqini normallaşdırmağın  ən sadə yollarını göstərdi...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247