Xəbər lenti
22/01/2020 [00:32]:
Rusiyanın yeni hökümətində iki müsəlman da təmsil olundu - FOTOLAR
21/01/2020 [23:51]:
Koçaryanın məhkəməsi vəkillərin boykotu səbəbindən təxirə salınıb
21/01/2020 [23:23]:
Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21/01/2020 [23:23]:
Cavid Qurbanov Qazaxıstanda keçirilən "Orta Dəhliz" adlı beynəlxalq tədbirdə - FOTOLAR
21/01/2020 [23:20]:
İlham Əliyev Vahid Ələkbərovla görüşüb - FOTO
21/01/2020 [23:18]:
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21/01/2020 [22:57]:
"Təkrar etimad göstərsəniz, yenə də sizin layiqli səsiniz olmağa çalışacağam” - FOTOLAR
21/01/2020 [22:52]:
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21/01/2020 [22:23]:
Putin yeni kabineti təsdiqlədi: Hansı nazirləri dəyişdi?
21/01/2020 [22:16]:
“Şayiə yayıldı ki, rus əsgərləri Mehman Mehmanovu güllələyib...”
21/01/2020 [22:16]:
Azərbaycanda şagirdlərin sayı açıqlanıb
21/01/2020 [21:48]:
Deputatlığa namizəd Aqil Məmmədov Göygöldə seçicilərlə görüşüb - FOTOLAR
21/01/2020 [21:14]:
Ədliyyə nazirinin müavini Şamaxıda vətəndaşları qəbul edəcək
21/01/2020 [21:12]:
Azərbaycanın yaxın dostu Ukrayna Ali Radasında komitə sədri seçildi...
21/01/2020 [21:09]:
Xalqımızı birliyə səsləyən MAHNI-VİDEO
21/01/2020 [21:06]:
Küçədə pijama geyinənlər ifşa edildi - MARAQLI
21/01/2020 [21:05]:
"Digər banklarda da eyni durumla üzləşən əmanətçilər və müştərilər varsa, bizi məlumatlandırsın ki..."
21/01/2020 [20:58]:
Donald Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
21/01/2020 [20:55]:
“Erməni ordusunda əsəblər tarıma çəkilib, ərzaq və geyim problemlərindən intiharlar çoxalıb”
21/01/2020 [20:55]:
Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb
21/01/2020 [20:45]:
Ağalar Vəliyev Goranboyun bir neçə qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR
21/01/2020 [20:39]:
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə konteyner daşımaları rekord dərəcədə artıb
21/01/2020 [20:35]:
Azay Quliyev Abay Kunanbayev küçəsindəki seçicilərlə görüşüb - FOTOLAR
21/01/2020 [20:26]:
On yeddi yaşlı övladını avtomobil vurub qaçan valideyndən DİN rəhbərinə ŞİKAYƏT...
21/01/2020 [20:20]:
Dünyada 2-ci dəfə bir pişiyə protez pəncə taxıldı - MARAQLI
21/01/2020 [20:06]:
Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var - FOTO
21/01/2020 [19:46]:
Rəşad Mahmudovu Şuvi kəndinin sakinləri ilə görüşdə məmnun edən səbəb...
21/01/2020 [19:39]:
Rusiya Britaniyanın baş naziri Consonun yalan danışdığını dedi
21/01/2020 [19:37]:
450 kiloqramlıq adam evlənmək üçün namizəd axtarır - Ancaq gələcək bəyin bir şərti var...
21/01/2020 [19:27]:
Aygün toy olmadan hamilədir - FOTOLAR
21/01/2020 [19:24]:
Bioloji Təbabət klinikasında Bioloji Təbabət muzeyinin açılışı olub
21/01/2020 [19:21]:
Afinada 20 Yanvar faciəsi anıldı
21/01/2020 [19:14]:
“Qarabağa gedən cəmi bir turist avtobusu dronla vurulsa, turist axınına son qoyular...”
21/01/2020 [19:08]:
Koçaryanın vəkilləri məhkəməni boykot etdilər
21/01/2020 [19:06]:
Məşhur ulduz yol ortasında bu cür döyüldü - QORXUNC... + VİDEO
21/01/2020 [19:04]:
Ötən il əhali arasında üstünlük təşkil edən xəstəliklər açıqlanıb
21/01/2020 [19:02]:
Türkiyədən Qarabağ açıqlaması: "Bundan sonra da..."
21/01/2020 [19:02]:
Əli Məsimlinin seçki qərargahında növbəti ümumi yığıncaq keçirildi
21/01/2020 [18:58]:
Rövşən Rzayev köçkünləri qəbul etdi
21/01/2020 [18:58]:
20 Yanvar şəhidlərinin xatirəsi Budapeştdə də anılıb - VİDEO
21/01/2020 [18:54]:
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
21/01/2020 [18:34]:
Keçmiş prezidentin qızı və kürəkəni ölkənin sərvətlərini mənimsədi - MARAQLI
21/01/2020 [18:30]:
İsraildə hər 3 uşaqdan biri yoxsulluq həddində yaşayır...-GÖZLƏNİLMƏZ
21/01/2020 [18:16]:
Rusiyada baş verən kütləvi davada bir nəfər yumruq zərbəsindən öldü- FOTO
21/01/2020 [18:07]:
Ötən il hər bir Azərbaycan sakini ödənişli xidmətlərə orta hesabla 970 manat xərcləyib
21/01/2020 [18:02]:
Müəllim olmaq istəyənlərin nəzərinə: Detallar açıqlandı
21/01/2020 [17:58]:
Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək
21/01/2020 [17:56]:
“Paşinyan və komandası adam deyil” - Sarkisyanın kürəkənindən sərt sözlər
21/01/2020 [17:51]:
"Başımı çiyninə söykəyəcəyəm adam yoxdur" - VİDEO
21/01/2020 [17:49]:
ABŞ İncirlikdən çıxır: proses başladıldı
21/01/2020 [17:49]:
Təyyarədə qeydə alınan bu görüntülər həyəcan yaratdı - QORXUNC... + VİDEO
21/01/2020 [17:44]:
“Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm”
21/01/2020 [17:41]:
Afrikanın Bakıda doğulmuş ən varlı qadınının fırıldaqçılıq faktları mediaya sızdırıldı
21/01/2020 [17:38]:
Çingiz Qənizadə görüşlərini davam etdirir - FOTOLAR
21/01/2020 [17:35]:
“Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov
21/01/2020 [17:20]:
"Facebook"da çox vaxt keçirdiyi üçün arvadını öldürdü - DƏHŞƏT...
21/01/2020 [17:10]:
Əməkdar artistdən iddialı sözlər: “Bir çox millət vəkilindən savadlı və bilikliyəm”
21/01/2020 [17:08]:
Gəncə sakinindən “Kalaşnikov” tapıldı - FOTO
21/01/2020 [17:05]:
Özbəkistanın Baş Naziri seçildi
21/01/2020 [17:03]:
95 nəfər deputatlıq iddiasından əl çəkdi
21/01/2020 [17:02]:
Azərbaycan əhalisi ötən il ən çox nəyə pul xərcləyib?
21/01/2020 [16:46]:
Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankir"ini yaxaladılar - FOTO/VİDEO
21/01/2020 [16:44]:
Səudiyyə şahzadəsi öldü
21/01/2020 [16:17]:
Deputatlığa ən gənc və ən yaşlı iddiaçılar
21/01/2020 [16:14]:
Hafiz Hacıyev Göygölün Yeni Zod kəndində seçicilərilə görüşüb - FOTO/VİDEO
21/01/2020 [16:06]:
Təyyarədə sərnişin öldü, təcili eniş etdi
21/01/2020 [16:04]:
Uşaqlarda eşitmə problemləri artır - Həkim səbəbləri açıqladı
21/01/2020 [16:01]:
Baş Prokurorluq Nərminlə bağlı daha bir sayta xəbərdarlıq etdi
21/01/2020 [15:56]:
Qarabağa turist axını sürətlə artır: Qorxunc statistika...
21/01/2020 [15:53]:
Azərbaycanda dəhşətli virusa yoluxma halı var? - RƏSMİ
21/01/2020 [15:49]:
Namizədlərin Şəhid ailələrini ziyarəti: Siyasi texnologiya, sosial sifariş, yoxsa...
21/01/2020 [15:47]:
Vilayət Eyvazovdan xəbərdarlıq
21/01/2020 [15:42]:
İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub
21/01/2020 [15:38]:
Məkkə ağ örpəyə büründü - FOTO/VİDEO
21/01/2020 [15:31]:
Bakının bu ünvanındakı mənzillər plana düşdü - VİDEO
21/01/2020 [15:28]:
Erməni deputatlar arasında  "VOR-ZAKON"LARA GÖRƏ DAVA DÜŞDÜ...-VİDEO
21/01/2020 [15:05]:
11 nəfərin öldüyü dəhşətli yanğının görüntüləri yayıldı - VİDEO
21/01/2020 [15:03]:
Təhsil Nazirliyi şagirdlərin yerdəyişməsini dayandırır
21/01/2020 [14:57]:
Ağalar Vəliyev Milli Qəhrəmanların ailə üzvləri və şəhid atası ilə görüşdü - FOTOLAR
21/01/2020 [14:45]:
Qarabağ Qazilərindən Fəzail Ağamalıya dəstək - VİDEO
Bütün arxiv bir sırada
13/12/2019 [17:47] - Cəmiyyət - ( 1322 dəfə baxılıb)

Yevda Abramovun Amerikada yəhudilərə dedikləri, diplomat Nəsimi Ağayevin narahatlığı və maraqlı son...



...2015-ci ilin fevral ayı idi. Azərbaycandan nümayəndə heyəti - Milli Məclisin deputatı Yevda Abramov, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, həmin icmanın ravvini Avraam Yakubov və mən ABŞ-ın Los-Anceles şəhərinə səfərə getmişdik. 

Los-Ancelesdə Sinay sinaqoqu fəaliyyət göstərir. Bu sinaqoq ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən biridir. Milix Yevdayev bir il öncə Los-Ancelesdəki yəhudi icmalarının nümayəndələri ilə görüşmüşdü. Həmin görüşdən sonra Sinay sinaqoqu Azərbaycanın Dağ yəhudilərinə “Sefer Torah” (Tövrat) hədiyyə etmək qərarına gəlmişdi. Nümayəndə heyətinin Los-Ancelesə səfərinin əsas məqsədi həmin Tövratın təqdimat mərasimində iştirak etmək idi. Amma əsas məqsədimiz bu olsa da, Los-Ancelesdəki baş konsulumuz, səfərin yüksək səviyyədə təşkili üçün əlindən gələni əsirgəməyən Nəsimi Ağayev bizim üçün zəngin səfər proqramı hazırlamışdı. Səfər çərçivəsində onun təşəbbüsü və təşkilatçılığı ilə Amerika-İsrail İctimai Əlaqələr Komitəsi, Amerika Yəhudiləri Komitəsinin Los-Anceles bölməsinin idarə heyətinin üzvləri, UCLA Universitetindəki Hillel Yəhudi Mərkəzinin professor və tələbələri ilə görüşlərimiz oldu.

 

Qısası, səfər yüksək səviyyədə keçdi. Amma mənim üçün səfərdən ən yadda qalan məqam Los-Anceles Şəhər Şurasının yəhudi əslli üzvü ilə görüş oldu. Hər dəfə Los-Anceles şəhərinin adını eşitdikdə və ya oxuduqda bu görüş, daha doğrusu, Yevda Abramov yadıma düşür. Əslində, Yevda müəllimi çoxdan tanıyırdım, emosionallığı, səmimiyyəti, gülər üzlülüyü adamı ilk andan cəlb edirdi. Hansısa məsələ ilə bağlı zəng edəndə “alo”, “bəli” yox, şirin “qubalı ağzı” ilə “can” deyərdi.

 

Həmin görüşə gedərkən yerli şəraitə yaxşı bələd olan, şəhərin idarəçilərini, nüfuzlu şəxslərini beş barmağı kimi tanıyan Nəsimi Ağayev bizi yaxşı mənada təlimatlandırdı, hətta görüşəcəyimiz adamın tərcümeyi-halını, şəxsi keyfiyyətlərini də bizə açıqladı. Məlum oldu ki, Los-Ancelesi beş nəfərdən ibarət Şəhər Şurası idarə edir, onlardan biri erməni, daha doğrusu, mahiyyət etibarı ilə daşnaqdır. Şəhər Şurasının digər dörd üzvü həmin daşnaq həmkarlarına görə Azərbaycana, eləcə də  Türkiyəyə münasibətdə məsafəli davranır. Bu baxımdan Los-Ancelesin yəhudi icmasının Azərbaycana ciddi dəstək verməsinə baxmayaraq, Şəhər Şurasının yəhudi əsilli üzvünün “loyal münasibət”ini başa düşmək olar.

 

Nəsimi Ağayev bizi təlimatladırdıqdan sonra hamımız susduq, amma Yevda müəllim özünə əminliklə “Yaxşı, biz ona başa salarıq, ermənilər kimdir”, dedi. Qərarlaşdıq ki, görüşdə dövlət rəsmisi kimi mən yox, əsasən Milix Yevdayev və Yevda Abramov danışsınlar. Ehtiyac yarandığı təqdirdə mən müdaxilə edim. Çünki bir yəhudinin Azərbaycan bağlı həqiqətləri məhz yəhudilərdən eşitməsi daha doğru olar. Milix Yevdayevin müdrikliyinə, təcrübəsinə əmin idim. Onunla dəfələrlə beynəlxalq tədbirlərdə olmuşduq, bir-birimizi bir baxışdan başa düşürdük. Yevda müəllimlə isə xaricə ilk səfərim idi. Amma onun bu cür görüşlərlə bağlı zəngin təcrübəsinin olduğunu bilirdim.

 

Görüş başladı. Şəhər Şurasının yəhudi əsilli üzvü bizi o qədər də isti qarşılamadı. Üstəlik, həm Milix Yevdayev, həm də Yevda Abramov nə dedilər, nə danışdılarsa, o, yalnız “good/yaxşı” deyə reaksiya verdi. Zalım balasının yanaqları qıpqırmız, üzü və reaksiyaları məhkəmə divarı kimi “soyuq” idi. Hiss olunurdu ki, görüşün bu şəkildə keçməsi Yevda Abramovu əsəbləşdirir. Ancaq mən narahat deyildim. Əmin idim ki, tərcüməni Nəsimi Ağayev özü etdiyi üçün o, nəyi necə demək lazım olduğunu çox gözəl bilir, istənilən vəziyyətdən çıxa biləcəyik.

 

Milix Yevdayev yəhudiliyin Azərbaycandakı tarixindən, yəhudi icmasının fəaliyyətindən, dövlətin onlara qayğısından danışdı. Diqqət çəkən faktlar, rəqəmlər söylədi. Yevda müəllim isə Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərimiz, bu münaqişədə yəhidlərin həlak olması, yəhudi əslli milli qəhramanımız Albert Aqarunov barədə məlumat verdi. Ancaq qarşı tərəfin reaksiyası yenə də eyni idi. Yevda müəllim emosialarını artıq cilovlaya bilmirdi. Birdən üzünü mənə çevirib əsəbi şəkildə dedi: “Yəhudinin beləsini görməmişdim. Bu necə yəhudidir? Bəlkə, heç yəhudi deyil”? Mən gülümsündüm, üz gizgilərimlə onu sakitləşdirmək istədim. Amma Yevda müəllim sakitləşənə oxşamırdı. Əlacı olsaydı, bəlkə də, onu vurardı.

 

Təcrübəli diplomat Nəsimi Ağayev müxtəlif manevirlər edərək görüşün emosional keçməsinə qəti imkan vermədi. O, konkret nəticə əldə etmək üçün görüşü təşkil etmişdi, bunun üçün də inadla çalışırdı. Necə oldusa, Şəhər Şurasının yəhudi əsilli üzvü Qarabağ münaqişəsində yəhudilərin həlak olması barədə soruşdu. Görünür, bu münaqişənin qurbanları arasında azərbaycanlılarla yanaşı, yəhudilərin də olması barədə Yevda müəllimin sözləri onun diqqətini çəkmişdi. Onun sualından belə anlaşılırdı ki, necə etmək olar, yəhudilər Qarabağda həlak olmasın? Bəlkə, onlar harasa köçə bilər? Bu cür yanaşma Yevda Abramovu bir az da əsəbləşdirdi. Dedi ki, yəhudilərin ən çətin vaxtlarında azərbaycanlılar onlara sahib çıxıb, qoruyub, himayə edib, qardaş kimi birgə yaşayıblar. Yevda müəllimin son fikri isə daha kəsin oldu: “Azərbaycan bizim vətənimiz, azərbaycanlılar isə qardaşlarımızdır. Biz vətənimizi, qardaşlarımızı qoyub heç yana getməyəcəyik. Mən İsrailin yox, Azərbaycanın millət vəkiliyəm, azərbaycanlı Abramovam. Lazım gəlsə, mən də Albert kimi öləcəyəm, amma vətənimi, qardaşlarımı tək qoymayacağam”.

 

Görüş çox da nikbin notlarla bitmədi. Amma əsas məqsəd həmin adamda Azərbaycan barədə maksimum obyektiv fikir formalaşdırmaq idi ki, bunu da Yevda müəllimlə Milix müəllim yaxşı bacardı. Geri, konsulluğumuza qayıdanda yolda Nəsimi Ağayevə zəng gəldi. Məlum oldu ki, görüşdüyümüz şəxs bizi cəmi bir neçə dəqiqə sonra başlayacaq Şəhər Şurasının genişləndirilmiş iclasına dəvət edir. Gözlənilməz idi və bunun nə qədər önəmli olduğunu Nəsimi Ağayevin əhval-ruhiyyəsindən aydın başa düşmək olurdu. O dedi ki, Los-Ancelisin bütün idarəçiləri, əsas simaları, o cümlədən məlum erməni daşnaq həmin iclasda olacaq, Azərbaycan həqiqətlərini yaymaq baxımından ələdüşməz fürsətdir.

 

Biz çatanda iclas artıq başlamışdı. Möhtəşəm zal tam dolmuşdu. Bir az öncə görüşdüyümüz yəhudi bizi Azərbaycandan gələn yəhudi nümayəndə heyəti kimi təqdim etdi. Onun daşnaq həmkarına görə bizi bu cür təqdim etməsini başa düşdüyümüz üçün çox da dərinə getmədik. Ancaq yaranmış fürsətdən maksimum yararlandıq. Milix Yevdayev və Yevda Abramov daşnaq erməninin gözünün içinə baxa-baxa Azərbaycan həqiqətlərindən, ermənilərin soydaşlarımıza qarşı törətdikləri vandalizmdən danışdılar, Ermənistanı təcavüzkar, işğalçı adlandırdılar...

 

Zaldan çıxandan sonra əhval-ruhiyyəmiz tamam dəyişmişdi. Necə deyərlər, Yevda müəllimin kefi kök idi. Maşına minəndə birdən mənə dönüb dedi ki, “Gündüz müəllim, bu, o qədər də pis yəhudi deyilmiş. Gördün, bizə necə kömək etdi?” Mən də zarafatla cavab verdim ki, “Yevda müəllim, o əsl yəhudi idi, bizə sözlə yox, əməli ilə kömək etdi. Amma sizin əlinizdən yaxşı qurtuldu. Az qalmışdı onu döyəsiniz”. Yevda müəllim ciddi görkəm alıb dedi: “Azərbaycan mənim nəfəsimdir. Ona görə hər şey edərəm! İnanırsan mənə...?” Cavab vermədim, düzü, buna lüzum görmədim. Çünki Yevda müəllim bu sözləri deyərkən o qədər səmimi idi ki...

 

...Artıq o yoxdu, ruhu bizimlədi. Mən onun sualına indi cavab vermək istəyirəm: “Yevda müəllim, tək mən yox, biz hamımız sizə inanırıq...”(modern.az)

"Təkrar etimad göstərsəniz, yenə də sizin layiqli səsiniz olmağa çalışacağam” - FOTOLAR
Küçədə pijama geyinənlər ifşa edildi - MARAQLI
Məşhur ulduz yol ortasında bu cür döyüldü - QORXUNC... + VİDEO
Təyyarədə qeydə alınan bu görüntülər həyəcan yaratdı - QORXUNC... + VİDEO
"Facebook"da çox vaxt keçirdiyi üçün arvadını öldürdü - DƏHŞƏT...
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Azərbaycanın yaxın dostu Ukrayna Ali Radasında komitə sədri seçildi...
Maraqlı
450 kiloqramlıq adam evlənmək üçün namizəd axtarır - Ancaq gələcək bəyin bir şərti var...
Dünya
Keçmiş prezidentin qızı və kürəkəni ölkənin sərvətlərini mənimsədi - MARAQLI
Gündəm
Qarabağa turist axını sürətlə artır: Qorxunc statistika...
Cəmiyyət
“Yeni elm sahələri tədris olunduqca, şagirdlərin düyagörüşü və təhlil etmək qabiliyyəti artır”
Həftənin ən çox oxunanları
Mişustin kabinetinə girməmiş Paşinyanın bircə “ara, hayes?” deməsi qaldı...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
Ramzan Kadırov Çeçenistanın rəhbəri vəzifəsini tərk etdi
10 yaşlı Nərminin qətlə yetirildiyi kənddən REPORTAJ - VİDEO
“Qabala” restoranında erməni mahnısı oxundu -  musiqiçilər döyüldü...
Rəqqasə Aygünün kişi həmkarı ilə açıq-saçıq rəqsi səs-küy yaratdı - VİDEO
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Bu dəfə Vasif Məhərrəmli efirdə söyüş söydü - VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247