Qərb “Qələbə Günü”ndə Rusiyaya qarşı “görünməmiş dərəcədə güclü hücum” gerçəkləşdirəcək.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rus mətbuatının iddiasına görə, bu hücum informasiya müstəvisində gerçəkəşdiriləcək və öz miqyasına görə bu günə qədərki bütün hücumları geridə qoyacaq.
Rus mediasının bidlirdiyinə görə, Qərbin faşizm üzərində qələbənin 75-ci ildönümündə Rusiyaya qarşı belə bir hücum reallaşdırmasına səbəb Avropanın Kremlə təzyiq göstərmək, onun siyasi mövqeyini zəiflətmək və Rusiyanı bütün dünyaya əsas təhlükə mənbəyi kimi təqdim etmək cəhdidir.
Məlumatda vurğulanır ki, Avropada Rusiya faşist Almaniyası ilə birlikdə II Dünya Müharibvəsini başladan dövlət kimi təqdim edilməkdədir. Qərb mediası iddia edir ki, SSRİ II Dünya Müharibəsinin iki təşəbbüskarından biri kimi çıxış etməklə Avropanı işğal etməyi hədəfləyib. Odur ki, gələn il “Qələbə Günü” ərəfəsində Qərb dünyasında “sivil Avropanı işğal edən rus barbarları” haqqında çoxsaylı məqalə və kitabların nəşri gözlənilir.
Qeyd edək ki, Avropanın Almaniya ilə yanaşı, Rusiyanı da II Dünya müharibəsinin təşəbbüskarı kimi təqdim etməsi, Rusiya prezidenti Vladimir Putin tərəfindən də sərt tənqid edilib. Putin hesab edir ki, Rusiyanı bu müharibənin təşəbbüskarı kimi təqdim etmək tarixii həqiqətləri təhrif etmək, onu saxtalaşdırmaq deməkdir.
Seymur ƏLİYEV