Xəbər lenti
25/09/2020 [14:02]:
Prezident: “İşğal olunmuş ərazilərdə qondarma hərbi təlimlərin təşkili bizə qarşı daha bir təxribatdır”
25/09/2020 [14:01]:
İlham Əliyev: “Minsk qrupunun həmsədrləri erməniləri dayandırmır”
25/09/2020 [14:00]:
Norveç kralı xəstəxanaya yerləşdirilib
25/09/2020 [13:58]:
Hamilə qadınlardan transplantasiya məqsədilə orqan götürülməsi qadağan ediləcək
25/09/2020 [13:57]:
Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşir
25/09/2020 [13:56]:
Millət vəkili Qarabağ Qazisinə görə təhsil nazirinə Açıq Məktub yazdı...
25/09/2020 [13:52]:
"Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir"
25/09/2020 [13:50]:
Dövlət başçısı: “İyulda hücumların məqsədi Azərbaycanın yeni ərazilərini işğal etmək idi”
25/09/2020 [13:46]:
“Rusiya işğalçını silahlandırmaqla Ermənistanın cinayətkar ortağına çevrilir”
25/09/2020 [13:32]:
“Əsas odur ki, Qarabağımız işğaldan azad olunsun, qalan nə varsa, öz yoluna düşər...”
25/09/2020 [13:28]:
İnam Kərimov Göyçayda videokonfrans keçirdi
25/09/2020 [13:25]:
Tonoyan Rusiyaya getdi
25/09/2020 [13:23]:
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
25/09/2020 [12:47]:
"Azərbaycan həqiqətlərinin olduğu kimi çatdırılmasını bir hüquq müdafiəçisi kimi yüksək dəyərləndirirəm"
25/09/2020 [12:44]:
“Əgər bu təklifi qəbul etsək, Qarabağı əbədi itirəcəyik”
25/09/2020 [12:43]:
“Navalnı 10 dəqiqəyə ölməli idi...” - “Noviçok”un yaradıcısı
25/09/2020 [12:41]:
Oğlu tərəfindən öldürülən Nofəlin dostu: “Qardaşı onunla mənim qədər yaxın deyildi”
25/09/2020 [12:35]:
Direktor rüşvətə görə həbs edildi
25/09/2020 [12:32]:
Azərbaycanda baş həkim koronavirusa YOLUXDU
25/09/2020 [12:31]:
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib - VİDEO
25/09/2020 [12:27]:
Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunanların qeydiyyatı başlayıb
25/09/2020 [12:25]:
Stalin dönəmində səfərbərlik kampaniyası – 1941-45-də 34 milyon mülki insan orduya cəlb edilib
25/09/2020 [12:20]:
“Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızının doğum günüdür
25/09/2020 [12:16]:
Bakı sakinlərinə XƏBƏRDARLIQ
25/09/2020 [12:00]:
Təhsil naziri tələbələri təbrik edib
25/09/2020 [11:51]:
Azərbaycanda ən nəhəng gəmilərdən biri istismara qaytarıldı - FOTO
25/09/2020 [11:50]:
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə əlavələr ödənildi
25/09/2020 [11:48]:
“Yaxşı olardı ki, o insanlara cəzadan əvvəl, həm də psixoloji yardım olunsun...”
25/09/2020 [11:32]:
Prezidentin dünənki çıxışı BMT-nin rəsmi saytında
25/09/2020 [11:19]:
Moskvada 65 yaşdan yuxarı şəxslərdən evdə qalmaları istənildi
25/09/2020 [11:16]:
Tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra edir - VİDEO/FOTO
25/09/2020 [11:06]:
Prezidentin qardaşı qızı onu məhkəməyə verdi -DƏLƏDUZLUQ İTTİHAMI...
25/09/2020 [11:06]:
"Bizim müasir gəncliyin müəyyən mənada Vurğun Əyyuba borcu var, çünki..."
25/09/2020 [10:59]:
“İkinci dalğa gəlir“ - Prezident xəbərdarlıq etdi
25/09/2020 [10:58]:
“Qanuni oğru” döyülərək öldürüldü
25/09/2020 [10:57]:
Azərbaycan daha bir ölkədə səfirlik açır
25/09/2020 [10:48]:
Peyvənd Koronavirusla Mübarizəyə Dəstək Fondunun maliyyəsi ilə alınacaq
25/09/2020 [10:47]:
Ermənilər Qarabağda yeni qəbiristanlıq salır - MÜHARİBƏ HAZIRLIĞI
25/09/2020 [10:43]:
Anabolik steroidlər təhlükəsi - süni yolla şişirdilən bədənlər, qazanılan qara milyonlar
25/09/2020 [10:40]:
Gürcüstanın dizel yanacağı idxalının 20%-dən çoxu Azərbaycanın payına düşüb
25/09/2020 [10:39]:
Rüstəm Behrudi əməliyyat olunub
25/09/2020 [10:38]:
İş adamını arvadı öldürübmüş - Etiraf etdi
25/09/2020 [10:35]:
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır
25/09/2020 [10:34]:
Yaşa görə pensiyaların 88 faizi e-qaydada təyin olunub
25/09/2020 [10:31]:
Tramp söz verdi: Vaksin 24 saat ərzində ölkənin bütün ərazilərinə çatdırılacaq
25/09/2020 [10:29]:
Emin Hacıyev: “Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır”
25/09/2020 [10:28]:
Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb
25/09/2020 [10:26]:
Fəxrəddin Manafov xəstəxanaya aparıldı
25/09/2020 [10:24]:
Bakı Slavyan Universitetində tələbələrin qeydiyyatı onlayn formada həyata keçirilir
25/09/2020 [10:08]:
Bu ilin sonunadək əfv olacaq? - Komissiya üzvündən AÇIQLAMA
25/09/2020 [10:05]:
Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə 22 məsələ daxil edilib
25/09/2020 [09:59]:
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar verdi?..- FOTO-SƏNƏD
25/09/2020 [09:57]:
ABŞ-da 17 ildən sonra ilk dəfə qaradərili cinayətkar edam edildi
25/09/2020 [09:53]:
Müharibə üçün 25 ilin fürsəti - xalq “VUR!” əmri gözləyir
25/09/2020 [09:46]:
Koronavirusla bağlı SON STATİSTİKA
25/09/2020 [09:44]:
İri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
25/09/2020 [09:42]:
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
25/09/2020 [09:41]:
Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb...
25/09/2020 [09:38]:
Bakıda nənəsi və bibisini qətlə yetirən şəxs saxlanılıb
25/09/2020 [09:37]:
"İki ölkənin iqtisadi əlaqələri bütövlükdə Avropa üçün ciddi əhəmiyyət daşıyır"
25/09/2020 [09:26]:
“Torpağımıza, bayrağımıza sahib çıxmalı olduğumuz kimi, dilimizə də sahib çıxmalıyıq”
25/09/2020 [09:20]:
“Haber Global”: İlham Əliyevdən Ermənistana tarixi xəbərdarlıq - VİDEO
25/09/2020 [08:36]:
82 yaşlı müsəlman xanım  2020-ci ilin ən nüfuzlu 100 adamından biri oldu...-FOTOLAR
25/09/2020 [07:40]:
Qiyamət günü insanlar neçə qrupa bölünəcəklər?..
25/09/2020 [01:03]:
Ərdoğan Təhlükəsizlik Şurasını topladı
25/09/2020 [01:02]:
“Qarabağ”ın pley-off mərhələsindəki rəqibi bu komanda oldu
25/09/2020 [00:56]:
İlham Əliyev BMT-dəki çıxışında koronavirusla mübarizə üçün təkliflər irəli sürdü
25/09/2020 [00:55]:
Azərbaycan Prezidenti: “İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”
25/09/2020 [00:54]:
İlham Əliyev: “Ermənistanda rejim dəyişsə də, faşist ideologiyası dəyişmədi”
25/09/2020 [00:53]:
İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edib - YENİLƏNİB + VİDEO
25/09/2020 [00:51]:
Prezident BMT-dəki çıxışında Azərbaycanın Ermənistan qarşısında şərtini açıqladı
25/09/2020 [00:50]:
Meksika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
25/09/2020 [00:21]:
Buradakı qayalar, kiçik evlər, güllər bu məkanı nağıllar aləminə bənzədir... - FOTOLAR
25/09/2020 [00:08]:
"Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək"
24/09/2020 [22:26]:
Azərbaycanda ölümlə nəticələnən avtomobil qəzasının görüntüləri - ANBAAN VİDEO
24/09/2020 [22:19]:
Adını ilk dəfə eşitdi, dadına baxmaqdan imtina etdi
24/09/2020 [22:14]:
Dağıntılar altından 11 nəfər çıxarıldı - Türkiyədə tunel çökdü
24/09/2020 [22:12]:
"Bilirdim ki, pis şərhlər yazacaqlar" - Samirə Mustafayeva
24/09/2020 [22:09]:
Bəyanatı silmək mümkündür, uduzulmuş savaşın itkilərini silmək olmur...
24/09/2020 [21:58]:
"Ermənistan və onun hüquqtanımazlığına göz yuman havadarları bilməlidir ki..."
Bütün arxiv bir sırada
13/12/2019 [19:15] - Cəmiyyət - ( 863 dəfə baxılıb)

Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində - FOTO/VİDEO



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına tanker barədə məlumat verib.

Bildirilib ki, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı ilk neft tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib.

Rauf Vəliyev: Ümumiyyətlə, Azərbaycan tarixində bu, bir ilkdir. Buna böyük ehtiyac var idi. Özü də Azərbaycanda sıfırdan inşa olunub.

Prezident İlham Əliyev: Bu, bir daha göstərir ki, nə qədər düzgün qərar qəbul etmişik. Gəmiqayırma zavodunun tikintisi doğrudan da böyük hadisədir. İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə, həm tanker, həm də ki, gəmi-bərə tikilib.

Rauf Vəliyev: Cənab Prezident, tankerin uzunluğu 141 metr, eni 16,9 metrdir. Gəminin ağırlığı 7875 tondur.

Prezident İlham Əliyev: Bu layihə burada işlənilib?

Rauf Vəliyev: Bəli, Volqa-Don MAX layihəsidir. Volqa-Don çayından keçmək imkanı olan və maksimum yükgötürmə qabiliyyətinə malik tankerdir. Başqalarından fərqli olaraq, 4-5 min tondan artıq yüklə ölçülərinə görə bu kanaldan keçmək imkanına malikdir.

Prezident İlham Əliyev: Volqa-Dondan adətən daha kiçik gəmilər keçir. Bu da keçə bilir?

Rauf Vəliyev: Bəli, maksimum 5600 ton yüklə oradan keçmək imkanına malikdir.

Prezident İlham Əliyev: Çox yaxşı, bu tankerlərdən bizdə neçəsi inşa edilib?

Rauf Vəliyev: Ümumiyyətlə bizdə 20 tanker var. Sizin dəstəyinizlə hazırda dördü sifariş olunub və inşa edilir.

Prezident İlham Əliyev: Zavod da işləyir. İş yerləri açılıb. İndi zavodu sifarişlərlə biz özümüz təmin edirik və gəmilərin tikintisinin maliyyə yükünün əsas hissəsini Xəzər Dəniz Gəmiçiliyi öz üzərinə götürüb. Elədirmi?

Rauf Vəliyev: Bəli, 30 faizi dövlət tərəfindən təmin olunur.

Prezident İlham Əliyev: 30 faiz dövlət, 70 Gəmiçilik. Bu da onu göstərir ki, Gəmiçilik indi gəlirlə işləyir və əldə edilmiş gəlir kənara getmir, Azərbaycanda qalır. Azərbaycanda tankerlər, bərələr inşa edilir. Yəni, pul qalır ölkəmizdə. Vaxt var idi ki, Xəzər Dəniz Gəmiçiliyi dövlətdən dotasiya alırdı. Vergi şəklində cəmi 1 milyon manat ödəyirdi. Amma sonra tədbirlər görüldü, o cümlədən kadr islahatları aparıldı. İndi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gözəl standartlara çatıbdır və beynəlxalq şirkət kimi fəaliyyət göstərir.

Rauf Vəliyev: Çox sağ olun, cənab Prezident, Sizin dəstəyinizlə.

Prezident İlham Əliyev: Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq.

Qeyd edək ki, “Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Yeni nəsil tankerin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı gəmiqayırma zavodunun növbəti uğurudur. Hazırda zavodda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri vardır.

Prezident İlham Əliyev “Laçın” tankerinin istismara verilməsini bildirən düyməni basıb.

Prezident İlham Əliyev: Zavodu Azərbaycan özü sifarişlərlə təmin edəcək. Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq.

Rauf Vəliyev: İlk gəminin də adını Siz qoydunuz, “Azərbaycan”.

Prezident İlham Əliyev: Bəli, adı da “Azərbaycan” olmalıdır. Bu layihə harada hazırlanıb?

Rauf Vəliyev: Bu layihəni də Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb. Bizim müəssisə onunla birgə işləyir. Bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq.

Prezident İlham Əliyev: Bizdə olan bərələrdən daha böyükdür?

Rauf Vəliyev: Bu, 56 vaqon götürür, 50-də TIR götürəcək. Bunu çoxfunksialı etmişik. Yəni, vaqon və TIR-dan başqa, həm də 100 sərnişin.

Sonra Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan “Ro-Pax” tipli “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak edib.

Məlumat verilib ki, gəmi-bərənin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək. Nadir dizayna malik “Ro-Pax” tipli gəmi-bərə yüksək texniki göstəricilərinə görə fərqlənir.

Prezident İlham Əliyev “Azərbaycan” gəmi-bərəsinin suya salınmasını bildirən düyəni basıb.

Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.

Prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və onun alyans tərəfdaşı olan “Caspian Marine Services” tərəfindən alınan 5 platforma-təchizat gəmisinin istifadəyə verilməsi mərasimində də iştirak edib.

Məlumat verilib ki, “Xocalı”, “Quba”, “Murovdağ”, “Savalan” və “Şahdağ” adlarını daşıyan müasir platforma-təchizat gəmiləri İtaliyanın bu sahədə aparıcı gəmiqayırma zavodunda inşa edilib. Əsas təyinatı neft-qaz platformalarının təchizatı olsa da, bu gəmilər seysmik və tədqiqat işləri, sualtı əməliyyatlara dəstək, dəniz səthinin neft və neft məhsullarından təmizlənməsi kimi əməliyyatları da həyata keçirir.

Rauf Vəliyev: Cənab Prezident, son 20 ildə öz tərəfdaşlarımızla bu tip 10 gəmi gətirmişik. Amma onların hamısı bunun bir az kiçik formasıdır.

Prezident İlham Əliyev: Bu 5 gəmi bizə kifayətdir?

Rauf Vəliyev: Hələ ki, bu günə kifayətdir. Adətən bu tip gəmilər öncədən uzunmüddətli kontraktlarla gətirilir. Sadəcə, biz gələcək tələbatı və yaranmış vəziyyəti nəzərə alaraq gətirdik və bu gün alınan gəmilərin hamısı artıq kontraktdadır. Bunun 5-ni bu il gətirmişik, 4-nü isə keçən il. İkisini isə ondan əvvəl. İki ilə gətirdiyimiz bu 11 gəminin hamısı kontraktdadır.

Prezident İlham Əliyev: Boş dayanan gəmi yoxdur?

Rauf Vəliyev: Xeyr, yoxdur.

Prezident İlham Əliyev “Xocalı”, “Quba”, “Murovdağ”, “Savalan” və “Şahdağ” platforma-təchizat gəmilərinin istifadəyə verilməsini bildirən düyməni basıb.

Rauf Vəliyev: Bayaq Sizə məruzə etdiyim kimi, bu gəmilərdən təchizatla yanaşı, həm də yanğından mühafizə işlərində istifadə olunur. “Xocalı” və “Quba” gəmiləri Xəzərdə bu tipli gəmilərin ən böyükləridir.

Prezident İlham Əliyev: Bunlar digər gəmilərdən fərqlənir?

Rauf Vəliyev: Bəli, bu gəmilər həcmcə daha böyükdür. Şükürlər olsun, gəmilərin 5-i də gəldi, 5-i də kontraktdadır.

Prezident İlham Əliyev: Çox yaxşı. Heyət də formalaşıb?

Rauf Vəliyev: Bəli, heyət də 100 faiz azərbaycanlılardan formalaşıb. Ən önəmlisi odur ki, adətən neft-qaz layihələrini yerinə yetirmək üçün operator olan xarici şirkətlərlə uzunmüddətli kontraktlar bağlanırdı. Bu gəmilər bəzən 1 il müddətinə sifariş olunurdu, lakin altı aydan sonra növbəti kontrakt imzalamaq lazım gəlirdi, beləliklə, qalan 6 ayın pulu xarici şirkətlərə ödənilirdi. Bizim isə Dövlət Neft Şirkəti, BP, Total ilə danışıqlarımız belə oldu ki, onlar bizə öz proqnozlarını verirlər. Biz çalışırıq ki, verilən proqnoz əsasında burada gələcək layihələr üçün tələb oluna biləcək sayda gəmi saxlayaq. Onlar yalnız lazım olan dövrün pulunu ödəyirlər.

Prezident İlham Əliyev: Çox yaxşı, əlbəttə, bu, daha məntiqlidir.

Rauf Vəliyev: Bəli, çox sağ olun.

Qeyd edək ki, sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verən DP-2 sisteminə, eləcə də dəniz obyektlərində yanğın zamanı hadisəyə ilkin müdaxilə etməyə şərait yaradan FiFi-1 təsnifat dərəcəsinə malik bu yeni gəmilər Xəzərdə neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlərə xidmət göstərəcək.

Bu gün istismara verilən gəmilər Xəzərdə aparıcı mövqeyimizin qorunub saxlanılmasında, xarici sularda fəaliyyətin genişləndirilməsi ilə bir bazardan asılılığın aradan qaldırılmasında, Azərbaycan ərazisindən artan tranzit yüklərin daşınmasında, dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasında gəmilərin sayının artması dənizçilər üçün yeni iş yerlərinin açılması baxımından da önəmlidir.

loading...
Buradakı qayalar, kiçik evlər, güllər bu məkanı nağıllar aləminə bənzədir... - FOTOLAR
"Ermənistan və onun hüquqtanımazlığına göz yuman havadarları bilməlidir ki..."
"Ramiz Mehdiyevin göstərişi olmadan Elşad Abdullayevin bioqrafiyası Azərbaycan Milli Ensiklopediyasına salına bilərdimi?"
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
"Onlar "Qarabağ"ın əvəzinə "Arsax" sözü işlədir və anlamırlar ki, bu söz də türk mənşəlidir"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Əsas odur ki, Qarabağımız işğaldan azad olunsun, qalan nə varsa, öz yoluna düşər...”
Cəmiyyət
"Bizim müasir gəncliyin müəyyən mənada Vurğun Əyyuba borcu var, çünki..."
Gündəm
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar verdi?..- FOTO-SƏNƏD
Dünya
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
Cəmiyyət
“Vətən eşqini, torpağa sevgini yaradan amillərdən biri də budur...”

Yazar
İlham İsmayıl
Bəyanatı silmək mümkündür, uduzulmuş savaşın itkilərini silmək olmur...
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247