Xəbər lenti
24/09/2020 [08:29]:
"Kiməsə trolluq etmək əvəzinə bu istiqamətdə iş aparılmalıdır..."
24/09/2020 [08:09]:
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
24/09/2020 [07:40]:
Peyğəmbər(ə.s.) məscidinin günbəzindəki  mübhəm qapının sirri açıldı...-FOTOLAR
24/09/2020 [07:04]:
"Minnət, riya və digər mənfiliklərlə yaxşı əməllərimizin yanmasına imkan verməyək..."
24/09/2020 [01:11]:
Bakıda qadın əri tərəfindən bıçaqlandı
23/09/2020 [23:47]:
Xalqın səsini alan qorxaqcasına gizli andiçmə keçirərmi?
23/09/2020 [23:47]:
Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub
23/09/2020 [22:54]:
“Münaqişəsinin yeganə həll yolu torpaqların erməni işğalından azad olunmasıdır” - VİDEO
23/09/2020 [22:53]:
Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı
23/09/2020 [22:46]:
İqtisadiyyat Nazirliyi 225 sahibkarlıq subyektində pozuntular aşkarladı
23/09/2020 [22:33]:
İlk elektrik “QAZel”i təqdim olundu
23/09/2020 [22:28]:
"Ordu quruculuğunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb"
23/09/2020 [22:25]:
"Onlar "Qarabağ"ın əvəzinə "Arsax" sözü işlədir və anlamırlar ki, bu söz də türk mənşəlidir"
23/09/2020 [22:13]:
“Həmzə” diviziyasının komandiri Azərbaycana gələcəkləri ilə bağlı xəbəri təkzib etdi
23/09/2020 [22:12]:
İki filin dueli ölümlə nəticələndi - VİDEO
23/09/2020 [21:52]:
Özünü İsa Peyğəmbər elan edən şarlatanın 30 illik səltənəti bitdi - FOTO
23/09/2020 [21:44]:
Bu gün “Şöhrət” ordenli Xalq artistinin doğum günüdür
23/09/2020 [21:27]:
"Belə bir “qonşu”ya 30 ilə yaxın dözən Azərbaycan daha nə etməldir?"
23/09/2020 [21:25]:
Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...
23/09/2020 [21:16]:
Azərbaycanda nazir erməni gözəlçəsinin gecə təklifini rədd edib kabinetindən qovdu...
23/09/2020 [21:01]:
QHT Şurası haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək
23/09/2020 [20:56]:
Ehtiyatda olanların təlim toplanışı ruh yüksəkliyilə qarşılanıb
23/09/2020 [20:52]:
Bu gün şəhid şairin doğum günüdür...
23/09/2020 [20:43]:
Moderator.az ermənilərin azərbaycan və rus dillərində saxta xəbərlərini ifşa edir...
23/09/2020 [20:43]:
Silahlı hücuma məruz qalan ata uşaqlarını qorumaq üçün canını heçə saydı - VİDEO
23/09/2020 [20:30]:
Arvadının yuxuda gördüyü bütün heyvanları satın aldı - MARAQLI
23/09/2020 [19:51]:
91 yaşlı müəllimin dərs sevgisi maraqla qarşılandı - Yarım əsr əvvəlki tələbələri belə izlədi...+ VİDEO
23/09/2020 [19:21]:
"Mafiyalaşmaqda Ramiz Mehdiyevin böyük rolu var" - VİDEO
23/09/2020 [18:56]:
"Nə yaxşı ki, o rolu Fəxrəddin oynayıb, o, həqiqətən də bir Zaurdur...”
23/09/2020 [18:44]:
İlham Əliyev: “Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir”
23/09/2020 [18:43]:
QDİƏT XİN başçılarının qeyri-formal görüşü keçiriləcək
23/09/2020 [18:40]:
“AzGold” MMC-nin rəhbəri həbs edilib
23/09/2020 [18:38]:
"Əgər Lavrov beynəlxalq hüquqa hörmət edirsə, bilməlidir ki..."
23/09/2020 [18:30]:
3 şəhərimiz UNESKO-nun şəbəkəsinə üzv seçildi
23/09/2020 [18:26]:
Prezident İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda aparılan abadlıq işləri ilə tanış olublar - YENİLƏNİB-1
23/09/2020 [18:15]:
Pərvin Abiyevanın müəllimi ondan danışdı: “Bilmirəm indi nə edir, nə işlə məşğuldur”
23/09/2020 [18:03]:
Azərbaycanda vaksinlər ilk kimlərə vurulacaq? - Açıqlama
23/09/2020 [18:00]:
Daha 7 şagirddə koronavirus aşkarlanıb
23/09/2020 [17:26]:
BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
23/09/2020 [17:21]:
Azərbaycanda daha 146 yeni yoluxma faktı qeydə alınıb
23/09/2020 [17:17]:
Fəzail Ağamalı yüksək bal toplayan tələbələrlə görüş keçirdi - FOTO
23/09/2020 [17:12]:
"Bu günədək 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub"
23/09/2020 [17:03]:
“Ordumuz üçün fərqi yoxdur ki, Qarabağdakı kimdir–Livan ermənisi, Paşinyanın arvadı, yoxsa digər biri”
23/09/2020 [17:00]:
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
23/09/2020 [16:56]:
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
23/09/2020 [16:45]:
Kartofu da, kokaini də xaricdən alırıq...
23/09/2020 [16:40]:
“Azərbaycan sərhəddə də, danışıqlarda da mövqelərini möhkəmləndirib”-Erməni siyasətçi...
23/09/2020 [16:39]:
Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
23/09/2020 [16:33]:
TƏBİB: Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb
23/09/2020 [16:32]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [16:31]:
İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”
23/09/2020 [16:28]:
Prezident: “Hər qəsəbədə aparılan abadlıq işləri yerli sakinlərlə də müzakirə olunsun”
23/09/2020 [16:26]:
“Vaksinlərin Azərbaycanda istehsalı mümkün görünmür” - TƏBİB rəsmisi
23/09/2020 [16:19]:
“Savaşda qələbəni təmin edən əsas faktor gözlənilməzlikdir, buna diqqət yetirməliyik”
23/09/2020 [16:00]:
"Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir"
23/09/2020 [15:50]:
Quzanlıda ilk yardım təlimləri başladı - FOTOLAR
23/09/2020 [15:49]:
Şəbnəm Tovuzlunun erotik dərdi...
23/09/2020 [15:42]:
"Məmmədi Kəlbəcər həsrəti dərdə saldı, sonra da iki televiziyadan uzaqlaşdırmaqla onu çərlətdilər"
23/09/2020 [15:38]:
Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?
23/09/2020 [15:34]:
Erməni siyasətçilər və ekspertlər Azərbaycan prezidentinin tarixi çıxışını necə şərh edib?
23/09/2020 [15:28]:
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” 
23/09/2020 [15:26]:
“Sevinc Osmanqızı Nikol Paşinyanın arvadı Anna Akopyandan daha təhlükəli düşməndir!” 
23/09/2020 [15:14]:
Prezident İlham Əliyev: "Balaxanı kəndinin yeni dövrü başlayır"
23/09/2020 [15:12]:
“WhatsApp”da yeni funksiya
23/09/2020 [15:11]:
Baş prokuror yanında Elmi-Məsləhət Şurası yaradılıb
23/09/2020 [15:07]:
İranda son sutkada koronavirusdan 184 nəfər ölüb
23/09/2020 [15:06]:
Hikmət Hacıyev: "Terrorçuların Qarabağa gətirilməsi kanalları üzərində iş aparılır"
23/09/2020 [15:05]:
Sergey Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”
23/09/2020 [15:04]:
Əli Həsənovun xanımı: “Az tapmışıq az yemişik, çox tapmışıq çox yemişik”
23/09/2020 [15:02]:
"Əgər müharibə başlasa, çox tezliklə Azərbaycanın xeyrinə bitəcək, çünki..."
23/09/2020 [14:57]:
Millət vəkili Adil Əliyevə AMEA-nın hücumlarının gizli tərəfi
23/09/2020 [14:52]:
“Döyüşdə düşməni ya öldürməlisən, ya da əsir götürməlisən”
23/09/2020 [14:36]:
Xatirə İslam İstanbulda xəstəxanaya yerləşdirildi - VİDEO
23/09/2020 [14:31]:
“Münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir”
23/09/2020 [14:29]:
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb
23/09/2020 [14:27]:
"Paşinyanın Qarabağla bağlı fikirləri münaqişənin nizamlanmasına maneə törədir" - Lavrov
23/09/2020 [14:25]:
Azərbaycan İdman Akademiyasında güləş zalı istifadəyə verilib - FOTO
23/09/2020 [13:56]:
"Azərbaycanın tarixi, mədəni, dini abidələrinin Ermənistan tərəfindən işğal olunan bölgələrdə yox edilməsi..."
23/09/2020 [13:52]:
Qarabağın separatçı rəhbərinin “məşhur”  türkofob müşaviri koronavirusa yoluxdu...
23/09/2020 [13:43]:
"Azərbaycan Ordusunun yalnız bir məqsədi var - işğal olunmuş ərazilərimizi azad etmək"
Bütün arxiv bir sırada
14/12/2019 [13:27] - İdman - ( 1470 dəfə baxılıb)

Azərbaycanlı olimpiya ÇEMPİONLARI –Onlar indi nə işlə məşğuldurlar?



1992-ci ildə baş tutan XXV Yay Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişdi. 1991-ci ilin sonunda SSRİ dağıldı və onun tərkibinə daxil olan dövlətlər müstəqillik qazandı. Bu dövlətlərin növbəti Olimpiya Oyunlarında iştirakı məsələsi isə Beynəlxalq Olimpiya Komitəsini (BOK) problem qarşısında qoyurdu. Müstəqillik əldə edən dövlətlər öz Olimpiya Komitələrini təsis etsə də, 1992-ci ildə BOK bu Komitələrin çoxunu tanımırdı. Bununla yanaşı, başqa bir problem də hökm sürürdü. Yeni yaranmış müstəqil dövlətlərin idmançıları lisenziya yarışlarında öz ölkələrinin bayrağı altında çıxış etmədi. Dünya və Avropa Çempionatlarında, lisenziya yarışlarında SSRİ-nin bayrağı altında çıxış etdi. Buna görə də, müstəqil dövlətlərin əksəriyyəti Olimpiya Oyunlarına sərbəst qatılmaq hüququna malik deyildi. Buna görə də, BOK tərəfindən Müstəqil Dövlətlər Birliyinin (MDB) komandasının Olimpiya Oyunlarına buraxılması qərara alındı. Bu komanda Barselonada BOK-un bayrağı altında çıxış etdi. MDB-nin himni və bayrağı olmadığından komanda yarışlarının qaliblərinin mükafatlandırılması zamanı BOK-un, şəxsi yarışlarda isə idmançının təmsil etidiyi ölkənin bayrağının qaldırılması qərara alındı.

 

Barselonada baş tutan XXV Yay Olimpiya Oyunlarının 26 iyulda keçirilən təntənəli açılış mərasimində üçrəngli Azərbaycan bayrağını Avropa çempionu, cüdoçu Nazim Hüseynov apardı. O üçrəngli bayrağın arxasında Azərbaycanın 5 idmançısı gedirdi. Azərbaycanın birinci medalını da cüdoçu Nazim Hüseynov qazandı. Bu Azərbaycan idmanı tarixində əlamətdar hadisə idi. Barselonada Azərbaycanın bayrağı qaldırıldı və himni səsləndirildi. 

 

Nazim Hüseynov 1969-cu il avqustun 2-də Bakı şəhərində anadan olub. Cüdo idman növü ilə 1980-ci ildən məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında başlayıb.

1992-ci ildə cüdo üzrə əməkdar idman ustası adına layiq görülüb. 1989-cu ildə gənclər arasında SSRİ birinciliyinin və Ümumiittifaq idman oynlarının qalibi olub. SSRİ çempionatının bürünc (1990, 1991), dünya çempionatının bürünc (1991, Barselona), Avropa çempionatının qızıl (1992, Paris) mükafatçısı olub.

N. Hüseynov 1992-ci ildə Barselonada XXV Yay Oyunlarının qalibi olub. Həmin il bütün çəki dərəcələri üzrə Avropanın ən güclü cüdoçusu adına layiq görülüb. Olimpiya çempionu 1993-cü ildə Avropa çempionluğuna (Afina) yüksəlib, dünya çempionatının (Kanada, Hamilton) gümüş mükafatını qazanıb. 1994-cü ildə isə Avropa çempionatının (Polşa, Qdansk) gümüş medalına layiq görülüb.

1996-cı il Atlantada, XXVI Yay Olimpiya Oyunlarının iştirakçısı və Azərbaycan Olimpiya komandasının kapitanı olub.

Qazandığı yüksək idman nailiyyətlərinə görə 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb.

Ölkə prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünə layiq görülüb.

2009-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsinin sifarişi ilə Nazim Hüseynova həsr olunmuş “İlk qızıl” filmi çəkilib.

Hazırda Azərbaycan cüdosunun əfsanəsi Nazim Hüseynov gənc idmançılara öz töhfələrini verməkdədir. O, öz bilik və bacarıqlarını gənclərdən əsirgəmir. Ona görə, son illərdə Nazim Hüseynovun yetişdirdiyi yeni çempionlar dünya cüdo arenasına daxil olub.

 

Növbəti olimpiya çempionumuz Radik İsayev 26 sentyabr 1989-cu ildə anadan olub. Azərbaycan taekvondoçusu 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Radik İsayev, 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarının və 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarının bürünc medalına sahib olub.

O, həmdə 2014-cü ildə Avropa, 2015-ci ildə isə Dünya çempionu olub. Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub.

Radik İsayev, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Vətənə xidmətə görə" I dərəcəli ordeni ilə təltif edilib.

Hazırda taekvando ilə məşğuldur və ölkəmizi xaricdə təmsil edir.

 

Güləşçimiz Toğrul Əsgərov 1992-ci il sent­­­yab­­­rın 17-də Gən­­­cə şə­­­hə­­­rin­­­də ana­­­dan olub. Olimpiya oyunlarının (2012), Avropa Oyunlarının (2015), Avropa çempionatının (2012) qalibi, dünya çempionatının gümüş (2010), Dünya kubokunun bürünc (2015) medalçısı, qran-pri turnirlərinin qalib və mükafatçısıdır.

Olimpiya lisenziyasını 2015-ci ildə ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında qazanmışdı.

  • Əsgərov hazırda güləş kariyerasını davam etdirir. Bu günlərdə Gəncədə “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində olimpiya çempionu Toğrul Əsgərov haqqında çəkilən film nümayiş olunub. 
  •  

    Azərbaycan çempionu Şərif Şərifov 1988-ci il noyabr 11-də anadan olub. O, 2012-ci ildə Olimpiya Oyunlarının qalibi, bundan bir il əvvəl dünya çempionatının qızıl medalını və 2009-cu ildə isə bürünc medalını qazanıb. Ş.Şərifov 2012-ci ildə Dünya kubokunun qızıl,  2015-ci ildə isə bürünc medalını əldə edib. Çempionumuzun uğurları bununla da bitmir. Şərifov 2010-cu ildə Avropa çempionatının gümüş, 2011-ci ildə isə bürünc medalçısı, qran-pri turnirlərinin qalibi və mükafatçısıdır. O da digər olimpiaçılarımız kimi kariyerasını davam etdirir. Hətta noyabrın 29-30-da Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə keçirilən ALROSA kubokunda qüvvəsini sınayıb.

     

    Ən məşhur olimpiya çempionlarımızdan biri olan Elnur Məmmədlini də qeyd etməliyik. O, 1988-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. Cüdo üzrə beynəlxalq dərəcəli idman ustasıdır. 2009-cu ildən əməkdar idman ustasıdır.

    Respublika Olimpiya İdman Liseyni bitirib, 2005-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

    Allahverdi Yaşarın rəhbərliyi altında cüdo ilə məşğul olmağa başlayıb. Dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi olub. 2007-ci idlə dünya çempionatında II yer, Avropa çempionatında I yer və elə həmin il İtaliyanın Roma şəhərində də “Dünya Kuboku ”nda I yeri tutub. Almanyada  2008-ci ildə keçirilən Super Dünya Kubokunun qalibidir.

    2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının qalibidir. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. 2008-ci ildə Avropanın ən güclü cüdoçusu, Azərbaycanın ən yaxşı idmançısı adına layiq görülüb. Azərbaycan Respublikasının Prezidentinin xüsusi Olimpiya təqaüdçüsüdür.

    Bir müddət öncə Elnur Məmmədlinin Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunduğu barədə xəbərlər yayıldı. DTX-da şöbə rəisi postuna təyin edildiyi bildirilən Elnur Məmmədlinin bundan əvvəl Bakı şəhər DYPİ-də çalışıb.

     

    Fərid Mansurov 1982-ci il mayın 10-da Gürcüstanın Dmanisi rayonunda anadan olub. Məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Əliqulu Həsənoğludur.Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı, gənclərin dünya birinciliyinin çempionudur. 2002-ci ildə Rusiyada keçirilən dünya çempionatında gümüş medal qazanıb. Bir sıra “Qran-Pri” turnirlərinin qalibi olub.

    Fərid Mansurov 2004-cü ildə, Afinada 66 kq çəki dərəcəsində, yunan-Roma güləşi üzrə XXVIII Yay Olimpiya Oyunlarının qalibi olub.

    Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

    İkiqat Dünya çempionu, XXIX Yay Olimpiya Oyunlarının iştirakçısıdır. 2009-cu ildə Bakıda, “Qızıl Qran-pri” turnirində I yerə layiq görülüb.

    Hazırda Fərid Mansurov yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisidir. Həmçinin Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiridir.

     

    Atıcılıq üzrə olimpiya çempionumuz Meftəhəddinova Zemfira Əliyevna 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Stend atıcılığı ilə 1976-cı ildən, SSRİ-nin əməkdar məşqçisi Hafiz Cəfərovun rəhbərliyi altında başlayıb.

    1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Beynəlxalq dərəcəli idman ustası və əməkdar idman ustasıdır.

    Avropa çempionatında şəxsi və komanda ilə iştirakı zamanı müxtəlif yerlərə layiq görülüb. 1998-ci ildə İtaliya Dünya Kubokunun qalibi, sonrakı il isə Yaponiya Dünya Kubokunda I yeri tutub.

    Zemfira Meftəhəddinova karyerasının ən yüksək uğurunu 2000-ci ildə Avstraliyanın Sidney şəhərində qazanıb. XXVII Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək Olimpiya çempionluğuna yüksəlib.

    2001-ci ildə dünya çempionu adını qazanan Zemfira Seulda dünya kubokunun gümüş medalını da əldə edib. 2003-cü ildə Çexiyada Avropa çempionluğuna  yüksəlib.

    2004-cü ildə Yunanıstanın Afina şəhəri Zemfira üçün uğurlu olub. Dünya kuboku uğrunda yarışlarda ikinci yeri tutan idmançımız, ardınca orada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb.

    Zemfira Meftəhəddinova ikiqat Olimpiya, altiqat dünya rekordçusudur. Ölkə prezidentinin səəncamı ilə “Şöhrət” ordeni və iki dəfə “Tərəqqi” medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Olimpiya təqaüdçüsüdür.

    2008-ci il, Pekin XXIX Yay Olimpiya Oyunlarının iştirakçısıdır. Z. Meftəhəddinova 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

     

    Növbə Namiq Abdullayevindir. O, 1971-ci il yanvarın 4-də Bakı şəhərində anadan olub. 2004-cü ildə BDU-nun hüquq fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Respublikasının əməkdar məşqçisi Vahid Məmmədovun başçılığı ilə “Spartak” İC-də sərbəst güləş idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə Azərbaycan çempionu və bir çox beynəlxalq turnirlərin qalibi olub. 1989-cu ildə SSRİ birinciliyində (gənclərin) gümüş, 1990-cı ildə SSRİ çempionatında bürünc medal qazanıb. 1990-cı ildə “Dünya kuboku” yarışlarının qalibi, 1991-ci ildə SSRİ birinciliyinin qalibi olub.

    1991-ci ildə gənclər arasında SSRİ xalqlarının spartiakidasında gümüş, 1991-ci ildə dünya birincilliyində bürünc (gənclər), 1992-ci ildə sonuncu dəfə keçirilən MDB ölkələrinin çempionatında qızıl medal qazanıb. Aleksandr Medvedin şərəfinə keçirilən “Qran-Pri” beynəlxalq turnirinin üçqat qalibidir.1996-cı ildə İvan Yarıginin şərəfinə keçirilən “Qran-Pri” turnirinin qalibi olub, 1997-ci ildə isə həmin turnirdə II yerə layiq görülüb. 1994, 1995, 2003-cü illərdə Avropa çempionatında qızıl medal qazanıb, 1996-cı ildə III yerə, 1997-ci ildə II yerə, 2006-ci ildə II yerə layiq görülüb. 1994, 1998, 2002-ci illərdə dünya çempionatında gümüş, 2006-cı ildə bürünc medal qazanıb. 1995-ci ildə Hərbçilərin Olimpiya Oyunlarında II yerə çıxmış, 1996-cı ildə XXVI Yay Olimpiya Oyunlarında gümüş (II yer,Atlanta), 2000-ci ildə Avstraliyada keçirilən XXVII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

    Sidney Yay Olimpiya Oyunlarının paradında Azərbaycan komandasının bayraqdarı olub.“Dünya Kuboku” yarışının qalibi – 2004, Afinada keçirilən XXVIII Yay Olimpiya Oyunlarının iştirakçısı olub. 1995-ci ildə “Tərəqqi” medalı, 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, Azərbaycan Respublikasının əməkdar idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdçüsü, Heydər Əliyev Fondunun Olimpiya çempionları təqaüdçüsüdür. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar İdarəsində idman komandasının rəisi vəzifəsində xidmət edir. Rütbəsi polkovnik-leytenantdır.(modern.az)

    loading...
    "Onlar "Qarabağ"ın əvəzinə "Arsax" sözü işlədir və anlamırlar ki, bu söz də türk mənşəlidir"
    İki filin dueli ölümlə nəticələndi - VİDEO
    Özünü İsa Peyğəmbər elan edən şarlatanın 30 illik səltənəti bitdi - FOTO
    Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...
    Moderator.az ermənilərin azərbaycan və rus dillərində saxta xəbərlərini ifşa edir...
    Aqro İnvest və İstehsalat MMC
    N.Tusi adına Klinika

    Cəmiyyət
    AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
    Maraqlı
    "Nə yaxşı ki, o rolu Fəxrəddin oynayıb, o, həqiqətən də bir Zaurdur...”
    Cəmiyyət
    Xalq artisti onları mikrob adlandırdı: “Bu tənqidləri sifarişlə yazırlar...”
    Siyasət
    “Şərait yaranıb və torpaqlarımızı o murdarlardan təmizləmək lazımdır...”
    Cəmiyyət
    Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi...

    Yazar
    İlham İsmayıl
    Xalqın səsini alan qorxaqcasına gizli andiçmə keçirərmi?
    Seymur Əliyev
    Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
    Seymur Verdizadə
    Kartofu da, kokaini də xaricdən alırıq...
    Sultan Laçın
    "Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
    Həftənin ən çox oxunanları
    Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
    Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
    Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
    “Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
    “Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
    "Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
    Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
    "Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
    İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
    10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
    Moderator.az-ın arxivi
    Copyright©2020
    "Moderator.az" MMC
    Baş redaktor:
    Zülfüqar Hüseynzadə
    Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
    Tel: 0502711225, Whatsapp: 0507440247