Avstraliya alimləri vəhşi təbiətdə insanın yaşama müddəti ilə bağlı maraqlı tədqiqat aparıb. Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırma nəticəsində bəlli olub ki, müasir sivilizasiyanın nəticəsi olan dərman, elmi nailiyyətlər və s. olmasa, insan ən yaxşı halda vəhşi təbiətdə cəmi 38 il yaşaya bilər. İnsanlar elmin, tibbi nailiyyətlərin və ümumilikdə yaşayış şəraitinin yaxşılaşdırılması sayəsində daha uzun yaşayırlar.
Vəhşi təbiətdə yaşayacaq bir insanın ömrünün dəqiqliyini bilmək üçün onurğalıların DNT-nin müqayisəli təhlilini aparan elm adamları, məhz bu yolla insanın azad təbiətdə neçə il yaşaya biləcəyini müəyyənləşdirib.
Məlumat üçün qeyd edək ki, alimlərin aldğı 38 rəqəmi at ömründən cəmi bir neçə il çoxdur.
Seymur ƏLİYEV